Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4671/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-1163/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Avtomobil X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 3.606,40 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 sentyabr 2019-cu il tarixində Bakı-Ələt-Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində Cavabdeh idarə etdiyi “MercedesBenz” markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yolnəqliyyat hadisəsi nəticəsində yolun 56 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil X3nə 3.606,40 manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və Azərbaycan Avtomobil X3nə dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib olunmuş yol nəqliyyat hadisəsinin sxemində və cavabdehlərin izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 01 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində “MercedesBenz” markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 56p/m metal təhlükəsizlik səddi yararsız halasalınmaqla dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 3.606,40 manat məbləğində zərər vurulmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-1163/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 3.606,40 (üç min altı yüz altı manat qırx qəpik) manat məbləğində zərər Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil X3nə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, cavabdeh tərəfindən 03 sentyabr 2019-cu il tarixdə 188 yük daşıma avtomobil firmasının “MercedesBenz” markalı, **-JX-*** dövlət qeydiyyatı avtomobilin nasaz olduğunu dəfələrlə şirkətə xəbərdarlıq etməyinə baxmayaraq, onu məcburi xəttə buraxmışdırlar. Havanın yağışlı olması ucbatından yollar tam nasaz və nahamar olduğundan cavabdeh idarəetməni itirmişdir və bunun nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunun 76-ci kilometrində yol nəqliyyat hadisəsi törətmişdir. Lakin, iddiaçının qeyd etdiyi ziyan 3606,40 manat məbləğində şişirildirmiş məbləğdir, həmçinin əmtəəşünaslıq ekspertizanın rəyi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, 03 sentyabr 2019-cu il tarixdə o, avtomobilini idarə edərkən havanın yağışlı olması səbəbindən yollar nahamar olduğu üçün o, idarəetməni itirmiş və yolnəqliyyat hadisəsini törətmişdir. Lakin o, tələb olunan zərərin əvəzinin onun işlədiyi təşkilatdan tutulmalı olduğunu, onunla təşkilatın arasında müqavilənin olmasını və onun tərəfindən vurulmuş maddi ziyanla bağlı cavabdehliyi təşkilatın daşıdığını qeyd etmişdir. İş üzrə iddiaçı Azərbaycan Avtomobil X3nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, 03 sentyabr 2019-cu il tarixində Bakı-Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində “MercedesBenz” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil X3nə 3.606,40 manat zərər dəymişdir. Hadisə törədilərkən yük avtomobilini etibarnamə əsasında idarə edən şəxs Cavabdeh olmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, iddiaçı Cavabdeh tərəfindən 03 sentyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbləri pozulduğu üçün o, 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 may 2020-ci il tarixli rəyindən görünür ki, 03 sentyabr 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil X3nə vurulmuş zərərin miqdarı 3.606,40 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə zərərin əvəzinin ödənilməsini Cavabdeh üzərinə qoymaqla, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq 119.1, 124-cü maddələrinə istinad etməklə məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və məhkəmə məsrəfi olan ekspertiza xərcini düzgün olaraq həll etmişdir. Kollegiya apellayatorun zərərin işlədiyi təşkilatdan tutulmalı olduğunu, onunla təşkilatın arasında müqavilənin olmasını və onun tərəfindən vurulmuş maddi ziyanla bağlı cavabdehliyi təşkilatın daşıması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, onun qeyd olunan dəlili heç bir sübutla təsdiq olunmamaqla yanaşı, avtomobili etibarnamə əsasında idarə etməsi müəyyən olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)- 1163/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4671/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4671/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver