Məhkəmə qərarları › İş №2(103)-4706/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4706/2023

25.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4706/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən), İsgəndərov Akif Əsgər oğlu və Rüstəmli Məhəmməd Əİi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(004)-3146/2021 nömrəli qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3146/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda iş üzrə cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 saylı, 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı "xxxx" MMCyə qarşı iddia ərizəsi təmin edilmişdir. məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmamış və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişlər. Digər tərəfdən mövcud mübahisə üzrə araşdırılmayan kifayət qədər məqamlar vardır. MPM-nin 238.1-ci maddəsinin tələbləri pozularaq lazımi qaydada məlumat verilmədən qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı (qeydiyyatda olduğu ünvanda yaşamadığından) olmadığından və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən, həmçinin mövcud mübahisə üzrə həm iddiaçının, həm də onun gətirəcəyi arqumentlərin obyektiv araşdırılması və nəticədə tam ədalətli qərarın qəbul edilməsi üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 saylı 04 aprel 2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Ümumiyyətlə bildirmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə hər hansı bir formada ödəniş edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(004)- 3146/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdehin qərardaddan verdiyi şikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 saylı xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi təmin olunmuş, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 kv.m olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, 09 avqust 2021-ci il tarixdə icraya yönəldilmişdir. Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra məmuru Abusət Qasımov tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şöbənin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, "xxxx" MMC icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi barədə xəbərdar edilmiş, həmçinin E.Əsədov tərəfindən bildiriş xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, icra sənədi üzrə borclu "xxxx" MMC-yə maneələr yaratmamağı barədə xəbardarlıq edilmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi icra olunduğundan iş üzrə icraata xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, borclu xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubunu almışdır. İcra sənədi icra olunduğu üçün xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda cavabdehin qətnamədən məlumatlı olmaması barədə dəlili əsassızdır, icra sənədi üzrə icraata xitam verilməsinin əsası icra sənədinin icra edilməsi olmuşdur, icra sənədi borclu tərəfindən icra edildiyi halda onun məlumatsız olması barədə hazırki dəlilləri əsassızdır. Burdan da aydın olur ki, ərizəçinin qiyabi qətnamədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Kollegiya qeyd edir ki, şikayətlərin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(004)- 3146/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar