Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4759/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 15 yanvar 2022-ci il tarixdə iddiaçının yaşadığı binanın dam örtüyünün bir hissəsi iddiaçıya məxsus “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə düşərək avtomobili yararsız vəziyyətə salmışdır. İcra Hakimiyyətinin yerli nümayəndəliyi və 37-ci Polis şöbəsi tərəfindən hadisə yerinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir.Hadisə ilə əlaqədar 37-ci Polis Bölməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli 105-847A saylı Arayış verilmişdir. Arayışda göstərilir ki, “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə 7 saylı binanın dam örtüyü düşərək yararsız vəziyyətə salmışdır. Dam örtüyünün avtomobilin üzərinə düşərək yararsız vəziyyətə salınması ilə əlaqədar, iddiaçı “Kia Motors” servisə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə “Kia Motors” tərəfindən verilmiş Qüsur Aktına əsasən, iddiaçıya məxsus “Kia Corento” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9531 manat məbləğində zərər dəymişdir. Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı bina Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansındadır və binanın daş örtüyü İcra Hakimiyyəti tərəfindən bir neçə il əvvəl təmir edilmişdir. Dam örtüyü lazımı qaydada binanın damına bərkidilmədiyi üçün qoparaq binanın həyətinə düşmüş və iddiaçıya məxsus avtomobili yararsız hala salmışdır. Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı bina Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansında olduğundan iddiaçı, Bakı şəhəri İcra Hakimiyyətini cavabdeh qismində məhkəməyə vermişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 24 yanvar 2022-ci il tarixdə Pretenziya (Xəbərdarlıq) göndərmişdir. Pretenziyada Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın dam örtüyünün iddiaçıya məxsus “Kia Cerato” markalı ** FG *** ddövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşərək yararsız hala salması nəticəsində avtomobilə dəymiş 9531 manat zərərin 10 gün müddəgində iddiaçıya ödənilməsinin təmin edilməsini Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə təklif edilmişdir. İddiaçı bildirmişdir ki, təklifdən imtina edilərsə və ya təklifə 10 gün ərzində cavab verilməzsə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, pretenziya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdeh1nə təhvil verilmişdir. Lakin üzərindən 20 gün vaxt keçməsinə baxmayaraq, iddiaçının təklifinə cavab verilməmişdir. İddiaçı cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyini bildirmişdir. 2.Cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə əvəz olunmuşdur.
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən 9531 (doqquz min beş yüz otuz bir) manat pul vəsaiti və məhkəmə xərci qismində 116 (bir yüz on altı) manat tutularaq İddiaçı ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)- 38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
7. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
9. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)-38/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin elektron kabinetinə 12 may 2023-cü il tarixdə yerləşdirilmişdir (iş v.155)
13. Qətnamədən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən apellyasiya şikayəti ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 19 iyun 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.
14. Belə olan halda şikayətin hansı səbəbdən mümkün hesab edilərək apellyasiya məhkəməsinə göndərilməsini iş materiallarından müəyyən etmək olmur.
15. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
16. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev