Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4723/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı mülki iş (Açar sözlər: «pul tələbi barədə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-472/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2021-ci il tarixli yazılı itizam-müqaviləyə əsasən Cavabdeh1 tanışı və qonşusu İddiaçı 9000 ABŞ dolları borc aldığını və onun iştirakı ilə pulu xalası oğlu X3 verdiyini, X2 isə bu borcu qısa müddətdə qaytaracağına söz verdiyini öz imzası ilə təsdiq etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 da cavabdeh qismində işə cəlb olunmasını və cavabdehlərdən müştərək qaydada 9000 ABŞ dolları əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 450 ABŞ dollarının, 139 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərilir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 9000 ABŞ dolları məbləğində borc vermiş, borc alan isə pulu qısa müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək borc alan tərəfndən heç bir ödəniş olunmamışdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı aldatmış, onun əmlakını - pulunu mənimsəmişdir və hal-hazıradək də geri qaytarmamışdır. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan aldığı borcu xalası oğlu - X3 vermişdir. Ondan dəfələrlə pulun qaytarılmasını tələb etsə də, Kamandar İsmayılov bundan yayınmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-472/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehiban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək Cavabdeh1 9000 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 manatın İddiaçı xeyrinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərib ki, İddiaçı ilə Cavabdeh1 arasında tanışlıq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 9000 ABŞ dolları borc pul vermişdir. Bu barədə yazılı iltizam tərtib olunmuş və Cavabdeh1 tərəfindən imzalanmışdır. Cavabdeh1 tərəfindən 9000 ABŞ dolları pulun borc götürüldüyü mübahisələndirilmir. Cavabdeh1 borc pul məbləğini digər cavabdeh X3 verməsi üçün aldığını və ona da verdiyini bildirir. Tərəflər arasında borc münasibətlərinin olması, borcun təsdiqinə dair xx.xx.2021-ci il tarixdə yazılmış iltizamın Cavabdeh1 tərəfindən imzalanması və borcun cavabdehlər tərəfindən qaytarılmaması hazırkı işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisələndirilən yeganə məsələ borcun hansı cavabdeh tərəfindən qaytarılmalı olması ilə bağlıdır. İddiaçı borc məbləğini Cavabdeh1 verdiyini və borclu kimi onu tanıdığını iddia edir. Cavabdeh1 borc pul məbləğini şəxsi istifadəsi üçün deyil, digər cavabdeh X3 verməsi üçün aldığını və ona verdiyini bildirir. Bu barədə yazılı iltizamda da qeyd edilib. Cavabdeh X5 isə İddiaçı tanımadığını, ondan borc pul götürmədiyini, daimi olaraq Cavabdeh1 borc aldığını və qaytardığını bildirir. İş materiallarından aydın olur ki, borcun götürülməsinə dair iltizam yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin X1 adı çəkilsə də, iltizam onun tərəfindən imzalanmamışdır. Məhkəmə mülki işin materiallarında olan sübutları, o cümlədən yazılı iltizamı, məhkəmə prosesi iştirakçılarının verdikləri izahatları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, borc münasibətləri İddiaçı ilə Cavabdeh1 arasında yaranmışdır. Belə ki, borc müqaviləsinin predmeti kimi çıxış edən 9000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən məhz Cavabdeh1 təhvil verilmişdir. Bununla da, həmin pul məbləğinin üzərində mülkiyyət hüququ Cavabdeh1 keçmişdir. Belə ki, qüvvədə olan MM-nin 135.1-ci maddəsinə əsasən pullar və və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən isə, təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Qanunvericiliyin müvafiq nomalarının təhlilindən aydın olur ki, pul vəsaitləri daşınar əşya kateqoriyasına aiddirlər və daşınar əşyaya sahiblik edən haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Yəni, borc predmeti olan pul məbləği iddiaçı tərəfindən Cavabdeh1 təhvil verilən an, artıq həmin cavabdehin mülkiyyyətinə keçmiş olur və sonradan pul məbləğinin digər cavabdehə ötürülməsi, iddiaçı ilə cavabdeh X2 arasında borc münasibətlərinin yaranmasına gətirib çıxarmır. Tərəflər arasında bağlanmış borc müqaviləsi iki tərəfli əqddir və mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Konsensual əqddən fərqli olaraq, real əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflərin sazişi ilə yanaşı həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanması üçün tərəflərin sazişi kifayət etmir, bununla yanaşı pul və ya əşya qarşı tərəfə verilməlidir. Məsələn, borc müqaviləsi üzrə borc verən pulu və ya digər əşyanı borc alana verir, borcalan isə müəyyən edilmiş vaxtda həmin pulu və əşyanı eyni ilə borc verənə qaytarmasını öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçı məhkəməyə Cavabdeh1 ona borcu olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmiş, lakin Cavabdeh1 iddiaya etirazın əsası kimi göstərdiyi heç bir halı sübut edə bilməmişdir. Digər cavabdeh X2 İddiaçı borc pul götürməsi sübut olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia 9000 ABŞ dolları pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Həmin hüquqi mövqeyi əsas götürən məhkəmə hsab edib ki, hazırki mülki iş üzrə 9000 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə manatla Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 450 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edib ki, tərəflər arasında olan yazılı müqavilədə borc məbləğinin hansı müddət ərzində qaytarılmalı olması barədə konkret şərt nəzərdə tutulmadığından, bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh1 (vəkili X7) apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edərək şikayətində göstərib ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları, o cümlədən özünün istinad etdiyi Mülki Məcəllənin 739, 740, 448-ci maddələrinin tələbi pozulmuşdur. Mülki Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinin iştirakçıları biri digərindən aldığı borcu qaytarmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, müqavilə onunla bağlansa da, borc X3 verilmişdir. Eyni zamanda, məhkəmə həmin borc müqaviləsinin iddiaçı ilə Cavabdeh2 arasında faktiki olaraq Mülki Məcəllənin 740-cı maddəsinə uyğun olaraq şifahi bağlandığını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi şəxsin hazırki borc münasibətlərinə aidiyyətinin olmadığını bildirdi.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib, Cavabdeh1 isə məhkəməyə ünvanladığı teleqramında xəstə olduğu üçün hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə iştirak etməməsinin ilkin üzrlü səbəbini təsdiq edəcək sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilən hissədə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılırdı. 18.Cavabdeh1 şikayətində məhkəmə tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları, o cümlədən özünün istinad etdiyi Mülki Məcəllənin 739, 740, 448-ci maddələrinin tələbi pozulduğunu göstərsə də bu pozuntuların nədən ibarət olmasını və nədə ifadə olunduğunu açıqlamır. Yalnız şikayət xatirinə bu dəlillərdən istifadə edilməsi isə şikayətin əsaslı olmasına dəlalət etmir. Çünki, məhkəmədə müqavilə onunla bağlansa da borcun X3 verildiyi nə müəyyən edilmiş, nədə təsdiq edilməmişdir. Çünki, nə iddiaçı, nədə digər cavabdeh Kamandar İsmayılov bunu təsdiq etmir. Başqa sözlə, nə iddiaçı bilavasitə Kamandar İsmayılova borc verdiyini, nədə sonuncu birbaşa iddiaçıdan borc aldığını təsdiq etmir. Bunu yalınız Cavabdeh1 bəyan edir. Lakin o, bəyan etdiyi halları sübut edə bilmir. Təbii ki, cavabdehlərin öz arasında borc münasibətləri olması istisna olunmur. Ancaq hazırki tələb üzrə Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olduğundan iddianın ona münasibətdə qismən təmin edilməsi əsaslı olmuşdur.
19. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etmişdir. Cavabdeh1 isə iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Belə ki, etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü artıq onun üzərinə düşür. Cavabdeh iddiaçıdan pulu aldığını bəyan etsə də, əslində həmin pulun X3 verdiyini bildirir. Deməli, bu halı cavabdeh özü sübut etməlidir, lakin edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Çünki, bu halı təkzib edən iş materiallarında borcun alınmasına dair iltizam yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır. X1 adı qeyd olunsa da, iltizam onun tərəfindən imzalanmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh1 üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən yaxud əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
21. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-472/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-472/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.