Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4720/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi ilə, İddiaçı “Azinvestkredit»xxxx” MMC-nin Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(008)-1637/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azinvestkredit»xxxx” MMC (bundan sonra - MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 32 090,00 manat əsas, 4649,91 manat müddət sonuna hesablanan faiz, 4107,52 manat məbləğində cərimə və 316,44 manat kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 41 163,87 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi ipoteka qoylumuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən ev 29C, mənzil 15-ə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(006)-1274/2020 saylı qətnaməsi ilə Cavabdeh 32 090,00 manat əsas, 4649,91 manat müddət sonuna hesablanan faiz, 410,752 manat məbləğində cərimə, cəmi 37 150,66 manat kredit borcunun tutularaq “Azinvestkredit»xxxx” MMC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən 29C №-li evin, 15 №-li mənzilinə tutma yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq “Azinvestkredit»xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 27 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “Azinvestkredit»xxxx” MMCyə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, apellyasiya şikayətini cavabdehin nümayəndəsi Əvəz Cəlladov imzalamış, lakin şikayəti cavabdehin adından imzalamış nümayəndənin həmin səlahiyyətinin olması təsdiq olunmur. Belə olan halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(008)-1637/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №2(103)-4720/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4720/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver