Məhkəmə qərarları › İş №2(103)-4707/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4707/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4707/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-400/2021 nömrəli saylı işi üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia (tələbinin dəqiqləşdirilməsi) ərizəsi ilə müraciət edərək, Cavabdeh 01.03.2016-cı il tarixli, 101.LN.1604.010316.00001 saylı kredit müqaviləsi üzrə 6685 ABŞ dolları 72 sent əsas, 924 ABŞ dolları 47 sent faiz, 3519 ABŞ dolları 21 sent gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 832 ABŞ dolları 35 sent hesablanmış borc olmaqla, cəmi 11691 ABŞ dolları 75 sent məbləğində pul vəsaitin;01.03.2016-cı il tarixli, 101 LN.1604.010316.00002 saylı kredit müqaviləsi üzrə 8639 manat 80 qəpik əsas, 1318 manat 72 qəpik faiz, 5004 manat 76 qəpik gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1074 manat hesablanmış borc olmaqla, cəmi 16037 manat 28 qəpik məbləğində pul vəsaitin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı: kreditor "xxxx” ASC borcalan Cavabdeh illik 20 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 9970 ABŞ dolları kredit verilməsinə dair 01.03.2016-cı il tarixli 101.LN.1604.010316.00001 nömrəli kredit müqaviləsi (11); əsas məbləğin 9970.00, faiz məbləğinin 2208.37 manat olmasına dair ödəmə qrafiki - 01.03.2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavə (səh.18), kreditor "xxxx” ASC borcalan Cavabdeh illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 12800 manat kredit verilməsinə dair 01.03.2016-cı il tarixli 101.LN.1604.010316.00002 nömrəli kredit müqaviləsi (səh.8), əsas məbləğin 12800.00, faiz məbləğinin 3136.98 manat olmasına dair ödəmə qrafiki - 01.03.2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavə (səh.20), Cavabdeh ünvanlanmış 25.02.2019 tarixli 19/770 və 19/769 saylı xəbərdalıqlar (səh.22-24), iddia tələbinin dəqiqləşdirilməsinə dair 27.10.2020-ci il tarixli ərizə (səh.54) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-400/2021 nömrəli saylı işi üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 01.03.2016-cı il tarixli 101.LN1604.010316.00001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6685,72 ABŞ dolları əsas borc, 924,47 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 7660,19 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə); 01.03.2016-cı il tarixli 101.LN1604.010316.00002 nömrəli kredit müqaviləsi üzrə yaranmış 8639,80 manat əsas borc, 1318,72 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 10058,52 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7660,19 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və 10088,92 manat pul tutularaq ləğv prosesində olan "xxxx” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 448.1, 467, 741, 739.1-ci maddələrinə istinad edilmişdir İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-400/2021 saylı işi üzrə 15 fevral 2021-ci il tarixli tarixli qətnaməsi ilə cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, Fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 445.5, 445.7; Mülki Prosesual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 390.1, 217.1, 217.3, 384.0.2-ci madələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə əsassız olaraq cərimə məbləğini azaltmış və artırılmış faiz borcunu isə ümumiyyətlə təmin etməmişdir.Belə ki, kredit müqavilələrinin 2.2-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 40% məbləğində artırılmış faizləri (cərimə) kreditora ödəməlidir birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində əsassız olmuş, ekspert rəyi digər sübutlarla qarşılıqlı araşdırılmamış, təkrar ekspertizanın təyin edilməsi zərurəti nəzərə alınmamışdır.. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin ödənişlər etdiyi zaman bunun faiz məbləğdən silindiyini, məhkəmə qətnaməsi çıxana qədər borca dair faizlərin hesablandığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun pul məbləğinin ödənilməsinin gecikdirməsi kreditorun vaxtında tədbirlərin görülməsi və sonuncunun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi sübuta yetirilmədiyindən ehtimal edilən gecikdirilmiş vaxt üçün illik beş faizin tələb hüququ təsdiq edilmir. Dəbbənin isə məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tənasüb əsası ilə azaldılmasına rəğmən fərqli dəlilləri sübuta yetirəcək əsaslar (sübutlar) təqdim edilməmişdir. Ona görə, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertizanın təyin edilməsi üçün isə əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 400/2021 nömrəli saylı işi üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar