Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4662/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı X3 və Cavabdeh nümayəndəsi Vəkil Zülfiqar oğlunun iştirakları ilə, iddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-339/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas borc və 250 manat faiz borcunun, 700 ABŞ dolları əsas borcun, 35 ABŞ dolları faiz borcunun, 500 manat mənəvi zərərin, onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5780 manat və 735 ABŞ dolları pul məbləğinin alınaraq X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh tərəfindən onun X1 5000 manat alması, 700 ABŞ dolları götürülməsi barədə 30.04.2018-ci il tarixli qəbz (səh.5) sübut qismində təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/914 saylı, 23.11.2020-ci il tarixli ekspert rəy ilə 30.04.2018-ci il tarixli Cavabdeh adından olan pulun alınmasına dair qəbzdəki əlyazmalar və həmin qəbzdə “götürdüm” və “şərtilə” yazılarından sonrakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində 30.04.2018-ci il tarixli Cavabdeh adından olan pulun alınmasına dair qəbzin aşağı sağ hissəsində “Zaur” yazısının üst tərəfindəki imzanın Cavabdeh tərəfindən icra olunub olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekpert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir (səh.52). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-339/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5000 manat və ödəniş günü Azərbaycan məzənnəsi ilə hesablanmaqla 700 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 manat alınaraq X5 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 manat Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(011)-339/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X4 ona qarşı 5000 manat əsas borcu və 250 manat faiz borcunun 700 ABŞ dolları əsas borcun, 35 ABŞ dolları faiz borcunun, 500 manat mənəvi zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsmunun cəmi 5780 manat və 735 ABŞ dolları pul məbləğinin məndən alınaraq, X5 ödənilməsi barədə iddia tələbinin rədd edilməsi, məhkəmədə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə ödədiyim 500 manat və dövlət rüsumu qismində ödənilmiş 15 manat məbləğində pul vəsaitinin X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəllənin 739.1; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1, 47.2, 54.1, 77.1, 384.0.2, 385.1, 387.1, 389-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 2018-ci ildə X12 məxsus “Lombard" kredit müəssisəsində kredit mütəxəssisi işləmişdir. Həmin “Lombard"da işləyərkən qonşusu X6 tez-tez yanına gəlib-gedirdi. Hətta bir neçə dəfə Rafael “mənim də pulum var, sizə kreditlə pul verim" kimi ifadələr işlətmişdir. Son vaxtlar o əl çəkmirdi ki, niyə ondan pul götürmürsünüz? O isə hər dəfəsində onun dediklərini qulaqardına vuraraq, öz işi ilə məşğul olurdu. Rafael yanına gəlib-gedərkən həmçinin müdiri Zauru da şəxsən tanımışdır. Rafaellə aralardakı söhbətlərdən Zaur bilirdi ki, Rafael kreditlə pul vermək istəyir. Həmin vaxt eşitmişdi ki. Zaura pul lazım olarkən özü Rafaeldən bir neçə dəfə pul istəyib. Rafaelin 5000 manatı və 700 ABŞ dollarını Zaura nə vaxt verməsindən isə xəbəri olmayıb. Rafael şəxsən bir manat da olsun pul verməyib, ola bilsin ki, Zaura pul verib. Onun heç bir aidiyyəti yoxdur. Əgər şəxsən hardasa pul veribsə bunun sübutunu təqdim etsin. Sonradan Zaur ona deyib ki, “Rafael gəlmişdi, ondan 5000 manat pul götürdüm". Aradan bir neçə müddət keçdikdən sonra Zaurdan eşidib ki, Rafaelə olan pul borcunun 4000 manatını qaytarıb. İddiaçının borc müqaviləsi adlandırdığı kağız parçasına diqqətlə baxdıqda görünür ki, Zaurun özü həmin kağızı imzalamış və öz xətti ilə mobil telefonunu da yazmışdır. Eyni zamanda həmin kağız parçasında qeyd olunan telefon nömrəsi də şəxsən Zaura məxsus olmuşdur. İddiaçı ərizəsində göstərmişdir ki, nağd formada borc pul vermişdir. Rafael özü də çox yaxşı bilir ki, ərizədə göstərdiyi pul məbləğini şəxsən, əlbə-əl verməyib. Pulu kimə veribsə, getsin ondan da tələb etsin. İddia ərizəsində qeyd edib ki, 3 ərzində pul məbləğini qaytarmağa söz vermişəm. 3 nə ərzində? Ay? İl? Yoxsa əsr ərzində? Bu hansı sənəddə qeyd olunub. Bu cümlədəki qeyri-müəyyənlikdən də görünür ki, iddiaçının onun haqqında qeyd etdikləri yalandan başqa bir şey deyildir. İddiaçı ərizəsində qeyd etmişdir ki, bu günə kimi həmin pul məbləğini qaytarmamışdır. Almadığı pul məbləğini niyə qaytarmalı idim ki? Və ümumiyyətlə iddiaçı ərizəsində göstərməsinə baxmayaraq, hər hansı pul məbləğinin qaytarılmasını istəməmişdir. Rafael məhkəməyə müraciət etdikdən sonra bilmiş ki, ona qarşı belə bir iddiası var. İddiaçı ərizəsində borc müqaviləsindən bəhs edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin borc müqaviləsinə aid tələblərini qeyd etmiş və qanunvericiliyin müvafiq normalarını sadalamışdır. Lakin iddiaçı Mülki Məcəllədə borc müqaviləsinə aid qanunvericliklə müəyyən edilmiş tələbləri dəqiq, bütünlüklə və sonuna qədər oxumamışdır. İddiaçının irəli sürdüyü faktiki hallar və onun iddia tələbi qanunvericiliklə müəyyənləşdirilmiş normalarla üst-üstə düşmür. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, “borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirdikdə, müvafiq olaraq pul borc verənə qaytarıla bilər”. İddiaçının təqdim etdiyi sübutla ona borclu olmağı müəyyən edilə bilməz və həmin kağız parçası borc müqaviləsi hesab olunsa belə şəxsən ona aid edilə bilməz. Yuxanda da qeyd etdiyi kimi respublikada nə qədər Cavabdeh varsa, buna görə məsuliyyət daşımalı deyiləm hazırki iddianın predmeti olan borc müqaviləsi adlandırılan kağız parçasına əsasən iddiaya cavab verməli olan şəxs kimi müəyyən edilməyi düzgün deyildir. Həmçinin iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərək, bildirmişdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə verilmiş və iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsi adlandırılan kağız parçasının heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəfindən qeyd etdiyi bu hallar araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayətini müdafiə edən cavabdehin nümayəndəsi Vəkil Zülfiqar oğlu cavabdehin əvvəllər lombard şirkətində işlədiyini, pulun cavabdehə yox Zaur adlı şəxsə verdiyini, lakin onu işə tərəf qismində cəlb edə bilmədiklərini, Zaur adlı şəxsin puldan 4000 manatın qaytardığını və onun iş üzrə cəlb edilməsi zəruriliyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 şikayətini qəbul etməyərək, pulun onun tərəfindən Zaur adlı şəxsə deyil cavabdehə verildiyini, imzanın onun tərəfindən atıldığını, bunun ekspert rəyi ilə də təsdiq edildiyini, Zauru pulu cavabdehə verdikdən sonra tanıdığını, Zaurun imza atıb-atmadığını bilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746, 1096,1114-1115; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, sübut kimi təqdim edilmiş qəbzdə pulların məhz cavabdeh tərəfindən alınması qeyd edilmiş və bu ekspert rəyi ilə təsdiq edilmişdir. Cavabdehin “Lombard”ın sahibi “Zaur” adlı şəxs tərəfindən pulların götürülməsi dəlili sübuta yetirilmir və cavabdeh tərəfindən alınmış pulun Zaura verməsi düşmüş olması ehtimal edilən zərərdən irəli gələrək cavabdehin sonuncuya qarşı reqres qaydasında tələb irəli sürmək hüquqlarını məhdudlaşdırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-339/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4662/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4662/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver