Məhkəmə qərarları › İş №2(103)-4671/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4671/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4671/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2023 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8362 ( səkkiz min üç yüz altmış iki ) manat əsas, 322.07 ( üç yüz iyirmi iki manat yeddi qəpik) manat faiz, cəmi 8684.07 ( səkkiz min altı yüz səksən dörd manat yeddi qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 107.25 ( yüz yeddi manat iyirmi beş qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 8362 (səkkiz min üç yüz altmış iki) manat əsas borc, 322,07 (üç yüz iyirmi iki manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 8684,07 (səkkiz min altı yüz səksən dörd manat yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107,25 (yüz yeddi manat iyirmi beş qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində və “MPM-ə Əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1033/2023 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3516/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci dəfə apellyasiya şikayətini vaxtında verilmişdir. Heç bir müddəti ötürülməmişdir. Hətta qərardaddan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldıqdan sonra Yasamal rayonu Məhkəməsinə göndərilməmiş yenidən apellyasiya şikayətini və müddət bərpa ərizəni məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə qərardadlarından şikayət vermək vəkilin hüququdur və bu hüquq öz təsdiqini MPM-də tapır. Göründüyü kimi, məhkəmə vəkilin öz hüquqlarından istifadəsinə müdaxilə etmiş və məhdudiyyət qoymuşdur. Bu hal isə öz növbəsində vətəndaşın şikayət vermək hüququnu məhdudlaşdırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi rəsmi olaraq 16 mart 2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilərək qəbul edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində və “MPM-ə Əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili həmin müddət ərzində qərardadda göstərilən qüsurları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılaraq təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin 2(103)- 3516/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1033/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin prosessual müddət daxilində verilməsinə baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində və “MPM-ə Əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmasına dair qərardad qüvvəsini aldıqdan sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə həmin qərardadı mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair. bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Мəhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki vəziyyətdə cavabdeh tərəfin apellyasiya şikayəti qanuna uyğun olmayan qaydada verildiyindən geri qaytarılmış, lakin cavabdeh tərəf həmin çatışmazlıqları aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək əvəzinə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı mübahisələndirməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür ki, həmin müddətin bərpa edilməsi üçün isə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Kollegiya qeyd edir ki, əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Göründüyü kimi cavabeh tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüş, müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin haqlı olaraq hesab etmişdir ki., cavabdehin qətnamədən daha əvvəl qanuna uyğun olmayan qaydada apellyasiya şikayətinin verilməsi və bu halın hazırda üzrlü səbəb kimi qəbul edilməsi barədə onun dəlili əsassızdır, çünki cavabdehin nümayəndəsi və vəkili hüquqşünas olmaqla vəkillik fəaliyyəti ilə məşğul olan şəxsdir. Şəxsin bu statusu isə onun prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmamasını qeyri-mümkün edir. Belə ki, birinci dəfə şikayətin geri qaytarılması barədə qərardadla tanış olan cavabdehin nümayəndəsi və vəkili həmin prosessual çatışmazlıqları aradan qaldırmaq mümkün olduğu halda Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2022 saylı qərardadından da şikayət vermişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1033/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar