Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4764/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı 24 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vurduqları maddi ziyana görə 60.000 (atmış min) manatın onlara (İddiaçı2 və İddiaçı1) ödənilməsi, Suraxanı rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinin tam icrası təmin olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin 20 saylı mənzilinin İddiaçı2 istifadəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53 və 54-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərin sırası və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Suraxanı rayon İcra Şöbəsi tərəfindən vurulan maddi ziyana görə müştərək qaydada 28.000 (iyirmi səkkiz min) manat pulu alınıb onlara (İddiaçı2 və İddiaçı1) ödənilməsi, Suraxanı rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi tam icra olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin 20 saylı mənzilinin İddiaçı2 tərəfindən istifadəsinə müdaxilənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin 20 saylı mənzilini ona (iddiaçıya) dəyərini hissə-hissə ödənilməsi şərti ilə faktiki satmış və mənzili ona təhvil vermişdir. O, da mənzili təmir etdikdən sonra uşaqları ilə birlikdə həmin mənzilə köçmüşdür. Lakin mənzilin razılaşdırılmış dəyərinin ödənilməsi başa çatdıqdan sonra Cavabdeh3 fikrini dəyişərək, mənzili satmaqdan vaz keçmişdir. Bununla bağlı yaranmış mübahisəyə məhkəmədə baxılmış və Suraxanı rayon məhkəməsinin 2(010)- 76/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsinə əsasən onun, qardaşının və uşaqların qeyd olunan mənzildən çıxarılması, həmçinin həmin mənzilə görə Cavabdeh3 həmin mənzil üçün ödədiyi 24.000 ABŞ dolları və təmirə sərf etdiyi 6107 manat məbləğin tutulub ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almiş və icraya yönəldilmişdir. Bu arada Cavabdeh3 onun Bakı şəhərində olmadığından istifadə edərək icra məmuru ilə əlbir olaraq ona verilməli məbləği ödəmədən mənzilin qapısını qıraraq içəri daxıl olmuşlar və orada olan bütün əmlaklarına yiyələnmişlər. Həmçinin qətnamənin icrasından yayınmaq məqsədi ilə həmin mənzili digər cavabdeh anası Cavabdeh1 adına dəyişdirmişdir. Məsələdən xəbər tutduqdan sonra məhkəməyə müraciət etmiş və Suraxanı rayon məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə icraya xitam verilməsi barədə icra məmurunun qərarı ləğv edilmiş və təkrar icraya yönəldilmişdir. İcra məmuru ilə birlikdə adı çəkilən mənzilə gəlmişlər və mənzildə yaşayanlar kirayədə qaldıqlarını və onlara mənzili qonşu mənzildə yaşayan digər Cavabdeh2 tərəfindən kirayə verildiyini bildirmişlər. Belə ki, mübahisə ilə bağlı Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin 20 saylı mənzili onlardan gizli icra məmuru tərəfindən Cavabdeh3 verilənə kimi həmin mənzildə iki ailə yaşamış və hər birinin özünə aid əmlakları olmuşdur. İddia ərizəsini verdikdən sonra mənzildə birgə yaşadığı qardaşı Vüqar Haqverdiyev ona məxsus olan və iddia ərizəsində qeyd olunan pul hissəsinin 32.000 manat hissəsini təşkil edən, işi ilə bağlı avadanlıqların mənzil təhvil verilməmişdən bir neçə gün əvvəl iş yerinə apardığını bildirmişdir. Mənzildə qalan ona məxsus və cavabdeh tərəfindən israf edilməklə, hazırda 7 dəst yorğan döşək, 6 ədəd böyük qalın, 8 ədəd kiçik nazik yun adyallar, 10 dəst yataq ağları, 20 ədəd əl-üz silmək üçün və 15 ədəd böyük hamam dəsmallar, 8 ədəd (6 ədəd 2x3 m. Gəncə, 2 ədəd l,5x 2 m. Belgiya) Xalça, 4 ədəd (iki böyük, 2 tək nəfərlik) çarpayı, 6 nəfərlik stol və 8 ədəd stullar, 1 ədəd elektrik radiator peçi, 1 ədəd tefal çaynik, 1 ədəd mikrovolnovka peçi, 1 ədəd ütü, 1 ədəd tozsuran, 1 ədəd elektrik ətçəkən, 1 ədəd mikser, 1 ədəd şirəçəkən, 2 ədəd televizor (102 və 85 diaqunal LC), 2 ədəd (Lenovo və appel) notbok, 2 dəst 6 nəfərlik yemək farfor dəsti, 3 dəst 6 nəfərlik farfor çay dəsti, 3 dəst (üst üz və tül) pərdə, 4 dəst 12 predmetli qaşıq-vilka dəsti, 2 dəst 8 predmetli bıçaq dəsti, mətbəxdə işlədilən 12 ədəd qazan, 30 ədəd böyk və 30 ədəd kiçik tarelkalar və nəlbəkilər, 30 ədəd böyük və 30 ədəd armudu xrostal stəkanlar, 3 iri, 5 orta və 8 kiçik qazanlar, 6 ədədli qzan və 6 ədədli tava tefal dəsti, 6 nəfərlik farfor qabları, qadın üçün, 1 ədəd şuba, 2 ədəd plaş, 2 dəst kostyum, 5 dəst paltar, 7 ədəd kofta, 2 dəst idman kostyumu, 3 cüt çəkmə, 6 cüt ayaqqabı, 2 cüt krasovka və s. geyimlər, kişi üçün, 3 ədəd palto, 6 ədəd gödəkcə, 3 ədəd plaş, 6 dəst kostyum, 9 ədəd şalvar cins, 12 ədəd polver, 6 dəst idman kostyumu, 3 cüt çəkmə, 9 cüt ayaqqabı, 6 cüt krasovka, 12 ədəd köynək, 15 ədəd fotbulka, papaqlar, naskilər və s. geyim əşyaları. Mənzildə qalmış soyuducu, divan və mətbəx mebeli yararsız hala salınmışdır. Məlum olmuşdur ki, mənzil cavabdehlər Cavabdeh3 və anası Cavabdeh1 təhvil verilmiş, mənzildə olan onlara məxsus əmlaklara cavabdehlər sahiblənmişlər. Daha sonra da mənzil onlar tərəfindən kirayə verilmişdir. Mənzildə olan əmlakları məhz bu iki cavabdehin bir başa qəsdi üzündən məhv edilmişdir. İddia ərizəsində qeyd olunan Cavabdeh2 isə Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında hərəkət etmişdir. İddianı aldıqdan sonra mənzildə olan əmlaklara toxunmadığını, onları Arzu və Adilənin yerbəyer etdiyini, əmlakların hara apardıqlarını və onlarla nə etdiklərini bilmədiyini bildirmişdir. Ona görə də o, cavabdehlər sırasından çıxarılmalıdır. Mübahisəli mənzil, cavabdeh olaraq çıxarılmalı olduğu və eyni iş üzrə iddiaçı olaraq, həmin mənzil ilə bağlı xərclədiyi pullar ona qaytarılmalı olduğu təqdirdə, icra sənədinin icrasını həyata keçirən Suraxanı rayon icra şöbəsinin icra məmuru bunu bilə-bilə Cavabdeh3 ilə əlbir olaraq ondan xəbərsiz mənzili və mənzildə olan əmlaklarını onun istifadəsinə vermişdir. Sonradan isə onun icra məmuru ilə mənzilə gəlib əmlaklarına dair siyahı və aktı tələb etdikdə, əmlak sayılıb mənzil sahibinə təhvil verilib, akt tərtib edilməyib, get ondan tələb etdin, deyə onları rədd etmişdir. Bununla da nənzildə qalan əmlakla bağlı qəsdən onlara ziyanın vurulmasında, icra məmurunun qanunsuz hərəkətlərinin dəstəyi ilə həyata keçirildiyi aşkar vəziyyətdir. Ona görə də həmin ziyanla ağlı iddia ərizəsində qeyd olunan cavabdehlərlə birgə sonuncu da maddi məsuliyyət daşımalıdır. Bu baxımdan da Suraxanı rayon icra şöbəsi cavabdehlər sırasına əlavə olunmalı və tələb müştərək qaydada ona qarşı da yönəldilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh3 İddiaçı2 məxsus olan (1 ədəd divan 80 manat, 2 ədəd kreslo 100 manat, 1 ədəd Dnepr markalı soyuducu 50 manat və 1 ədəd qab-qacaq dolabı 40 manat) əmlaklara vurulmuş maddi zərərin əvəzi, cəmi 270 (iki yüz yetmiş) manatın tutularaq İddiaçı2 verilməsi, ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manatın Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddianın həmin hissədədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən qeyd olunan halları tam aydınlaşdırmamış, təqdim edilmiş əşyaların siyahısında müəyyən edilmiş qiymətləri, eləcədə siyahı üzrə cavabdehə təhvil verilmiş əmlakla bağlı icra məmurunun aktını və həmin əmlaklara görə cavabdehin məsuliyyətini, maddi məsuliyyətində olan əmlakların yoxa çıxması və bir qisminin yararsız hala salınmasından irəli gələn mülki hüquq pozuntusundan yaranan öhdəlikləri düzgün şərh etməmiş, faktiki müəyyən edilmiş hallarla bağlı tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız iddiaçı həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı 24 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Suraxanı Rayon Məhkəməsinin 2(010)- 76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2,İddiaçı1,Qənbərov Yusif Arzu oğlu və Haxverdiyev Vüqar Arif oğlu qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilərək İddiaçı2,İddiaçı1, Qənbərov Yusif Arzu oğlu və Haxverdiyev Vüqar Arif oğlu mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.98 kv.m olan mənzilin 46.87 kv.m sahədən ibarət olan 3 otağından çıxarılması, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, Cavabdeh3 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6107 (altı min yüz yeddi) manat mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaiti alınaraq İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8784/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 şikayəti təmin olunmamış, Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1004/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmündən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh3 təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti tətbiq edilməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi, Cavabdeh3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, Cavabdeh3 təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanması, Cavabdeh3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh3 həbsdə saxlanılması üçün Penitensiar Xidmətin konvoy taboru vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, serya MA, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyət hüquqları üzrə Cavabdeh3 3 otaq yaşayış sahəsi 46.87 kv.m hissədə, Mirabdullayeva Aysel İsmayıl qızına 3 otaq yaşayış sahəsi 49.5 kv.m hissədə adlarına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh3 adına Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, ev 34, 26 saylı mənzil qeydiyyatdan keçmişdir. Lakin 21 saylı NK-nun xx.xx.2017-ci il tarixli 4Ə-220 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Cavabdeh3 adına Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, 20 saylı mənzilin bir hissəsi (3 otaq, y/s-46.87 kv.m) qeydiyyatdan keçmişdir. Lakin 21 saylı NK-nun xx.xx.2017-ci il tarixli 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, serya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyət hüquqları üzrə İbrahimov İsmayıl Ağaverdi oğluna 3 otaq yaşayış sahəsi 49.5 kv.m hissədə, Cavabdeh1 3 otaq yaşayış sahəsi 46.87 kv.m hissədə adlarına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəlizadə Nicat Hikmət oğlunun, Dövlətov Rəşad Əlizaman oğlunun, Məmmədov Elxan Abbas oğlunun, AR DİN Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Ağayev Qadir Allahverdi oğlunun, 139 saylı MKİS-nin rəisi İbrahimov Nəriman Musa oğlunun, həmin sahənin nəzarətçisi Süleymanov Saleh Vilayət oğlunun və hal şahidlərinin iştirakları ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzildə Yataq otağında: xalça 3 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, servant 2 ədəd, güzgülü dolab 1 ədəd, kiçik dolab 1 ədəd, yazı stolu 1 ədəd, göy rəngli kreslo 1 ədəd, ikili çarpayı 1 ədəd, sökülü vəziyyətdə taxta qapı 1 ədəd, “Dəvə” formalı suvenir 1 ədəd, yağ radiatoru isidici 2 ədəd, çılçıraq 2 ədəd, kuvşin 1 ədəd, divarda asılan dini ramka 1 ədəd, Orta otaqda: stul 12 ədəd, servant 1 ədəd, yazı stolu 2 ədəd, qaz sobası 2 ədəd, televizor altında mebel 1 ədəd, ayaqqabı polkası 1 ədəd,dəmir dörd künc soba 1 ədəd, “Morou” markalı göy rəngdə su motoru 1 ədəd, qaz sayğacı 1 ədəd, divarda asılan gül təsviri çərçivə 1 ədəd, Mətbəx: “Dnepr” markalı 2 gözlü soyuducu, qab-qacaq dolabı 1 ədəd, çılçıraq 1 ədəd., Yan otaqda: balaca kamod 2 ədəd aşkar edilmiş adları göstərilən əşyalar tələbkar Cavabdeh3 təhvil verilməklə icra sənədinin icrasi təmin olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 9/4213 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinın rəyindən müəyyən olunur ki, Ekspertiza tədqiqatına təqdim edilən əşyaların xalça 3 ədəd 300 manat, divan 1 ədəd 80 manat, kreslo 2 ədəd 100 manat, servant 2 ədəd 300 manat, güzgülü dolab 1 ədəd 60 manat, kiçik dolab 1 ədəd 40 manat, yazı stolu 1 ədəd 30 manat, göy rəngli kreslo 1 ədəd 50 manat,ikili çarpayı 1 ədəd 200 manat, sökülü vəziyyətdə taxta qapı 1 ədəd 40 manat, “Dəvə” formalı suvenir 1 ədəd 5 manat, yağ radiatoru isidici 2 ədəd 40 manat, çılçıraq 2 ədəd 40 manat, kuvşin 1 ədəd 5 manat, divarda asılan dini ramka 1 ədəd 5 manat, stul 12 ədəd 60 manat, servant 1 ədəd 40 manat, yazı stolu 2 ədəd 60 manat, qaz sobası 2 ədəd 60 manat, televizor altında mebel 1 ədəd 40 manat, ayaqqabı polkası 1 ədəd 25 manat,dəmir dörd künc soba 1 ədəd 30 manat, “Morou” markalı göy rəngdə su motoru 1 ədəd 40 manat, qaz sayğacı 1 ədəd 20 manat, divarda asılan gül təsviri çərçivə 1 ədəd 10 manat, “Dnepr” markalı 2 gözlü soyuducu 50 manat, qab-qacaq dolabı 1 ədəd 40 manat, çılçıraq 1 ədəd 20 manat, balaca kamod 2 ədəd 20 manat orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1810,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı2 qohumu ilə Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin 20 saylı mənzilinin 25000 ABŞ dollarına satılması və evin dəyərinin tam ödənildikdən sonra alqı-satqı müqaviləsinin notarius tərəfindən rəsmiləşdirilməsi barədə sadə yazılı formada razılıq əldə olunmuşdur. Sonradan tərəflər arasında mübahisə yaranmış və Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2,İddiaçı1,Qənbərov Yusif Arzu oğlu və Haxverdiyev Vüqar Arif oğlu qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilərək İddiaçı2,İddiaçı1, Qənbərov Yusif Arzu oğlu və Haxverdiyev Vüqar Arif oğlu mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 140.98 kv.m olan mənzilin 46.87 kv.m sahədən ibarət olan 3 otağından çıxarılması, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, Cavabdeh3 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6107(altı min yüz yeddi) manat mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaiti alınaraq İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8784/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 şikayəti təmin olunmamış, Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuş və həmin akta əsasən Suraxanı rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzildə Yataq otağında: xalça 3 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, servant 2 ədəd, güzgülü dolab 1 ədəd, kiçik dolab 1 ədəd, yazı stolu 1 ədəd, göy rəngli kreslo 1 ədəd, ikili çarpayı 1 ədəd, sökülü vəziyyətdə taxta qapı 1 ədəd, “Dəvə” formalı suvenir 1 ədəd, yağ radiatoru isidici 2 ədəd, çılçıraq 2 ədəd, kuvşin 1 ədəd, divarda asılan dini ramka 1 ədəd, Orta otaqda: stul 12 ədəd, servant 1 ədəd, yazı stolu 2 ədəd, qaz sobası 2 ədəd, televizor altında mebel 1 ədəd, ayaqqabı polkası 1 ədəd,dəmir dörd künc soba 1 ədəd, “Morou” markalı göy rəngdə su motoru 1 ədəd, qaz sayğacı 1 ədəd, divarda asılan gül təsviri çərçivə 1 ədəd, Mətbəx: “Dnepr” markalı 2 gözlü soyuducu, qab-qacaq dolabı 1 ədəd, çılçıraq 1 ədəd., Yan otaqda: balaca kamod 2 ədəd aşkar edilmiş adları göstərilən əşyalar tələbkar Cavabdeh3 təhvil verilməklə icra sənədinin icrasi təmin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinın rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən əşyaların xalça 3 ədəd 300 manat, divan 1 ədəd 80 manat, kreslo 2 ədəd 100 manat, servant 2 ədəd 300 manat, güzgülü dolab 1 ədəd 60 manat, kiçik dolab 1 ədəd 40 manat, yazı stolu 1 ədəd 30 manat, göy rəngli kreslo 1 ədəd 50 manat,ikili çarpayı 1 ədəd 200 manat, sökülü vəziyyətdə taxta qapı 1 ədəd 40 manat, “Dəvə” formalı suvenir 1 ədəd 5 manat, yağ radiatoru isidici 2 ədəd 40 manat, çılçıraq 2 ədəd 40 manat, kuvşin 1 ədəd 5 manat, divarda asılan dini ramka 1 ədəd 5 manat, stul 12 ədəd 60 manat, servant 1 ədəd 40 manat, yazı stolu 2 ədəd 60 manat, qaz sobası 2 ədəd 60 manat, televizor altında mebel 1 ədəd 40 manat, ayaqqabı polkası 1 ədəd 25 manat,dəmir dörd künc soba 1 ədəd 30 manat, “Morou” markalı göy rəngdə su motoru 1 ədəd 40 manat, qaz sayğacı 1 ədəd 20 manat, divarda asılan gül təsviri çərçivə 1 ədəd 10 manat, “Dnepr” markalı 2 gözlü soyuducu 50 manat, qab-qacaq dolabı 1 ədəd 40 manat, çılçıraq 1 ədəd 20 manat, balaca kamod 2 ədəd 20 manat orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1810,0 manat müəyyən olunur. İddiaçı2 55 adda əmlakların həmin evdə olmasını və cavabdehlər tərəfindən yararsız hala salınmasını iddia etsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş və həmin evdə mövcud olan əmlaklar icra məmuru tərəfindən siyahıya alınmış əmlaklardan ibarətdir. Bundan başqa iddiaçı iddia ərizəsində yalnız üç əmlakın soyuducu, divan və mətbəx mebelinin yararsız hala salınmasını iddia etmişdir. Təqdim olunmuş fotoşəkillərdən və video diskdən də müəyyən olunur ki, divan kreslo, soyuducu və mətbəx şkafı yararsız vəziyyətdədir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsində göstərilən (divan kreslo, soyuducu və mətbəx şkafı istisna olmaqla) əmlaklar həmin evdə mövcud olduqlarından və onların istifadəyə yararsız olması barədə sübut təqdim olunmadığından iddia tələbi həmin hissədə və digər cavabdehlərə yönələn hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı2 və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması ilə bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan və iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən həmin mənzildən İddiaçı2 istifadəsinə müdaxilənin cavabdehlərə qadağan edilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı 24 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı 24 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4764/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4764/2022
06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver