Məhkəmə qərarları › İş №2(103)-473/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-473/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-473/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 vəFərrux Hüseynağa oğlu Qasımovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdehə müxtəlif vaxtlarda borca pul verdiyini lakin cavabdeh tərəfindən həmin pulların qaytarılmadığını bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Miirsəddin qızından 8.000 manat əsas borc və dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 8.100 manat pul tutulub ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə əvvələr münasibati yaxşı olmuşdur. O, ona inanmış va əməllərini səmimi qəbul etmişdir. O isə etibarından sui-istifadə etmişdir. O, Cavabdeh hissə-hissə borc vermişdir. Fərqanəyə inanıb başqalarından va lombarddan faizlə pul götürmüş, ona vermişdir. Başqalarından aldığı pulu vaxtında qaytarmadığına görə, lombarddan pul götürüb borcu bağlamışdır. 2018-ci ilin iyun ayında ona 20 avqustadək 850 manat qaytarmalı olduğu haqda qəbz yazmışdır. xx.xx.2018-ci il tarixdə ona borclu olduğu 1440 manat pulu iki aya qaytaracağı barada qəbz yazmışdır. O, pulu qaytara bilmədiyi üçün ondan xahiş etdi ki, lombarddan pul götürüb borclarını bağlasın. O da pul götürüb borclarını ədyal və s. satdığını deyib əlavə 900 manat pul aldı. Amma yenə pulu qaytarmadı. Şikayəti əsasında polisdə araşdırma aparılmış və cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Ümumilikdə, əlborcu və lombardla birlikdə cavabdehona 8000 manat pul borcludur. Həmin borcondan tutulub ona qaytarılmalıdır. O bu borcları lombarda ödəyib girov qoyduğu qızılları götürməlidir. Bundan başqa dövlət rüsumu olaraq ödədiyi 100 manat da ondan tutulub iddiaçıya qaytarılmalıdır. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edərək, cavabdehinona 2790 manat əl borcu olduğunu, yerda qalan pul məbləğinin isə cavabdehə inanaraq ona görə lambarda qoyduğu qızlların nəticəsibdə əldə etmiş olduğu borcdur. Sonra lambardaki qızıllar cavabdehin borcu ödəməməsi səbəbindən satılmış olduğundan, hamin qızılların puluda cavabdehdən onun xeyrinə ödənməlidir. Bundan əlavə onuda bildirir ki, iş matriallarına cavabdeh tərəfindən təqdim edilən 6-cı vərəqin birnci hissəsində göstərilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən 400 manat ödəniş ilə 8-ci vərəqdə yazılmış qiymətlər eyni ödənişi əks etdirir. Belə ki, cavabdeh ona olan borcdan birinci dəfə ödəniş etdikdən sonra ona 6-cı vərəqə imza etdirmiş, bundan sonra o onun yanına gələrək həmin vərəqin itirdiyini bildirərək yenidən ödənişlərini vərəqə yazılaraq imza etdirmişdir. Lakin bu dəfə o cavabdehin ona hansı məbləğləri ödədiyini dəqiq qeyd etmişdir. Cavabdehin ona cəmi puldan həmin vərəqdə göstərilən 400 manat ödənişi olmuşdur. O burcun hər hanıs bir başqa ödəniş etməmişdir. İş matriallarıan onun tərəfindən əlavə edilmiş, aboy kağızına və saç kıraskasın karopkasına əlavə edilmiş yazıların iddiaçının özü tərəfindən cavabdehin ona olan borcu barədə yazılmış olduğunu bildirdi və eyni zamanda cavabdehin qonşular arasında Fərqanə deyildə Pərvanə kimi tanındığını məhkəməyə bildirmişdir. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o iddiaçıdan cəmi 2200 manat məbləğində borc pul almışdır. Lombart borcu onun iddiaçıya olmamışdır. O iddiaçıdan almış olduğu 2200 manat borcu bütövlükdə qaytarmışdır. Onun iddiaçıya olan borcun qaytarılmasına dair qəbzləridə vardır. O iş matriallarına sübut kimi əlavə etmiş olduğu 6-ci vərəqin birinci hissəsində qeyd edilmiş xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək 400 manat pulu iddiaçıya ödəməsinə dair qeyd ilə 8-ci vərəqdə qeyd edilmiş yazıların eyni məbləğin ödənilməsi olduğunu bildirmişdir. Hazırda onun iddiaçıya borcu qalmadığından iddia tələbinin rədd edilməsini məhkəmədn xahiş etmişdir. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Cəfərli Nilufər) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 510 (beş yüz on) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumuun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində olan ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 7.İş materiallarının 7-ci vərəqəsinə cavabdeh tərəfindən əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında olan əlyazmadan görünür ki, 1100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə cavabdeh Fərqanə tərəfindən Emaya ödənilmiş olduğunu qeyd etmişdir. 8.İş materiallarının 6-ci vərəqəsinə cavabdeh tərəfindən əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında olan əlyazmadan görünür ki, 400 manat xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, xx.xx.2022ci il tarixdə 90 manat pul Pərvanə tərəfindən Emaya ödənilmişdir. 9.İş materiallarının 8-ci vərəqəsinə cavabdeh tərəfindən əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında olan əlyazmadan görünür ki, 80 manat xx.xx.2022-ci il tarixdə, 120 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə Pərvanə tərəfindən Emaya ödənilmişdir. 10.Məhkəmə İddiaçı tərəfindən təqdim edilən divar kağızına və saç kraskası kağızına yazılmış yazıların iddiaçının özü tərəfindən yazılmış olduğu bildirildiyindən hər hansı bir sübut kimi qiymətləndirilməmişdir. 11.İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/471 nömrəli rəyindən görünür ki, mülki işin 6-cı vərəqindəki borc qəbzindəki “xx.xx.2022-ci il – xx.xx.2022” yazılarının aşağısında olan sol hissəsindəki imza, “xx/xx-2022-90 manat Pərvanədən” sözlərinin qarşısındakı imza, 7-ci vərəqində olan borc qəbzindəki “1100 manat Pərvanə verdi” sözlərinin qarşısındakı imza, 8-ci vərəqində olan borc qəbzindəki “80 manat aldım” yazılarının qarşısındakı imza, “100 manat aldım xx.xx.2022” yazılarının aşağısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat müəyyən edilmişdir. 12.İş matriallarına iddiaçı tərəfindən təqdim edilmiş Girov biletlərinin surətindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə qızı ziynət əşyalarını "xxxx" MMC-də girov qoyaayarq pul məbləği götürmüşdür. 13.İş materiallarında iddiaçı tərəfindən təqdim edilən əlyazmanın kseri surətindən görünür ki, Qurbanova X3 Emadan 850 manat aldığını 30 iyunda qaytaracağını bildirmişdir. Bundan əlavə sözügedən vərəqdə Cavabdeh Nusrəddin qızının Mahmudava Emadana 1440 m almış olduğunu xx.xx.2018-ci il tarixdən 2 aya oktyabrın 11-nə qaytaracağı bildirmişdir. 14.İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin İddiaçı yazmış olduğu məktubdan görünür ki, Mahumdova X1 vermiş olduğu 2790 manat pul ilə əlaqədar müraciətə baxılmışdır. Bununla bağlı Cavabdeh izahat alınmış o aybayay ödəyəcəyini bildirmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 15.İddiaçı tərəfindən təqdim edilmiş səsyazılardan görünür ki, iddiaçı cavabdehə lombarddan pul götürdüyünü bildirmiş, lakin onlar arasında pula dair münasibətlərin aydınlaşdırılması mümükün olmamışdır. 16.İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-yə girova qoymuş olduğu qızıldan almış olduğu pulları cavabdehə təqdim etmiş olduğunu bildirsə də bunu təsdiq edəcək sübutları məhkməyə təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehə 2790 manat pul vermiş olduğunu bildirsə də, verilmiş pulun məbləğini təsdiq edəcək mötəbər təkzib edilməz sübutları məhkəməyə təqdim etməmişdir. İlk öncə iddiaçı tərəfindən həmin məbləğin 2790 manat olmasını təsdiq edəcək sübut kimi Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin İddiaçı yazmış olduğu məktubu təqdim etsədə, məhkəməqeyd etmişdir ki, həmin məktubda cavabdehin borcun aybaay ödəyəcəyi barədə məlumat verilsədə, cavabdehin izahatı təqdim edilməmiş, o borcun məbləğinin hansı hissədə qəbul etməsi müəyyən edilməmişdir. Bundan başqa iddiaçı məhkəməyə cavabdeh tərəfindən yazılmış borcun alınmasına dair əlyazmanın kopyasını məhkəməyə təqdim etmiş olsada, cavabdeh tərəfindən həmin əlyazmanın ona məxsus olmadığı bildirilmiş və iddiaçı tərəfindən həmin əlyazmanın əsli məhkəməyə təqdim edilmədiyindən mülki iş üzrə həmin əlyazmanının cavabdehə məxsusluğunun müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilə bilməmişdir. 18.Məhkəmə iddiaçının cavabdehə 2790 manat borcun verilməsi yalnız cavabdehin etiraf etdiyi hissədə yəni 2200 manat pulun alınması hissəsində əsaslı hesab edərək qeyd etmişdir ki, lakin cavabdeh iddiaçıdan almış olduğu 2200 manat borcun hamısını qaytarmış olduğunu bilirərək məhkəməyə mülki işin matriallarına 6,7 və 8-ci vərəqlərinə əlavə edilmiş əlyazmanı təqdim etmişdir. Qeyd edilən əlazamalarda mübahisə olunmayan hal ondan ibarətdir ki, 6-ci vərəqin birinci hissəsində qeyd edilmiş 400 manat pulun cavabdehtərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək ödənilməsinə dair məlumat ilə mülki işin 8-ci vərəqində qeyd edilimiş 80 manat xx.xx.2022-ci il tarixdə, 120 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə Pərvanə tərəfindən Emaya ödənilməsi eyni məbləğlərin ödənilməsindən söhbət gedir. Bundan başqa Məhkəmə Ekspertiza mərkəzinin təqdim etmiş olduğu rəydən də görünür ki, cavabdehin iddiaçıya olan borcundan 6-cı vərəqə əsasən xx.xx.2022-ci il tarixdə 80 manat, 7-ci vərəqə əsasən isə xx.xx.2022-ci il tarixdə 1100 manat və 20.03.222-ci il tarixdə isə 100 manat ödəniş olmuş və iddiaçı tərəfindən sözügedən vərəqlərə imza edilməklə ödəniş qəbul edilmişdir. 19.Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbinin təsdiq edildiyi 2200 manat olan hissədən cavabdehin vermiş olduğu ödənişlər çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (2***-***-**-**00-100=510manat) 20.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi qismən 510 manat hissədə təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, eksperizanın rəyinin alınması ilə ödənilməli olan 110 manat eksperiza xərci iddiaçaya aid edilməlidir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 115-ci, 88, 217.4 və 216-220ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əlyazmalar saxtalaşdırılmışdır. Cavabdeh ona həmin əlyazmalarda qeyd olunan 1100 manat və 100 manat borc məbləğini qaytarmamışdır. Həmin əlyazmada qeyd olunan məbləği göstərən rəqəmlər saxtadır. Bu səbəbdən də iddiaçı məhkəmədən xahiş etdi ki, həmin əlyazmalarda yazılmış yazıların, rəqəmlərin iddiaçı tərəfindən yazılıb-yazılmadığını dəqiqləşdirmək üçün məhkəmə xətsünaslıq ekspertizası təyin edilsin. Lakin məhkəmə onun vəsatətini təmin etmədi. Məhkəməyə təqdim etdiyi Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 2790 manat pul ilə əlaqədar Cavabdeh izahatı alınmışdır. Lakin həmin izahatı iddiaçı müstəqil şəkildə əldə edib məhkəməyə təqdim edə bilmədiyinə görə məhkəmədən xahiş etdi ki, həmin izahatın məhkəməyə təqdim edilməsi üçün Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məhkəmə sorğusu göndərilsin. Lakin məhkəmə onun bu xahişini də nəzərə almadı. İddiaçı iddia tələbində qeyd etdiyi halları sübut etmək üçün məhkəməyə onunla Cavabdeh arasında olan danışıqların audio yazılarını təqdim etmişdi. Həmin səs yazıları məhkəmədə yetərincə araşdırılmadı. Cavabdeh iddiaçıdan 2200 manat borca pul aldığını etiraf edir. İddiaçı da iddia ərizəsində bildirmişdir ki, cavabdehə borca pul vermək üçün başqa şəxsdən borca pul almışdır. Həmin şəxs iddiaçıdan pullarını tələb etdikdə Cavabdeh iddiaçıya yalvararaq, xahiş etdi ki, qızıl-zinət əşyalarını lombarda girov qoysun ordan pul götürsün, həmin şəxsin borcunu qaytarsın və iddiaçını əmin etdi ki, ona verdiyi borc məbləğlərini eləcə də lombarda ödəniləcək pulları ona tezliklə qaytaracaq. İddiaçı da onunla razılaşıb lombarda qızılzinət əşyalarını girov qoyub pul götürdü və həmin şəxsin borcunu ödədi. Təqdim etdiyi səs yazılarında Cavabdeh da bunu bildiyini etiraf edir. Belə olan halda lombarda ödədiyi pulların əvəzi cavabdehdən tutulmalı idi. Lakin məhkəmə onun bu tələbini də təmin etmədi. O, məhkəməyə ekspertizaya göndərilən cavabdeh tərəfidən verilmiş əlyazmaların əslləri ilə tanış olmaq istəyini bildirsə də, məhkəmə iddiaçının xahişini yerinə yetirmədi. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qanun normasının (Mülki Məcəllə 448-ci maddə) tələbinə görə cavabdeh ondan borca aldığı pulları, eləcə də lombardan götürdüyü pullara görə ödədiyi məbləğləri iddiaçıya qaytarmalıdır. Lakin borclu üzərinə düşən öhdəliyi pozaraq ona ödəməli olduğu pulları ödəməkdən yayındığına, məhkəmə isə onun iddiasını qismən təmin etməklə bu qanun normasının tələblərini pozmuşdur. Lombarda ümumilikdə 4810 manat ödəniş etmişdir. Bunun nəticəsi olaraq, Cavabdeh iddiaçıya 4810 manat maddi zərər vurmuşdur. Qanun normasının tələbinə əsaslanaraq hesab edir ki, Cavabdeh lombarda ödədiyi pulların əvəzi olaraq 4810 manat pulu iddiaçıya qaytarmalıdır. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi səs yazılarına, əlyazmalara, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, sübutlar ətraflı araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 26.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 29.Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 30.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 402.1.Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 35.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulmalı olan borcun məbləği hissəsində dəyişdirilməlidir. 39.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). 40.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 41.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 42.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 43.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 44.Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin qeyd olunan müddəalarına əsasən qeyd edir ki, hazırki mübahisə tərəfələr arasında borc müqaviləsindən irəli gələn öhdəliyin yerinə yeririlməməsi ilə bağlı yaranmış, cavabdeh tərəfindən borc məbləğinin bir hissəsinin qaytarılmadığı müəyyən edildiyindən, iddiaçı hazrıki tələblə məhkəməyə müraciət etmişdir. 45.Belə ki, iş materiallarında olan AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin İddiaçı ünvanlarnmış xx.xx.2020-ci il tarxili, 074-13713 nömrəli məktubunun surətindən görünür ki, Mahumdova Emanının Cavabdeh vermiş olduğu 2790 manat pul ilə əlaqədar müraciətə baxılmışdır. Bununla bağlı Cavabdeh izahat alınmış o aybayay ödəyəcəyini bildirmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 46.Cavabdeh tərəfindən verilmiş sadə yazılı qəbzdən görünür ki, Cavabdeh etiraf edir ki, o, İddiaçı 850 manat aldı və 30 iyunda qaytaracaq. Bundan əlavə sözügedən vərəqdə Cavabdeh Nusrəddin qızının Mahmudava Emaya 1440 manat almış olduğunu xx.xx.2018-ci il tarixdən 2 aya oktyabrın 11-nə qaytaracağı bildirmişdir. 47.Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli iclasında ərizə təqdim edərək, qəbzdə olan 850 manat və 1440 manatın onun tərəfindən yazıldığını bildirmişdir. 48.Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş borc məbləği 2290 manat məbləği həcmində cavabdeh tərəfindən etiraf edilmişdir. Digər tərəfdən kollegiya AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin İddiaçı ünvanlarnmış xx.xx.2020-ci il tarxili, 074-13713 nömrəli məktubunda qeyd olunan 2790 manat məbləğini digər sübutlarla birlikdə tədqiq edərək, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilmiş borc kimi qəbul edilməsi qənaətinə gəlir. 49.Kollegiya apellyatorun "xxxx" MMC-yə girova qoymuş olduğu qızıla görə və başqa şəxslərdən aldığı pulları cavabdehə borc olaraq verməsi, cavabdehin təqsiri ucbatından qızıllarının satılması və buna görə də, borcdan əlavə pulları cavabdehdən tələb etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, məhkəmənin bununla bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin təkidi ilə kənar şəxslərdən borc götürməsi, cavabdehin təqsiri ucbatından qızıllarını satması ilə bağlı qeyd olunan halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş fləşkardakı səsyazıları dinlənilmiş lakin səs yazılarından qeyd olunan hallar aşkar edilməmişdir. 50.Cavabdeh iddiaçıdan almış olduğu borcun hamısını qaytarmış olduğunu bildirərək, məhkəməyə mülki işin matriallarına 6, 7 və 8-ci vərəqlərinə əlavə edilmiş əlyazmanı təqdim etmişdir. Qeyd edilən əlazamalardan müəyyən olunur ki, 6-cı vərəqin birinci hissəsində qeyd edilmiş 400 manat pulun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsinə dair məlumat ilə mülki işin 8-ci vərəqində qeyd edilimiş 80 manat xx.xx.2022-ci il tarixdə, 120 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə Pərvanə tərəfindən Emaya ödənilməsi eyni məbləğlərin ödənilməsindən söhbət gedir. Bundan başqa Məhkəmə Ekspertiza mərkəzinin təqdim etmiş olduğu rəydən də görünür ki, cavabdehin iddiaçıya olan borcundan 6-cı vərəqə əsasən xx.xx.2022-ci il tarixdə 80 manat, 7-ci vərəqə əsasən isə xx.xx.2022-ci il tarixdə 1100 manat və 20.03.222-ci il tarixdə isə 100 manat ödəniş olmuş və iddiaçı tərəfindən sözügedən vərəqlərə imza edilməklə ödəniş qəbul edilmişdir. 51.Lakin iddiaçı ona 1100 manat qaytarılmadığını, 100 manat qaytarıldığını, “1100” manatın onun tərəfindən yazılmadığını bildirdiyindən məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 52.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 5/1805-4/108 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş mülki işin 7-ci vərəqəsindəki qəbzində olan “1100” əlyazma rəqəmlərinin birinci rəqəmi sonradan əlavə edilmişdir. Mülki işin 7-ci vərəqəsində olan borc qəbzinin yuxarı hissəsində “1100 manat Pərvanə verdi” yazıları İddiaçı tərəfindən icra olunmuşdur. 53.Ekspert rəyindən göründüyü kimi iddiaçının dəlili əsaslı olmaqla “1100” əlyazmasında 1-ci “1” rəqəmi sonradan əlavə edilmişdir. Hansıki həmin sübutu cavabdeh təqdim etmişdir. 54.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 55.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən borc üzrə qaytarılan məbləğ 400+90+100+100=690 manat olduğundan, 2790 manat borc məbləğindən qaytarılan 690 manat çıxılmaqla, qalan 2100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 56.Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi cavabdehdən tutulmalı olan borc məbləği ilə bağlı hissədə dəyişdirilməli, borc məbləği 2100 manat miqdarında müəyyən edilməlidir. 57.Həmçinin kollegiya hesab edir ki, qətnamə borc məbləği ilə bağlı hissədə dəyişdirildiyindən MPM-in 119.1-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamə cavabdehdən tutulan dövlət rüsumunun məbləği və ekspertiza xərcinin tutulması hissələrində də dəyişdirilməli, dövlət rüsumunun məbləği 26 manat müəyyən edilməli, apellyasiya mərhələsində aparılmış ekspertiza tədqiqatı da nəzərə alınmaqla, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 180 manatın 47 manatı Cavabdeh, 133 manatı isə İddiaçı tutulmalıdır. 58.Beləlikə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi cavabdehdən tutulmalı olan borc məbləği və dövlət rüsumunun məbləği ilə bağlı hissələrdə dəyişdirilməli, borc məbləği 2100 (iki min yüz) manat, dövlət rüsumunun əvəzi 26 (iyirmi altı) manat məbləğlərində müəyyən edilməlidir. 59.Həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 180 (yüz səksən) manatın 47 (qırx yeddi) manatı Cavabdeh, 133 (yüz otuz üç) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 61.Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə mübahisələndirilən hissədə məbləğ 5000 manatdan az (2100 manat) olduğundan, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi cavabdehdən tutulmalı olan borc və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə dəyişdirilsin. Borc 2100 (iki min yüz) manat, dövlət rüsumunun əvəzi 26 (iyirmi altı) manat məbləğlərində müəyyən edilsin. Qətnamə ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilsin, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 180 (yüz səksən) manatın 47 (qırx yeddi) manatı Cavabdeh, 133 (yüz otuz üç) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar