Məhkəmə qərarları › İş №2(103)-470/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-470/2023

12.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-470/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Konstra" MTK-ya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, müqavilənin etibarsızlığı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X16 iştirakı ilə, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin və açarların təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-745/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mübahisəli yaşayış sahəsi ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının giriş B bloku, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m olan, B02 saylı, 3 otaqlı mənzilidir. Sözügedən mənzil xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmişdir.

2. 5 iyul 2018-ci il tarixdə "xxxx" MMC (sifarişçi) ilə Cavabdeh MTK (podratçı) arasında müqavilə bağlanmış, tərəflər, sifarişçinin tapşırığına uyğun olaraq ünvan 2 ünvanda yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.3-cü bəndinə görə, sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra, yerinə yetirilmiş işlərin dəyəri Podratçı tərəfindən müvafiq qaydada əvəzləşdirilir. Həmin müqavilənin 4.2.5-ci bəndinə görə, podratçı, obyekt sifarişçiyə təhvil verilənə qədər göstərilən əmlaka mülkiyyət hüququnu özündə saxlayır və əmlakın təsadüfi məhv olması riski onun üzərinə düşür. Sifariş hazır olduqda onu təhvil-təslim aktı ilə təhvil verir.(bənd 4.2.18)

3. Mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh MTK arasında 03 noyabr 2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərində sözügedən mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir.

4. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən mənzilin dəyəri qismində 198159 manat məbləğində pul vəsaiti cavabdeh MTK-ya ödənilmiş, bu barədə MTK tərəfindən kassa mədaxil qəbzi verilmiş və iddiaçının mənzilin dəyərini tam şəkildə ödəməsi barədə maliyyə arayışı tərtib edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının, giriş B blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan B02 nömrəli üç otaqlı mənzilin və açarlarının ona təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mənzilin dəyərinin tam ödənilməsi faktı həm MTK-nın direktoru D.T.Rəsulovun imzaladığı qeyd olunan müqavilənin 4.1-ci maddəsində, həm də həmin şəxsin imzaladığı 03 noyabr 2018-ci il tarixli arayışında öz əksini tapmışdır. Lakin həmin vaxtdan iki il keçməsinə baxmayaraq, MTK mənzili ona vermir, ora girməyinə, ondan istifadə edib müəyyən işlər görməyinə mane olur. Onda həmin mənzili MTK tərəfindən qanunsuz olaraq başqa şəxslərin istifadəsinə verməsi barədə şübhəsi vardır.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair 03 noyabr 2018-ci il tarixli B-061/09 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1.X9-50 manat, 50 pay haqqı, 50%, 2.X20-20 manat, 20 pay haqqı, 20%, 3.X12 5 manat, 5 pay haqqı, 5%, 4.X8-5 manat, 5 pay haqqı, 5% və 5.X21 20 manat, 20 pay haqqı, 20%) Cavabdeh MTK-nı təsis etmişlər. Sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda, 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və В blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri-yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “Şəhər incisi” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin kooperativin digər üzvləri X10, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı X15, X20 tərəfindən aparılması, X4 tikinti işlərində və kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X5 verilməsi üçün kooperativin digər üzvlərinin razılığı ilə X13 tərəfindən kooperativin digər üzvü X5 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. X13 tərəfindən Cavabdeh digər üzvü X6 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X2 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X13 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur kı, X11 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X20 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Onlar, hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X11 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. İddiaçı ilə mübahisəli mənzilə dair qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. Belə ki, diqqət yetirilməlidir ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə, iddiaçı Cavabdehnə podratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X21, X11 və X17 etibardan sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq üçüncü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Qeyd edilməlidir kı, tərəfər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də Mənzil-Tikinti Kooperativinin üzvlərinin maraqlarına xidmət edir. Cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurması, mənzilin dəyərini kimə və vaxt ödəməsi və Cavabdeh MənzilTikinti Kooperativinin mənzilləri olmadığı halda hansı mənzilləri satması böyük suallar doğurur. Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı binanın tikintisi üçün hüquq müəyyənedici sənəd tələb etməmişlər. Yəni ünvan 3 ünvanında tikilən evin kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Qeyd edilməlidir ki, mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh balansında mənzil olmayıb və halhazırda da yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu barədə aidiyyəti orqanlara məlumat verilməlidir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-745/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, ünvan 3 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilinin və mənzilin açarlarının İddiaçı təhvil verilməsi qət edilmiş, qalan hissədə ilk iddia təmin olunmamış, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edimişdir.

11. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilən hissəsində mövqeyinə görə, iddiaçı ilə cavabdeh MTK arasında 03 noyabr 2018-ci il tarixli B-61/09 nömrəli müqaviləyə əsasən kooperativ mübahisəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədə digər qeyd-şərt göstərilməmişdir, həmin müqavilənin qüvvədə olması digər müqavilənin qüvvədə olması ilə şərtləndirilməmişdir. İddiaçı həmin müqavilə ilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh MTK həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilə predmeti olan mənzili iddiaçının sahiblik və istifadəsinə verməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdeh MTK-nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.

12. Məhkəmə bu hissədə öz mövqeyini Mülki Məcəllənin 6.2, 139.1.6, 178.8, 182.1, 385.1, 386.1, 442, 445, 448.1, 152.1, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

13. İlk iddianın təmin edilməyən hissəsində məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

14. Qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh MTK-nın hazırkı qarşılıqlı iddiası əsassızdır, qarşılıqlı iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Araşdırma zamanı tərəflər arasında bağlanmış müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən müqaviləni imzalamışlar. Qarşılıqlı iddia tələbi üzrə mübahisələndirilən 03 noyabr 2018-ci il tarixli B-61/09 nömrəli müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmamışdır. Bu baxımdan qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.

15. Məhkəmə qarşılıqlı iddianın təmin edilməyən hissəsində mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 340.2, 354.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Qətnamədən üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Belə ki, MMC ilə MTK arasında podrat müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, MMC sifarişçi, Cavabdeh MTK podratçıdır. Həmin podrat müqaviləsi ilə MTK-nın iddiaçı ilə bağladığı müqavilənin birbaşa əlaqəsi yoxdur. İkincisi, MMC MTKnın binadan sahələri özgəninkiləşdirmək hüququ olmaya-olmaya həmin sahələrə dair alqısatqı müqaviləsi bağlamasından xəbər tutduqdan sonra MTK-ya dəfələrlə xəbərdarlıq etmiş, bundan sonra MMC-nin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində MTK-nın vəzifəli şəxsi barəsində CM-in 178.3.2, 308.1 və 313-cü maddələrinə əsasən cinayət işi başlanamış və istintaqı gedir. Nəhayət, iddiaçı ilə MTK arasında bağlanmış müqavilədən MMC-nin məlumatı olmamışdır ki, buna razılıq da versin.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etmişdir ki, şikayət formal xarakterlidir, göründüyü kimi, cavabdeh qətnaməni mübahisələndirməmiş, üçüncü şəxs şikayət versə də, iclaslara gəlmir, MTK ilə MMC-nin arasında ilk gündən belə bir razılıq olub, əks halda MTK həmin binada onlarla mənzili heç cürə sata bilməzdi, sonradan onların arasında hansısa ixtilafın olması, alıcı kimi vətəndaşın hüququnun pozulması üçün əsas ola bilməz.

19. İddiaçının nümayəndəsi MMC ilə MTK arasında sonradan bağlanmış təhviltəslim aktı və digər aktların surətini təqdim etmiş, eyni zamanda həmin sənədlərin əslinin cinayət işi materialarında olduğunu bildirmiş, göstərmişdir ki, həmin sənədlərin surəti də bunu təsdiq edir ki, onlar mənzilləri əldə olunmuş birgə razılığa əsasən vətəndaşlara satmışlar.

20. Apellyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfin təqdim etdiyi;

21. - 7 yanvar 2020-ci il tarixli üçüncü şəxs MMC ilə cavabdeh MTK arasında tərtib edilən təhvil-təslim aktına görə, aktı tərtib edənlər A və B blokları üzrə yerinə yetirilmiş forma 2 əsasına hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlirlər.

22. - 21 yanvar 2020-ci il tarixli akta görə, sözügedən təhvil-təslim aktı əsasında MMC ilə cavabdeh MTK arasında mənzillərin bölgüsü aktı tərtib edilir. Həmin akta görə tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, sifarişçi MMC tərəfindən B bloku üzrə ümumi sahəsi 3594,73 kv.m olan (172.19x8=1377,52 kv.m, 152.43x8=1219,44 kv.m, 84.27x6=505,62 kv.m, 98.43x5=492,15 kv.m) 27 ədəd mənzilin podratçı Cavabdeh MTKya verilməsi barədə razılığa gəlirlər.

23. - 25 fevral 2020-ci il tarixli mənzillərin bölgüsü aktına görə, üçüncü şəxs MMC ilə cavabdeh MTK arasında yenidən mənzillərin bölgüsü aktı tərtib edilir. Həmin aktla 21 yanvar 2020-ci il tarixli mənzillərin bölgü aktına dəyişiklik edilir. Həmin dəyişikliyə görə, Sifarişçi "xxxx" MMC tərəfindən B bloku üzrə ümumi sahəsi 3574,97 kv.m olan (172.19x7=1205,33 kv.m, 152.43x9=1371,87 kv.m, 84.27x6=505,62 kv.m, 98.43x5=492,15 kv.m) olan 27 ədəd mənzilin podratçı Cavabdeh MTK-ya verilməsi barədə razılığa gəlirlər.

24. - 4 iyul 2021-ci il tarixli üçtərəfli imzalanmış (iddiaçı, cavabdeh və üçüncü şəxs) mənzilin təhvil-təslim aktının məzmununa görə;

25. Bənd 1. Mülkiyyətçi ilə Podratçı arasında bağlanılmış 05 İyul 2018-ci il tarixli müqaviləyə əsasən Mülkiyyətçiyə məxsus ünvan 6 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi Podratçıya həvalə olunub. Mülkiyyətçi ilə Podratçı arasında bağlanmış 01 iyul 2021-cı ıl tarixli müqaviləyə əsasən orada göstərilən sayda mənzillər Podratçıya onun bağladığı alqı-satqı müqavilələri əsasında verilıb, o şərtlə ki, həmin müqavilələr qeydiyyat üçün Mülkiyyətçiyə təqdim edilsin və Mülkiyyətçi tərəfindən qeydiyyata alınsın.

26. Bənd 2. Podratçı və Alıcı arasında bağlanılmış “03 noyabr 2018-cı ıl" tarixli müqaviləyə əsasən Alıcı ünvan 7 ünvanında inşa edilmiş yaşayış evinin giriş “B" blokunda “09-cu” mərtəbədə yerləşən ümumi sahəsi “152.43 kvadrat metr yaşayış sahəsi “136.40“ kvadrat metr olan izolə olunmuş “3” otaqdan ibarət “B02" saylı mənzilin Alıcıya verilməsini, Payçı isə həmin mənzilin dəyərinin Podratçıya ödənilməsini öhdəsinə götürüb. Podratçının təqdim etdıyı maliyyə arayışından göründüyü kimi, alıcı göstərilən mənzilin dəyərim tam ödəyib. 01 iyul 2021-ci ıl tarixli müqaviləyə əsasən Podratçı və Alıcı arasında bağlanılmış “03 noyabr 2018-cı il" tarixli müqavilə qeydiyyat üçün Mülkiyyətçiyə təqdim edilib və Mülkiyyətçi tərəfindən qeydiyyata alınıb.

27. Bənd 3. Alıcının Podratçı ilə bağladığı alqı-satqı müqaviləsi Mülkiyyətçi və Podratçı arasında bağlanmış 01 iyul 2021-ci ıl tarixli müqavilənin şərtlərinə uyğundur və mənzilin dəyəri tam ödənilib.Buna əsasən Mülkiyyətçi ünvan 8 ünvanında ırışa edilmiş yaşayış evinin giriş “B" blokunda “09-cu" mərtəbədə yerləşən ümumi sahəsi “152.43" kvadrat metr, yaşayış sahəsi “136.40" kvadrat metr olan “3" otaqdan ibarət “B02" saylı mənzilin açarlan ilə birgə Alıcıya verdi, Alıcı isə qəbul etdi.

28. Bənd 4. Mənzilin dəyəri tam şəkildə Podratçıya ödənilib, həmin vəsait Mülkiyyətçi və Podratçı arasında bağlanmış 01 iyul 2021-cı ıl tarixli müqaviləyə əsasən Podratçının binanın inşası ilə bağlı çəkilmiş xərclərə aid edildiyinə və Podratçının həmin mənzil barəsində bağladığı müqavilə Mülkiyyətçi tərəfindən təsdiq edildiyinə görə mənzilin dəyən tam ödənilmiş hesab edilir

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Anar Tanrıverdiyev, Tofiq Səmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7988/2021 saylı mülki iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin apellyasiya şikayətinin məzmunundan və “xahiş etdi” hissəsindəki tələbindən məlum olur ki, o, qətnaməni yalnız ilkin iddia tələbi hissəsində mübahisələndirmişdir. Bu səbəbdən, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbi hissəsində yoxlanılmışdır.

31. Kollegiya hesab etmişdir ki, rayon məhkəməsi ilkin iddianın təmin edilən hissəsində haqlı olmuşdur. Çünki, apellyatorun qətnaməni mübahisləndirərkən şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, həmin binanın tikintisində onlar sifarişçi, MTK isə podratçı olmuş, podratçının mənzilləri satmaq səlahiyyəti olmamış, həmin mənzilin iddiaçıya satılmasından onların məlumatı və razılığı olmamışdır. Aparılmış araşdırmalar zamanı apellyasiya şikayətinin bu dəlili təkzib olunmuş və onun aşkar əsassız olduğu müəyyən olunmuşdur. Belə ki, sifarişçi MMC ilə podratçı MTK arasında xx.xx.2020-ci il tarixli “Mənzillərin bölgü akt”ı imzalanmışdır. Həmin aktdan məlum olur ki, tərəflər xx.xx.2020-ci il tarixdə imzaladıqları “Təhvil-təslim AKT”-ına əsasən sifarişçi podratçıya görülmüş işlərin əvəzi kimi natura formasında 62 ədəd (6700 kv.m.ümumi sahəsi olan) mənzilin verilməsi barədə razılığa gəlmişlər. Mənzillərin bölgüsü barədə tərəflərin imzaladığı həmin aktdan həmçinin də müəyyən olunur ki, inşa olunmuş binanın “B” blokundan podratçı üçün 27 ədəd, o cümlədən də 8 ədəd ölçüsü 152.43 kv.m. olan mənzil verilmişdir. Bundan başqa, sifarişçi MMC, podratçı MTK və alıcı V.Zeynalov arasında 04.07. 2021-ci il tarixdə bağlanmış üçtərəfli “Mənzilin təhvil-təslim aktı”-dan görünür ki, ünvan 3 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili alıcıya satılması Sifarişçi ilə Podratçı arasında bağlanmış müqavilənin şərtlərinə tam uyğundur, mənzil açarları ilə birlikdə alıcıya təhvil verilir, alıcı mənzilin dəyərini tam olaraq ödəmişdir və o, mənzili qəbul edir. Həmin razılaşma hər üç tərəfin imzası, eləcə də sifarişçi MMC və podratçı MTK-nın möhürləri ilə təsdiq olunmuşdur.

32. Mülki qanunvericiliyin tələbinə əsasən əqdin bağlanılmasının bəyənilməsi (sonradan verilən razılıq) geriyə təsir qüvvəsinə malikdir (MM, maddə 357.). Demək ki, hazırda mübahisələndirilən müqavilə qeyd olunan normanın tələbləri baxımından etibarlı müqavilə olmaqla, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr əmələ gətirmiş, alıcı kimi V.Zeynalov həmin müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirərək 198.159 manat pulu satıcıya ödəmiş (bu işin mübahisəsiz halıdır), müqavilənin digər tərəfi isə satdığı mənzilin alıcıya təhvil verilməsindən ibarət müqavilə öhdəliyini icra etməmişdir.

33. Məhkəmə kollegiyası mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 357, 567.1, 568.1, Mülki Prosessual Məcəllənin 77.1, 14.2-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

34. Üçüncü şəxs MMC (vəkil X27) kassasiya şikayəti verərək, apellyasiya və birinci instansiya məhkəmələrinin qətnamələrinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh MTK-nın İddiaçı tələb etdiyi mənzilə heç vaxt mülkiyyət və ya başqa əşya hüququ olmayıb. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə əhəmiyyətsizdir.

36. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Yəni Konstra” MTK ilə İddiaçı arasında bağlanmış müqavilədəki öhdəliklər "xxxx" MMC üçün heç bir vəzifə yaratmır, bu səbəbdən də Cavabdeh MTK həmin müqavilədə göstərilən mənzili İddiaçı heç cür verə bilməz, çünki MTK-nın özünün həmin mənzilə heç bir aidiyyatı yoxdur. "xxxx" MMC, İddiaçı ilə Cavabdeh MTK arasında mənzil sahəsinə dair müqavilə bağlanılmasına razılıq verməyib, MTK-nın belə səlahiyyəti olmayıb.

37. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Burada söhbət yalnız satıcının mülkiyyətində olan əşyadan gedir.

38. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçı apellyasiya instansiyası məhkəməsinə elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi “Mənzilin təhvil-təslim aktı” mövcud deyil, o yalnız virtualdır. "xxxx" MMC Cavabdeh MTKya xx.xx.2021-ci il tarixli müqavilə əsasında podrat işlərinə görə 74 mənzil barəsində sərəncam vermə səlahiyyəti verib. Lakin iddiaçının tələb etdiyi mənzil o sırada yoxdur və həmin mənzil İddiaçı heç vaxt təhvil verilməyib və verilə də bilməzdi. Əgər mənzil doğrudan da İddiaçı verilsə idi, elə apellyasiya məhkəməsinin iclasında o iddiasından imtina edə bilərdi, belə ki, onun iddia tələbi yalnız Cavabdeh MTKya, yəni mənzilə dair heç bir səlahiyyəti olmayan quruma qarşı yönəlib. Aktın həqiqiliyinə inansaq, mənzil açarları ilə birgə Cavabdeh MTK ilə yanaşı "xxxx" MMC tərəfindən İddiaçı mülkyyətinə verilib.

39. Burada ümumiyyətlə mövcud olmayan sübut təqdim edilib. O da maraqlıdır ki, iş apellyasiya instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixində daxil olanda, iddiaçı tərəfə inansaq, artıq mənzil İddiaçı xx.xx.2021-ci il tarixində təhvil verilibmiş. Lakin “akt” məhkəməyə xx.xx.2021-ci il tarixli məhkəmə iclasına qədər və ya o keçirilən zaman təqdim olunmayıb, o yalnız xx.xx.2021-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə verilib.

40. İş kassasiya icraatında olan zaman kassatorun nümayəndəsi (qanuni təmsilçi) Bəhruz Novruzov ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəf iş materiallarındaaktın əslinin olmasını iddia edir. Bu, həmin akt ilə bağlı müvafiq ekspertiza keçirilməsini zəruri edir.

41. Daha sonra kassatorun nümayəndəsi elektron kabinet vasitəsilə məlumat ünvanlayaraq bildirmişdir ki, iddiaçıya heç bir mənzil təhvil verilməyib, verilsə idi, hazırki iddiaya ehtiyac qalmazdı. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-617/2022 saylı cinayət işinə baxılır, həmin işdə sözügedən müqavilə ilə bağlı epizod da var, İddiaçı iş üzrə zərər çəkmiş şəxs qismində keçir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2(102)-3139/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7988/2021 nömrəli, 24 noyabr 2021-ci 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixdə podrat müqaviləsi bağlanmış, “Kontsra MTK” sifariş tapşırığına uyğun olaraq mübahisəli ünvanda tikinti işləri aparmışdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MTK arasında müqavilə xx.xx.2018-ci il tarixdə, yəni, podrat müqaviləsi bağlandıqdan təxminən 4 ay sonra bağlanmışdır. Halbuki, həmin müddətdə cavabdeh MTK-nın yalnız podrat tapşırığına uyğun olaraq tikinti işləri aparmaq səlahiyyəti olmuş, həmin mənzillərlə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinin olmasına dair heç bir sübut iş materiallarında mövcud deyildir. Sözügedən mənzilin həmin dövrdə Cavabdeh MTK-ya məxsus olması da heç bir mötəbər sübutla təsdiq edilmədiyindən, MTK öz adından həmin mənzili sata bilməzdi. Həmçinin, kassator şikayətində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilə əsasında podrat işlərinə görə "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya 74 sayda mənzil barəsində sərəncam vermə səlahiyyəti verilib. Lakin, mübahisəli mənzil həmin siyahıda yoxdur. Mübahisəli mənzilə və ya digər mənzillərə dair sərəncam vermə səlahiyyətinin daha əvvəlki tarixlərdə MTK-ya verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

44. Həmçinin, qərarda kassasiya şikayətinin ikinci dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən 02 noyabr 2021-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş 04 iyul 2021-ci il tarixli üçtərəfli aktın məzmununa görə mübahisəli mənzil iddiaçıya təqdim edilmiş və həmin akt iddiaçının, cavabdehin və üçüncü şəxsin imza və möhürləri ilə təsdiq edilmişdir. Aktın giriş hissəsinə görə akt 04 iyul 2021-ci il tarixdə, yəni, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edildikdən sonra tərtib və təsdiq edilmişdir,

45. Qərarda həmçinin qeyd edilmişdir ki, aktın həqiqiliyinin aşkar şəkildə şübhə doğurduğu, aktın məzmunu ilə MMC-nin apellyasiya şikayəti arasında əks mövqelərin və kəskin ziddiyyətlərin olduğu tam şəkildə bəlli olsa da, apellyasiya instansiyası sübut qismində həmin akta istinad etmiş, lakin aktın əslini tələb etməmiş, aktın imza və möhürünün həqiqiliyini araşdırmamış, müvafiq ekspertiza təyin edərək ziddiyyətli məqamlara (akt mövcud olduğu halda 9 gün sonra MMC-nin həmin aktın məzmunundakı mövqeyin əksini ifadə edən apellyasiya şikayəti təqdim etməsi; iddiaçının vəkilinin apellyasiya icraatından xəbərdar olduğu, hətta daha əvvəl məhkəmə iclasında iştirak etdiyi halda, aktı hansı səbəbdən apellyasiya şikayətinin mümkün hesab edilməsindən, yəni, xx.xx.2021-ci il tarixdən 3 ay 4 gün sonra elektron kabinet vasitəsilə təqdim etməsi və sair kimi hallara) aydınlıq gətirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər "xxxx" MMC-nin mövqeyi açıq şəkildə bəllidir, təqdim edilmiş akt isə tamamilə əks mövqe sərgiləyir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 204.2-ci maddəsinə uyğun olaraq sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilərdi.

d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

46. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

47. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

48. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq (cavabdeh tərəfə mobil telefon vasitəsi ilə də məlumat verilib), cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayənədisi vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

49. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

50. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

51. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

54. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

57. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

58. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

66. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır:

Apellyasiya baxışının hədləri

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

69. Hazırda qətnamə ilkin iddianın təmin edilməsi hissəsində mübahisıələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (mübahisələndirilən hissədə), ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.

71. Kollegiya kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə almaqla qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixdə podrat müqaviləsi bağlanmış, “Kontsra MTK” sifariş tapşırığına uyğun olaraq mübahisəli ünvanda tikinti işləri aparmışdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MTK arasında müqavilə xx.xx.2018-ci il tarixdə, yəni, podrat müqaviləsi bağlandıqdan təxminən 4 ay sonra bağlanmışdır. Halbuki, həmin müddətdə cavabdeh MTK-nın yalnız podrat tapşırığına uyğun olaraq tikinti işləri aparmaq səlahiyyəti olmuş, həmin mənzillərlə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinin olmasına dair heç bir sübut iş materiallarında mövcud deyildir. Sözügedən mənzilin həmin dövrdə Cavabdeh MTK-ya məxsus olması da heç bir mötəbər sübutla təsdiq edilmədiyindən, MTK öz adından həmin mənzili sata bilməzdi. Həmçinin, xx.xx.2021-ci il tarixli müqavilə əsasında podrat işlərinə görə "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya 74 sayda mənzil barəsində sərəncam vermə səlahiyyəti verilib. Lakin, mübahisəli mənzil həmin siyahıda yoxdur. Mübahisəli mənzilə və ya digər mənzillərə dair sərəncam vermə səlahiyyətinin daha əvvəlki tarixlərdə MTK-ya verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı ilə müqavilə bağlanan vaxt xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK-nın mübahisəli mənzilə dair sərəncam vermə səlahiyyətinin olması iş materialları ilə təsdiq edilmir və bu barıdə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

72. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən 02 noyabr 2021-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş 04 iyul 2021-ci il tarixli üçtərəfli aktın məzmununa görə mübahisəli mənzil iddiaçıya təqdim edilmiş və həmin akt iddiaçının, cavabdehin və üçüncü şəxsin imza və möhürləri ilə təsdiq edilmişdir. Aktın giriş hissəsinə görə akt 04 iyul 2021-ci il tarixdə, yəni, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edildikdən sonra tərtib və təsdiq edilmişdir, Həmçinin, aktın sonunda göstərilir ki, akt "xxxx" MMC-nin adından MMCnin direktor müavini Novruzov B.A. tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Halbuki, aktın tarixindən cəmi 9 gün sonra - 13 iyul 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən həmin aktın məzmunu ilə eyni mahiyyət daşıyan birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti təqdim edilmiş, apellyasiya şikayəti də eyni şəxs - MMC-nin direktor müavini (qanuni təmsilçi) X3 tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir.

73. Kasasiya instansiya məhkəməsinin aktın həqiqiliyinin aşkar şəkildə şübhə doğurduğu, aktın məzmunu ilə MMC-nin apellyasiya şikayəti arasında əks mövqelərin və kəskin ziddiyyətlərin olduğu tam şəkildə bəlli olmasına baxmayaraq apellyasiya instansiyası sübut qismində həmin akta istinad etməsi, lakin aktın əslini tələb etməməsi, aktın imza və möhürünün həqiqiliyini araşdırmaması, müvafiq ekspertiza təyin edərək ziddiyyətli aydınlıq gətirməməsi barədə mövqeyinə uyğun olaraq iş üzrə müvafi ekspertiza təyin edilmiş, ekspertin hazırki işlə bağlı müvafiq rəyində qeyd edilmişdir ki, təhvil təslim aktının əslinin təqdim edilməməsi və Bəhruz Novruzovun sənəddə sərbəst imza nümunələrinin təqdim edilməməsi səbəbindən bu barədə tədqiqat aparılmamışdır. Lakin ekspert rəyində belə bir nəticəyə gəlinmişdir ki, həmin təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının ikinci vərəqində “Sifarişçi”, “Alıcı” və “Podratçı” qrafasında olan möhür əksləri, imzalar elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər.

74. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı ilə Cavabdeh MTK arasında müqavilə xx.xx.2018-ci il tarixdə, yəni, podrat müqaviləsi bağlandıqdan təxminən 4 ay sonra bağlansa da, həmin müddətdə cavabdeh MTK-nın yalnız podrat tapşırığına uyğun olaraq tikinti işləri aparmaq səlahiyyəti olmuş, həmin mənzillərlə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyəti olmamışdır (bu iş materialları ilə də təkzib edilmir). O cümlədən, sözügedən təhvil təslim aktında da olan möhür əksləri, imzalar elektrofotoqrafik çap üsulu ilə çap edildiyindən reallığı əks etdirməməklə həmin akta istinadən iddiaçının təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını araşdırmamaqla lazımi hüquqi qiymət vermədiyindən iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən, yəni ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə, ilkin iddia tələbi təmin edilməməlidir.

75. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən səlahiyyəti olmadığı halda müqavilənin bağlanması nəticəsində Cavabdeh MTK-ya həmin müqaviləyə əsasən iddiaçı tərəfindən edilən ödənişdə də, yəni 198159 manat (işdə ödənişin sənədi var) Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməlidir.

76. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, ilkin iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 16 manat dövlət rüsumu isə İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-745/2021 saylı, 20 aprel 2021ci il tarixli qətnaməsi qismən, ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh MTK-dan 198159 manat alınaraq (mənzilin alğı-satğı müqaviləsi üzrə ödənilmiş) İddiaçı ödənilsin. İlkin iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 16 manat dövlət rüsumu İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar