Məhkəmə qərarları › İş №2(103)-4703/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4703/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4703/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(010)-537/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səmdar Cəmiyyəti (bundan sonrakı mətndə BOKT “xxxx” QSC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh CəfərovElvin Ziyəddin oğlundan 01 fevral 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1116,00 manat, 04 fevral 2020-ci il tarixli, 026-EMB-0162- 20saylı Kredit Müqaviləsi üzrə əsas borcu 387,00 manat və 15 fevral 2020-ci il tarixli, 026-EMB- 0243-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1484,00 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 3017,40 manat borcun idddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh 12 ay müddətinə1362 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT “xxxx” QSC ilə Cavabdeh arasında 01 fevral 2020-ci iltarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmçinin BOKT “xxxx” QSC tərəfindən Cavabdeh 04 fevral 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsinə əsasən 12 ay müddətinə 489 manat məbləğində və 15 fevral 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsinə əsasən 18 ay müddətinə 1692 manat məbləğində kredit verilmişdir. Halhazırda Cavabdeh BOKT “xxxx” QSC-yə 01 fevral 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə 10.09.2020-ci il tarixə əsas borcu 1116,00 manat, faizborcu 0,00 manat, cərimə borcu 0,00 manat, 04 fevral 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə 14.09.2020-ci il tarixə əsas borcu 387,00 manat, faiz borcu 0,00 manat, cərimə borcu 0,00 manat və 15 fevral 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə 16.09.2020-ci il tarixə əsas borcu 1484.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat olmaqla, ümumi borcu 2987,00 təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 21 iyul 2020-ci il tarixli, 9439/20 saylı, 24 iyul 2020-ci il tarixli 9642/20 saylı və 02 sentyabr 2020-ci il tarixli 10456/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(010)-537/2021saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 01 fevral 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə 1116 manat, 04 fevral 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 387 manat və 15 fevral 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1484 manat, cəmi 2,987 (ikimin doqquz yüz səksən yeddi) manat məbləğində pulun və 30,4 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsində cavabdehin məhkəmə iclasının yeri və vaxdı barəsində lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi qeyd edilmişdir. Lakin cavabdeh məhkəmə prosesinin keçiriləcəyi vaxt məhkəməyə getmiş, ancaq ona bildirilmişdir ki, pandemiya olduğuna görə məhkəmə iclası təxirə salınıb və tərəflərə bununla bağlı bildiriş göndəriləcəkdir. Cavabdeh bildiriş gözlədiyi halda ona qətnamə göndərilmişdir. Bu səbəblə cavabdeh məhkəmə iclasında iştirak edə bilməmiş, etiraz və vəsatət verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir. Bu kontekstdə kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(010)- 537/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan BOKT “xxxx” QSC ilə Cavabdeharasında bağlanmış 01 fevral 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 1362 manat məbləğində kredit verilmişdir. BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli, 026-EMB- 0162-20 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 489 manat məbləğində kredit verilmişdir. BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2020-ci il tarixli, 026-EMB- 0243-20 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 1692 manat məbləğində kredit verilmişdir. 10.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.02.2020 il tarixli, 026-EMB-0146-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10.09.2020 il tarixə əsas borcu 1116.00 AZN (Bir min yüz on altı manat 00 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 1116,00 AZN (Bir min yüz on altı manat 00 qəpik) təşkil edir. 14.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.02.2020 il tarixli, 026-EMB-0162-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 14.09.2020 il tarixə əsas borcu 387.00 AZN (Üç yüz səksən yeddi manat 00 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 387,00 AZN (Üç yüz səksən yeddi manat 00 qəpik) təşkil edir. 16.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış 15.02.2020 il tarixli, 026-EMB-0243-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 16.09.2020 il tarixə əsas borcu 1484,00 AZN (Bir min dörd yüz səksən dörd manat 00 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 1484.00 AZN (Bir min dörd yüz səksən dörd manat 00 qəpik) təşkil edir. 02.09.2020-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün müddətdə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 13.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, BOKT “xxxx” QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun borcu yaranmışdır. Kollegiya hesab edir ki, maliyyə arayışı əsasında iddianı təmin etməklə məhkəmə məhkəmə düzgün nəticəyə gəlmişdir. Kollegiya işdə olan sübutlar əsasında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələbinə uyğun düzgün olaraq həll edilmişdir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, i/v 49-cu səhifədə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olması ilə bağlı “SMS” bildiriş mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(010)- 537/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar