Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4705/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(011)-482/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, onun ilə Cavabdeh MMC arasında 06 iyun 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı Baki şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməli idi. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 1000 (qırx üç min) manat təşkil edirdi. Cavabdeh MMC tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli kassa mədaxil orderli qəbzində qeyd olunmuşdur ki, o, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəfindən tam icra edilmiş, qeyriyaşayış sahəsinin dəyəri tərəfindən tam ödənilmiş və həmin sahə ona təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyərək qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir, həmin qeyri-yaşayış sahəsinə sahiblik etmişdir və hal-hazırda həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik istifadə hüquqları tanınmalıdır. Qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırmışdır. Təxminən 15 gün bundan qabaq həmin qeyri-yaşayış sahəsini təmir etdirmək məqsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Hazırda həmin yerdə tanımadığı şəxslər tərəfindən təmir işləri aparılmağa başlanmışdır. Mübahisəli qeyriyaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan hazıradək də həmin qeyri-yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o, olmuşdur. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə əsassız və qanunsuz olaraq bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi odur. İddia tələbi əsaslıdır, qanunidir və təmin olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(011)-482/2020 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən şikayət vermişdir. Apellyasiya baxışı zamanı iddiaçı yazılı vəsatət göndərərək, hazırki mülki işin iddiaçı X2 cavabdehlər “xxxx” MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğluna qarşı «qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair ilk, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cavabdehlər “xxxx” MTK-ya və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair və “xxxx” MTK-nın cavabdeh X4 qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma» tələbinə dair 2(103)-444/2021 saylı mülki işlə (sədrlik edən hakim Şərafət Məmmədova) birlikdə baxılması üçün birləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 4705/2021 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı X2 cavabdehlər “xxxx” MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğluna qarşı «qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair ilk, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cavabdehlər “xxxx” MTK-ya və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair və “xxxx” MTK-nın cavabdeh X4 qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma» tələbinə dair 2(103)-444/2021 saylı mülki işlə birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki işlər üzrə tərəfləri, iddiaların əsası və predmetini, mülki işlər üzrə irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(103)-444/2021 saylı mülki iş daha əvvəl icraata qəbul olunmuşdur. Bu səbəbdən də, hazırki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı X2 cavabdehlər “xxxx” MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğluna qarşı «qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair ilk, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cavabdehlər “xxxx” MTK-ya və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair və “xxxx” MTK-nın cavabdeh X4 qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma» tələbinə dair 2(103)444/2021 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4705/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4705/2021
01.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver