Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4710/2020 27.04.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1 qarşı verilmiş krediti hesablanmış faizlərlə birlikdə ödəməsinəvə məbləğin girova qoyulmuş əmlaka yönəldilməsinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin 1 saylı filialı ilə “TS” firması, onun direktoru Cavabdeh1 arasında bağlanmış 01 İ saylı, xx.xx.2005-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 25% hesablanmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Verilmiş kerditin təminatı olaraq İddiaçı ASC-nin 1 saylı filialı ilə ipoteka qoyan X12 və borcalan “TS” firması, onun direktoru Cavabdeh1 arasında bağlanmış 01 İG saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 mənzil 111 ünvanında yerləşən əmlak ipoteka qoyulmuşdur. İpoteka qoyulmuş girov sonradan dəyişdirilərək İddiaçı ASC-nin 1 saylı filialı ilə ipoteka qoyan X5 və borcalan “TS” firması, onun direktoru Cavabdeh1 arasında bağlanmış 06 İG saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 2 mənzil 62 ünvanında yerləşən əmlak-mənzil ipoteka ilə yüklü edilmişdir. "İddiaçı“ ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 1283C saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 25% hesablanmaqla 36 ay müddətinə evin təmiri üçün (ünvan 1 mənzil 62 ünvanında yerləşən mənzil girov qoyulmaqla) 47150 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, öhdəlikləri yerinə yetirməmiş, dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmiş və borcun ödənilməsi üçün heç bir təşəbbüs göstəməmişdir. Cavabdeh kreditdən və kreditə hesablanmış faiz borcundan Banka heç bir ödəniş etməmişdir. Nəticədə cavabdehin xx.xx.2010-cu il tarixə Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə cəmi 60051 manat təşkil edir. Bundan 47150 manatı kredit borcu, 12901 manatı faiz borcu təşkil edir. Eyni zamanda, iddiaçı göstəmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə İddiaçı ASC-nin 1 saylı filialı ilə ipoteka qoyan X4 və borclana Cavabdeh1 arasında bağlanmış 06 İG saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 4 mənzil 62 ünvanında yerləşən əmlak 70000 (yetmiş min) manat dəyərində razılaşma əsasında qiymətləndirilmişdir. X2 ailə üzvləri Cavabdeh2 oğu, Cavabdeh4 və Cavabdeh3 ünvan 5 mənzil 62 ünvanında yerləşən mənzilin girov qoyulmasına etiraz etməmiş və gələcəkdə kredit müqaviləsinə əsasən verilən kredit və kreditə hesablanmış faiz borcları ödənmədikdə və ipoteka üzrə ödəniş tələb olunduqda ipoteka qoyulan mənzili tərk etməyə razı olmuşdurlar. İddiaçı yuxarıda göstərilənləri və Mülki Məcəllənin 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci və 445.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Cavabdeh1 İddiaçı ASC-nin 1 saylı filialının xeyrinə 47150 (qırx yeddi min yüz əlli) manatı kredit borcunun, 12901 (on iki min doqquz yüz bir) manatı faiz borcunun, cəmi 60051 (altmış min əlli bir) manat məbləğində borcun və ödənilmiş 20 (iyrimi) manat dövlət rüsumunun ödənilməsinin, cavabdeh X2 ailə üzvləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə birlikdə ünvan 5 mənzil 62 ünvanından pasport qeydiyyatından çıxarılması və mənzilin boşaldılmasının, 06 İG saylı xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə ipoteka qoyulmuş X3 ünvan 5 mənzil 62 ünvanında yerləşən mənzilinin açıq bazarda və ya hərrac yolu ilə satılması və satışdan əldə olunmuş vəsaitdən 60051 (altmış min əlli bir) manat məbləğində borcun və ödənilmiş 20 (iyrimi) manat dövlət rüsumunun “xxxx” ASC-nin 1 saylı filialının hesabına ödənilməsini təmin edən qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, məhkəmə baxışı zamanı İddiaçı ASC-nin 1 saylı filialının müdiri Ş.K.Rüstəmov iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehin ailə üzvləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ipoteka ilə yüklü edilmiş mənzildə yaşadıqlarından, onalrın qeyd edilən məhkəmə prosesinə cavabdeh qismində cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iş üzrə digər cavabdeh X3 ailə üzvləridir. İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsi cavabdehlər eyni ünvanda olduğundan birgə qaydada göndərilmiş və xx.xx.2010-cu il tarixində xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Həmçinin iş materiallarında görünür ki, qətnamə icraya yönəldilmiş və xx.xx.2010-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəmə İcraçıları Şöbəsinin qərarı ilə mülki iş üzrə icraata başlanıılmışdır. Kollegiya qeyd edir ki, belə olan halda cavabdehlərin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2010-cu il hesab olunur. Lakin poçt göndərişindən göründüyü kimi, apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2020-ci il tarixdə məhkəmə daxil olmuşdur. Göründüyü kimi, cavabdehlər 9 ildən çox müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Bununla da qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə verdiyi apellyasiya şikayətini qeyd edilən əsaslara görə geri qaytarmalı olduğu halda, bu hala diqqət yetirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4710/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4710/2020
27.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver