Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-470/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(009)-1690/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9970,41 manat əsas borc, 387,6 manat faiz borcu olmaqla, ümumilikdə 10358,01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, borclu Cavabdeh ilə bağlanmış X3nə əsasən Cavabdeh "xxxx" BOKT-dan 36 ay müddətinə illik 20 % olmaqla, 11,500 manat məbləğində kredit götürmüşdür. "xxxx" BOKT ilə "xxxx" ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 27 dekabr 2019-cu il tarixli müqaviləyə 07.05.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" ASC-yə ötürülmüşdür. Lakin cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(009)-1690/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli “X3” ləğv edilsin, həmin Müqavilə üzrə yaranmış 8961,04 manat əsas borc, 254,98 manat faiz borcu olmaqla, ümumilikdə 9216,02 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(009)-1690/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 2019-cu ilin oktyabr-mart ayları üzrə ayda 430 manat ödəməklə cəmi 6 ay ərzində 2580 manat vəsait bankın hesabına ödənmişdir. Bundan sonra sərt karantin müddəti bitdikdən sonra 2021-ci ilin fevral ayında cəmi 3000 manat olmaqla bu günə qədər ümumilikdə 5580 manat məbləğində vəsait Cavabdeh tərəfindən İddiaçı ASC-ə ödənmişdir. Belə olan halda cavabdehin əsas borcu 7-8 min manat aralığında olmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, 18.10.2019-cu ildə 463 manat və 19.12.2019-cu ildə 429 manat ödənişlər etmişdir. Onun həmin ödənişləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, tələb banka 27.12.2019-cu ildə keçmişdir. 21.01.2020-ci il tarixdən ödənişlərlə bağlı hesabdan çıxarış təqdim olunmuşdur. 27.12.2019-cu il tarixdən əvvəlki ödənişlər isə "xxxx" BOKT MMC-də olmuşdur. Hazırda ekspertin rəyi də, onların maliyyə arayışına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcu ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, əsas borc hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" BOKT MMC ilə "xxxx" ASC arasında bağlanmış 27.12.2019-cu il tarixli tələbetmə hüququnun güzəşt olunmasına dair 1 №li Əlavə sazişdən və sazişə əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh ilə "xxxx" BOKT MMC arasında 20.09.2019-cu il tarixdə imzalanmış X3ndən görünür ki, həmin sazişə uyğun olaraq 36 ay müddətində illik 20 % olmaqla kreditor tərəfindən Cavabdeh 11500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 05.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 20.09.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8961,04 manat məbləğində əsas borc, 254,98 manat məbləğində faiz borcu vardır. VN Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışında görünür ki, qurumun əvvəlki adı “ Nikoyl” İKB, qurumun hazırki adı isə İddiaçı ASC-dir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" BOKT MMC müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" ASC-yə ötürülmüşdür. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin borcunun müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, 20 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit sazişinin şərtlərinə əsasən, Cavabdeh bütün ödənişləri nəzərə alınmaqla 05 iyul 2021-ci il tarixədək olan əsas borc üzrə 9470,54 manat, faiz borcu üzrə 15,78 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 05.07.2021-ci il tarixdən (sualda göstərilən tarix) sonra 1500,0 AZN məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla borc qalığının hesablanması 05.07.2021-ci il tarixədək olduğundan, sonradan ödənilən 1500,0 AZN nəzərə alınmadı. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatı aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh "xxxx" ASC-yə 05.07.2021-ci il tarixdən sonra 1500 manat məbləğində ödəniş etməsi nəzərə alınaraq, həmin məbləğin ekspertiza rəyindəki 05.07.2021-ci il tarixə olan əsas və faiz borcundan silinməsini əsas götürərək, iddiaçı "xxxx" ASC-yə ödənilməli olan əsas qalıq borcu 7986,32 manat məbləğində müəyyən edilməlidir (9470,54 əsas borc+15,78 faiz borcu=9486,32 manat-1500 manat ödənilmiş məbləğ=7986,32 manat əsas borc). Buna görə də, kollegiya apellyatorun borcu ödəməsi ilə bağlı dəlillərini qismən əsaslı hesab edərək, qeyd edir ki, ekspertizanın müəyyən etdiyi borc məbləğləri əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 manatın 77 manatı cavabdehdən, 23 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(009)- 1690/2021 saylı qətnaməsi Cavabdeh faiz borcunun tutulması hisəssində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi faiz borcunun tutulması hissəsində təmin edliməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(009)-1690/2021 saylı qətnaməsi əsas borcun müəyyən edilməsi hissəində dəyişdirilsin, əsas borc 7986,32 (yeddi min doqquz yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində müəyyən olunsun. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 77 (yetmiş yeddi) manatı Cavabdeh, 23 (iyirmi üç) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-470/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-470/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver