Məhkəmə qərarları › İş №2(103)-4754/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4754/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4754/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Calısqan Tahsınə qarşı “kredit müqaviləsi üzrə borcun və digər xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh və onun səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2485/19 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 7.000 manat məbləğində pul, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 260 manat, etibarnamənin notarial qaydada təsdiqi üçün dövlət rüsumu olaraq ödənilmiş 11,5 manat, cəmi 7.271,50 manat məbləğində pulun cavabdeh Calısqan Tahsındən alınaraq İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Calısqan Tahsın arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 17.000 manat əsas kredit borcunun, dizayn işlərinə görə ödədiyi 5.000 manat pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat xidmət haqqının, 34 manat bank xidmət haqqının, 260 manat vəkilə ödənilmiş xidmət haqqının və 5.100 manat dəbbə pulunun cavabdeh Calısqan Tahsındən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2018-ci ildə Bakı şəhəri 51 saylı notariat kontorunda notariat qaydada bağladığı kredit (borc) müqaviləsinə əsasən İddiaçı sonuncuya 17.000 manat kredit vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borcunu xx.xx.2018-ci ilədək qaytarmağı öhdəlik kimi götürməsinə və müqavilənin müddətinin bitməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh Calısqan Tahsın hal-hazıradək borcun tam ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehə borcun ödənilməsi barədə sonuncu dəfə xx xxxxxxx 2018-ci il tarixli pretenziya məktubu ilə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə aldadılması ilə əlaqədar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəyi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun və digər əlavə xərclərin ondan tutulması barədə, hüquqlarının müdafiəsi və ölkə hüquqlarından kənara çıxmasına məhdudiyyət qoyulması ilə bağlı hüquq-mühafızə orqanlarına və məhkəməyə müraciət ediləcəyi barədə yazılı xəbərdarlıq etmişdir. Lakin xx xxxxxxx 2018-ci il tarixli xəbərdarlığa baxmayaraq, borclu tərəfindən öhdəliklərə əməl edilməmiş, borcun qısa müddət ərzində ödənilməsinə söz versə də, hal-hazıradək heç bir nəticə olmamışdır. Hesab edir ki, cavabdeh krediti xx.xx.2018-ci ilədək qaytarmaq öhdəliyini üzərinə götürməsinə baxmayaraq, 4 aydan artıq müddətdir ki, borcunun qaytarmamışdır ki, bu zaman qeyd olunan məbləğin 30 faizi həddində, yəni 5.100 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi ağlabatan və ədalətli hesab olunmalıdır. Bundan başqa, cavabdeh iddiaçıya məxsus mənzildə dizayn işlərinin görülməsi ilə əlaqədar 5.000 manat almışdır ki, həmin məbləği də hal-hazıradək ödəməmişdir. Həmçinin qeyd olunan 17.000 manat pul vəsaitini banka ödəyərkən iddiaçıdan 34 manat xidmət haqqı alınmışdır ki, qeyd olunan məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Onu da qeyd edir ki, cavabdeh hazırda aldığı 17.000 manat məbləğində borcundan 10.000 manatını, aldığı 5.000 manatdan isə 1.500 manat hissəsini qaytarmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2485/19 saylı xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh və onun səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının səlahiyyətli nümayəndəsini, apellyasiya şikayətinin rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh Calısqan Tahsın tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi 7000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək, cavabdeh Calısqan Tahsındən (5500 manat, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 260 manat, etibarnamənin notarial qaydada təsdiqi üçün dövlət rüsumu olaraq ödənilmiş 11,5 manat), cəmi 5771,50 (beş min yeddi yüz yetmiş bir) manattutularaq İddiaçı ödənilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İddiaçı (borcverən) və Calısqan Tahsın (borcalan) arasında bağlanmış və Bakı şəhəri 51saylı notariat kontorunda təsdiq olunmuş (reyestr № 3M- 1056) xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən İddiaçı 17.000 manat məbləğində pulu borcalan Calısqan Tahsın oğluna borc vermiş, Calısqan Tahsın borcu xx.xx.2018-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini borcalan çəkir. İş materiallarında olan xəzinə mədaxil orderlərinin surətindən görünür ki, xx.xx.2018ci il tarixdə İddiaçı tərəfindən notariusun bank depozit hesabına 17.000 manat və 34 manat bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 20 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil üçün 260 manat ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Vəkil verilmiş xx xxxxxx 2019-cu il tarixdə reyestrdə 7E-1298 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı etibarnaməyə görə 11,5 manat haqq tutulmuşdur. İşinhallarındagörünür ki,cavabdeh Calısqan Tahsın İddiaçı xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17.000 manat məbləğində borc pul almış, bununla bağlı aralarında notarial qaydada təsdiq olunmuş müqavilə imzalanmışdır. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən 10.000 manat qaytarılsa da, qalan 7.000 manat bugünədək qaytarılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi «dizayn işlərinə görə ödənilmiş 5.000 manat pulun və 5.100 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması» hissələri ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmin hissədə haqlı olaraq təmin edilməmişdir. İddiaçının və onun səlahiyyətli nümayəndəsinin birinci instansiya məhkəməsində və kollegiyanın iclasında verdiyi izahatlarından müəyyən olunur ki, o, cavabdehin 10000 manat puldan əlavə olaraq 1.500 manat da qaytardığını etiraf etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu halları nəzərə almadan, borcun 7000 manat pulun tutulması hissəsində səhv nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi 7000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək, cavabdeh Calısqan Tahsındən (5500 manat, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 260 manat, etibarnamənin notarial qaydada təsdiqi üçün dövlət rüsumu olaraq ödənilmiş 11,5 manat), cəmi 5771,50 (beş min yeddi yüz yetmiş bir, əlli qəpik) manattutularaq İddiaçı ödənilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Calısqan Tahsın tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi 7000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək, cavabdeh Calısqan Tahsındən cəmi 5771,50 (beş min yeddi yüz yetmiş bir, əlli qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar