Məhkəmə qərarları › İş №2(103)-4750/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4750/2024

02.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4750/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12, X7, X10, X21, Dermentli Oksana, X8, X9, X5, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “söhbətgahların quraşdırılmasına maneənin aradan qaldırılması və s.” tələbi, İddiaçı Cavabdeh4 cavabdeh İddiaçınə qarşı “konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbi üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması, konstruksiyaların ərazidən çıxarılması, ərazinin əvvəlki vəziyyətə qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1357/2024 nömrəli, 20 may 2024cü il tarixli qətnaməsindən birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı və birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı MMMC-nin İdarə Heyətinin 16 mart 2023-cü il tarixli İclas Protokolundan görünür ki, İddiaçı MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə göstərilən xidmət səviyyəsini yüksəltmək məqsədilə həmin binanın həyətində uşaq meydançasının hazırlanması, ahıllar üçün üstüörtülü köşkün tikilməsi, idman meydançasının yer ayrılaraq idman avadanlıqlarının alınıb quraşdırılması, həyətdə gülçiçəklərin əkilməsi, fasad hissəsinin yenilənməsi, rənglənməsi və digər abadlıq işlərinin görülməsi, həmin işlərin həyata keçirilməsi üçün tədbirlər planının hazırlanması, göstərilən işlərin həyata keçirilməsi üçün yığılan kommunal xidmət haqlarından, bank kreditindən, ianələrdən istifadə olunması, bu işlərlə bağlı Azərbaycan Respublikasının Dövlətşəhərsalma və Arxitektura Komitəsinə müraciət edilməsi və həmin komitə ilə razılaşdırılması, qərarın icrasına nəzarətin İdarə heyətinin sədri X3 həvalə olunması qərara alınmışdır.

2. Mülki işin materiallarında olan İddiaçı MMMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubda qeyd edilmişdir ki, artıq bir neçə ildir X17 vitse-prezidenti, İDEA ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən "Bizim həyət’' layihəsi çərçivəsində Bakı şəhərində geniş abadlıq işləri vüsət almışdır. Həmin layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "ünvan 3yyətçilərinin müştərək cəmiyyəti həmin layihəyə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının çoxsaylı ahıl, yaşlı sakinlərinin haqlı müraciətlərini nəzərə alaraq həmin insanların asudə və istirahət vaxtlarının səmərəli keçirmələri üçün yüngül konstruksiyah, hərtorəfi şüşəli əyləncə yerinin quraşdırılması işlərinin görülməsi nəzərdə tutulmuşdur. Hesab edilir ki, həmin işlərin görülməsi bina sakinlərinin qanuni mənafelərinə xidmət etməklə yanaşı “Bizim həyət” layihəsi çərçivəsində həyata keçirilən geniş abadlıq işlərinə də bir tövhə olardı. Eyni zamanda diqqətə çatdırılır ki, yuxarıda qeyd olunan abadlıq və bərpa işlərinin görülməsi zamanı bəzi edilə biləcək qanunsuz müdaxilələrin qarşısının alınması üçün tərəflərindən aidiyyati polis orqanına müraciət olunmuş və polis orqanı tərəfindən qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Nəsiıni45” mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən yuxarıda qeyd olunan abadlıq və bərpa işlərinin həyata keçirilməsinə razılıq verilməsi xahiş edilmişdir.

3. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı MMMC xx.xx.2022ci il tarixdə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir.

4. Mülki işin materiallarında olan İddiaçı MMMC tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 24 nömrəli məktubdan görünür ki, "ünvan 3yyətçiləri müştərək cəmiyyəti tərəfindən yuxarıda qeyd olunan abadlıq işlərinin həyata keçirilməsi zamanı həmin əraziyə nəzarət edən sahə müvəkkili tərəfindən müdaxilələrin qarşısının alınmasına göstəriş verilməsi xahiş edilmişdir.

5. Mülki işin materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının bir qrup sakini tərəfindən İddiaçı MMMCnin X16 ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, bina sakinləri olaraq apardıqları təmirdən müəyyən etmişlər ki, binada 1300 nəfərdən artıq sakin yaşayır. Təbii ki, həmin insanlar müxtəlif yaş qrupuna aiddirlər. Binada xeyli sayda yaşlı adamlar var ki, pensiyaçı olmaqla işsizdirlər. Boş vaxtlarını səmərəli keçirmək, həmyaşıdları ilə fikir mübadiləsi etməklə bağlı münasib yer-otaq olmadığından çətinlik çəkirlər. Bundan əlavə binada yaşayan ayrı-ayrı ailələrin həyatın tələbi olaraq xeyir və şər məclisləri də keçirmək məcburiyyətində qalırlar. Bu səbəbdən yer olmadığına görə çətinliklər yaranır. Bir qrup ağsaqqal olaraq bina sakinlərinin çoxsaylı müraciətini nəzərə alıb, binanın həyətində münasib bildikləri yerdə vaxtlarının səmərəli keçirilməsi və xeyirşər məclisləriinin nizamlanması üçün münasib ölçüdə otaq və yaxud zal tikilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

6. Mülki işin materiallarında olan İddiaçı MMMC üzrə xx.xx.2023-cü il tarixli, 02 nömrəli Əmrdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvamndakı yüksəkmərtəbəli yaşayış binasının çoxsaylı sakinlərinin müraciətləri nəzərə alınaraq, həmin binanın həyətində uşaq meydançasının, eləcə də uşaq bağçasında havalandırma və günəş şüalarının ötürülməsi üçün tədbirlərin görülməsi, eləcə də ahıl yaşlı insanların asudə və istirahət vaxtlarının səmərəli keçirmələri üçün yüngül konstruksiyalı əyləncə yerinin quraşdırılması işlərinin görülməsinə başlanılması və həmin işlərin həyata keçirilməsi üçün sahə mülkiyyətçilərindən aşağıdakı tərkibdən ibarət nəzarət qrupunun yaradılması əmr edilmişdir.

7. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMMC-nin X16 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-35-1/2- 1166/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında abadlıq və bərpa işlərinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müraciətlə bağlı olaraq bildirilir ki, Mənzil Məcəlləsinin 39-cu maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir, Əlavə olaraq bildirilir ki, Şəhərsalmə və Tikinti Məcəlləsinin 39-cu maddəsinə əsasən abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən abadlaşdırma tədbirlərinin həyata keçirilməli olduğu hər hansı ərazi yerli icra hakimiyyəti orqanı, yaxud müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazi qismində müəyyənləşdirilir. Abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanı, yaxud müvafiq bələdiyyə tərəfindən abadlaşdırma barədə qərar qəbul edilir və bu qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilir. Qərarda abadlaşdırılmalı ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilir. Həmçinin bildirilir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 45-ci maddəsinə əsasən abadlaşdırma tədbirləri dövlət və bələdiyyə vəsaiti, habelə abadlaşdırılmalı ərazidə mülkiyyətçilərin və digər maraqlı şəxslərin ianə etdikləri vəsait hesabına maliyyələşdirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Xətai prospekti 38 ünvanında yerləşən 17-20 mərtəbəli yaşayış binasının ərazisində köşkün (besedkanın) qurulması istisna olmaqla müvafiq ərazinin abadlaşdırılması barədə yerli icra hakimiyyəti orqanının, yaxud bələdiyyənin qərarı daxil olduğu təqdirdə müraciətə baxılmasını məqsədəmüvafiq hesab edilir. 26. Mülki işin materiallarında olan İddiaçı MMMC-nin Nizamnaməsindən görünür ki, İddiaçı MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 6 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Republikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

8. Mülki işin materiallarında olan 154/A-10 nömrəli Müqavilədən görünür ki, Hüquq Mənzil Tikinti Kooperativi ilə payçı Cavabdeh4 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Hüquq MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 19 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti Hüquq MTK-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasın Xətai prospekti 787-ci məhəllə ünvanında 19 mərtəbəli yaşayış binasının A blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 154 kv.m təşkil edən mənzili Kooperativ Payçıya verilməsini, Payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər.

9. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-15-2-1/1192 nömrəli Aktdan görünür ki, ünvan 8 ünvanının elektrik enerjisi verilişinin Nəsimi-45 MMMC-nin əməkdaşları tərəfindən müdaxilə olunması barədə müraciətlərə əsasən yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, mənzillərin elektrik enerjisi ilə təmin olunduğu müəyyən edilmişdir. Bundan əlavə, Elektrik enerjisindən istifadə qaydaları MMMC-nin nümayəndəsinə izah olunmuş və bildirilmişdir ki, elektrik enerjisinin verilməsinin dayandırılması yalnız enerji təchizatı müəssisəsi tərəfindən dayandırıla bilər. Qeyd olunanlar barədə MMMC-nin nümayəndələri mənzillərin elektrik enerjisinin kommunal borclara görə dayandırılmayacaqlarını bildirdi.

10. Mülki işin materiallarından görünür ki, cavabdehlər tərəfindən müxtəlif dövlət qurumlarına şikayətlər ünvanlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “söhbətgahların quraşdırılmasına maneənin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən yaradılmış qeyrikommersiya qurumudur. Qanunvericiliyin tələbinə əsasən inşası başa çatmış bütün yaşayış binalarının idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Bu tələbə əsasən binanın sakinləri tərəfindən “Nəsim-45” mmmc yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Digər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərində olduğu kimi İddiaçı mmmc-nin yaradılmasının məqsədi aşağıdakı işlərin görülməsindən ibarətdir: 1. Çoxmənzilli binanın və onun ümumi əmlakının idarə edilməsi və saxlanması;

2. Bina sakinlərinə lazımi kommunal xidmətlərin təşkil edilməsi; 3. Binanın həyətinin abadlaşdırılması və ümumi istifadədə olan ərazilərin təmizlənməsi; 4. Binanın cari təmiri, elektrik, qaz, su, kanalizasiya xətlərinə xidmət göstərilməsi, onların təmiri və saz vəziyyətdə saxlanması; 5. Binada olan liftlərə lisenziyası olan təşkilatlar vasitəsilə qulluq edilməsi və onların saz vəziyyətdə saxlanması; 6. Binanı 24 saat su ilə təmin edən su anbarı və su nasoslarının təmir edilməsi və saz vəziyyətdə saxlanması; 7. Pilləkən meydançaları, pilləkənlər, həyətin işiqlandırılması, liftlərin və su nasosların işlədilməsi üçün istehlak olunan elektrik enerjisi haqqının ödənilməsi; 8. Məişət tullantılarının müvafiq təşkilatla bağlanmış müqavilə əsasında daşınması; 9. Qəza vəziyyətlərində istifadə olunan elektrik generatorunun saz vəziyyətdə saxlanması və dizel yanacağı ilə təmin edilməsi; 10. 6/04 kvt-luq yarımstansiyadan binanın zirzəmisinə elektrik təchizatı üçün 3200 metr uzunluğunda çəkilmiş alüminium kabellər, mənzillərin elektrik təchizatı üçün bloklarda mərtəbəarası elektrik qutulara (şitlərə) 5200 metr uzunluğunda çəkilmiş mis birdamarlı naqil xəttləri, mərtəbələrarası quraşdırılmış paylayıcı şitlərdən hər mənzilə çəkilmiş 6-10 kvmm-lik mis naqillərin, sayğacların saz vəziyyətdə saxlanılması; İddiaçı mmmc yaradıldıqdan sonra bina sakinləri arasında aparılmış sorğulardan onların binada görülməsini arzu etdikləri işlərdən birinin də binanın həyətinin abadlaşdırılması, yaşıllaşdırılması, həyətdə böyüklərin və uşaqların oturub dincəlməsi üçün söhbətgahların qurulması və uşaq bağçasının yaradılmasından ibarət olduğu müəyyən edilmişdir. Bu məqsədlə İddiaçı mmmc tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanmış, əvvəlcədən aidiyyatı dövlət orqanlarına bu söhbətgahların qurulması üçün icazə alınması məqsədilə yazılı müraciətlər edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli məktubla Nəsimi rayon Polis İdarəsinə edilmiş müraciətə xx.xx.2023-cü il tarixli, № 3-13- 51-4/1-1779/2023 nömrəli məktubla cavab verilərək bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunması bildirilmişdir. Bundan sonra tərəflərindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubla müraciət olunaraq həyata keçirmək istədikləri abadlıq işləri üçün icazə almalı olubolmadığı soruşulmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35- 1/2-1166/2023 saylı məktubu ilə onların müraciətinə cavab olaraq bildirilmişdir ki, binanın həyətində söhbətgah quraşdırılması üçün icazə tələb olunmur. Yaşayış binasının bəzi sakinləri söhbətgahların tikilməsinə maneə törədirlər. Onlar söhbətgahların tikintisi ilə məşğul olan ustalara hədə-qorxu gəlirlər, ustaları təhqir edirlər, onların işinə maneə olurlar, ustaların işləməsinə imkan vermirlər, ustalardan işlərin dayandırmasını tələb edərək görülən abadlıq işlərinə maneəçilik edirlər. Həmçinin, uşaq bağçasına daxil olub, qanunsuz hərəkətlər etməklə bağçanın ümumi iş ahəngini də ciddi şəkildə pozurlar. Hazırda həmin şəxslər qanunsuz hərəkətlərinə davam edirlər. Həmin şəxslər bina sakinlərinin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə yaradılmış və yalnız bina sakinlərinin rahatlığı üçün çalışan İddiaçı mmmc-nin fəaliyyətini davamlı olaraq sobatajedən, binanın saxlanması üçün qanunvericiliyin tələblərinə əsasən ödəməli olduqları kommunal xidmət haqqları ödənişlərini qərəzli və davamlı olaraq ödəməyən, hətta buna görə Məhkəmələr tərəfindən barələrində çıxarılarmış və qanuni qüvvəyə minmiş qətnamələrini qəsdən icra etməyən bir neçə şəxslərdir. Onlar onların nə etməyindən asılı olmayaraq həmişə hər şeydən narazıdırlar, baxmayaraq ki, qanunla üzərlərinə düşən vəzifələrini qərəzli olaraq yerinə yetirməkdən imtina edirlər. Onların hərəkətləri qanuna ziddir və bina sakinlərinin tam əksəriyyətinin hüquqlarının pozulmasına yönəlmişdir. Göstərilənlərə əsasən, qeyd olunanları nəzərə alaraq söhbətgahların tikilməsinə maneəçilik törədən sakinlərin hərəkətlərin qanunsuz hesab edilərək, cavabdehlərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barəsində qətnamə çıxarılması xahiş edilmişdir.

13. Daha sonra İddiaçı MMMC iddia ərizəsinə əlavə təqdim edərək, söhbətgahların tikilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə həmin şəxslərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi və cavabdehlərin binada olan elektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxiləsinin əsassız və qanunsuz hesab edilməsi və bu cür hərəkətlərin qadağan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Daha sonra cavabdehlərin nümayəndə və vəkilləri Vəkil iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı söhbətgahların tikilməsinə törədilən maneəçilik hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)- 4066/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “söhbətgahların quraşdırılmasına maneəçilik törədilməsinin qadağan edilməsi və s.” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

16. Daha sonra X12, X7, X10, X21, Dermentli Oksana, X8, X9, X5, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

17. Sonradan iddiaçı Cavabdeh4 cavabdeh İddiaçınə qarşı “konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı söhbətgahların tikilməsinə törədilən maneəçilik hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda binanın mənzil mülkiyyətçiləri söhbətgahların quraşdırılmasına qətiyyətlə etiraz edir. Yaşadıqları çoxmənzilli binanın həyətində söhbətgahın quraşdırılmasına etiraz edirlər. Belə ki, bununla bağlı bina sakinləri arasında heç bir sorğu aparılmamış və qeyd edilənlərlə bağlı heç kəsdən razılıq alınmamışdır. Belə ki, həmin söhbətgahın tikintisi sakinlər üçün deyil, binada yerləşən özəl uşaq bağçasının fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Bundan başqa, iddiaçı həmin söhbətgahı fövqəladə hallar üçün nəzərdə tutulmuş avtomobil yolunda quraşdırmağa cəhd etmişdir. Bu hal təbbi ki, binada yaşayan sakinlər üçün təhlükə yaratdığından etirazlarla qarşılanmışdır. Həmin söhbətgahın quraşdırılması baş tutsa da, tikinti qanunsuz və müvafiq icazəsiz olduğu üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən sökülmüşdür. Bu barədə icra məmurunun aktı da mövcuddur. Görünən odur ki, İddiaçı MMMC lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bu qurğunu quraşdırdığından bu qurğu özbaşına tikili sayılır. Hesab edilir ki, hazırda binanın həyətində fövqəladə hallar üçün nəzərdə tutulmuş yolda yerləşdirilən söhbətgahın qurulması üçün nəzərdə tutulan konstruksiyalar, o cümlədən (karkas, dam, qum, sement və s.) həmin ərazidən İddiaçı MMMC tərəfindən çıxarılmalı və yol cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır. Göstərilənlərə əsasən, cavabdeh İddiaçı MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 737-ci məhəllə, 38 ünvanında çoxmənzilli binanın həyətində söhbətgahın qurulması üçün nəzərdə tutulan konstruksiyaların, o cümlədən karkas, dam, qum, sement və s. həmin ərazidən "xxxx" MMMC tərəfindən çıxarılması və yolun cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2174/2024 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçınə qarşı “konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair e-2(006)-2174/2024 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “söhbətgahların quraşdırılmasına maneənin aradan qaldırılması və s.” tələbinə dair e-2(006)-1357/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1357/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi (Ramin Xəlilov) ilə İddiaçı X12, X7, X10, X21, Dermentli Oksana, X8, X9, smayılova İlahə Xanlar qızı, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “söhbətgahların quraşdırılmasına maneənin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçınə qarşı “konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 60.1, 75.3, 75.4, 79, 88, 89.1.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

22. Qətnamədən birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birinci iddia üzrə iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində qeyd edir ki, çoxmənzilli binanın həyətində tikilməsi iddia edilən söhbətgahlar tikintiyə icazə tələb olunan obyektlər siyahısına daxildir. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı göstərilmişdir və 79.1.5-ci bəndə əsasən kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının tikintisinə icazə tələb olunmur. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 11 may 2023-cü il tarixli 3-35-1/2-1166/2023 nömrəli cavab məktubuna əsasən Xətai prospekti 38 ünvanında yerləşən 17-20 mərtəbəli yaşayış binasının ərazisində köşkün (besedkanın) qurulması istisna olmaqla müvafiq ərazinin abadlaşdırılması barədə yerli icra hakimiyyəti orqanının yaxud bələdiyyənin qərarı (müraciəti) daxil olduğu təqdirdə müraciətə baxılması məqsədəmüvafiq hesab olunur. Həmçinin məhkəməyə təqdim edilmiş video materialdan da görünür ki, Cavabdeh1 və Dermentli Oksana adlı şəxslər bağçaya soxularaq bağçada oxuyan uşaqların binanın həyətinə gəlməsini istəmədiklərini bəyan edirlər. Onlar həmin uşaqların binanın həyətinə gəlməsinə qətiyyətlə etiraz bildirirlər və müdaxilə edirlər. Həmçinin, əgər cavabdehlər bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə maneəçilik törətməyiblərsə, binada olan elektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxilə etməyiblərsə, İddiaçı MMMC nə üçün iddia qaldırsın və bu qədər prosedurdan keçsin? Bu şəxslər məhkəmə iclasında da öz qəti etirazlarını bildiriblər ki söhbətgahların quraşdırılmasında məqsəd keçən il binada "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinin “KİDS Academy”ə icarəyə verilməsi ilə bağlıdır. Həmin bağçada oxuyan uşaqların binanın həyətində oynamaları həmin binada yaşayan uşaqların rahat oynamasına maneə yaradır. Buradan da görünür ki, İddiaçıMMMC-nin iddia tələbi əsassız deyildir.

24. Qətnamədən birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ikinci iddia üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Hüquq” MTK-ya məxsus qeyri-yaşayış sahəsinin "KİDS Academy”ə bağçasına icarəyə verilməsi ilə bağlı məhkəmə işinə sənəd təqdim edilməmişdir. Habelə, bizə məlum olan sənəd üzrə dəlillərə əsasən "xxxx" MTKə həmin yer məxsus deyildir. Odur ki, iddiaçı "xxxx" MMMC-nin cavabdehlərdən şikayət vermək üçün subyektiv hüququ yoxdur. İkinci olaraq qanunsuz sesvermə keçirilmiş "xxxx" MMMC-nın fəaliyyəti araşdırılmamış, habelə "KİDS Academy”nin bağçaya aidiyyatının olması araşdırılmamışdır. Üçünçü olaraq ümumi paylı mülkiyyətdə sahə mülkiyyətçilərinin icazəsi olmadan tikinti, inşa, təmir və abadlaşdırma aparıla bilməz, habelə keçirilmiş "xxxx" MMMC tərəfindən keçirilmiş ümumi yığıncağın qanununi əsaslığı barədə araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə ikinci iddia üzrə iddiaçı çoxmənzilli binanın həyətində söhbətgahın qurulması üçün nəzərdə tutulan konstruksiyaların, o cümlədən karkas, dam, qum, sement və s. həmin ərazidən çıxarılmasını və cavabdeh tərəfindən təmizlənərək cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmasını tələbinə dair araşdırmanı tam aparmamışdır. Belə ki, sakinlərin tələbi ilə dövlət orqanları tərəfindən söhbətgahların dəmir panelləri kəsilərək həmin əraziyə qoyulmuş, lakin tamamilə həmin ərazidən çıxarılmamışdır. Nəticədə, həmin söhbətgahlar təkrar bina sakinlərinin park etmə ərazisində təkrar bərpa edilmişdir. Habelə, söhbətgahların elementləri üçün istifadə ediləcək karkas, sandviç dam panelləri, qum, sement, aqlay daşlar, səki daşları, ota bənzəyən suni xalça və s. əşyalar bügünədək hələ də binanın həyətində yerləşir və sakinlərin həyat şəraitinə maneə yaradır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

27. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş birinci iddia üzrə cavabdeh tərəf və üçüncü çəxslər məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə birinci iddia üzrə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin

29. 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir.

30. 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

31. 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır.

32. 79-cu maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.

33. 88-ci maddəsinə əsasən bu Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş obyektlərin layihələri istisna olmaqla, aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir: tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri - həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından; dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələri və smetaları - bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından.

34. 89.1.1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri ekspertizadan keçirilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

38. Maddə 124.1. işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki halda, apellyatorlar ayrı-ayrılıqda vermiş olduqları hər iki apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1357/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası işin halları ilə bağlı qeyd edir ki, İddiaçı MMMC çox mənzilli yaşayış binasının sakinləri tərəfindən yaradılmış qeyri-kommersiya qurumudur. İddiaçı cavabdehlər tərəfindən binanın həyətində söhbətgahların tikilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə cavabdehlər tərəfindən maneəçilik törədildiyini iddia edərək, həmin hərəkətlərin qanunsuz hesab edilməsini və gələcəkdə həmin hərəkətlərin cavabdehlər tərəfindən qadağan edilməsini, bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehlərdən tutulmasını, həmçinin cavabdehlər tərəfindən binada olan elektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxiləsinin əsassız və qanunsuz hesab edilməsini və bu cür hərəkətlərin qadağan edilməsini, eyni zamanda ikinci iddia üzrə iddiaçı tərəfindən söhbətgahın qurulması üçün nəzərdə tutulan konstruksiyaların, o cümlədən karkas, dam, qum, sement və s. həmin ərazidən çıxarılmasını və cavabdeh tərəfindən təmizlənərək cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmasını tələb edir.

46. Kollegiya ilk növbədə İddiaçı MMMC-nin apellyasiya şikayətinin “söhbətgahın qurulması üçün icazənin tələb olunmaması” dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə tikintiyə icazə tələb olunan və tikintiyə icazə tələb olunmayan obyektlərin siyahısı nəzərdə tutulmuşdur. Tikintiyə icazə tələb olunan obyektlər isə iki yerə ayrılır: ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri və ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri. Hazırki iş üzrə iddiaçı tərəfindən çoxmənzilli binanın həyətində tikilməsi iddia edilən söhbətgahlar tikintiyə icazə tələb olunan obyektlər siyahısına daxildir, lakin həmin obyektin layihəsi ekspertizadan keçirilmir. Belə ki, qanunvericiliyə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri ekspertizadan keçirilmir. Kollegiya qeyd edir ki, söhbətgahın tikilməsi üçün layihənin ekspertizadan keçirilməməsi o demək deyildir ki, icazə alınmamalıdır. Belə ki, gələcəkdə həmin yerdə insanların toplanması, uşaqların oyun oynaması və s. hallar mövcuddur ki, həmin hallar layihədə öz əksini tapmalıdır ki, həmin layihə də müvafiq qaydada nəzərdən keçirilməli və təsdiq edilməlidir. Hazırki iş üzrə isə mülki işin materiallarında iddiaçı tərəfindən söhbətgahın tikintisi üçün müraciət edilməsi, layihənin təsdiqlənməsi və s. aşkar edilmədiyindən məhkəmə iddia tələbini bu hissədə haqlı olaraq təmin etməmişdir. Kollegiya qeyd edir ki, əgər söhbətgahın tikintisi qanuni olmuş olsa idi belə, iddiaçı tərəfindən əvvəlcə tikilən söhbətgah müvafiq dövlət orqanları tərəfindən sökülmüş olmazdı (sökülməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir). Bundan əlavə qeyd edilən söhbətgah (lar) artıq mövcud deyildir (hər iki tərəfin izahatlarına əsasən) və mövcud olmadığı təqdirdə isə bağçada olan uşaqların oynamasına və əylənməsinə maneədən də söhbət gedə bilməz (söhbətgaha yığılan bağçaya gəlmiş uşaqlara münasibətdə).

47. Kollegiya İddiaçı MMMC-nin apellyasiya şikayətinin “bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə həmin şəxslərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi və cavabdehlərin binada olanelektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxiləsinin əsassız və qanunsuz hesab edilməsi və bu cür hərəkətlərin qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək sübutlarını təqdim edə bilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Kollegiya hesab edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı sübut etməlidir ki, cavabdehlər tərəfindən binanın həyətində bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə maneəçilik törədilir və ya gələcəkdə onlar tərəfindən söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədiləcəkdir, həmçinin iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən ona qanunsuz hərəkətlər nəticəsində maddi ziyan dəymişdir və ya cavabdehlər tərəfindən binada olan elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxilə edilir. Bu kimi hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

48. Həmçinin, kollegiya iddianın gələcəkdə həmin şəxslərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi hissəsinə əlavə olaraq bildirir ki, iddiaçı ilk öncə mübahisəli söhbətgah(lar)ın quraşdırılması ilə bağlı müvafiq təsdiq olunmuş layihənin və buna lazımi iczalərin (qanunvericilikdə nəzərdə tutulmuş qaydada) alınmasından sonra hazırki cavabdehlərə qarşı iddiaçı tərəfindən bu tədbirləri görməsindən sonra yaranmış maneələrdən sonra qeyd edilən iddia tələbini iddia irəli sürə bilərlər ki, iddiaçı ilkin olaraq bu proseduarlara tam əməl etmədən məhkəməyə müraciət etmişdir.

49. Məhkəmə kollegiyası həmçinin, iddia tələbinin cavabdehlər tərəfindən binada olan elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxilə edilməsi hissəsinə münasibətdə əlavə olaraq qeyd edir ki, binada olan elektrik təsərrüfat obyektlərinə nəzarətin həyata keçirilməsi, təhlükəsizliyin təmin edilməsi, bununla bağlı zəruri qoruma ilə bağlı tədbirlərin görülməsi iddiaçının vəzifə səlahiyyətlərinə daxildir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən bütün lazımi tədbirlər nəticəsində nəzarətin həyata keçirildiyi və cavabdehlər tərəfindən həqiqətən də binada olan elektrik təsərrüfat obyektlərinə bu tədbirlər edildikdən sonra müdaxilə olunduğu sübuta yetirildiyi təqdirdə bununla bağlı iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

50. Kollegiya cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh (ikinci iddia üzrə iddiaçı) çoxmənzilli binanın həyətində söhbətgahın qurulması üçün nəzərdə tutulan konstruksiyaların, o cümlədən karkas, dam, qum, sement və s. həmin ərazidən çıxarılmasını və cavabdeh tərəfindən təmizlənərək cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmasını tələb etsə də, hazırda belə bir mübahisə ümumiyyətlə mövcud deyildir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında tərəflərin izahatlarından aydın olmuşdur ki, binanın həyətində söhbətgahların tikilməsi üçün nəzərdə tutulan konstruksiyalar, o cümlədən karkas, dam, qum, sement və s. tamamilə həmin ərazidən çıxarılmışdır. Göründüyü kimi həmin məsələ ilə bağlı ortada heç bir mübahisə olmadığından apellyasiya şikayəti əsassız olmuşdur.

51. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən mövqeyinə əsasən birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyatorlar tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı və birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1357/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar