Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4761/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Kərimli İlham Əziz oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xeyrinə 12 155,63 manat əsas, 1 816.76 manat faiz, 25,33 manat cərimə, cəmi 13 997,72 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 15.530 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq, Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin banka tələb olunan məbləğdə borcu yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx xxxxxx 2017-ci il tarixli, 473 nkNAR/17 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 12 154,41 manat əsas, 1 816,76 manat faiz, 05 manat cərimə borcu olmaqla, cəmi 13 976,17 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən cavabdeh Fuad Səmədzadə apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilərək, həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə əsas borclunun iştirakı olmadan baxılıb. Nəticədə kredit öhdəliyinin hansı məbləğdə icra edilməsi, ödənişlərin hansı səbəbdən dayandırılması barədə məlumat almaq mümkün olmamışdır. Ekspert rəyi kifayət qədər aydın deyil. Belə ki, ekspert yalnız bankın təqdim etdiyi sənədlər əsasında rəy vermişdir. Əsas borclunun kredit ödənişinin icrası vaxtının başa çatdığı gündən 1 il keçməsinə baxmayaraq bank ona qarşı iddia qaldırmayıb. Ona görə də zaminliyə müddət keçdiyi üçün xitam verilməlidir. Cavabdeh F.Səmədzadə şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın F.Səmədzadəyə münasibətdə təmin olunan hissəsininqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı və cavabdeh mübahisələndirməmişlər. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ondan ibarətdir ki, Bank ilə cavabdehlər arasında bağlanmış xx.xx.2017ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Bank borcalan Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 15.530 manat məbləğində kredit vermiş, Fuad Səmədzadə isə zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 banka xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 12155,63 manat əsas, 1816,76 manat faiz, 25,33 manat cərimə, cəmi 13997,72 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27988 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən borcalanın xx.xx.2019-cu il tarixə 12 154,41 manat əsas, 1 821,78 manat faiz olmaqla cəmi 13 976,19 manat borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448, 472-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən müştərək qaydada ekspert rəyi ilə müəyyən edilmiş həcmdə əsas və faiz borcu və azaldılmış 05 manat cərimə borcu olmaqla, cəmi 13 976,17 manat borc tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Bundan əlavə Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə zaminlik müddəti təyin edilməmişdir. Bu mənada tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədədir. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı bitməmişdir. Bank zaminə qarşı hazırkı iddianı qaldırmaq müddətini ötürməmişdir. Bundan əlavə cavabdeh ekspert rəyinin mötəbərliyini şübhə altına alan ilkin sübutlara istinad etməmiş, habelə ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İlham Kərimli Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4761/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4761/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver