Məhkəmə qərarları › İş №2(103)-4751/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4751/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4751/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Əhmədağa oğlunun, vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarxili 2(006)-493/2020 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əhmədağa oğlu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə, Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat məbləğində kompensasiyanın Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarxili 2(006)-493/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 18.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı Əhmədağa oğluna ödənilməsi, 100 manat qiymətləndirmə xərcinin Cavabdeh MTK-dan tutularaq «xxxxxxxxxxxxxxx» MMC-nin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, İddiaçı Əhmədağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının atası X2 metal konstruksiyalı qaraja dair kompensasiya ödənilməsini tələb etmişdir. Lakin məhkəmə iddia tələbinə münasibətdə İddiaçı Əhmədağa oğlunun subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamış, iddiaçı tərəfındən də onun subyektiv hüququnu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, xx.xx.1989-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçının atası X2 metal konstruksiyalı qarajın real bazar qiymətinin müəyyənləşdirilməsi üçün iş materialları “xxxxxxxxxxxxxxx” MMC-yə göndərilmişdir. “xxxxxxxxxxxxxxx” MMC məhkəməyə təqdim etdiyi xx.xx.2019cu il tarixli, 0882/19Mİ saylı metal konstruksiyalı qarajın qiymətləndirilməsinə dair hesabatda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 9-cu Bayıl döngəsi, 18-ci kvartalda yerləşən, İddiaçı Əhmədağa oğluna məxsus olan metal konstruksiyalı çarajın həmin ərazidə yerləşən eyni təyinatlı əmlaklara uyğun müqayisəli təhlil əsasında müəyyən edilmiş real bazar qiymətinin 18000 manat təşkil etməsi qeyd olunmuşdur. Hesabatla tanış olduqda müəyyən edilmişdir ki, qiymətləndirmə formal şəkildə, iddiaçının “Sifarişi” əsasında aparılmışdır. Belə ki, hesabatda qeyd olunur ki, iddiçıya məxsus metal konstruksiyalı qaraj 24 kv.metrdən ibarət olmuşdur. Halbuki, iş materiallarına həmin metal konstruksiyalı qarajın sahəsi barədə hər hansı sübut əlavə edilməmişdir. Belə ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi qaraj təyinatından da göründüyü kimi metal konstruksiyadan ibarət olmaqla daşınar əmlak omuşdur. Yəni,həmin qarajın bir sahədən digər sahəyə aparılması mümkün olmuşdur. Sözügedən hesabatla razılaşmayaraq təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunması barədə məhkəməyə vəsatət verilsə də işə baxan məhkəmə verilmiş vəsatəti təmin etməyərək formal və əsassız bir hesabat əsasında qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X5 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Əhmədağa oğlu apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti hər hansı səbəb göstərmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdənə görünür ki, Bakı şəhəri, 2 saylı DNK-da xx.xx.1989-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X9 mülkiyyətində olan ünvan 1 Bayıl döngəsi 2 ünvanda yerləşən metal konstruksiyalı qarajı 350 rubla X1. Bakı şəhəri, 28-ci dövlət notariat kontorunun verdiyi 24.07 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2001-ci ildə vəfat etmiş Əhmədov X6 miras qalmış, ona Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 15.05.00 tarixli №000001 №li və 22.10.99 ildə verilmiş 013381 №li şəhadətnamələrə əsasən məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov 15 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 896,2 kv.m, torpaq sahəsi və Bakı şəhəri, C.Zeynalov 15 ünvanda yerləşən İ mərtəbəli 49,0 kv.m qeyri-yaşayış sahəsi kimi əmlaklarına irs almışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin kompensasiyanın məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, hazırki iddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, kompensasiyanın məbləği istisna olmaqla, ümumilikdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, İddiaçı xx.xx.2001-ci ildə vəfat etmiş Əhmədov X7 qanun üzrə vərəsəsi olaraq ondan irs almışdır. Mübahisə predmeti olan qarajın da miras qoyanın mülkiyyətində olması işin mübahisələndirilməyən halıdır. Demək iddiaçının da miras qoyanın qanun üzrə vərəsəsi kimi hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. İkincisi, birinci instansiya məhkəməsinin istinad etdiyi «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli 0882/19/Mİ saylı metal konstruksiyalı qarajın qiymətləndirilməsinə dair hesabatına əsasən Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 9-cu Bayıl döngəsi 18-ci kvartalda yerləşən, İddiaçı Əhmədağa oğluna məxsus olan metal konstruksiyalı qarajın həmin ərazidə yerləşən eyni təyinatlı əmlaklara uyğun müqayisəli təhlil əsasında müəyyən edilmiş real bazar qiyməti 18.000 (on səkkiz min) manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı mübahisə predmeti olan və hazırda sökülmüş qaraj ilə bağlı “xxxxxxx” MMC-nin xx xxxx 2020ci il tarixli MB13/632 saylı rəyi alınmış və Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 9-cu Bayıl döngəsi 18-ci kvartalda (Səbail rayonu, Xanlar küçəsi 11-ci Bayıl döngəsi 2 ünvanı) ünvanında yerləşən metal konstruksiyalı qarajın xx xxxx 2020-ci il tarixə mövcud analoqlara əsasən hesablanmış bazar dəyərinin 16 000 manat təşkil etdiyi göstərilmişdir. Sonuncu rəydə göstərilən məbləğ daha mötəbər hesab edilməlidir. Çünki, həm zaman etibarı ilə birinci rəydən fərqli olaraq qarajın real bazar dəyərini daha düzgün əks etdirir, həm də işin digər hallarına uyğundur. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməsi dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsihesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, qətnamə onun şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Mənzil Tikinti Koperativinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarxili 2(006)-493/2020 nömrəli qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilsin və Cavabdeh MTK-dan alınmalı olan məbləğ azaldılaraq 16 000 (on altı min) manat müəyyən edilsin. Qətnamə Cavabdeh MTK-nın apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MTK-dan 150 manat qiymətləndirmə xərci alınaraq “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülsün. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərə aid edi edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar