Məhkəmə qərarları › İş №2(103)-467/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-467/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-467/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 13915.68 manat əsas borc, 4161.9 manat məbləğində faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 145 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 fevral 2020-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən Cavabdeh4 44 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 14999 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı cavabdehin bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən, cavabdehlərdən 13915.68 manat əsas borc, 4161.9 manat faiz borcu, cəmi 18077.58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 145 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxmağı və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı ilə arasında bağlanmış 07 fevral 2020-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 14999 manat məbləğində kredit verilmişdir. İmkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Evini satıb ödəyəcəyini bildirmişdir. Odur ki, iddianın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 13915.68 manat əsas borc, 4161.9 manat faiz borcu olmaqla, cəmi 18077.58 ( on səkkiz min yetmiş yeddi manat əlli səkkiz qəpik ) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu kimi 145 (bir yüz qırx beş) manat məbləğində tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin faiz borcu hissəsində ləğv edilməsi və mühasibatlıq ekspertizası təyin olunmaqla yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən məhkəmə baxışında işin tədqiq olunması zamanı məhkəmə mühasibatlıq ekspertizasının rəyi alınmadan artıq hesablanmış faiz borclarının cavabdehdən tutulması haqqında iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-ci il tarixli 9/952 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin faiz borcu hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında 07 fevral 2020-ci il tarixli, MK/75752/73/22 saylı kredit sazişi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh4 illik 23 faiz ödəmək şərti ilə 36 ay müddətinə 14999 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan borcu 13915.68 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-ci il tarixli 9/952 saylı rəyinə əsasən Cavabdeh4 banka olan borcu-xx.xx.2022-ci il tarixə 13915,67 manat məbləğində əsas borc, 4.245,09 manat faiz, cəmi 18.160,76 manat müəyyən olunur. Beləliklə, müəyyən olunur ki, cavabdehin barəsində apellyasiya şikayəti verdiyi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 4161.9 manat faiz borcundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-ci il tarixli 9/952 saylı rəyinə əsasən daha artıq məbləğ müəyyən olunmuşdur. Həmçinin, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, faiz məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq Rəy digər sübutlarla yanaşı qiymətləndirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-ci il tarixli 9/952 saylı rəyini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh4 İddiaçı ASC qarşısındakı öhdəliyi digər borclu olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar