Məhkəmə qərarları › İş №2(103)-471/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-471/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-471/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqı olaraq "pul" tələblərinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2445/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X6 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 1670 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manatın tutulraq ona ödənilməsi tələbi və iddia tələbinin təmin edilmədi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsin əlavə ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir ( iş səh 4,37). Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh )X3 “pul tələbinə dair” iddiasının rədd edilməsi ona vurulan ziyana görə 2286 manat məbləğində pulun alınaraq ona ödənilməsi qarşılıqlı iddia ilə və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X2 3062 manat məbləğində pulun alınaraq ona verilməsinə dair iddia ərizəsinə əlavə ilə barədə Bakı şəhər Xətai Rayon Məhkıməsinə müraciət etmişdir.(iş səh 26, 98) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2445/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiasının təmin edilməmiş və cavabdeh İddiaçı 3062 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il ixli qərarına istinadən qeyd edilmişdir ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Epertizası Mərkəzinin 6800 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli rəyi ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 179 saylı sahədə yerləşən fərdi yaşayış evinin mansardında İddiaçı tərəfindən aparılmış tikinti-təmir işləri qüsurlarla yerinə yetirildiyi və həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 3062 manat məbləğində olduğu müəyyən edilmişdir, iddia tələbi cavabdeh İddiaçı qarşı təmin edilməli və ondan 3062 manat maddi ziyan tutularaq Cavabdeh ödənilməlidir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 2(011)-2445/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 125.7; Mülki Prosesual Məcəlləsinin 9.1, 9.3, 147, 372.1, 372.6-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclaslarında məcburən iştirak edə bilməməyi səbəbi ilə Cavabdeh "pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, həqiqətən də onun Hovsan qəsəbəsində yerləşən evində təmir işləri aparmışdır. Guya işlədiyi müddət rəzində dəfələrlə işi yarımçıq qoyub getmişdir. O yalandan bildirmişdir ki, guya onun evini bərbad hala salmış, evinin mansardında taxtaları düzgün vurmamış, taxtanın üstündən vurduğu şpaklovka çala - çökək vəziyyətdədir. Evi yenidən təmir etmək üçün materiallar alınmalı, usta pulu verilməli olduğunu bildirmişdir. O aldığı 140 kvadrat metr taxtanın hər kvadratını 10 manatdan aldığını cəmi 1400 manat, laklara 130 manat, dolğu üçün 96 manat, lak həll etmək üçün xüsusi maddəyə 60 manat ödədiyini və bu işlərin görülməsi üçün ustaya 600 manat cəmi 5286 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci i! tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh ona qarşı ''pul" tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Eyni zamanda Cavabdeh iddia həcminin artırılması barədə ərizə təqdim edərək, ondan 3062 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hansı səbəbdən məhkəmədə iştirak edə bilməməyi məhkəmə tərəfindən araşdırılmalı idi. Xarici dövlət vətəndaşı olduğundan harada yerləşməyini müəyyən etmək məqsədi ilə məhkəmə miqrasiya orqanlarına müraciət etməli idi. Birinci instansiya məhkəməsinin AR MPM-in 147-ci maddəsinə istinad etməsi əsassızdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6800 nömrəli xx.xx.2018-ci il tarixli rəyinə əsaslanmışdır. Məhkəmədə iştirak etməməyi səbəbilə ekspertiza qarşısında qoyulan suallar yalnız iddiaçının mövqeyini müdafiə etməklə iddia ərizəsinin təmin olunmasına yönəldilmişdir. Dedikləri onunla təsdiq olunur ki, həmin təmirdən 5 il keçməsinə baxmayaraq Cavabdeh həmin təmiri sökməmişdir. Bundan əlavə Cavabdeh fəaliyyətindən narazı olmuş olsaydı, hansı əsasla özünə məxsus Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən digər mənzilinin təmirini həvalə edirdi. Cavabdeh tələbi halal zəhmətlə işlədiyi haqqı ödəməmək məqsədilə süni şəkildə özünə əsas yaratması məqsədi güdür. Təmir işləri aparılarkən Cavabdeh mütəmadi olaraq onun yanında olmuş, təmir işlərinin hər bir mərhələsi, yəni “qara işlər, şpaklovka, taxta 'laqa"ların vurulması" və s. mərhələləri bitərkən Cavabdeh ilə təhvil-təslim etmiş və növbəti mərhələnin təmirinə başlamış. Təmir işləri maksimal qısa müddətdə başa çatmışdır. Baxmayaraq ki, Cavabdeh pulunu vermirdi o, işini vicdanla başa çatdırmışdır. Bundan sonra. Əliyev X4 adlı dostuna məsləhət görmüş və onun Maştağa qəsəbəsində yerləşən evini təmir etdikdən sonra, o, pulunu tam ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və xx.xx.2020-ci il tarixli 10/122 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Məktəb küçəsi, 179 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mansard tikilisinə baxış keçirilən zamanı tavana vurulmuş taxta lövhələrinin üstü bağlı vəziyyətdə oluğu və gözlə görünməyən yerlərdə hansı növ işlərin görülməsi barədə layihə sənədləri mülki iş materiallarında olmadığını nəzərə alaraq, həmin evin mansardmda aparılmış təmir işlərinin həcmi və dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Məktəb küçəsi, 179 saylı sahədə yerləşən mansardında divarları və tavanları üzərinə vurulmuş taxta lövhələrin üzərində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2995.0 manat mansarın tavanı üərinə vurulmiş şpatlyovka qatında yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 67.0 manat mansard tikilisində yaranmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti əşlərinin hazırda mövcud olan bazar qəymətlərinə uyğun olan ümumi dəyəri təqribən 3062.0 (2995.0+67.0) manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin ona 1100 manat ödədiyini, 2700 manat borcunun olduğunu, həmin evdə 3600 manatlıq ziyanın olmadığını, 147kv.m evi təmir etdiyini, kvadrat metrə 10 manatdan razılaşdıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, 1200 manata qədər pul ödədiyini, 380 manat borcunun qaldığını, evin təmirinin həyata keçirilməsi ilə bağlı təqribən 1500 manata razılaşdıqlarını, evin kvadrat metrini 7 manatdan təmir edəcəyi ilə razılaşdıqlarını daha sonra 10 manatdan edəcəyini bildirdiyini, evində qüsurlar olduğunu və bu qüsurların aradan qaldırılması ilə bağlı 3600 manata yaxın pul sərf olmalı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası MM-in 21, 324,385, 398, 442 1096, 1097, 1114-1115, 1128-1132; MPM-nin14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 119,217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinə, iddia tələbi və apellyasiya baxışının hədlərinə müvafiq işin hallarını, ekspert rəylərinin müqayisəli təhlili və işin zəruri olan xüsusatlarının ətraflı araşdırılmadığını (ilk iddia tələbinə ümumiyyətlə qiymət verilmədiyini) nəzərə alaraq hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən edilməli, hər iki iddia tələbləri rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, ekspert rəyində də qeyd olunduğu kimi hansı növ işlərin görülməsi barədə layihə sənədləri mülki iş üzrə təqdim edilmədiyindən, tərəflər arasında müqavilənin növü, işin həcmi, tərəflərin hüquq (vəzifələri) və mülki məsuliyyətlərinin hədlərini dəqiq müəyyən etmək mümkün deyildir. Tərəflər qarşılıqlı öhdəliklərin lazımınca yerinə yetirməməsində bir-birlərinə qarşı tələblər irəli sürsələrdə etirafların olmadığı müstəvidə iddia etdiyi hallara dair mötəbər sübutlar təqdim edə bilməmişlər. Ekspert rəyi ilə təqribi mülahizələr əsasında bir tərəfin digər tərəfə münasibətdə qüsurlu işin görülməsi nəticəsində maddi zərərin ehtimal edilən dəyəri qeyd edilsədə sonuncunun qarşı tərəfə borcu olduğu özü tərəfindən kollegiyanın iclasında bəyan edilmişdir. Ona görə son nəticədə qarşılıqlı öhdəliklərin ümumilikdə pozuntusun mövcud olduğu şəraitdə belə onun maddi ekvivalent dəyərinin müəyyən edilməsi mümkünsüzdür. Məhkəmə xərclərinə dair qeyd edilməlidir ki, məhkəmələrə müraciətlərlə bağlı dövlət rüsumları üzrə məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, eksperiza xərcləri isə tərəflər arasında bölünərək onlardan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2445/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqı olaraq "pul" tələblərinə dair iddiaları rədd edilsin. Ekspertiza xərci olan 200 ( yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar