Məhkəmə qərarları › İş №2(103)-4669/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4669/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4669/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4669/2023 (Açar sözlər: alimentin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması”, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-506/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. X8 atasının yanında, X9 isə anasının yanında qalır. X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qazancının, yaxud da gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində sürücü vəzifəsində işləyir

4. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində sürücü vəzifəsində işləyir. İddiaçı ilə onun iki övladları var. Məhkəmələrin qətnamələrinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 Təranə Nizami qızının himayəsində, xx.xx.2009-cu il təvəllüdlü X8 isə onun himayəsindədir. Onun himayəsində 1 uşaq var və onun iş yeri bəllidir. O, aldığı maaşla ancaq ananın yanında qalan oğluna 175 manat aliment ödəyir, onun himayəsində qalan oğlunun təhsili, idmanı və hazırlıqları üçün də vəsait lazımdır.

6. Həmçinin, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat məbləğində, daha sonra isə tələbini dəqiqləşdirərək hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını və ona ödənilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-506/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) ilkin iddianın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10398/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulması, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, qətnamənin qarşılıqlı iddia üzrə alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 75.4, 76.1, 78.1, 78.2, 100.2-ci maddələri, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, qatnamənin qismən yəni, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, xx.xx.2009-cu il təvəllüdlü X4 məktəbdən gələndən sonra onun yanına gəlməyi, onun dərsləri ilə məşğul olmağı imkanı daxilində onun maddi təlabatlarını ödəyir. Özü də kirayədə yaşayır. Kirayə haqqı isə aylıq olaraq 300 manat təşkil edir. Habelə cavabdehin birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X9 üçün aylıq təyin etdilmiş aliment onun təlabatlarını ödəmir. O, fərdi əməklə məşğuldur və aylıq gəliri isə 100 manat aralığındadır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiosi Nazirliyi tərəfindən ailənin ünvanlı sosial yardım almasını da araşdırmamışdır. Belə ki, ünvanlı sosial yardım kimi də ona 100 manat pul ödənilir. Cavabdeh istifadəsində dükan var və qeyd edilən dükanı icarəyə verib. Aylıq vəzifə maaşı, rütbəyə görə ödəniş, qidalanma xərcinin almasını onun maddi durumunun çox yaxşı olmasını məhkəmə araşdırmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək, onun təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun maddi imkanı aşağıdır, özü kirayədə qalır, kirayə pulunu belə verməyə maddi imkanı yoxdur, ayda təxminən 50-70 manat güclə ödəyə bilər.

13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

17. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki apelyasiya baxışının predmetini qətnamənin qarşılıqlı iddia üzrə alimentin tutulması hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılqılı iddia üzrə tutulan alimentin məbləğinə aid hissəsində dəyişdirilməlidir.

27. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrini tətbiq edərək, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulmalı olan aylıq alimentin məbləği 220 manat müəyyən edilməlidir.

28. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

29. İşin halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunda xidmət edir və böyük sürücü vəzifəsində işəyir və aylıq 863,60 manat məbləğində əmək haqqı alır. Əksinə olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər hansı rəsmi yerdə işləmir və aylıq gəliri yoxdur. Hazırki vəziyyətdə Cavabdeh maddi vəziyyəti İddiaçı maddi vəziyyətindən daha yaxşıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə almamışdır.

30. Buna görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün tutulacaq alimentin miqdarının dəyişdirilərək, alimentin 50 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

32. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

34. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-506/2023 saylı iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə tutulan alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar