Məhkəmə qərarları › İş №2(103)-472/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-472/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-472/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş (Açar sözlər: «kredit borcu,faizi və dəbbə pulunun hesablanmasının qadağan edilməsi, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Mərkəzi Bankın mütəxəssisləri X1 və X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Tovuz rayon X7 Bölməsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2024-cü il tarixli qərarında göstərilib ki, İddiaçı izahatına əsasən 30 noyabr 2023-cü il tarixdə saat 07:52 radələrində "xxxx" ASC-də olan plastik kart hesabından naməlum şəxs və ya şəxslər tərəfindən ümumilikdə 6124 manat məbləğində pulu oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə fakta görə Tovuz rayon prokuroru tərəfindən CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün Tovuz RPŞ-nin İB-yə göndərilmişdir.

2. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubunda göstərilib ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə banklar məsuliyyət daşımır. Müştərilərin daha diqqətli olmaları üçün Bank tərəfindən sosial paylaşımlar edilir. İddiaçı istifadəsində olan 416973******5856 №-li plastik kart məlumatları əsasında 30 noyabr 2023-cü il tarixdə icra edilmiş 3024 USD (milli valyutada ekvivalenti 5186,16 AZN, əməliyyat üzrə tutulmuş 18% ƏDV məbləği 933,51 AZN, əməliyyat üzrə İD **********, TİKTOK, SİNGAPORE, SG/nP 10) məbləğdə əməliyyatın araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər. Plastik kart məlumatları əsasında icra edilmiş ödənişə dair hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olan sorğular Bankın aidiyyəti struktur bölməsi tərəfindən cavablandırılır. Əlavə olaraq bildirir ki, əməliyyatın sığorta hadisəsi kimi qəbul edilibedilməməsinin araşdırılması üçün İddiaçı sığorta polisinin nömrəsini (M-PSİ-0014/23) təqdim etməklə "xxxx" ASC-yə (qısa nömrə *7000) müraciət edə bilər. Müraciətdə qeyd edilən əvvəlki hadisə ilə bağlı bildirir ki, 416973******6167 №-li plastik kart məlumatları əsasında 12 noyabr 2023cü il tarixdə əməliyyatın icra edilməsinə cəhd edilmiş, cəhd uğursuz olmuş və İddiaçı müraciəti əsasında eyni tarixdə qeyd edilən kart bağlanmışdır.

3. "xxxx" ASC-nin Tovuz filialı ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış birbank cashback kredit xətti müqaviləsinin 8.2-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.

4. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışda xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus 416973******5856 №-li kart üzrə 6119.67 manat “800|Free/TAX_Q_rezident XİDMET üzrə 18%ƏDV TİKTOK, SİNGAPURE,SG” ünvana məxaric qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun ləğv olunması və borc hesablanmasının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsinə əsasən 416973******5856 №-li kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdeh "xxxx" ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsi və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilib ki, Cavabdeh ASC-nin Tovuz filialı ilə bağladığı xx.xx.2023-cü il tarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona 416973******5856 №-li kredit kartı verilmişdir. Bu kartdan heç vaxt pul çıxarmamış və internet vasitəsilə onlayn alış-veriş etməmiş, kart məlumatlarını kənar şəxslərə ötürməmişdir. xx.xx.2023-cü ildə saat 07.52-də evdə olarkən mobil telefona Cavabdeh-dan mesaj gəlmiş və hesabından xəbəri olmadan pul silindiyi ona məlum olmuşdur. Dərhal Bankın 196 Qaynar xəttinə zəng etmiş və onunla danışan bank əməkdaşı bildirmişdir ki, kredit kart hesabından ümumilikdə 6124 manat Tiktok sosial şəbəkəsi vasitəsilə çıxarılmışdır. Bank əməkdaşından həmin kartın bloklanmasını xahiş etmiş və sonra isə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Kredit xətti müqaviləsinin 4.1 bəndinə görə müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1000 manat müəyyən olunur. Həmin məbləğ bu bənddə göstərilən qaydada artırılmamışdır. Müqavilənin 9.4 bəndinə görə müştəri kartla aparılan dələduzluq (phishing, skimming və s. hallar) əməliyyatlarından qorunur. Buna görə müştəri kredit xəttindən ilkin olaraq istifadə edilən anda, ilkin istifadə edə biləcəyi məbləğin (yəni bu müqavilənin 4.1 bəndinin ilk cümləsində nəzərdə tutulan məbləğin) 0.35%-i məbləğində pul vəsaitini banka ödəməlidir. Kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması, ... və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq edir. Limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını bank təmin edir. Müqavilənin 1.1 bəndinə görə dələduzluq əməliyyatları – müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlardır. Göründüyü kimi, bank tərəfindən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitlər tətbiq olunsaydı, 6124 manat pulun hesabdan çıxarılması mümkün olmazdı. Bundan başqa, bank onun müraciətlərinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda “Birbank” mobil tətbiqində köçürmə limitləri ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunmuşdur. Əgər ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunubsa, gün ərzində bir dəfəyə 6124 manat pulun hesabdan çıxarılması necə baş verib? Bu sualın cavabı qeyd olunan məbləğdə pulun kredit kart hesabından silinməsində onun təqsirinin olmadığını bir daha təsdiq etmişdir. xx.xx.2023-cü ildə ona məxsus 416973******6167 №-li debet kart hesabından xəbəri olmadan pul silinməsi cəhdi olmuş, lakin hesabda kifayət qədər vəsait olmadığı üçün silinmə baş tutmamış və o, bu barədə banka məlumat verərək həmin kartı bağlatdırmışdır. Debet kart hesabından uğursuz silinmə cəhdi barədə banka verdiyi məlumat kredit kartının təhlükəsizliyinin qorunması üçün banka siqnal olmalı idi. Lakin bank həmin hesabın təhlükəsizliyi üçün lazımi tədbirləri görməmiş, o cümlədən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitləri tətbiq etməmişdir. Cavabdeh ASC kredit kartı hesabından xəbəri olmadan qanunsuz çıxarılan 6124 manat pulu onun kredit borcu kimi qəbul edərək ona kredit faizi və dəbbə pulu hesablayır. “Birbank” mobil tətbiqində xx.xx.2024-cü il tarixə 513.20 manat məbləğində borcunun olduğu görünür və bu məbləğ hər gün artmaqda davam edir. Kredit kartı hesabından 6124 manat xəbəri olmadan qanunsuz, yəni oğurluq yolu ilə çıxarıldığı, bu barədə faktla bağlı cinayət işi başlandığı və həmin məbləğin hesabdan çıxarılmasında təqsirinin olmadığı üçün həmin məbləği və ona hesablanan faizləri banka ödəmək öhdəliyi də yoxdur. Müavilədə mübahisənin həllinin pretenziya qaydasına əməl olunması nəzərdə tutulmasa da, mübahisəni məhkəmədən kənar həll etmək üçün cavabdehə müraciət etsə də, lakin cavabdehin həmin müraciətə verdiyi cavab qaneedici deyildir. Odur ki, məhkəmədə iddia qaldırmağa məcburdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən iddiaçı kartla bağlı xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açması, müştərinin isə Kartdan və kredit xəttindən istifadə etməsi, yaranmış borclarını habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməsini öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanmasının qadağan edilməsini və onun ləğv edilməsini xahiş etmişdir. Halbuki, hesab kartından məbləğin bankın səhvi nəticəsində məxaric edilməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, halhazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Tovuz filialı ilə bağladığı xx.xx.2023-cü iltarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona 416973******5856 №-li kredit kartı verilib. O, bu kartdan heç vaxt pul çıxarmamış, internet vasitəsilə onlayn alış-veriş etməmiş, kart məlumatlarını kənar şəxslərə ötürməmişdir. xx.xx.2023-cü ildə saat 07.52-də evdə olarkən mobil telefonuna Cavabdeh-dan mesaj gəlmiş və hesabından xəbəri olmadan pul silinmişdir. Dərhal Bankın 196 Qaynar xəttinə zəng etdi və onunla danışan bank əməkdaşı bildirdi ki, kredit kart hesabından ümumilikdə 6124 manat Tiktok sosial şəbəkəsi vasitəsilə çıxarılmışdır. Bank əməkdaşından həmin kartın bloklanmasını xahiş etmiş və sonra isə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Onun müraciəti əsasında Tovuz rayon prokuroru tərəfindən xx.xx.2024-cü ildə CM-in 177.2.3-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılıb və istintaq aparılması üçün Tovuz RPŞ İB-ə göndərilib. Cinayət işi hazırda Tovuz RPŞ İB-nin müstəntiqi, polis kapitanı Amil Qurbanovun icraatındadır. Kredit xətti müqaviləsinin 4.1 bəndinə görə müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1000 manat müəyyən olunur. Müqavilənin 9.4 bəndinə görə müştəri kartla aparılan dələduzluq (phishing, skimming və s. hallar) əməliyyatlarından qorunur. Buna görə müştəri kredit xəttindən ilkin olaraq istifadə edilən anda, ilkin istifadə edə biləcəyi məbləğin (yəni bu müqavilənin 4.1 bəndinin ilk cümləsində nəzərdə tutulan məbləğin) 0.35%-i məbləğində pul vəsaitini banka ödəməlidir. Kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması, ... və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq edir. Limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını bank təmin edir. Müqavilənin 1.1 bəndinə görə dələduzluq əməliyyatları - müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlardır. Göründüyü kimi, bank tərəfindən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitlər tətbiq olunsaydı, 6124 manat pulun hesabdan çıxarılması mümkün olmazdı. Bundan başqa, bank müraciətlərinə cavab olaraq xx.xx.2024 il tarixli məktubunda göstərib ki, “Birbank” mobil tətbiqində köçürmə limitləri ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunmuşdur. Əgər ölkə xarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunubsa, gün ərzində bir dəfəyə 6124 manat pulun hesabdan çıxarılması necə baş verib? Bu sualın cavabı qeyd olunan məbləğdə pulun kredit kart hesabından silinməsində onun təqsiri olmadığını bir daha təsdiq edir. xx.xx.2023-cü ildə ona məxsus 416973******6167 №-li debet kart hesabından xəbəri olmadan pul silinməsi cəhdi olmuş, lakin hesabda kifayət qədər vəsait olmadığı üçün silinmə baş tutmamış və o, bu barədə banka məlumat verərək həmin kartı bağlatdırmışdır. Debet kart hesabından uğursuz silinmə cəhdi barədə banka verdiyi məlumat kredit kartının təhlükəsizliyinin qorunması üçün banka siqnal olmalı idi. Lakin bank həmin hesabın təhlükəsizliyi üçün lazımi tədbirləri görməyib, o cümlədən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitləri tətbiq etməyib. Cavabdeh ASC kredit kartı hesabından xəbəri olmadan qanunsuz çıxarılan 6124 manat pulu onun kredit borcu kimi qəbul edərək ona kredit faizi və dəbbə pulu hesablayır. Bu, hazırda da davam etməkdədir. Kredit kartı hesabından 6124 manat xəbəri olmadan qanunsuz, yəni oğurluq yolu ilə çıxarıldığı, bu barədə faktla bağlı cinayət işi başlandığı və həmin məbləğin hesabdan çıxarılmasında təqsiri olmadığı üçün həmin məbləği və ona hesablanan faizləri banka ödəmək öhdəliyi də yoxdur. Qeyd olunanlara əsasən, o, məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq 416973******5856 №-li kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdehə qadağan olunması, hesablanmış borcun ləğv edilməsi və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. İddianı rədd etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı”.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasında Mərkəzi Bankın mütəxəssisləri X6 və X8 verdikləri rəyi müdafiə edib onun məzmununa uyğun izahat verdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 743.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

25. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə tərkibi Mərkəzi Bankın, "xxxx" ASC-nin prosesinq xidmətinin verdiyi mütəxəssis rəyləri (məlumatları) alınmaqla məhkəmə-mühasibatlıq və kompyüter texniki (yeni texnologiyalar) ekspertizasının keçirilməsini qərara almış və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı ilə Cavabdeh ASC-nin Tovuz filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona verilmiş 416973******5856 №-li kredit kartından 6124 manat silinmələr aparılmışdırmı, aparılmışdırsa, hansı tarixlərdə, məbləğdə, formada və qaydada və nəyə əsasən aparılmışdır? -İddiaçı ilə Cavabdeh ASC-nin Tovuz filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona verilmiş 416973******5856 №-li kredit kartından 6124 manat silinmələr silinmələr aparılmışdırsa, bu silinmələr iddiaçı (kart sahibinin) yaxud onun razılığı əsasında başqa şəxslər (ailə üzvləri, digər qohumları,etibar etdiyi şəxslər və.s) tərəfindən aparılmışdırmı? -İddiaçı ilə Cavabdeh ASC-nin Tovuz filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona verilmiş 416973******5856 №-li kredit kartından 6124 manat silinmələr aparılmışdırsa, bu silinmələr cavabdeh bankın hansısa təqsirli hərəkətləri (hərəkətsizliyi) həm də müqavilənin 4.1 və 9.4-cü bəndlərinin tələblərinin pozulub-pozulmaması baxımından) yaxud səhv əməliyyat (texniki overdraft, yanlış əməliyyat və.s) nəticəsində baş vermişdirmi(hər bir halda silinməni təsdiq edən əməliyyatın aparıldığının təsdiqini əks etdirən kağız formatında məhkəməyə təqdim edilsin)?

26. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 6-1-36/2-5860/2025 saylı, 01 may 2025-ci il tarixli mütəxəssi rəyində qeyd edilmişdir ki, Kapital Bankın FİMİ sistemindən əldə etdiyi məlumata əsasən; iddiaçıya məxsus ödəniş kartından 30 noyabr 2023-cü il tarixində saat 07:52-də "TikTok"' platformasına 3024 dollar (5186.16 manat ekvivalentində) həcmində ödəniş həyata keçirmişdir. “TikTok” ölkədə qeyri-rezident platforma olduğuna görə. Bank tərəfındən ödənilən məbləğin 18%-i (933.51 manat) dəyərində ƏDV tutulmuşdur (Şəkil 2). “TikTok" platformasında ödəniş əməliyyatı həyata keçirilərkən iddiaçının istifadə etdiyi mobil telefon nömrəsinə 3DS təhlükəsizlik kodu göndərilmişdir (Şəkil 1). Təhlükəsizlik kodunun göndərilməsinə əsas "TikTok" platformasından ödənişlə bağlı sorğunun olmasıdır. "TikTok” platformasında ödəniş əməliyyatı həyata keçirilərkən iddiaçının istifadə etdiyi +**********66 mobil telefon nömrəsinə 3DS təhlükəsizlik kodu göndərilmişdir (Şəkil 1). Kapital Bankın "sistem loglar”-da olan məlumatlara əsasən bu kodun iddiaçı və yaxud başqa şəxslər tərəfındən daxil olunduğunu müəyyən etmək mümkün olmamışdır. Siiinmə ilə bağlı bu cəhdin kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün isə, həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılmalıdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisasiaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış BRCB2626319B182 nömrəli xx.xx.2023cü il tarixli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 7.2 6-cı bəndinə əsasən istifadəçi kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfındən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır). Buna görə də, qeyd olunan əməliyyatlara dair məsuliyyəti Müştəri daşıyır. Müqavilənin 4.1-ci bəndinə görə müştəri tərəfındən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1000 manat müəyyən olunur. Lakin iddiaçı ilə Bank arasında xx.xx.2023-cü il tarixində bağlanmış BRCB2626319B182 xx.xx.2023-cü il tarixli kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanmış və kredit xəttinin məbləği artırılaraq 10000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən Müqavilənin 4.1-ci bəndi ilə bağlı tələblər Bank tərəfindən pozulmayıb. Müqavilənin 9.4-cü bəndinə görə, potensial itkilərin minimuma endirilməsi və təhlükəsizliyin artırılması məqsədilə Bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında qeyd edilənlərdən aydın olur ki, iimitlər kartdan bütün istifadə halları üçün deyil, yalnız "Birbank" mobil tətbiqində həyata keçirilən köçürmə əməliyyatına təyin edilib. Həmçinin, Bankın yazılı izahatında qeyd edilir ki, müvafiq limit köçürmə limitlərinə aiddir ödəniş əməliyyatlarının aparılmasına, o cümlədən TikTok-a edilən ödənişlərə aid deyil. Həm məhkəmə qərarında. həm də Bankın yazılı izahatında qeyd edilənlər məqbul hesab edilmir. Belə ki, ''kartın istifadəsi" ifadəsi qeyd olunanlardan daha geniş məna kəsb etməklə, kartdan istənilən növ istifadəni ehtiva edir. Beləliklə, kartın istifadəsi (bütün növ ödəniş əməliyyatları) ilə bağlı limitin qoyulmaması və ya kartın istifadəsinə dair tətbiq edilən limitdən yuxarı həddə istənilən ödəniş əməliyyatının icrası Müqaviləyə uyğun deyildir. Onu da qeyd etmək lazımdır ki, müqavilənin 9.4-cü bəndində qeyd olunmuş kartın istifadəsinə dair gündəlik limitlər Banka məxsus mobil bankçılıq xidməti vasitəsilə dəyişdirilə bilər. Bank tərəfindən verilmiş məlumata görə: silinmələr baş verən zaman Bank tərəfındən müştəriyə tətbiq olunan (əgər varsa) və ya müştərinin müəyyən etdiyi, kartdan istifadəyə dair cari gündəlik/aylıq limitə müştəri tərəfindən dəyişiklik edilməmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/1-5/1411-9/10398/2024 saylı, 07 may 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən (c.i.v 34) İddiaçı məxsus 416973******5856 N°-li kredit kartından xx.xx.2023cü il tarixdə 6.119,67 manat (5.186,16+933,51) məbləğində pul vəsaiti istifadə edilmişdir. İddiaçı məxsus 416973******5856 N°-li kredit kartından xx.xx.2023-cü il tarixdə silinən 6.119,67 manat məbləğində pul vəsaitinə görə kimin (kimlərin) məsuliyyət daşıması hüquqi xarakter daşıdığından bu xüsusata məhkəmə orqanı tərəfindən qiymət verilə bilər. Ekspertiza qarşısında qoyulmuş suallar tədqiqata cəlb olunan X5 və kibertəhlükəsizlik departamentinin Təhlükəsiz əməliyyat mərkəzi şöbəsinin təhlükəsizlik analitiki Fariz Pirmətov və Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin mütəxəssisi Murad Tağıyev tərəfindən 05 may 2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır (mütəxəssis rəyi əlavə olundu).

28. Beləliklə, yuxarıda qeyd olunan mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilib ki, iddiaçıya məxsus ödəniş kartından 30 noyabr 2023-cü il tarixində saat 07:52-də "TikTok"' platformasına 3024 dollar (5186.16 manat ekvivalentində) həcmində ödəniş həyata keçirmişdir. “TikTok” ölkədə qeyri-rezident platforma olduğuna görə, Bank tərəfındən ödənilən məbləğin 18%-i (933.51 manat) dəyərində ƏDV tutulmuşdur. “TikTok" platformasında ödəniş əməliyyatı həyata keçirilərkən iddiaçının istifadə etdiyi +**********66 mobil telefon nömrəsinə 3DS təhlükəsizlik kodu göndərilmişdir.Təhlükəsizlik kodunun göndərilməsinə əsas "TikTok" platformasından ödənişlə bağlı sorğunun olmasıdır. Kapital Bankın "sistem loglar”-da olan məlumatlara əsasən bu kodun iddiaçı və yaxud başqa şəxslər tərəfındən daxil olunduğunu müəyyən etmək mümkün olmamışdır. Silinmə ilə bağlı bu cəhdin kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün isə, həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılmalıdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisasiaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilə bilər. Göründüyü kimi, iddiaçı bu kartdan heç vaxt pul çıxarmadığını, internet vasitəsilə onlayn alış-veriş etmədiyini, kart məlumatlarını kənar şəxslərə ötürmədiyini, xx.xx.2023-cü ildə saat 07.52-də evdə olarkən mobil telefonuna Cavabdeh-dan mesaj gəldiyini və hesabından xəbəri olmadan pul silindiyini göstərsə də, tərəflər arasında bağlanmış BRCB2626319B182 nömrəli xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 7.2.6-cı bəndinə əsasən istifadəçi kart və FİN kodu heç kimə verməməli, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görməlidir. Çünki kartın üçüncü şəxslər tərəfındən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır. Buna görə də, qeyd olunan əməliyyatlara dair məsuliyyəti müştəri olaraq iddiaçı daşıyır.

29. Bundan əlavə, iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən müqavilənin 4.1 və 9.4-cü bəndinin tələblərinin pozulduğunu göstərir və məhz həmin bəndlərin tələblərinin cavabdeh tərəfindən pozulduğu üçün xx.xx.2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsinə əsasən 416973******5856 №-li kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdeh "xxxx" ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsini istəyir. Əvvəla, müqavilənin 4.1-ci bəndinin tələblərinin bank tərəfindən pozulmadığı Mərkəzi Bankın rəyi ilə də təsdiqləndi. Çünki bu bəndlə əlaqədar tərəflər arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanmış və kredit xəttinin məbləği artırılaraq 10000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 9.4-cü bəndinin tələblərinə gəldikdə isə əvvəla cavabdeh bank tərəfindən həmin bəndin tələbləri pozulmayıb. Belə ki, qeyd olunan bəndin tələbinə görə müştəri kartla aparılan dələduzluq (phishing, skimming və s. hallar) əməliyyatlarından qorunur. Ancaq iddiaçıya məxsus ödəniş kartından 30 noyabr 2023-cü il tarixində saat 07:52-də "TikTok"' platformasına dələduzluq yaxud başqa cinayət nəticəsində ödəniş həyata keçirilməsi bu ana qədər hər hansı bir formada və sübutla öz təsdiqini tapmayıb. Başqa sözlə, bu fakta görə cinayət işi başlandığı qeyd olunsa da, hər hansı bir nəticəsi olmamışdır. Düzdü, müqavilənin şərtinə görə kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması, ... və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq etməli idi. Ancaq müqavilənin şərtinə görə limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını bank təmin etməlidir. Müqavilənin 1.1 bəndinə görə dələduzluq əməliyyatları - müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlardır. Göründüyü kimi, iddiaçının xəbəri olmadan və onun iradəsi ilə əhatə olunmayan hallarda ona məxsus kartla aparılan əməliyyatlar dələduzluq əməliyyatları adlanır ki, bunun da sübuta yetirilməsinə ehtiyac var idi.

30. Bununla əlaqədar, həm Mərkəzi Bankın rəyində, həm də mütəxəssislərin apellyasiya baxışı zamanı izahatlarından bəlli oldu ki, silinmə ilə bağlı bu halın kibertəhlükəsizlik insidenti olubolmadığını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılmalıdır, belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilə bilir. Bununla əlaqədar, apellyasiya baxışı zamanı iddia olunan hadisənin kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılması üçün ayrı-ayrı dövlət orqanlarının mütəxəssislərini cəlb etməklə ekspertiza keçirilməsi tərəflərə, o cümlədən bu məqsəd ilə mobil cihazın təqdim edilməsi iddiaçı tərəfə təklif edildi, cavabdeh bank ekspertizanın keçirilməsinə etiraz etməsə də, iddiaçı tərəf mobil cihazın(telefonun) artıq mövcud olmadığını və buna görə də ekspertizanın keçirilməsinə ehtiyacının qalmadığını, iddia tələbinin əsaslılığını yalnız müqavilənin 4.1 və 9.4-cü bəndinin tələbləri baxımından dəyərləndirməklə təmin edilməsini xahiş etdi. Göründüyü kimi, belə bir tədqiqatın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilməsi məhz iddiaçı tərəfin mobil cihazı təqdim edə bilməməsi və bu cür tədqiqatın aparılmasını arzu etməməsi səbəbindən baş tutmadı. Bu cür vəziyyətdə isə müqavilənin qeyd olunan bəndlərinin bank tərəfindən pozulması halı təsdiq olunsa belə, bu hal iddianın təmin edilməsi üçün yetərli və kifayət deyil. 31.Göstərilənlərdən əlavə, xx.xx.2023-cü ildə iddiaçıya məxsus 416973******6167 №-li debet kart hesabından xəbəri olmadan pul silinməsi cəhdi olması, lakin hesabda kifayət qədər vəsait olmadığı üçün silinmənin baş tutmaması və bu barədə banka məlumat verərək həmin kartı bağlatdırması, debet kart hesabından uğursuz silinmə cəhdi barədə banka verdiyi məlumat kredit kartının təhlükəsizliyinin qorunması üçün banka siqnal olmalı olsa da, lakin bankın həmin hesabın təhlükəsizliyi üçün lazımi tədbirləri görməməsi, o cümlədən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitləri tətbiq etməməsi yuxarıda göstərilən səbəblərdən iddianı və apellyasiya şikayətini uğurlu etmir. Ən azından ödəniş kartından silinmənin həqiqətən iddiaçının iradəsindən kənar baş verdiyini yoxlamaq üçün o, mobil cihazı ətraflı tədqiqatın aparılması üçün özündə saxlamalı idi, ancaq saxlamayıb. Bu cür vəziyyətdə isə onun arzuladığı kimi kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdeh "xxxx" ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsi isə əsas olmadığı üçün təmin edilməsi də mümkünsüz olur.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar