Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4762/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası; Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan 80.000 manat məbləğində verdiyi borc pul, 40.000 manat məbləğində dəymiş ziyan və 5.000 manat məbləğində cərimə olmaqla, cəmi 125.000 manatın və ödədiyi 340 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1011/2023 saylı qərardadı ilə yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 10 may 2023-cü il tarixdə apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, öz iddia tələbinin təmin edilməsini, cavabdehin ona qarşı verdiyi iddia ərizəsinin isə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(103)-3863/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi rəsmi olaraq İddiaçı nümayəndəsi-vəkili Vəkil3 elektron kabinetinə 13 aprel 2023-cü il tarixdə yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4762/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4762/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver