Məhkəmə qərarları › İş №2(103)-4658/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4658/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4658/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdeh3 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Mülki işin materiallarını və apellyasiya şikayətini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan (səhifə 163) poçt zərifinin surətini görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-cı il tarixli qətnaməsini iddiaçı 14 aprel 2022-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti 23 may 2022-ci il tarixdə yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən 09 gün keçdikdən sonra verilmişdir. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətinə, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilməmişdir. Bundan başqa Cavabdeh3 tərəfindən də verilmiş şikayəti imzallayan şəxs barədə məlumatdan görünür ki, şikayət vəkil X2 tərəfindən verilmiş və imzalanmışdır. Lakin Cavabdeh3 tərəfindən vəkil X1 verilmiş oreder iş materiallarına əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilməsinə, habelə apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizənin əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin ötürülməsi ilə bağlı məsələyə qiymət vermədən apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, iddiaçı tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən, Cavabdeh3 tərəfindən vəkil X1 verilmiş order iş materiallarına əlavə edilmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh3 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar