Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4760/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1 MMC, X3, Cavabdeh3, Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli 06 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli 10 oktyabr 2014cü il tarixli qətnaməsi ilə iddiaçı QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1 MMC-yə, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmişdir. Cavabdehlərdən Səmədova Zəkiyyə İsrailovna (zamin, ipoteka qoyan) və Cavabdeh3 (zamin) qətnamədən apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2120/2016 nömrəli, 23 may 2016-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkməyə müraciət etmiş, məhkəmənin 2(011)-3996/2014 nömrəli 05 may 2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-4514/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Daha sonra, digər cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 12 fevral 2024-cü il tarixli qərarı ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırda cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızının etibarnamə üzrə nümayəndəsi-vəkili apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6371/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadına əsasən (“Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadına istinad edərək) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdeh Səbinə Hüseynova (Süleymanova) tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bu səbəbdən tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-411/2024 saylı 12 fevral 2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-411/2024 saylı 12 fevral 2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edildiyindən və mülki iş yenidən araşdırılması üçün apellyasiya baxışına göndərildiyindən tərəfindən apellyasiya icraatında baxılması üçün apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli 06 iyun 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmiş, cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızının etibarnamə üzrə nümayəndəsi-vəkilinin qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi Ali Məhkəmənin Mülki kollegiyasının 12 fevral 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə ərizəçi Hüseynova (Süleymanova) Səbinə Yaşar qızının apellyasiya şikayəti verə bilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, cavabdehin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli 06 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4760/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4760/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver