Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4769/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhəri 32 saylı Notariat Kontoruna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“ maddi zərərin ödənilməsi”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə,İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2025 saylı işi üzrə 19 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehə qarşı 140000 manat məbləğdə maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş,iddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçılar İddiaçı və Məmmədova (Quliyeva) Hicran Tahir qızı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisi, X12, X16, Bakı şəhəri 12 saylı Notariat ofisi, Bakı şəhəri 32 saylı Notariat ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsinə dair birinci növbə vərəsə İddiaçı tam pay üzrə vərəsəlik hüququnun tanınması və buna dair müvafiq sənədlərin verilməsinin 12 saylı Notariat ofisinə həvalə edilməsi, 14 saylı Notariat ofisində sözügedən bağa dair imzalanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bağ evinə dair xx.xx.2017-ci il tarixdə X17 ilə X12 arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də X6 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair xx.xx.2017-ci il tarixdə X12 ilə X16 arasında 14 saylı Notariat ofisində təsdiqlənmiş 4Ə-645 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRXdə X13 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair xx.xx.2018-ci il tarixdə X16 ilə X14 arasında 3 saylı “ASAN Xidmət” mərkəzinin Notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinin və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-də X7 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, X17 ilə X12 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair X6 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddianın təmin edilmədiyi hissədə tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2(103)-6711/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1143/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktları ilə qənaətə gəlinmişdir ki, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin notariat təsdiqinin olmaması barədə notariusun məktubu, müqavilə bağlanan zaman həmin dövrdə həmin notariat orqanının notariusunun əslində başqa şəxs olması, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırkı İddiaçı alqı-satqıya razılığının olmaması, həmin müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilinin olmaması həmçinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi arasında qısa zaman fərqinin olması faktları belə nəticəyə gəlməyə əsas verir ki, X17 ilə X12 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 32 nömrəli Notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X17 ilə X12 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququnun olması da iddiaçıya izah edilmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi yazılı etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, ilk növbədə sözügedən əmlaka dair İddiaçı vərəsəlik hüquqlarının tanınması məhkəmə tərəfindən tanınmamışdır, belə ki, iddia ərizəsindən aydın olur ki, iddia tələbi qismən təmin edilərək, vərəsəlik hüquqların tanınması deyil, yalnız X17 ilə X12 arasında olan alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Qeyd olunan faktların aydınlaşdırılması zəruri hesab olunur, belə ki, həmin Məcəllənin 360-cı maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Məhkəmə tərəfindən X17 ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, sonradan X12 ilə X16 arasında bağlanmış alqı-satqı müqaviləsi nəticəsində əmlakdan məhrum olduğunu iddia edən İddiaçı dəymiş ziyanın ödənilməsini X4 tələb etməlidir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)- 1163/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublkası Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1100, 1115; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, işin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 300/2022 nömrəli qətnaməsi ilə X17 ilə X12 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin torpaq sahəsinə dair çıxarış ləğv edilmişdir. Həmin işin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notariat təsdiqi olmamış, müqavilə bağlanan zaman həmin Notariat ofisinin notariusu əslində başqa şəxs olmuş, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırkı iş üzrə iddiaçının alqı-satqıya razılığı olmamış, müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilləri olmamışdır. İddiaçı isə hazırda əmlakından məhrum olduğunu irəli sürərək əmlakın dəyəri həcmində maddi zərərin cavabdehlərdən tutulmasını xahiş edir. İddianın faktiki əsasını notariusun sənədləri saxtalaşdırması, hüquqazidd saxta əməliyyatları nəticəsində iddiaçının əmlakından məhrum edilməsi ilə iddiaçıya zərər vurulması təşkil edir. Mülki hüquq pozuntusuna görə şəxsin məsuliyyətinin yaranması üçün ilk növbədə hüquqazidd əməl olmalı, bu əməl təqsirli olaraq törədilməli və əməllə dəymiş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı halda cavabdeh kimi qoyulmuş şəxslər tərəfindən hər hansı hüquqazidd əməl törədilməsi faktı, Notariat ofisinin hüquqa-zidd olan sənədlərin saxtalaşdırılması, saxta əməliyyatlar aparılması kimi hərəkətləri sübut olunmur. İddiaçı tərəfindən sadalanmış əməllər eyni zamanda cinayət məsuliyyəti yaradan əməllərdir, cavabdehlərinsə bu faktla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı qərar, yekun akt və s. təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə səbəb Bakı şəhəri 32 saylı Notariat ofisindən ümumiyyətlə belə bir müqavilə bağlanmamasının aşkara çıxması olmuşdur. Bu halda, nə qədər ki, etibarsız müqavilə hazırkı iş üzrə cavabdeh olan Notariat ofisində bağlanmamışdır, sadəcə bu etibarsızlıq faktı üzərindən həmin müqavilənin saxtalaşdırılmasına görə Notariat ofisinin cavabdehlik daşıması da hüquqa və məntiqə uyğun deyil. Dolayısı ilə, müqavilənin hansı orqan, fiziki və hüquqi şəxs tərəfindən saxtalaşdırılması, etibarsız müqavilə üzrə əldə edilənlərin kimin əmlak aktivinə daxil olması aydınlaşdırılmalıdır ki, iddiaçının uğradığı zərərə görə cavabdehlik daşıyan əsl şəxs (şəxslər) müəyyən olunsun.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, X17 ilə X12 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair X6 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6711/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1143/2023 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6711/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır ; - Bakı şəhəri 32 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsinə dair 2016-cı ildən hazırkı vaxtadək X17 və digər şəxslər tərəfindən hər hansı əqd bağlanması aşkar edilməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1163/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiysının 68; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097, 1100, “ Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 11; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sözügedən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/756/5-11 saylı məktubunda deyilir: “Rəsmiləşdirilmiş alğı-satqı müqavilələrinin həqiqiliyinin yoxlanılması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, “Elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəli müqavilə rəsmiləşdirilməmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində 4Ə-645 reyestr nömrəli (mülkiyyətçi: X12, əldə edən: X16) və xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində 4Ə812 reyestr nömrəli (mülkiyyətçi: X16, əldə edən: X14) alğı-satqı müqavilələri rəsmiləşdirilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2017ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin notariusu Elgün İmanlı olmuşdur. Şövkət Gülməmmədova isə həmin vaxt Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifəsində işləmişdir.” Yəni 17 avqust 2017-ci il tarixdə bağ evi X17 tərəfindən 32 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsi təsdiqlənməklə guya X1. Sonuncuya 24 avqust 2017-ci il tarixdə Çıxarış verilmişdir. Bu əqd mövcud olmamış, əqd 32 saylı notariatın möhürü ilə təsdiqlənsə də həmin ofisdə notarius Elgün İmanlı olduğu halda, notariusun adı X2 göstərilmişdir. Bundan başqa, 32 saylı notariat tərəfindən verilən cavabdan görünür ki, orada belə müqavilə rəsmləşdirilməmişdir. Məhkəmə aktları ilə qənaətə gəlinmişdir ki, xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notariat təsdiqinin olmaması barədə notariusun məktubu, müqavilə bağlanan zaman həmin dövrdə həmin notariat orqanının notariusunun əslində başqa şəxs olması, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırki İddiaçı alğısatqıya razılığının olmaması, həmin müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilinin olmaması, həmçinin xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi arasında qısa zaman fərqinin olması faktları belə nəticəyə gəlməyə əsas verir ki, X17 ilə X12 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 32 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bu hallar isə qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Həmçinin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X17 ilə X12 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququnun olması da iddiaçıya izah edilmişdir. Nəticə etibarı ilə iddiaçı notariusun sənədləri saxtalaşdırmada ifadə olunan hərəkətləri, hüquqa zidd, qanunsuz saxta əməliyyatları nəticəsində öz mülkiyyətindən məhrum edilmiş, Ədliyyə Nazirliyinin nəzdində olan notariat orqanının qanunsuz əməllərinin qurbanına çevrilmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə görə Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Notariusun qanunsuz hərəkətləri isə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq edilmişdir. Yəni hazırkı işdə heçdə məhkəmənin qeyd etdiyi kimi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə səbəb Bakı şəhəri 32 saylı Notariat ofisindən ümumiyyətlə belə bir müqavilə bağlanmamasının aşkara çıxması olmamışdır. Çünki məhkəmə qərarları ilə həmin müqavilənin notariusun möhürü ilə təsdiqlənməsi, həmin müqavilə əsasında X9 24 avqust 2017-ci il tarixdə müvafiq çıxarışın verilməsi müəyyən edilmişdir. Bunun davamı olaraq xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində 4Ə-645 reyestr nömrəli (mülkiyyətçi: X12, əldə edən: X16) və xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində 4Ə812 reyestr nömrəli (mülkiyyətçi: X16, əldə edən: X14) alğı-satqı müqavilələri rəsmiləşdirilmişdir. Görünür ki, məhkəmə ya sözügedən halları nəzərdən qaçırmış, ya da həmin halları ümumiyyətlə görməzdən gələrək notariusun qanunsuz əməllərinə don geydirmişdir. Burada nəzərə alınmalı hal budur ki, vətəndaş qanunsuz əməllər nəticəsində öz mülkiyyətindən məhrum olmuşdur. Həmin qanunsuzluğu edən isə müvafiq notariat qurumudur. Əgər müqaviləyə notarius möhür vurmasa, müqavilə təsdiqlənməsə idi, vətəndaşa DƏDRX çıxarış da verməzdi. Çünki Əmlak İdarəsi daşınmaz əmlakla bağlı iki vətəndaş arasında sadə yazılı formada tərtib edilmiş müqaviləyə görə hər hansı çıxarış verə bilməz. DƏDRX-nin Ərazi İdarəsi isə notariusun təsdiqlədiyi sənədə gövənərək X9 çıxarış vermişdir. Yəni etibarsız müqavilənin hüquqi nəticəsi baş vermişdir. məhkəmə sözügedən prosessual normaların tələblərini pozaraq, hüquqi müəyyənlik prinsipinin mahiyyətinə zidd olaraq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmiş halları yenidən araşdırma predmetinə çevirmiş, yenidən mübahisələndirmişdir. Məhkəmə qeyd etmişdir ki, “Notariat ofisinin hüquqa-zidd olan sənədlərin saxtalaşdırılması, saxta əməliyyatlar aparılması kimi hərəkətləri sübut olunmur.” Lakin həmin hallar dövlətin adından çıxarılan məhkəmə aktları ilə sübut edilmişdir. Həmin aktlar isə iddiaçını bir daha sübut etmə yükündən, vəzifəsindən azad etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırkı tələbi əsl cavabdehə qarşı qaldırılmamışdır. İddiaçı tərəfindən sadalanan faktlarla bağlı hər hansı fiziki və ya hüquqi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar və s təqdim edilə bilməmişdir. Belə ki, cavabdeh kimi qoyulmuş şəxslər tərəfindən hər hansı hüquqazidd əməl törədilməsi faktı, Notariat ofisinin hüquqa-zidd olan sənədlərin saxtalaşdırılması, saxta əməliyyatlar aparılması kimi hərəkətləri sübut olunmur.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1100 Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.
12. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1163/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.