Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4666/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1853/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci i tarixinə yararımş borcu 974,0 marat asas, 146,1 manat cərimə, cəmi 1120,1 manat, xx.xx.2020-ci İl tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 124,0 manat əsas, 18,6 nanat vərimə, cəmi 142,6 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 569,4 manat əsas, 85,4 manat cərimə, cəmi 654,8 manat, xx.xx.2019cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 88,0 manat əsas, 13,2 manat cərimə, cəmi 101,2 manat, ümumilikdə 2018,7 manat borcun və 40,20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1853/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (Hakim : Emin Məmmədli). İddiaçı MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmçinin "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cu maddəsinin tələbində də qeyd olunmuşdur ki. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsində qeyd olunur ki, Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda başqa dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Hazırda dövlət rüsumunun istifadə müddətini tənzimləyən konkret qanunvericilik aktı olmadığından bu hala qanunun analogiyası tətbiq olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitutsiya Qanununa əsasən, qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq maddələrindən də aydın şəkildə görünür ki, əgər vətəndaş ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində müraciət etmək hüququna sahibdirsə bu dövlət rüsumun 5 il ərzində etibarlı olmasını deməyə əsas verir. Beləliklə, qeyd edilənlərdən də görünür ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə tam əməl edilməklə verilmişdir. Dövlət rüsumunun təxminən 1 il öncədən ödənilməsi iddia ərizəsinin geri qaytarılması üçün səbəb ola bilməz. Belə ki, dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun miqdarda və formada həyata keçirilmişdir. Bundan əlavə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin heç bir norması pozulmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1853/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, “...dövlət rüsumunun ödənilməsi bardə qəbzdən müəyyən olunur ki, yuxarıda qeyd olunan iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu (qəbz № 775634245, 20,40 manat) xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ödəmişdir. Lakin, iddia ərizəsi Bakı şəhər Xəzər rayon məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmişdir.” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən təxminən 1 il əvvəl ödənilmiş ********* nömrəli qəbzə istinad edilsə də, həmin qəbzin daha əvvəl istifadə edilməsini göstərən hər hansı sübuta istinad edilməmiş və iş materiallarında qəbzin daha əvvəl istifadə olunmasını göstərən hər hansı sübut aşkar edilməmişdir. Rüsumun idda ərizəsinin verilməsindən nə qədər müddət əvvəl ödənilə bilinməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Belə olan halda, daha əvvəl hər –hansı bir işdə istifadə edilməsi sübuta yetirilməyən rüsumun (qəbzin) 1 il əvvəl ödənilməsi onun qəbul edilməməsi üçün əsas ola bilməz. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1853/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilib baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1853/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilib baxılmasından ötrü Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4666/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4666/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver