Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4670/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (ilk iddia üzrə İddiaçı1 vəkili) Vəkil2 və ilk iddia üzrə cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Cavabdeh3nə qarşı «fərdi evə qeydiyyatın və şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə, qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “evdən istifadəyə yaradılan istənilən maneələrin aradan qaldırılması” dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6860/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsində yerləşən 516 saylı evə dair pasport qeydiyyatlarının və Cavabdeh1 adına Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsində yerləşən 516 saylı evə dair Bakı şəhər Cavabdeh3 Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal istismar Sahəsi tərəfindən verilmiş “Şəxsi hesab vərəqəsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 2 otaqlı evdən istifadəsinə cavabdehlər Kürdov rəddin Ələsgər oğlu və İddiaçı2 tərəfindən edilən istənilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı evə dair pasport qeydiyyatlarının etibarsız hesab edilməsinə dair hissədə baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin icraatı zamanı ünvan 2 saylı özbaşına tikilinin hesab vərəqinin 1970-ci ildən İddiaçı1 Ələkbər oğlunun adına olması və xx.xx.1970-ci ildə həmin ünvana qeydiyyata düşməsi, habelə digər tərəflərin də ünvanda qeydiyyatda olmaları barədə Nəsimi rayon 33 saylı MKİS-in xx.xx.2019-cu il tarixli məktubu və şəxsi hesab vərəqi (iş.səh. 12,13, 16,17), Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 200 kv.m torpaq sahəsi üzərindəki 138 kv.m tikinti sahəsi olan 5 otaqlı fərdi yaşayış evinin İddiaçı1 tərəfindən inşa edilməsi barədə qonşular X11, X5 və X7 imzaları ilə notarial qaydada təsdiq edilmiş Akt (səh.15), İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı evin öz/tik ünvanında qeydiyyatda olmaları barədə Nəsimi rayon 33 saylı MKİS tərəfindən verilmiş 1548/1549 saylı xx xxxxxxx 2019cu il tarixli arayış (səh.16) sübut kimi tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6860/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddia tələblərinin təmin edilməməsi, ilkin iddia üzrə xərclərin ilkin iddia üzrə iddiaçılara aid edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 2 otaqlı evdən istifadəsinə yaradılan istənilən maneənin aradan qaldırılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 31, 33, 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2; Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, ilkin iddia tələbi ilə bağlı məhkəmə bu qənaətə gəlmişdir ki, işin mübahisəsiz hallarından biri ünvan 2 saylı ünvanda yerləşən evin özbaşına tikili statusuna malik olması olduğundan, qeyd olunan məqam həm də ilkin iddia üzrə iddiaçıların göstərilən iddia ilə çıxış etmək üçün subyektiv hüquqlarının olmadığını bildirir. Məhkəmə bu nüansı da qeyd etməyi vacib sayır ki, ilkin iddia üzrə iddiaçılar subyektiv hüquqa sahib olsalar belə, işdə olan və sübut qismində qəbul edilmiş izahata əsasən, İddiaçı1 könüllü olaraq, heç kimin təzyiqi olmadan ərizə yazaraq evi qızı Səadətə bağışlamışdır. Buradan isə aydın olur ki, İddiaçı1 öz övladlarının evə qeydiyyata düşməsi barədə məlumatlı idi və onun özünün buna könüllü razılığı var idi. İlkin iddia tələbləri ilkin iddia üzrə cavabdehlərin yaşayış sahəsinə olan qeydiyyatlarının ləğvi ilə əlaqəlidir və mülki qanunvericiliyin tələblərinə əsasən, analoji tələblər mülkiyyət hüququnun şəxsə verdiyi səlahiyyətlərin mövcudluğunu şərtləndirir. Qarşılıqlı iddia tələbi isə yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı olmaqla, şəxsin konstitusion hüquqları olan mənzil toxunulmazlığı və mənzil hüquqları, o cümlədən, təhlükəsiz yaşamaq hüquqları ilə birbaşa əlaqəlidir. ünvan 2 saylı ünvanda yerləşən ev özbaşına tikilidir və ilkin iddia üzrə iddiaçılar orada yaşayırlar. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilkin iddia üzrə iddiaçılarla yanaşı ünvan 2 saylı ünvanda pasport qeydiyyatındadırlar. Göstərilən ünvanda ilkin iddia üzrə iddiaçıların yaşadıqları evlə yanaşı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 yaşadığı digər bir ev də mövcuddur. İşin mübahisəsiz hallarından biri odur ki, hər iki ev özbaşına tikili statusu daşıyır. Tərəflər arasında ailədaxili mübahisələr mövcuddur və ilkin iddia üzrə iddiaçılar Cavabdeh2 qeydiyyatda olduğu ünvanda qeydiyyatda qalmasının (o cümlədən, orada yaşamasının) əleyhinədirlər. Belə olan halda, qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh2 yaşadığı ünvanda maneələrlə qarşılaşa biləcəyi ağlabatan və ehtimal edilə biləndir. İlk iddia üzrə İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-6860/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin və qarşılıqlı iddia tələbininsə tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Şikayətdə MPM-nin 4.1, 8.1, 14.2, 77.1217.3, 217.1; Azərbaycan Respublikası Konstitusiyası 6, 24, 26, 71-ci maddələrinə istinadən qeyd edilmişdir, 1966-cı ildə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 200 m2 torpaq sahəsini öz şəxsi hesabına almış və həmin torpaqda da 3+2 yaşayış otaqdan ibarət 138 m2 sahəsi olan ev tikmişdir. xx.xx.1969-cu il tarixdə Kürdova (Məmmədova) Zefira Baxşəli qızı ilə nikaha daxil olmuş və 4 övladları doğulmuşdur. Uzun müddət birgə ailə həyatı sürmüş və nəvələri vardır. Artıq 2 ildən çoxdur ki, cavabdehlər qızı Səadət və oğlu Rövşən başqa-başqa ünvanda evlərinin olmasına və mübahisəli evdə yaşamadıqlarına baxmayaraq qeydiyyatda olduğu, öz vəsaiti hesabına min bir əziyyələ alıb, tikib,yaşadığı, istifadə etdiyi evindən zorla qovub çıxartmışlar. Özünə məxus olan bütün əşyalarını, hətta pal-paltarlarını da əlindən alaraq, küçəyə atmışlar. Hazırda 71 yaşında qoca adam kirayələrdə yaşamağa məcbur qalmışdır. Çox gözlədi ki, bəlkə övladları insafa gələrlər və bu ahıl yaşında evə çağırarlar, lakin təəssüflər olsun ki, onlar tərəfindən heç bir addım atılmadı. Bundan başqa, yuxarıda göstərilən, qeydiyyatda olduğu ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evin maliyyə hesabı (ev kitabını əvəz edən sənəd) həmişə adına olmuşdur. Lakin son zamanlarda məlum olmuşdur ki, həmin maliyyə hesabı heç bir hüquqi əsas olmadan və razılığı alınmadan Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bu barədə prokurorluq orqanına şikayət etsə də həmin orqan cavab olaraq bildirmişdir ki guya 2004- 2005-ci illərdə ev ərizəsi əsasında Səadətin adına keçib. Lakin heç vaxt belə bir ərizə yazmamış və heç kimə bu cür ərizə verməmişdir. Məhkəmənin nəzərinə çatdırdırir ki, həmin ünvanda yerləşən evin sahəsi söküntü zonası kimi artıq rəsmiləşmişdir. Buna görə də. Cavabdeh1 Nəsimi rayonu 33 saylı MKİS-in rəisi və onun rəhbərliyi altında işləyən işçilər ilə birlikdə adına olan maliyyə hesabını məlum olmayan qeyri qanuni yollarla Səadətin adına keçirmişlər. Dəfələrlə nümayəndəsi Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küç əsi 516 saylı ünvanda yerləşən əraziyə baxan Nəsimi rayonu 33 saylı MKİS-in rəisinə müraciət edərək dedikləri həmin razılıq ərizələrini üzə çıxarmalarını tələb etsə də, həmin MKİS-in rəisi bildirmişdir ki, idarəyə daxil olan ərizələr 5 ildən artıq müddətə saxlanılmır. Bundan sonra onlar xahiş etdib ki ərizə saxlamamısınızsa, onda həmin ərizənin qeydiyyata alınmasına dair idarənin sənədlərin qeydiyyatı kitabından çıxarışı təqdim edin və bu dəfə də onların xahişləri təmin edilmədi. Belə olan halda bir vətəndaş olaraq öz hüquqlarını mənzil-mülkiyyət və sairə hüquqlarını necə müdafiə etməli, pozulmuş hüquqlarını hansı qaydada bərpa edilməsinə nail olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin heç bir faktiki halı hərtərəfli və obyektiv araşdırılmamışdır. Əksinə, birinci instansiya məhkəməsi həm tərəflərin izahatlarını, həm də şahid ifadələrini təhrif etmiş və saxtalaşdırmışdır. Hamıya məlumdur ki mübahisəli evin yerləşdiyi Alatava ərazisində hansı evlər bir-birinə bitişik şəkildə yerləşmişdir və həmin ərazidə hər kəs birbirini çox yaxşı tanıyır ..sözügedən ərazidə yaşayan sakinlərin heç olmasa 3-4 nəfəri Cavabdeh1 tanıyırmı və onun mübahisəli evdə yaşamasını təsdiq edirlərmi? Eyni fikirlər Rövşənə də aiddir. Rövşənin ona və anasına qarşı göstərdiyi qərəzli və nalayiq rəftarlar onların qonşularının gözləri qarşısında olmuşdur. Rövşən anası Zenfiranı da onu da dəfələrlə döymüb, söymüş təhqir etmiş, şikayət etməsə də, anası Zenfira başı yarıldığı üçün şikayətçi olmuş və hazırda Rövşənin barəsində Nəsimi rayon polis idarəsində CM 128-ci maddəsi ilə istintaq aparılır. Dekabr ayının 18 -i qərar çıxıb, 26 -sı icra Rövşəni ünvan 3 saylı ünvanında yerləşən 2 otaqlı evə köçürüb, onlar da həmin 2 otaqlı evin giriş qapısının açarının bir nüsxəsinin ona təhvil vermişlər. Lakin «Hə həmin vaxt Rövşən icra məmurunun, öz vəkilinin və digər orda olan insanların yanında çənəndən tutaraq həmin evdə yaşaya bilməyəcəyini bildirmiş, daha sonra isə yəni icra məmuru akt tərtib edib getdikdən sonra Rövşən otaqlar arasındaki divarı sökmüş və həmin otaqlarda tikinti quraşdırma işləri həyata keçirməyə başlamış, elektrik, qaz və su xəttlərinə müdaxilə etməyə başlamışdır. Bütün bunlar azmış kimi hələ də həmin iki otaqa buraxmır və faktiki olaraq öz yaşayış evindən məhrum olmuşlar. Halbuki yuxarıda qeyd etdiyi kimi həyətdə mövcud olan 5 otaq hamısı ona məxsusdur. Lakin yoldaşından ayrılandan sonra məhkəmə qərarı ilə həyətdə olan iki otaqda köçüb yaşamağı və qarşı olan maneələrin aradan qaldırıması qərara alınmışdır. Hətta məhkəmə qərarı olmasa da belə yəni həmin otaqlarda onsuzda yaşamaq hüququ vardır və Rövşən kimi həmin ünvanda pasport qeydiyyatdadır. Odurki, Cavabdeh2 otaqlardan həmin mübahisəli iki otaqlı evdən qovmağa və həmin iki otaqdan istifadə etməyinə maneçilik törətməsinə heç bir hüququ yoxdur. Əlbəttə onlar həmin evdə doğulublar. Lakin ərə gedəndən və evlənəndən indiyə kimi həmin evdə heç vaxt yaşamayıblar və bunu bütün Alatava 3 bilir ki, İddia ərizəsində də qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli evə olan pasport qeydiyyatı da etibarsız olunmalıdır. Ona görə ki bu qeydiyyat formal xarakter daşıyır, 1992- ci ildən yaşamadığı ünvana Səadətin və 20 ildən artıq müddətdə sözügedən ünvanda yaşamamış Rövşənin qeydiyyatda saxlanılması yaşayış yeri ilə bağlı qarunvericiliyin mənasından kənara çıxır və onu inkar edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu şəxsin qeydiyyat üzrə ünvanda mütləq yaşamasını şərtləndirir...Əks halda bu qanunun məqsəd və mənası öz əhəmiyyətini itirmiş olacaqdır. Birinci instansiya məhkəməsi onların təqdim etdikləri sübutlara heç bir hüquqi qiymət vermir.Lakin qarşı tərəfin təqdim etdiyi Zenfiıanın adından yazılmış izahata istinad edir. Əgər Səadətin adına şəxsi hesab vərəqəsinin keçməsinə dair ərizə vermişdisə həmin vaxt Zenfira orda idimi? Zenfira hardan bilirdi ki kimin adına ərizə vermişdir. Həm məhkəmə həm də qarşı tərəf bir tərəfdən qeyd edirlər ki mübahisəli ev sənədsiz olduğu üçün onun barəsində guya subyektiv hüququ yoxdur, digər tərəfdən məhkəmə qətnaməsində yazır ki evi Səadətə könüllü bağışlamışdır. Mənzil istismar sahəsi icra hakimiyyətinin tabeçiliyində deyildir. Birincisi hər kəs bilir ki MİS-lər Mənzil Kommunal Təsərrüfat Birliyinin, MKTB isə şəhər və rayon icra hakimiyyətlərinin tərkibində olur. Əgər belə deyildisə, onda birinci instansiya məhkəməsinin hakimi cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya Mənzil Kommunal Təsərrüfat Birliyinin 3 cü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin etməli idi. Lakin bu barədə vəsatəti rədd etdi. İlk iddia üzrə İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi həm izahatını həm də şahid qismində dəvət etdiyi bacısının gəlini olan Qənimətin ifadəsini təhrif edərək saxtalaşdırmışdır. Xəstə olarkən qızı Səadət maşına qoyub hansısa idarəyə aparmış orada mahiyyətini bilmədiyi bir sənədə imza etdirmiş və ona bildirmişdir ki atası Fəxrəddin bu yaşında başqa arvadla yaşayır bizi biabr edir, bunların qarşısını almaq üçün bu hərəkətləri edir. xx.xx.2019-cu il tarixdə Nəsimi rayon məhkəməsində Səadətin vəkili bir kağızı hakimə təqdim etdi və bildirdi ki bu Zenfıranın prokurorluqda verdiyi izahatdır..Halbu ki sözügedən tarixdə prokurorluqda işi olmamışdır. Hazırda qətnaməni oxuyarkən görür ki hakim Səadətin vəkilinin təqdim etdiyi kağızda guya izahatı kimi yazılmış sözləri qətnamədə qeyd etmiş və iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatı və səsləndirdiyi fıkirlərini bir kəlməsini də qətnaməyə yazmamışdır. Ali Məhkəmənin MK-nın icratında olan 2(102)-2171/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Fəxrəddin oğlunun və Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13309/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda müəyyən edilir ki, İddiaçı1 cavabdehlər İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən və qeydiyyatda olduğu, lakin cavabdehlər tərəfindən zəbt edilərək çıxarıldığı fərdi yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsi, həmin ünvanda yerləşən 200 kvadrat metr torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş 138 kvadrat metr tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı eyni zamanda iddia ərizəsinə əlavə verərək mübahisəli mənzilə dair sənədlərin Cavabdeh1 adından, onun yəni İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2, İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə X3 və X4 cavabehlər sırasına daxil etməklə, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi; X1 və X2 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması; İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı1 cavabdehlər İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» barədə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi, cavabdehlər X1 və X2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdi. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər - Azad imanov - sədrlik edən və məruzəçi, Abiddin Fiüseynov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh X2 apelyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatavə küçəsi, 516 saylı ünvanda yerləşən 200 kvadrat metr torpaq üzərində inşa edilmiş 138 kvadrat metr tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi və cavabdehlər İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı1 həmin evdən istifadə İlə bağlı yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir . İlk iddia üzrə iddiaçılar İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh2 Mərdəkan qəsəbəsində ev tikdirdiyini, onun övladlarının da Mərdəkan qəsəbəsində yerləşən orta məktəbdə oxuduqlarını, Cavabdeh1 isə şəhərdə özünəməxsus mənzilinin olduğunu bildirmiş və ilkin iddianın təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar İddiaçı1 İddiaçı2 nümayəndəsi (ilk iddia üzrə İddiaçı1 vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin icraatı zamanı ərizə ilə müraciət edərək qeydiyyatdan çıxarma hissəsinin baxılmamış hesab edilməsini xahiş etdiklərini, şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsini tələb etdiklərini, Cavabdeh2 həmin mənzildən 2019-cu ilin fevral ayından yaşadığını, əvvəllər isə orada yaşamadığını bildirmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərini qəbul etməyərək, məhkəmə iclasında təqdim etdiyi vəsatəti müdafiə etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiklərini bildirmişdir. ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Cavabdeh3nə qarşı «fərdi evə qeydiyyatın və şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası baxılmamış saxlanılır (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4670/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci tarixli qərardadı ilə). Ona görə qəbul edilən qətnamədə yalnız qarşlıqlı iddiaya münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəllənin 139-146, 152-158, 178-180,; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 224, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, əmlak hüquqları üzrə tərəflərin gözləntiləri mövcud olsada dövlət tərəfindən tanınan mülkiyyət, istifadə və sahiblik hüquqları mövcud deyildir. Hazırki və digər mülki iş üzrə cavabdehlərin mahiyyət baxımından iddiaçının ünvandan çxarılması kimi (təmin edilmiş) tələbləri olmadığından onların qeyd edilən ünvandan iki otaqlı tikiliyə münasibətdə üstün mənafelərinin tədqiq edilməmiş və nəticə hasil olmamışdır. Ona görə qarşılıqlı iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, onların mübahisəli ünvanda yerləşən iki otaqlı tikiliyə dair statusları eynidir və digər mülki iş üzrə məhkəmə qərarı hazırki iş üzrə həmin hissədə preyudisiya əhəmiyyətinə malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6860/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Cavabdeh3nə qarşı «fərdi evə qeydiyyatın və şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair ilkin iddia tələbinin baxılmamış saxlanıldığı nəzərə alınmaqla qalan (Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı “evdən istifadəyə yaradılan istənilən maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia) hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4670/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4670/2020
26.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver