Məhkəmə qərarları › İş №2(103)-4666/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4666/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4666/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxx” ASC-nin xeyrinə əsas borc üzrə 665.98 ABŞ dolları, faiz borcu üzrə 557,48 ABŞ dolları, cərimə borcu üzrə 89.82 ABŞ dolları, cəmi 1313.28 ABŞ dolları kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 665,98 ABŞ dolları əsas borc, 557,48 ABŞ dolları faiz borcu, 08 ABŞ dolları cərimə borcu, olmaqla, cəmi 1231,46 ABŞ dolları (bir min iki yüz otuz bir ABŞ dolları, 46 sent) məbləğində pul (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya “ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, onunla “İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə 1300 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar silinmişdir və onun həmin müqavilə üzrə bank qarşısında borc öhdəliyi yoxdur. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən iddiaçının nümayəndəsi məhkmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********602 saylı X2 tərəfindən cavabdehə ünvanlanmış borc öhdəliyinin olub-olmaması barədə məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar silinmişdir və xx.xx.2020-ci il tarixinə Cavabdeh sözügedən Kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019cu il tarixli 551 saylı Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinin 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Digər tərəfdən, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanındakı bəzi müddəlar banklara tövsiyə xarakteri daşısa da, hazırki iddiaya iddiaçının arzu etdiyi formada baxıla bilməz. Çünki, fiziki şəxslərin borclarının bir hissəsini dövlət öz üzərinə götürərək bununla əlaqədar banklara vəsait vermişdir. Hazırkı halda iddiaçı həm həmin vəsaitdən yararlanır, həm də cavabdehdən tam olaraq kredit borcunu tələb edir ki, bu da yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 391, 398-400, 405.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar