Məhkəmə qərarları › İş №2(103)-4766/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4766/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4766/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və pul” tələbinə dair iddiası rədd edilmişdir

2. Daha sonra Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddası təmin edilmişdir.

3. Həmçinin Yasamal Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə xidmət haqqı məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbinə dair iddiası da rədd edilmişdir.

4. Həm Yasamal Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək baxışa təyin edilmişdir.

5. Hazırda Məhkəmənin xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi barədə Yasamal Rayon Məhkəməsindən 2(004)- 279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğu daxil olunmuşdur.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehin şikayət vermə müddətini ötürdüyünü qeyd edərək mülki işin rayon məhkəməsinə göndərilməsinə etiraz etdi.

7. Mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə kollegiyası iddiaçı tərəfin fikrini dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin Yasamal Rayon Məhkəməsinin 2(004)- 279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq,

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4766/2024 nömrəli, xx.xx.2024-cü il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Cavabdeh MTK-nın Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360- 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar