Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4709/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qaşı “iddiaçı tərəfindən cavabdehlərə kompensasiya verilməklə cavabdehləri yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və cavabdehlərin yaşayış sahəsindən çıxarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “iddiaçı tərəfindən cavabdehlərə kompensasiya verilməklə cavabdehləri yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və cavabdehlərin yaşayış sahəsindən çıxarılması tələbi barədə” iddiasına dair mülki işə baxan Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla mübahisəli mənzilə uyğun mənzil üzrə kirayə haqqının məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını, müvafiq qiymətləndirmənin keçirilməsini “Central Comsalting! MMC-yə həvalə edilməsini, həmin MMC tərəfindən qiymətləndirmə rəyi verilənədək, iş üzrə icraatın dayandırılmasını qərara almışdır. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və işin mülki icraatının mümkünsüzlüyü baxımından iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia qeyri-mümkündür, buna görə də iş üzrə ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iş üzrə ekspertiza təyin etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267.1-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan şikayət verilə bilər, lakin bu zaman nəzərə alınmalıdır ki, şikayətin verilməsi halları MPMdə nəzərdə tutulmuş olsun. MPM-in 395-ci maddəsinin mənasına görə isə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verə bilərlər ki, şikayətin verilməsi MPM-də nəzərdə tutulsun və ya qərardad işin sonrakı hərəkətinə mane olsun. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə almamış, iş üzrə ekspertizanın təyin edilməsi haqqında qəbul etdiyi qərardaddan verilmiş şikayətə baxaraq şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə qəbul edilmiş “iş üzrə ekspertizanın təyin edilməsi haqqında” qərardaddan Cavabdeh1 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Cavabdeh1 hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.
Məhkəmə qərarları › İş №2(103)-4709/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4709/2025
04.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver