Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4694/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Eyvazov (sədrlik edən və məruzəçi), X13 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı X2 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə dəymiş 9418 manat pulun, "xxxx" MMC-yə ödənilmiş 400 manat xərcin və 118,18 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 29 onun mülkiyyətindədir. O, 2015-ci ildə həmin mənzili əldə etmiş, 2017-ci ildə yüksək səviyyəli təmir edərək orada bir müddət yaşamış, 2019-cu ildən isə yaşamamışdır. 2022-ci ildə mənzilə baxmağa gələndə ona məlum olmuşdur ki, mənzilinin üzərində yerləşən cavabdehə məxsus olan 31 saylı mənzildən su axıdılması nəticəsində mənzili tam yararsız vəziyyətə düşmüşdür (su o səviyyədə axıdılmışdır ki, divar kağızının altından göbələk çıxmağa başlamış, mebellər yarasız hala düşmüşdür). Bundan sonra onun müraciətinə əsasən, "xxxx" MMC-nin 7-134/23 saylı, 11 iyul 2023-ci il tarixli rəyi ilə mənzilinə dəymiş ziyanın 9418 manat təşkil etməsi müəyyən olunmuşdur (həmin rəyin verilməsi üçün 400 manat ödəmişdir). Bununla da cavabdehin qanunsuz əməlləri nəticəsində onun əmlakına külli miqdarda ziyan dəymiş və əmlakı yarasız vəziyyətə düşmüşdür. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək, etirazını onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır. Belə ki, iddiaçıya məxsus 29 saylı mənzil binanın 2-ci mərtəbəsində yerləşir, cavabdehə məxsus 31 saylı mənzil isə həmin binanın 3-cü mərtəbəsində yerləşir (tərəflərin mənzilləri üst-üstə yerləşir). Qeyd edir ki, cavabdehin mülkiyyətində lan mənzildən iddiaçıya məxsus mənzilə su sızması, cavabdehin mənzilinə həmin binanın 4cü mərtəbəsində yerləşən 33-cü saylı mənzildən daimi olaraq su sızması nəticəsində baş vermişdir. Həmin 33 saylı mənzil qonşu X8 məxsusdur və cavabdehin mənzilin bilavasitə üstündə yerləşir (hər üç mənzil üst-üstə yerləşir). 33 saylı mənzilin sahibi X9 dəfələrlə cavabdehin mənzilini suya basmış, cavabdehin mənzilinin dəhlizi, mətbəxi, sanitar qovşağında olan tavanı, divarları və s. əşyaları yararsız vəziyyətə düşmüşdür. O bu barədə dəfələrlə bildirmiş, borularda təmir işləri aparılmış, lakin bir müddət keçəndən sonra yenə Sevda Kərimovanın mənzilindən cavabdehin mənzilinə daha pis su sızması baş vermiş, nəticədə yenə cavabdehin mənzilinin dəhlizi, mətbəxi, sanitar qovşağında olan tavan, divarlar və s. əşyalar, apardığı təmir işləri tam yararsız vəziyyətə düşmüş və eyni zamanda hazırki iş üzrə iddiaçının mənzilinə də su sızmışdır. O, X8 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddiası qismən təmin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin olunaraq, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 6475 manat, "xxxx" MMC-yə ödənilmiş 275 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81,25 manat, ümumilikdə 6831,25 (altı min səkkiz yüz otuz bir manat, iyirmi beş qəpik) manat pul vəsaitinin iddiaçı X2 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 103 manat (yüz üç manat) hissəsinin Cavabdeh, qalan 47 (qırx yeddi) manat hissəsinin isə iddiaçı X1 alınaraq alınaraq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı və cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfin apellyasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq – qətnamənin əsassız olmasını, tam təmin olunmalı olmasını, mənzilinə dəyən ziyanın çox olmasını, bununla bağlı müvafiq ekspert rəyinin məhkəməyə təqdim olunmasını, lakin məhkəmə tərəfindən heç bir əsas olmadan həmin rəyin nəzərə alınmamasını, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/9718 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyində göstərilən iş həcmi (smeta) üzrə qiymətləndirmənin həyata keçirilməməsini, əksinə məhkəmənin əsassız hesab etdiyi əvvəlki rəyə əsaslanmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmişdir. Cavabdeh apellyasiya şikayətini işin hallarına və iddia ərizəsinə qarşı etiraza uyğun formada əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mənzilinə su sızma onun mənzilindən deyil, üst mənzilin, yəni hazırkı iş üzrə üçüncü şəxs Sevda Kərimovanın mənzilindən onun mənzilinə suyun axıdılması, eləcə də binanın damından axan sular səbəb olmuşdur. Belə ki, əvvəllər binanın şaxtası ustalar tərəfindən yararsız hala salınmış, cavabdeh tərəfindən həmin şaxtanın öz hesabına təmir etdirilmişdir. Bundan başqa, cavabdehin mənzilinə Sevda Kərimovaya məxus mənzildən dəfələrlə su axıdılmış, xəbərdarlıqlara baxmayaraq bir nəticə əldə olunmamış, bu səbəbdən məhkəməyə müraciət edilmiş və məhkəmə qətnaməsi ilə bu hal öz təsdiqini tapmış, dəymiş ziyana görə müvafiq pul vəsaiti tutulmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən dəymiş zərərlə bağlı mütəxəssis rəyi məhkəməyə təqdim olunmuş, lakin məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə iddiaçıya dəymiş zərərin məbləği təqribən 6475,0 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi həmin rəylə razılaşmayaraq təkrar ekspertiza təyin etmiş, bu dəfə Məhkəmə Ekspertiza Mərkəzinin 10/9718 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyi ilə iddiaçıya məxsus mənzildə aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi müəyyən edilmiş, müvafiq smeta tərtib edilmiş, lakin qiymətləndirmənin məhkəmə ekspertizasının fəaliyyətinə aid olmaması əsası ilə zərərin məbləği müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi isə ekspertiza rəyində göstərilən smeta üzrə zərərin konkret məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə təyin etməli olduğu halda bunu etməmiş, əksinə razılaşmadığı ekspertiza rəyində göstərilmiş məbləği əsas götürərək qətnamə qəbul etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh iddiaya etirazında 29 saylı mənzilə dəymiş zərərin 33-cü mənzildən (yəni, cavabdehin mənzilindən yuraxıda yerləşən üçüncü şəxsə məxsus mənzildən) axıdıldığını bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmidir. Ola bilər ki, cavabdehin mənzilinə üst mərtəbədən su sızma halı baş verib, lakin iddiaçının mənzilinə o qədər su axmışdır ki, bütün mənzil yararsız hala düşmüşdür. Yəni, iddiaçının mənzilinə axan suyun həcmi nəzərə alınsa, o zaman cavabdehin mənzili tamamilə suyun altında qalmalı idi ki, oradan iddiaçıya bu həcmdə su sızsın. İşdə olan cavabdehlə üçüncü şəxs arasında baş vermiş məhkəmə mübahisəsi üzrə qətnamədən də görünür ki, cavabdehin mənzilinə dəymiş ziyanın həcmi az olmaqla, cəmi 1082 manat təşkil etmişdir. Həmçinin cavabdehin mənzilə dəymiş zərərə diqqət etdikdə, susızmanın yalnız cavabdehin mənzilinin tavan hissəsində müşahidə edilməklə, döşəmədə hər hansı zərər müşahidə olunmamaqdadır. Göründüyü kimi, cavabdehin etirazının hər hansı məntiqi əsası yoxdur. Bundan başqa, cavabdeh tərəfindən öz evi təmir olunmuş və yerində olan sübutlar məhv olmuşdur. Bu səbəbdən suyun axdığı boruları faktiki olaraq müəyyənləşdirmək mümkün olmadığından rəydə suala tam cavab verilməmişdir. Lakin, iddiaçının mənzilində təmir işləri aparılmamışdır. İddiaçının mənzilinin tavanına baxdıqca suyun cavabdehin evindən axdığı açıq-aydın görünür. Cavabdehin nümayəndəsi binanın fasadında olan borulardan su axıntısı olmasını qeyd etsə də, bu həqiqəti əks etdirmir və həmin borulardan iddiaçının mənzilinin daxilinə su sıza bilməz. Həmçinin, iddia verməmişdən əvvəl mənzilə dəymiş zərərin həcminin müəyyən olunması üçün müstəqil qiymətləndirici cəlb olunaraq, zərərin həcmi müəyyən olunmuşdur. Hazırkı apellyasiya baxışı zamanı da alınmış qiymətləndirmə rəyindən görünür ki, iddiaçıya məhz iddia tələbində göstərilən 9418 manat ziyan dəyməsi tamamilə təsdiq olunur. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və iddiaya qarşı verilmiş ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının evinə su sızmasında cavabdehin təqsiri olmamış, əksinə üçüncü şəxsin evindən axan su nəticəsində cavabdehin, eyni zamanda iddiaçının evinə zərər dəymişdir. Cavabdehin evə dəyən zərərlə bağlı məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Həmçinin, binanın fasdının dəyişməsi nəticəsində borularda problemlər yaranmış,suyun axması oradan da ola bilərdi. Bununla yanaşı, iddiaçı uzun müddətdir mənzildə yaşamağını bildirir. Belə olan halda, susızmasının hansı tarixdə baş verdiyi müəyyən deyildir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertizalar zamanı mübahisəli ünvanda yerləşən 31 və 33 saylı mənzillərin sanitar qovşaqlarının təmir olunması və boruların gizlin olması, eləcə də su və kanalizasiya xətlərinin görünən yerlərində hər hansı nasazlıq müşahidə edilmədiyindən səbəbindən 29 saylı mənzilə su su sızıntısını müəyyən etməyin mümkün olmamışdır. Belə olan halda, iddiaçının mənzilinə dəymiş ziyanda cavabdehin təqsiri müəyyən olunmur. Qeyd olunanlara əsasən, cavabdehin apellyasiya şikayətinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi cavabdehin apellyasiya şikayətinə etiraz edərək göstərmişlər ki, 2022-ci ilin iyun ayında binanın komendantı susızması barədə məlumat vermiş, həmin vaxt iddiaçı və cavabdeh də çağırılmış, iddiaçı ilk dəfə həmin vaxt mənzilinə su sızdığını bilmişdir. Mənzillərə baxış keçirilmiş, bu zaman iddiaçının evinin yararsız hala düşdüyü görünmüş, müşahidə zamanı su axıntısının davam etdiyi, axıntının isə üçüncü şəxsin deyil, məhz cavabdehin evindən qaynaqlandığı görünmüşdür. Cavabdeh tərəfin izahatında bildirdiyinin əksinə binanın fasad borularından su axıntısı yoxdur və oradan iddiaçının mənzilinə ümumiyyətlə su sıza bilməz. Bundan başqa, 2019-cu ildə üçüncü şəxsin mənzilindən cavabdehin mənzilinə su axıntısı olmuş, bununla bağlı akt tərtib olunmuş, aktda suyun konkret axması deyil, suyun izlərinə rast gəlinməsi qeyd edilmişdir. Yəni, üçüncü şəxsin mənzilində az həcmdə su axıntısı baş vermiş, məhkəmə tərəfindən cəmi 1082 manat ziyan müəyyən edilmişdir. Həmin həcmdə su axıntıcı iddiaçının mənzili keçə bilməz və 9000 manat həcmində ziyan vura bilməzdi. Yekun olaraq, iddiaçının mənzilə su axıntısı üçüncü şəxsin mənzilindən deyil, mənhz cavabdehin mənzilindən olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı binanın 2-ci mərtəbəsində yerləşən, 29 saylı mənzilin, cavabdehin isə iddiaçıya məxsus mənzilin bilavasitə üzərində yerləşən 31 saylı mənzilin mülkiyyətçisi olması, üçüncü şəxsə məxsus 33 saylı mənzilin isə cavabdehin mənzilinin bir üst mərtəbəsində yerləşməsi, iddiaçının mənzilinə suyun axıdılması və ona ziyan dəyməsi işin mübahisə olunmayan hallarıdır. Mübahisəli məsələ iddiaçının mənzilinə məhz cavabdehin təqsiri nəticəsində ona məxsus mənzildən suyun axılıdması və dəymiş zərərin məbləği hissədədir. İddiaçının özü tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 07-134/23 nömrəli, 11 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə üst mərtəbədən su axması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 9418,00 manat məbləğində müəyyən olunmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9030 nömrəli, 14 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın 2-ci mərtəbədə yerləşən 29 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6475,0 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 29 saylı mənzilin 1 ədəd yaşayış otağı, mətbəx və dəhliz tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın, 2-ci mərtəbəsində yerləşən 29 saylı mənzilinə su axıdılıdığı üçün və nəticədə 29 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 31 və 33 saylı mənzillərin sanitar qovşağı tikililəti təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 29 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır (rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir). Göründüyü kimi, iş materiallarında dəymiş zərərin həcminin (məbləğinin) müəyyən olunması ilə bağlı iki rəy mövcud olmuş, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 14 iyun 2024-cü il tarixli rəyə tənqidi yanaşmış, bu səbəbdən də özünün xx.xx.2024-cü il tarixli, 2(006)-448/2024 nömrəli qərardadında Mərkəzin qeyd olunan rəyinin tədqiqat hissəsinin müfəssəl olmaması səbəbindən təkrar ekspertiza təyin etməklə, ekspertizanın aparılmasını başqa ekspertə həvalə olunmasını göstərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/9718 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyində isə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın 2-ci mərtəbədə yerləşən 29 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmiş, lakin həmin həcmə uyğun müvafiq qiymətləndirmənin onların səlahiyyətinə aid olmaması səbəbindən dəymiş zərərin məbləği müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza zamanı susızması nəticəsində iddiaçının mənzilinə maddi ziyanın dəymişdir. Cavabdehin isə iddiaçının mənzilinə dəyən zərərin üçüncü şəxsin mənzilindən axan sular nəticəsində yaranmasına münasibətdə isə mənzillərin mərtəbələr üzrə yerləşməsi nəzərə alınmaqla – 29 saylı mənzil 31 saylı mənzilin altında, 33 saylı isə onun üzərində yerləşməklə – dördüncü mərtəbədən sızan suyun üçüncü mərtəbəni ciddi zədələmədən ikinci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşıyır və inandırıcı deyildir. Eyni zamanda, 33 saylı mənzildən sızma nəticəsində 31 saylı mənzilə dəyən zərərin 1082 manatla məhdud olması onun miqyasının kiçik olduğunu göstərir və bu sızmanın bir mərtəbə aşağıya daha böyük həcmdə zərər vurması ehtimalını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin 33 saylı mənzildən baş verən su sızmasının 29 saylı mənzildə baş vermiş zərərə səbəb olması ilə bağlı iddiaları iş materialları ilə təsdiqini tapmır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, 29 saylı mənzildə meydana gəlmiş maddi zərər ilə 31 saylı mənzilin sahibi arasında səbəb-nəticə əlaqəsi mövcuddur və su sızmasının mənbəyi məhz 31 saylı mənzildir. Həmçinin, birinci instansiya məhkəməsi dəymiş maddi ziyana münasibətdə qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 6475 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Göründüyü kimi, zərərin məbləği ilə bağlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan (qiymətləndirici dəvət edərək, müvafiq qiymətləndirməni həyata keçirmədən) özünün razılaşmadığı əvvəlki rəyə əsaslanmaqla qətnamə qəbul etmiş, qətnaməni həmin hissədə əsaslandırmamış, sübutların mümkünlüyü və qiymətləndirilməsində səhvə yol vermiş, bunun davamı olaraq məhkəmə xərclərinin də bölüşdürülməsini düzgün həyata keçirməmiş, bununla da prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Halbuki, MPM-in 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin düzgün həllinə təsir göstərən prosessual pozuntulara yol verərək, iş üzrə yuxarıda qeyd olunanları nəzərə almamış, araşdırılmalı olan halları tam, hərətəfli və obyektiv araşdırmamış, nəticədə bu pozuntu düzgün olmayan qətnamə çıxarılmamasına səbəb olmuşdur. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Belə olan halda qətnamə apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamədə qəbul edilməildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 2828 nömrəli, 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 evin, 33 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 31 saylı mənzilin divarlarındakı su sızma izlərini nəzərə alaraq mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 31 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq bazar qiymətlərinə uyğun olaraq 1082 manat məbləğində müəyyən olunur. İşdə olan "xxxx" MTK-nin sakinləri tərəfindən tətrib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi ev 65, 31 nömrəli mənzilində yaşayan və daimi qeydiyyatda olan X11 binanın sədrinə rəsmi müraciət edərək onun yaşadığı mənzilə şahidlər ilə birlikdə baxış keçirilmiş və müəyyən edilmişdir ki: Hamam – tavanın suvağı yararsız vəziyyətdədir və elektrik xətti qismən zədələnib. Mətbəxin tavanı tamamilə yararsız haldadır, çatlar əmələ gəlib, suvaq tam şəkildə sökülüb, divarda axan suyun izləri qalıb. Dəhlizdə bir neçə hissədə suvaq tökülüb və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlib. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21.2-ci maddəsinə əsasən əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; MM-nin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflərin qonşu olmaları, cavabdehə məxsus mənzilin iddiaçının mülkiyyətində olan mənzilin bilavasitə üstündə yerləşməsi işin mübahisə olunmayan hallarıdır. Cavabdehin etirazının əsası iddiaçının mənzilinə su axıntısının onun mənzilindən deyil, üçüncü şəxsə məxsus olan 33 saylı mənzildən qaynaqlanıdığı ilə bağlı olmuşdur. Qeyd olunan halın araşdırlması məqsədilə, birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertizada iddiaçının mənzilinə dəymiz zərərin su axıntısından qaynaqlandığı təsdiqini tapmışdır. Bununla belə, ekspert su sızmanın səbəbini müəyyən edə bilməmişdir (rəylərdə 31 və 33 saylı mənzillərin sanitar qovşağı tikililəti təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, eyni zamanda su və kanalizasiya boruların gözlə görünən hissələrində hər-hansı bir nasazlıq müşahidə edilmədiyindən). Bununla yanaşı, qeyd olunduğu kimi iddiaçının mənzilinə həqiqətən suyun axması və bunun nəticəsində maddi ziyan dəyməsi faktı təsbit olunmuşdur (cavabdeh tərəf də bunu inkar etməmişdir). Belə olan halda, mübahisənin obyektiv həlli üçün birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunduğu kimi, iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən 29 nömrəli mənzilə dəymiş zərərin cavabdehə məxsus 31 saylı mənzildən deyil, iş üzrə üçüncü şəxsə məxsus 33 saylı mənzildən su sızması nəticəsində meydana gəlməsi əsaslı arqument hesab oluna bilməz. Belə ki, işin mübahisəsiz halı kimi mənzillər mərtəbələr üzrə, yəni 29 saylı mənzil (ikinci mərtəbə) 31 saylı mənzilin (üçüncü mərtəbə) altında, 33 saylı mənzil (dördüncü mərtəbə) isə onun üzərində yerləşir. Bu halda isə, dördüncü mərtəbədən sızan suyun üçüncü mərtəbəni ciddi zədələmədən ikinci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşıyır və inandırıcı deyildir. Eyni zamanda, cavabdeh də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, cavabdehin mənzili bilavasitə iddiaçının mənzilinin üzərində yerləşir və iddiaçının mənzilinin tavanında və divarlarında yaranmış susızma izləri və onların yerləşmə trayektoriyası suyun məhz cavabdehin mənzilindən axması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Cavabdeh isə bunun əksini sübut etmək yükünü daşıyır. Cavabdehin istinad etdiyi məhkəmə aktından və həmin işə aid bəzi sənədlərdən (ekspertiza rəyi və s.) isə görünür ki, üçüncü şəxs tərəfindən cavabdehin mənzilinə su axılıdması faktı olsa da, bunun həcmi çox olmamış, dəymiş zərərin məbləği isə cəmi 1082 manat təşkil etmişdir. Bununla yanaşı, həmin iş üzə keçirilmiş ekspertiza rəylərindən də görünür ki, susızmadan yaranmış qüsurlar əsasən cavabdehin mənzilinin tavan və divarlarında olmuş, döşəmə hissəsində hər hansı qüsurlarının olması müəyyən edilməmişdir. Həmçinin, cavabdeh üçüncü şəxs tərəfindən sonralar da onun mənzilinə suyun axıdılmasının davam etməsi istiqamətində məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin mənzilinə suyun axıdılması faktı ilə hazırki mübahisə arasında birbaşa səbəbəli əlaqənin olması (yəni, iddiaçının mənzilinə suyun axıdılması və bunun nəticəsində dəymiş zərərin həcmi ilə cavabdehin mənzilinə üçüncü şəxs tərəfindən suyun axıdılması arasında) müəyyən edilmir. Həmçinin, cavabdehin nümayəndəsi iddiaçının mənzilinə suyun binanın fasadında olan borulardan axmasını bildirsə də, bununa bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmidir. Təqdim edilmiş fotoşəkillərdən isə cavabdehin nümayəndəsinin istinad etdiyi halla məhz iddiaçının mənzilinə suyun axıdılması arasında hər hansı səbəbli əlaqənin olması görünmür. Eyni zamanda, iddiaçı və üçüncü şəxsin nümayəndələri də bu halı təkzib etmişlər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçıya dəymiş zərərlə bağlı hissədə aşadığakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi, iş materiallarında dəymiş zərərin həcminin (məbləğinin) müəyyən olunması ilə bağlı iki rəy mövcud olmuş, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 14 iyun 2024-cü il tarixli rəyə tənqidi yanaşmış, bu səbəbdən də özünün xx.xx.2024-cü il tarixli, 2(006)-448/2024 nömrəli qərardadında Mərkəzin qeyd olunan rəyinin tədqiqat hissəsinin müfəssəl olmaması səbəbindən təkrar ekspertiza təyin etməklə, ekspertizanın aparılmasını başqa ekspertə həvalə olunmasını göstərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/9718 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyində isə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın 2-ci mərtəbədə yerləşən 29 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmiş, lakin həmin həcmə uyğun müvafiq qiymətləndirmənin onların səlahiyyətinə aid olmaması səbəbindən dəymiş zərərin məbləği müəyyən olunmamışdır. Bununla belə, işə baxan birinci instansiya məhkəməsi qiymətləndirici təyin etməmiş, yekunda razılaşmadığı ekspert rəyinə istinad edərək, iddiaçıya dəymiş zərərin məbləğini 6475,0 manat müəyyən etmişdir. Bu səbəbdən də apellyasiya baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/9718 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyində öz əksini tapmış təmir işlərinin həcmi (smetası) əsasında müvafiq qiymətləndirmənin aparılması dəymiş zərərin obyektiv müəyyən olunması üçün məqsədəmüvafiq hesab edərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim olunmuş “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-120/TQ/25 nömrəli mütəxəssis rəyinə əsasən tikinti-texniki tədqiqat zamanı ünvan 1 ünvanında yerləşən 29 saylı mənzildə müəyyən olunmuş qüsurların aradan qalıdırlması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin (bax: rəyə əlavə olunmuş smeta) mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 9568,0 (doqquz min beş yüz altımış səkkiz) manat məbləğində müəyyən olunur. Göründüyü kimi, iddiaçı tələbində su sızması nəticəsində onun mənzilinə dəymiz zərər kimi 9418 manat tələb etmiş, apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyinə əsasən isə dəymiş zərərin məbləği 9568,0 manat müəyyən olunmuşdur. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən də məhkəmə kollegiyası tələbdən kənara çıxmağı zəruri hesab etməyərək, iddianın həmin hissədə tam əsaslı olması nəticəsinə gəlir. Cavabdeh tərəf isə zərərin məbləğinin daha aşağı olması istiqamətində məhkəməyə hər hansı sübut təqdim edə biliməmişdir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdeh tərəfin izahatı da iddianın əsassız sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İddiaçı tələbində həmçinin "xxxx" MMC-yə ödənilmiş 400 manat pul vəsaitinin də cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Birincisi iddiaçı müvafiq ödənişlə bağlı sübutun əslini məhkəməyə təqdim etməmiş, ikincisi isə dəymiş zərərin həcmi və məbləği məhz məhkəmə icraatları zamanı müvafiq ekspertiza və qiymətləndirmə rəyləri alınmaqla müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddianın həmin hissədə təmin olunmaması nəticəsinə gəlir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 9418 (doqquz min dörd yüz on səkkiz) manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri kimi 150 manat, eləcə də apellyasiya instansiyası məhkəməsində 500 manat qiymətləndiricinin xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməlidir (çünki, iddiaçının zərərlə bağlı əsas tələbi tam həcmdə təmin olunmuşdur). Bununla yanaşı, iddiaçının hazırki iddianı qaldırması üçün ödədiyi 118,18 manat dövlət rüsumu da məhkəmə xərci kimi cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı tərəfindən mübahisələndirilə biləcək hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunsun. Cavabdeh dəymiş maddi ziyana görə 9418 (doqquz min dörd yüz on səkkiz) manat, habelə ödənilmiş dövlət rüsumuna görə 118,8 (bir yüz on səkkiz manat, 80 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı X2 xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), 500 (beş yüz) manat tutularaq “X3” MMC-yə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Azər-Türk Bank ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ********************, SWİFT AZRTAZ22, “X3” MMC VÖEN **********, hesab AZ69AZRT********************) ödənilsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz, cavabdeh isə qətnamə ona rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4694/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4694/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver