Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4729/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçının nümayəndələri X4 və X10 oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1606/2023 saylı 27 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 12 aprel 2019cu il tarixli 2(006)-3183/2019 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh artıq ödənilmiş 11.895,35 ABŞ dolları məbləğində vəsaitin və 150.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" ASC (İddiaçı ASC) ilə X1 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx"ASC (İddiaçı ASC) ilə X1 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478- 101-41220 nömrəli bank hesabında qoyulmuş 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh "xxxx" ASC (İddiaçı ASC) tərəfindən iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(006)- 3183/2019 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilərək, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83***- *******0 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" ASC (İddiaçı ASC) ilə X1 arasında bağlanmış əmanətin girov müqaviləsinin, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx"ASC (İddiaçı ASC) ilə X1 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin ”Nikoyl İKB” ASC-dən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(103)-1140/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apelyasiya şikayəti təmin olunmayaraq mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(102)-5026/2022 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmayaraq mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022ci il tarixli 2(103)-1140/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(006)-3183/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" İKB ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və "xxxx" İKB ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh bankdan tutularaq iddiaçı Cavabdeh qızma ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunmuş, əmanətlər və onların üzərinə hesablanmış faizlər də daxil olmaqla 198499.09 ABŞ dolları məbləğində vəsait Cavabdeh ödənilmişdir. D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər üzrə məbləğdən 11.895,35 ABŞ dolları məbləğində vəsait mərhum X1 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək debet kart vasitəsi ilə istifadə edilmişdir. Bu səbəbdən icra vərəqəsi üzrə ödəniş icra olunan zaman texniki səhv nəticəsində müştəri tərəfindən istifadə edilmiş 11.895,35 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh artıq ödənildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırda Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11.895,35 ABŞ dolları məbləğində artıq ödənilmiş pulun tutulması barədə məhkəməyə iddia ərizəsi verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1606/2023 saylı 27 aprel 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X7 və X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır İş materiallarından göründüyü kimi İddiaçı ASC verdiyi iddia ərizəsində iddia tələbinin faktiki əsası kimi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş məbləğin düz hesablanmadığına istinad edərək, sonradan Banka əmanətçi tərəfindən məxaric edildiyi məlum olmuş məbləğdə pulun Cavabdeh tutularaq qaytarılmasını xahiş edir, cavabdehin onun hesabına bu məbləğ həddində əsassız olaraq varlandığını qeyd edir. Göründüyü kimi, o, iddianın bu hissədə təmin edilməsi üçün yeni açılmış halların mövcudluğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılmasını tələb edir. Mülki Prosessual Məcəllənin 432.1 və 432.2.1-ci maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas sayılır. Həmin Məcəllənin 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır Bununla əlaqədar kollegiya qeyd edir ki, qətnamə çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktların aşkar edilməsi iddiaçıya maraqlarına toxunan məsələ barədə yeni iddia ərizəsi ilə yox, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnu yaradır. İddiaçı isə hazırki mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1606/2023 saylı 27 aprel 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 150,67 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4729/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4729/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver