Məhkəmə qərarları › İş №2(103)-4710/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4710/2023

06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4710/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4710/2023 (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi üçüncü şəxs olmaqla) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-505/2023 saylı 27 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 2(004)- 1313/2017 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin İddiaçı və X3 qarşı iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli 67B8/11 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış xx.xx.2014-cü il tarixli 67B8/14- saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3050.48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və xx.xx.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış xx.xx.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231.40 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004.51 ABŞ dolları mobləğındə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə cavabdeh, yəni İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, hamin əmlakın satışından əldə olunan vasaitdən cami 45.004,51 ABŞ dolları mabləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, "xxxx" KB ASC-nın hesabına ödənilməsi, qalan məbləğin cavabdeh İddiaçı verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka hərrac yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İddiaçı və X1 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikinti -texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdeh İddiaçı alınaraq "Əmlak Ekspert Mərkəzi’ MMC-yə ödənilməsi qət edilmişdir.

2. Qeyd olunan qətnamə icraya yönəlmiş və Nəsimi rayon icra Şöbəsinin "X4" MMC-yə (Cavabdeh MMC) ünvanladığı sifariş məktubu əsasında “X4” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D, 40 nömrəli mənzili hərraca çıxarılmışdır.

3. “X4” MMC-nin “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 08 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilini 94.350 manat dəyərındə "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır.

4. İddiaçı işi üzrə cəmi (3997.88 manat +719.62 manat) 4717.5 manat xidmət haqqı "xxxx" KB ASC tərəfindən “X4" MMC-yə (hazırda "xxxx" MMC-yə) ödənilmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2377/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair “X4" MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin və onların nəticələrinin etibarsız hesab edilməsi qət edilmiş, cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, nəticədə həmin qətnamə qanuni qüvvəsini almışdır.

6. "xxxx" KB ASC tərəfindən hərrac təşkilatçısına ödənilmiş 4717.5 manat xidmət haqqını İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" KB ASC-yə geri qaytarmışdır.

7. Odur ki, iddiaçı nəticələri etibarsız hesab edilmiş hərraca görə "xxxx" KB ASC-yə ödədiyi xidmət haqqının Cavabdeh MMC tərəfindən geri qaytarılması üçün məhkəmədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdeh "xxxx" MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi üçüncü şəxs olmaqla) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 4717,50 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat, cəmi 4985,50 məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin İddiaçı və X3 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli 67B8/11 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış xx.xx.2014-cü il tarixli 67B8/14saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3050.48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və xx.xx.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış xx.xx.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231.40 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004.51 ABŞ dolları mobləğındə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə cavabdeh yəni İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinə yönəlməklə hamin əmlakın açıq hərrac volu ilə satılması, hamin əmlakın satışından əldə olunan vasaitdən cami 45.004,51 ABŞ dolları mabləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alnımaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun "xxxx" KB ASC-nın hesabına ödənilməsi, qalan məbləğin mənə verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka hərrac yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İddiaçı və X1 Bakı şəhəri, Nəsimi rayonu. Alı Mustafayev küçəsi 1 saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikinti texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdeh İddiaçı alınaraq "Əmlak Ekspert Mərkəzi’ MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9975/2018 saylı, 05 sentyabr 2018-ci ıl tarixli qətnaməsi ilə cavabdehlər X1 və İddiaçı apelyasiya şikayəti təmin ediməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və X3 nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə iclaslarından məlumatı olmamış, İddiaçı telefon vasitəsi ilə əlaqə saxlanılıb mənzilin hərraca çıxarıldığı bildirildikən sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət edib 17 yanvar 2019-cu il tarixdə qətnaməni əldə etdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. O cümlədən Nəsimi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9975/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti verildiyini, Bakı şəhəri Nəsimi ravon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(006)-131/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılmasını xahiş etmişəm. Eyni məzmunlu ərizə ilə də '"Hidayətoğlu Şirkətlər” Qrupu MMC-yə müraciət edərək icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. "X4 MMC qeyd olunan müraciətləri nəzərə alıb hərracların dayandırılacağını bildirmiş, o cümlədən hərracın dayandırılmasına dair ünvan 2 ünvanlamışdır. Hərrac mərkəzi hərracın dayandırılması barədə məktub təqdim etməsinə baxmayaraq özü təqdim etdiyi məktubun əksinə İddiaçı iştirakı və məlumatı olmadan hərrac keçirmiş, hərracın nəticələrinə dair isə İddiaçı məlumat verilməmişdir. Buna görə də, İddiaçı "X4" MMC-nə (hazırda "xxxx" MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(005)-2377/2021 saylı Qatnaməsi ilə İddiaçı cavabdeh "X4" MMC-nə (hazırda "xxxx" MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair "X5" MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələri onların nəticələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7834/2021 saylı Qətnaməsi ilə cavabdeh "X5" MMC (hazırda "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qətnaməsinin nəticəsi ilə razılaşmayan "X4" MMC (hazırda "xxxx" MMC) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(102)-2056/2022 saylı Qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasıya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7834/202l nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank mənzili mülkiyyətinə keçirdiyi üçün və İddiaçı mənzildən çıxarılacağı üçün məcburiyyət qarşısında qalıb 13 mart 2020-ci il tarixilə 11KD/20 nömrəli kredit müqaviləsi və həmin tarixli sonrakı ipoteka müqaviləsi bağlayaraq borcunun ödəmək məcburiyyətində qalmışdır. Belə ki, yuxarıda adı çəkilən məhkəmə qətnamələri ilə hərracın qanunsuz keçirilməsi ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, 02 aprel 2021-ci il tarixdə keçirilən qanunsuz hərracın keçirilməsi ilə əlaqədar "xxxx" KB ASC tərəfindən 4717,50 manat pul ödənilmişdir. Həmin hərracın keçirilməsi ilə bağlı ödənilmiş pul məbləğ isə bank tərəfindən İddiaçı alınmışdır. İddiaçı ödənilmiş pul məbləğinin qaytarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etsədə pul məbləği ona geri qaytarılmamışdır.

10. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildrimişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Həmçinin hesab edirik ki, iddia tələbi səhv qaldırılmış, cavabdeh qismində başqa hüquqi şəxs qeyd edilməli idi. İddia tələbi ilə əlaqədar aşağıdakıları məhkəmənin diqqətinə çatdırırıq: İddia tələbinin özündə də iddiaçı etiraf eləmişdir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı ödəniş edilməmiş, hərrac ödənişi Unibank KB ASC tərəfindən hərrac yekunları barədə bağlanan müqaviləyə əsasən hərrac təşkilatçısına ödənilmişdir. Daha sonra isə heç bir qanuni əsası olmadan Unibank KB ASC tərəfindən şəxsdən həmin hərrac xərci tutulmuşdur. İddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqının hərrac təşkilatından tələb edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Mülki Məcəllənin 415.4-cü maddəsinə əsasən Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Göründüyü kimi qanunvericilik hərracın iştirakçısı tərəfindən ödənilmiş xidmət haqqınnını (behin) hansı hallarda geri qaytarılmasını konkret olaraq müəyyən eləmişdir. Əqdlərin etibarsızlığının hüquqi nəticəsini əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmişxidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir İpoteka haqqında Qanunun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Qeyd olunan normaların məzmunundan da görünür ki, hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-505/2023 saylı 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia rədd olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 414.1, 414.2, 416.1, 416.2-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 82.3, 88, 89.1, 119.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın qanunsuz keçirilməsi hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Əgər hərrac təşkilatı qanunsuz hərracı keçirməsəydi, göstərilən pul məbləği də ödənilmiş olmazdı. Lakin hərrac təşkilatı qanunsuz olaraq hərracınn keçirilməsinə nail olmuşdur ki, göstərilən pul məbləği ona köçürülmüş olsun. Hərrac təşkilatı keçirdiyi hərracın qanunsuz olduğunu bilə-bilə əsassız hərrac keçirmiş və xidmət göstərmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

17. İş üzrə iddiaçının birinci instansiya məhkəməsində olan nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, iddiaçıya apellyasiya icraatında hüquq xidməti göstərilməsinə dair order təqdim olunmadığından, məhkəmə kollegiyası hesab edir ki, ərizə qəbul edilə bilməz.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. . Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır 33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

21. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

22. Maddə 416.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

23. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materiallarında əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2377/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair “X4" MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələri onların nəticələri etibarsız hesab edilməsi qət edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7834/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh “X4" MMC (hazırda "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2056/2022 saylı qərarından görünür ki, cavabdeh “Capitals Auction" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7834/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

37. Nəsimi rayon icra Şöbəsi tərəfindən "X4" MMC-nın 16 yanvar 2019-cu il tarixli 695-122115/18-5-22 nömrəli sifariş məktubdan görünür ki. “X4” MMC-yə daxil olan əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D 40 nömrəli mənzilin satışı üçün elan verilmiş və ilkin hərrac tarixi 15 fevral 2019-cu il tarixdə keçirilmiş, təkrar hərrac isə 05 mart 2019-cu il tarixə təyin edilmişdir.

38. "X4" MMC-nin 02 aprel 2019-cu il tarixli 37 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzili üzrə hərrac başa çatmış və ev “Unibank' ASC-yə alıcı qismində təklif olunmuşdur.

39. "X4" MMC-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 02 aprel 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilin 94350 manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır.

40. “X4 MMC-nın 08 avqust 2019-cu il tarixli 47 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzil üzrə hərrac başa çatmış və ev "xxxx" ASC-yə alıcı qismində təklif olunmuşdur.

41. “X4” MMC-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08 avqust 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilini 94350 (doxsan dörd min uç yüz əlli) manat dəyərındə "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır.

42. "xxxx" KB ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli PKKİED/2316 nömrəli məktubdan görünür ki, hərrac təşkilatı olan “X4" MMC-yə (hazırda "xxxx" MMC-yə) "xxxx" KB ASC tərəfindən ödənilmiş 3997.88 manat və 719.62 manat olmaqla cəmi 4717.5 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx" KB ASC-yə xx.xx.2020-ci il tarixdə qaytarılmışdır.

43. Qeyd olunan məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli 34807 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı işi üzrə cəmi (3997.88 manat +719.62 manat) 4717.5 manat xidmət haqqı "xxxx" KB ASC tərəfindən “X4" MMC-yə (hazırda "xxxx" MMCyə) ödənilmişdir.

44. Beləliklə, işin sübutlarla təsdiq olunmuş hallarından müəyyən olunur ki, iddiaçının ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzili Nəsimi rayon icra Şöbəsinin 16 yanvar 2019-cu il tarixli 695- 122115/18-5-22 nömrəli sifariş məktubu əsasında "X4" MMC tərəfindən hərraca çıxarılmışdır. Daha sonra mənzilə dair keçirilmiş hərraclarda əmlak satılmadığından qanunvericliyin tələbi üzrə tələbkara təklif olunmuşdur. Qeyd olunan əmlak tələbkar tərəfindən qəbul edildiyindən hərracın təşkil edilməsinə dair ümumilikdə 4717.5 manat xidmət haqqı "xxxx" KB ASC tərəfindən “X4" MMC-yə (hazırda "xxxx" MMC-yə) ödənilmişdir. Daha sonra iddiaçı tərəfindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının tələbi təmin edilərək, keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən "xxxx" KB ASC-yə nəticələri etibarsız hesab edilmiş hərraca görə xx.xx.2019-cu il tarixdə ödənilmiş xidmət haqqı geri qaytarılmışdır. İddiaçı tərəfindən cavabdehə etibarsız sayılmış hərrac üzrə onun tərəfindən "xxxx" KB ASC-yə ödənilmiş xidmət haqqının geri qaytarılması ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı onun tərəfindən ödənilmiş 4717.5 xidmət haqqının cavabdeh tərəfindən ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

45. İddia ərizəsinin məzmunundan görünür kimi, iddiaçı irəli sürdüyü tələbin faktiki əsası kimi xidmət haqqı ödənilən hərrac üzrə nəticələrin etibarsız hesab edilməsini göstərmiş və hesab edir ki, hərracın nəticələrinin etibarsızlığı ödənilmiş xidmət haqqının ona geri qaytarılmasını tələb etmək hüququ verir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə hüquqi qiymət verilməsi üçün keçirilmiş hərracın qanunsuz hesab edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin müvafiq normaları təhlil edilməlidir.

47. ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər,öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi

48. Həmin Qanunun 46.2-ci maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir.

49. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir.

50. Qeyd olunan normaların məzmunundan da görünür ki, hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. Yalnız “İpoteka haqqında” Qanunun 42.2-ci maddəsində hərracın baş tutmaması və hərracın keçirilməsindən imtina edilməsi hallarında hərrac təşkilatçısının behləri geri qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur.

51. Həmçinin, Mülki Məcəllənin yuxarıda sadalanan normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, hərracda müqavilənin bağlanması alqı-satqı müqaviləsinin bir növüdür. Belə ki, Məcəllənin 414.1-ci maddəsində də qeyd edildiyi kimi, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər.

52. Belə olan halda, əqdlərlə bağlı müddəalar hərrac vasitəsilə bağlanan müqavilələrdən, onların etibarsızlığından irəli gələn mübahisələrin həllində tətbiq olunur.

53. Əqdlərin etibarsızğının hüquqi nəticələri əks etdirən Mülki Məcəlləsinin 337.5ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

54. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müqavilə tərəfi olmadığından Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir.

55. Beləliklə, işin faktiki hallarına sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verildikdə, iddiaçının hazırki tələb üzrə cavabdeh qismində müəyyən etdiyi hərrac təşkilatının onun qanunla qorunan hansı hüququnu pozması və cavabdehin hər hansı öhdəlik daşıması müəyyən edilmir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisə predmeti olan pul məbləği "xxxx" KB ASC-yə ödənilmişdir. Eyni zamanda cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə uyğun bağlanmış müqavilə hərrac təşkilatı ilə "xxxx" KB ASC arasında bağlanmışdır. Qeyd olunan müqavilənin bağlanmasına səbəb olmuş sifariş məktubu Bakı şəhəri Nəsimi rayon İcra söbəsi tərəfindən verilmişdir. Hazırki halda iddiaçı tərəfindən qeyd olunan hərracın keçirilməsi, habelə hərracın nəticəsi olan alqı-satqı müqaviləsində tərəf olmasına dair hərhansı sübut məhkəməyə təqdim edilməmişdir.

56. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

57. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). 58.Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilməməsi barədə qənaəti düzgün və qanunauyğundur.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-505/2023 saylı 27 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar