Məhkəmə qərarları › İş №2(103)-4768/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4768/2019

29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4768/2019 29.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, İsmayıl Kamil oğlu Xəlilov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “İddiaçıbank” QSC-nin nümayəndəsi X5, Cavabdeh3 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-903/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçıbank” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçıbank” QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104512,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 41547,05 ABŞ dolları cərimə olmaqla, cəmi 169683,06 ABŞ dollar, 002R********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları kredit borcu, 9550,83 ABŞ dolları faiz borcu və 19533,04 ABŞ dolları cərimə olmaqa, cəmi 80213,72 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 249896,78 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261.6 kv metr olan bağ evinə və Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinə yönəldilməsi, həmin bağ evinin və mənzilin açıq hərracdan satılması, cəmi 249896,78 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına “İddiaçıbank” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “İddiaçıbank” QSC-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261.6 kv metr olan bağ evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüquqlarının itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və qaydada “İddiaçıbank” QSC-yə təhvil verilməsi, Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və “İddiaçıbank” QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-903/18 saylı qətnaməsi ilə iddiaçı “İddiaçıbank” QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23623,16 ABS dolları faiz və 1000 ABŞ dolları cərimə, cəmi 129136,01 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə, cəmi 61180,68 ABŞ dolları borc, ümumilikdə 190316,69 ABŞ dolları borc (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 68,40 manat “İddiaçıbank” QSC xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinə və Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinə yönəldilməsi, həmin bağ evi və mənzilin açıq hərracdan satılması, ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiyməti 340.080 manat və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə verləsən 6 saylı evin 36 saylı mənzilin ilkin satış qiyməti 160.000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq Cavabdeh1 və Cavabdeh3 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “İddiaçıbank” QSC-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 evdən çıxarılmaqla evin boşaldılması və Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “İddiaçıbank” QSC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin yenidən qiymətləndirmə keçirilməklə və qiymətləndirilmənin başqa qiymətləndirici təşkilata həvalə edilməsi və iddia tələbinin cərimə borcu hissədə tam təmin edilməsini xahiş etmişdir. İddiaçı “İddiaçıbank” İKB ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsində, məhkəmə cərimə borcu məbləğini 002R********** saylı kredit müqaviləsi üzrə 1000 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 500 ABŞ dolları müəyyənləşdirərkən və ümumilikdə 61080.09 ABŞ dolları məbləğində cərimə borcunu 1500 ABŞ dolları məbləğinədək azaldarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyindən çıxış etmişdir. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə cərimə borcu 1500 ABŞ dolları həddinədək azaldılarkən tənasüb düzgün müəyyən edilməmiş, kreditor olaraq iddiaçı Bankın mənafeləri ümumiyyətlə nəzərə alınmamışdır. Həmcinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə əsas borca görə 155.642.70 ABŞ dolları, faiz borcuna görə 33.173.99 ABŞ dolları faiz borcu tutulduqda, cərimə borcuna görə 1500 ABŞ dolları pul tutulması qanunsuz və ədalətsizdir. Bununla yanaşı birinci instansiya məhkəməsi işə baxarkən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün “xxxx” MMC-yə müraciət etmiş və rəy alınmışdır. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə görə ipoteka predmeti olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə 6 saylı evin 36 saylı mənzilinin dəyəri 160.000 manat müəyyən etmişdir. Halbuki Cavabdeh3 ilə “İddiaçıBank” QSC arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 78.720 manat müəyyən edilmişdir. Həmin əmlakın 160.000 manat dəyərində olması yəni ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətdən təqribən 2 dəfə çox olması real deyildir. Bu səbəbdən hesab edir ki, MMC tərəfindən sözügedən əmlaka qiymət həddindən artıq hesablanmışdır. Qiymətləndirici ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 6 saylı evin 36 saylı mənzili üzrə tərtib etdiyi xx.xx.2018-ci il tarixli rəyində “Qiymətləndirmə obyektinin xarakteristikası” bölməsində əmlakın qiymətləndirilməsi əvəzinə əmlakın tikinti şərtlərinə uyğun olub-olmamasına qiymət vermiş yalnız əmlakın təsviri, sahəsi, texniki xarakteristikası verilmişdir. Həmçinin ipoteka predmeti Xırdalan şəhəri 28-ci məhəllə 6 saylı evin 36 saylı mənzili olmasına baxmayaraq qiymətləndirici naməlum hansısa qeyri-yaşayış sahəsi - mağaza qiymətləndirilmişdir. Halbuki Mənzil Məcəlləsinə əsasən mənzillər dövlət, bələdiyyə və özəl mənzil fonduna daxil olan yaşayış sahələridir. Göründüyü kimi qeyri-yaşayış sahələri mağaza və ictimai iaşə obyektləri mənzil sayılmırlar. Qiymətləndiricinin isə qərardadda və iş materiallarında olan sənədlərdə göstərilmiş mənzil əvəzinə hansına qeyri-yaşayış sahəsini qiymətləndirməsi və qiymətləndirdiyi rəydə isə obyektin 66.6 kv.m ümumi sahədən 46.9 kv.m yaşayış sahəsindən 19.7 kv.m köməkçi sahədən ibarət 3 otaqlı mənzil olması barədə rəyi anlaşılan deyildir. Eyni zamanda həmin qiymətləndirici şirkətin xx.xx.2018-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 261.6 m2 olan bağ evinin ilkin satış qiymətini 340.080 manat müəyyən etmişdir. Halbuki Cavabdeh1 ilə “İddiaçıBank” QSC arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 125.916 manat müəyyən edilmişdir. Həmin əmlakın 340.080 manat dəyərində olması yəni ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətdən təqribən 3 dəfə çox olması real deyildir. Bu səbəbdən hesab edir ki, MMC tərəfindən sözügedən əmlaka qiyməti həddindən artıq hesablanmışdır. Məhkəmə tərəfindən qiymətləndirmə rəyləri sübut kimi qəbul olunarkən ipoteka predmetlərinin dəyəri barədə yaranmış kəskin qiymət fərqi araşdırılmamış, həmin əmlaklara yerində baxış keçirilməmişdir. İş üzrə ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi üçün birinci instansiya məhkəməsinə verdiyi vəsatətdə bütün bu faktlar qeyd edilərək əsaslandırılmış, lakin, vəsatətə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş və vəsatət əsassız olaraq rədd edilmişdir. Hesab edir ki, ipoteka predmeti olan əmlakların bazar dəyərinin müəyyən edilməsində “xxxx” MMC tərəfindən verilmiş rəylər məhkəmə tərəfindən əsaslı və düzgün rəy kimi qəbul edilə bilməz Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)- 9349/18 saylı qətnaməsi ilə iddiaçı “İddiaçıbank” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı “İddiaçıbank” QSC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 625/19 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxxxxxx 2018-cı il tarixli qətnaməsi hazırki iş üzrə ipoteka predmetləri olan ünvan 1 ünvanında xüsusi mülkiyyətindəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 340080 manat və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları cərimə, cəmi 129136, 01 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 500 ABŞ dolları cərimə, cəmi 61.80,68 ABŞ dolları, ümumilikdə 190316, 69 ABŞ dolları borc ( ödəniş günü manata məzənnə ilə) “İddiaçıbank” QSC-nin xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçıbank” QSC-nin nümayəndəsi X1 təqdim edərək bildirdi ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərindən biri olan Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzili xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi ilə üçüncü şəxs satılmış, əmlakın satışdan əldə olunmuş pul vəsaiti qətnamə ilə qət edilmiş əsas məbləğlərdən silinmişdir. Qeyd olunanları nəzərə alaraq, təqdim olunan sənədlər nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. Eyni zamanda mütəxəssis rəyi ilə müəyyən olunmuş ilkin satış qiyməti ilə razı olmadığını, ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instanasiya məhkəməsinin qətnaməsini ilkin satış qiymətinin müəyyən olunması və cərimə borcu hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin şəxslərin məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və 002R********** saylı və 002R********** saylı kredit razılaşmaları üzrə cərimə borcunun tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya instansiya məhkəməsi həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Ona görə də kassasiya instansiya məhkəməsinin göstərişini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə yoxlanılır. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamə cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunun hissəsi də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-903/18 saylı qətnaməsi “İddiaçıbank” QSC xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, cəmi 129136,01 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə, cəmi 61180,68 ABŞ dolları borc, ümumilikdə 190316,69 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 340.080 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 52590,73 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 5000 ABŞ dolları cərimə, cəmi 81213,89 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 50529,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 5000 ABŞ dolları cərimə, cəmi 65080,68 ABŞ dolları borc, ümumilikdə 146194,57 ABŞ dolları borc “İddiaçıbank” QSC xeyrinə tutulmalı, ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 180000 (bir yüz səksən min) manat müəyyən edilməli, iddia tələbi tələbin Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinə yönəldilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə iddiaçı “İddiaçıbank” QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə “İddiaçı Bank” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 002L**********0 saylı X4 əsasən kreditverən kreditalana 120 ay müddətinə, 10000000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında “kredit razılaşması” formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. İş materillarında olan xx.xx.2015-ci il tarixli, 002L**********60 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 ilə “İddiaçıBank” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 002R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 ABŞ dolları məbləğində kredit verməi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-ci il tarixli, 002R**********S saylı sazişlə Razılaşma və ödəniş planına dəyişiklik edilərək kreditin son qaytarılma müddəti xx.xx.2019-cu il müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə “İddiaçıBank” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 002R********** saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 36 ay müddətinə, aylıq 1,5 faiz dərəcəsi ilə 60000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan kredit və hesablanmlç faizləri ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsiə götürmüşdür. Tərəflərin imzaladqları xx xxxxxx 2016-cı il tarixli, 002R**********S saylı sazişlə Razılaşma və ödəniş planına dəyişiklik edilərək kreditin son qaytarılma müddəti xx.xx.2019-cu il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 002R********** saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə banka olan əsas borcu 104512,85 ABŞ dolları, faiz borcu 23623,16 ABŞ dolları cərimə borcu və 41547,05 ABŞ dolları, cəmi barcu 169683,06 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 002R********** saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə banka olan əsas borcu 51129,85 ABŞ dolları, faiz borcu 9550,83 ABŞ dolları, cərimə borcu 19533,04 ABŞ dolları, cəmi barcu 80213,72 ABŞ dolları təşkil edir. İş materiallarında olan bildirşdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və apellyasiya icraartı zamanı tədqiq edilmiş 9486 nömrəli, xx.xx.2019-cu il tarixli məlumatdan və AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərindən biri Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzil xx.xx.2019-cu il tarixdə üçüncü şəxsə X3, əmlakın alqı satqısından əldə olunmuş pul vəsaiti qətnamə ilə qət edilmiş əsas borc məbləğindən silinmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və apellyasiya icraartı zamanı tədqiq edilmiş 9482 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2015-ci il tarixli 0002R********** saylı kredit razılaşması üzrə banka borcu 52590,73 ABŞ dolları əsas, 9550,83 ABŞ dolları faiz borcu və 19533,04 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 79613,72 ABŞ dolları məbləğində təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş və apellyasiya icraartı zamanı tədqiq edilmiş 9483 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə banka borcu 50529,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 41547,05 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 117760,94 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq birinci instansiya məhəkəməsi tərəfindən iddiaçının 002R********** saylı kredit razılaşması üzrə cərimə kimi hesabladığı 41547,05 ABŞ dollarının 1000 ABŞ dolları 002R********** saylı kredit razılaşması üzrə hesabladığı 19533,04 ABŞ dollarının isə 500 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab etsədə, lakin istinad etdiyi həmin normanın tələblərinə əməl etməmişdir. İşin hallarından müəyyən olunur ki, hazırki apellyasiya şikayətində iddiaçı cavabdehlərdən cərimə pulunun tutulması hissəsində mübahisələndirir. Eyni zamanda iddiaçı “İddiaçıBank” QSC qətnaməni yalnız onlar tərəfindən mübahisələndirilməsinə baxmayaraq təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasına sübutlar təqdim etməklə cavabdehlər tərəfindən kredit razılaşmaları üzrə əsas borcun bir qisminin ödənildiyini və həmin ödənişlərin nəzərə almasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı “İddiaçıbank” QSC məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23.623,16 ABS dolları faiz və 41547,05 ABŞ dolları cərimə olmaqla, cəmi 169.683,06 ABŞ dollar, 002R ********** saylı kredit razılaşması üzrə 51.129,85 ABŞ dolları kredit borcu, 9.550,83 ABŞ dolları faiz borcu və 19.533,04 ABŞ dolları cərimə olmaqa, cəmi 80.213,72 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 249.896,78 ABŞ dolları borcun tutulmasını tələb etmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, cəmi 129136,01 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə, cəmi 61180,68 ABŞ dolları borc, ümumilikdə 190316,69 ABŞ dolları borc “İddiaçıbank"’ QSC-nin xeyrinə tutulması qət olunmuşdur. Hazırki məhkəmə icraatı zamanı isə iddiaçı “İddiaçıBank” QSC-nin nümayəndəsi məhkəmə kollegiyasına 9482 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışını təqdim edərək, X6 xx.xx.2015-ci il tarixli 0002R********** saylı kredit razılaşması üzrə banka borcu 52590,73 ABŞ dolları əsas, 9550,83 ABŞ dolları faiz borcu və 19533,04 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 79613,72 ABŞ dolları məbləğində; 9483 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə banka borcu 50529,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 41547,05 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 117760,94 ABŞ dolları məbləğində təşkil etdiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 9482 nömrəli, xx.xx.2019-cu il tarixli və 9483 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışıları nəzərə alınmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması 52590,73 ABŞ dolları əsas, 9550,83 ABŞ dolları faiz borcu və xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə isə 50529,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin cavabdehlərdən dəbbə pulunun tuluması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Mülki işin hallarından görünür ki, verilmiş kreditin məbləği və hazırda mövcud borcun məbləği nəzərə alınmaqla, qətnamə ilə müəyyən edilmiş dəbbə pulu məbləği kreditorun mənafeləri baxımından tənasübsüz surətdə azdır. Məhkəmə kollegiyası qeyd edilənləri və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, tələb olunan əsas borca tənasüblük nəzərə alınmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 5000 ABŞ dolları və 002R********** saylı kredit razılaşması üzrə də 5000 ABŞ dolları cərimə borcu tutularaq “İddiaçıbank"’ QSC-nin xeyrinə ödənilməlidir. Tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İş materiallarında olan “İddiaçıBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 002M**********1 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan yaşayış sahəsi, 174 kb.metr yardımçı sahəsi, 87,6 metr tikintialtı sahəsi, 4,7 kv metr olan 2 mərtəbəli 6 otaqlı evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan “İddiaçıBank” QSC ilə Cavabdeh3 “İddiaçıbank” QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 002M000001819/1 saylı, sonrakı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı ünvanında xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerlşən 66,6 kv metr ımumi sahədən, 46,9 kv metr yaşayış sahəsindən, 19,7 kv metr yardımçı sahədən ibarət 3 otaqlı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərinin dəyəri Abşeron rayonu. Xırdalan şəhəri, 28-ci məhəllə 6 saylı evin 36 saylı mənzili üzrə 75000 manat, ünvan 1 ünvanında yerləşən bağ evi isə 125916 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu. Xırdalan şəhəri, ünvanda yerləşən ev 6, mənzil 36 (qeyri yaşayış sahəsinin) satış bazar dəyəri 160000 manat və ünvan 1 ünvanında yerləşən bağ evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri isə 340080 manat təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, bankla Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 və Salmanov Cavabdeh3 məxsus olan daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclular isə üzərlərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişlər. Birinci instansiya məhkəməsi də haqlı olaraq tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi nəticəsinə gəlsə də, hazırkı məhkəmə icraatı zamanı müyyən olunur ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərindən biri Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzil xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə X3, əmlakın alqı satqısından əldə olunmuş pul vəsaiti qətnamə ilə qət edilmiş əsas borc məbləğindən silinmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı ünvanında xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerlşən 66,6 kv metr ımumi sahədən, 46,9 kv metr yaşayış sahəsindən, 19,7 kv metr yardımçı sahədən ibarət 3 otaqlı mənzili tərəflərin qarşılıqlı razılığı ilə üçüncü şəxs X2 əmlakın alqı satqısından əldə olunmuş pul vəsaiti qətnamə ilə qət edilmiş əsas borca yönəldiyindən artıq iddia tələbi həmin hissədə aradan qalxmış olur. Ona görə də, qeyd olunan hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında həmçinin qeyd olunmuşdur ki, iddiaçı «İddiaçıBank» QSC-nin nümayəndəsi tərəfindən həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı bank tərəfindən vəsatət verilərək ipoteka predmeti olan əmlakların təkrar qiymətləndirilməsi və qiymətləndirilmənin keçrilməsinin başqa təşkilata həvalə edilməsi xahiş edilmişdir. Lakin birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən vəsatət təmin edilməmişdir. Belə ki, işin yuxarıda şərh olunan hallarınından göründüyü kimi qeyd olunan ipoteka predmetlərinə ipoteka müqavilələrində tərəflərin qarşılıqlı razılıqları ilə qoyulmuş qiymətlərlə “xxxx” MMC tərəfindən qoyulan qiymətlər arasında 2 dəfədən çox, ciddi fərq vardır. Digər tərəfdən qiymətləndirici tərəfindən verilən rəydən xüsusi tədqiqat aparılması görünmür. Həmçinin verilmiş rəylərdə bağ evinin yerləşdiyi ərazinin xəritəsi, mənzilin və bağ evinin daxilinin təmirli və ya təmirsiz olması, otaqların, yaşayış və qeyriyaşayış sahələrinin hansı vəziyyətdə olması, əmlakların yaxınlığında nəyin olması( məktəb,xəstəxana,idman kompleksləri və s) əmlakların komunikasiya xəttləri ilə təchiz edilib, edilməməsi və həmin ipoteka predmetlərinə qoyulmuş qiyməti təsdiq edən digər əsaslar göstərilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertiza təyin etməklə, mübahisəli ipoteka predmetlərinin real bazar qiymətini müəyyən etməmiş, nəticədə həmin daşınmaz əmlakların hazırki vaxta olan real bazar qiymətləri müəyyən edilmədən qalmışdır. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbi ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində aradan qalxdığından, həmin əmlakın qiymətləndirilməsinə də luzum qalmamışdır. Ona görə də kollegiı hesab edir ki, yalnız ünvan 1 ünvanında xüsusi mülkiyyətindəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiyməti müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzrə alararaq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-4768/2019 saylı qərardadı ilə mübahisə prenmeti olan mənzilin real satış qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və apellyasiya icraartı zamanı tədqiq edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, MB 12/592 nömrəli ekspert rəyindən görününür ki, ipoteka predmetləri olan ünvan 1 ünvanında xüsusi mülkiyyətindəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiyməti 180000 manat və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinin ilkin satış qiyməti isə 110000 manat təşkil edir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə kollegiya həmin rəyi əsas götürərək Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətindəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiyməti 180000 manat məbləğində müəyyənləşdirili olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 300 ( üç yüz) manatın 150 manatı cavabdehlərdən, 150 manatı isə iddiaçıdan tutulmalıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)- 903/18 saylı qətnaməsi “İddiaçıbank” QSC xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, cəmi 129136,01 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə, cəmi 61180,68 ABŞ dolları borc, ümumilikdə 190316,69 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 340.080 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 52590,73 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 5000 ABŞ dolları cərimə, cəmi 81213,89 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 50529,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 5000 ABŞ dolları cərimə, cəmi 65080,68 ABŞ dolları borc, ümumilikdə 146194,57 ABŞ dolları borc “İddiaçıbank” QSC xeyrinə tutulmalı, ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 180000 (bir yüz səksən min) manat müəyyən edilməli, iddia tələbi tələbin Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinə yönəldilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə iddiaçı “İddiaçıbank” QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “İddiaçıbank” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-903/18 saylı qətnaməsi “İddiaçıbank” QSC xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, cəmi 129136,01 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə, cəmi 61180,68 ABŞ dolları borc, ümumilikdə 190316,69 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 340.080 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 52590,73 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 5000 ABŞ dolları cərimə, cəmi 81213,89 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 50529,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 5000 ABŞ dolları cərimə, cəmi 65080,68 ABŞ dolları borc, ümumilikdə 146194,57 ABŞ dolları borc (ödəniş günü manata məzənnə ilə) “İddiaçıbank” QSC xeyrinə tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 180000 (bir yüz səksən min) manat müəyyən edilsin. İddia tələbi tələbin Cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan səhəri, 28-ci məhəllədə yerləşən 6 saylı evin 36 saylı mənzilinə yönəldilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə iddiaçı “İddiaçıbank” QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin, 150 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, 75 manatı isə iddiaçı “İddiaçıbank” QSC-dən tutularaq “xxxx” MMC-nin hesabına (H/h № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar bank: “xxxx” ASC, kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər İsmayıl Xəlilov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar