Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-477/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Musayev Rövşən Əlövsət olunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına olan problemli kredit borcunun Prezidentin Fərmanına və MBNP-nın xx xxxx 2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən düzgün restrukturizasiya olunması, banka ödənilmiş məbləğ də nəzərə alınaraq qalan borcunun tam silinərək artıq ödənmiş 464.02 manat vəsaitin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-1015/2020) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2015-ci ildə Cavabdeh ASC-dən 6000 ABŞ dolları kredit götürmüş, 2016-cı ilin yanvar ayından manatın infilyasiyasından sonra maddi sıxıntılar səbəbindən krediti vaxtlı-vaxtında ödəyə bilməmiş və məhkəmənin xx xxx 2016-cı il tarixli qərarına əsasən ondan 5314.63 dollar əsas, 1761.33 dollar faiz olmaqla 7075.96 ABŞ dolları bankın və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmışdır. 2015-ci ilin dekabr ayına kimi kredit borcunu aybaay ödəmiş, məhkəmə qərarından sonra isə qalan borcdan 6310.xx xxxxx 2019-cu ilin mart ayına kimi pensiyasından tutulmuşdır. Prezidentin Fərmanına əsasən ona 3188.78 manat kompensasiya hesablanmışdır. xx xxxx 2019-cu il tarixə 7988.62 manat əsas kredit borcu göstərilməklə 3188.78 manat hesablanmış kompensasiya çıxıldıqdan sonra onun 4799.84 manat borc qalığının olduğu göstərilmişdir. Hesablama zamanı məhkəmə qırarına əsasən pensiyasından tutulmuş 6310.10 manat nəzərə alınmamışdır. Onun hesablamasına əsasən məhkəmə qərarından sonra onun pensiyasından tutulmuş 6310.11 manat nəzərə alındıqdan sonra kredit borcu tam bağlanır və ona 1510.27 manat əlavə ödəniş olmalıdır. 2019-cu ilin mart ayının 01-dən problemli kreditlərin restrukturizasiya olunması haqqında Prezidentin Fərmanına və X1ydalarının 5.2.1 bəndinə əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Fərman və qaydalara əsasən onun kredit borcunun hesablanması aşağıdakı qaydada hesablanmalı idi. 7988.52 manat (manatla hesablanmış əsas borc) - 3188.78 manat (hesablanmış kompensasiya) - 6310.11 manat (ödənilmiş borc) = 1510.27 manat (ona ödənilməli məbləğ). Kredit borcunun restrukturuzasiyası zamanı hesablamanın düzgün aparılmaması ilə əlaqədar xx xxxxxx 2019-cu ildə Azərbaycan Respublikası Maliyyə X3 və Cavabdeh ASC-nə rəsmi müraciət etmiş, lakin heç bir araşdırma aparılmamışdır. X4 Palatası ərizəmi Cavabdeha ünvanlamış, Cavabdeh isə hesablamanın düzgün və ya səhv olması barədə heç bir açıqlama verməmişdir. Daha sonra iddiaçı ərizə (i.v.46) təqdim edərək, adına olan problemli kredit borcunun Prezidentin Fərmanına və MBNP-nın xx xxxx 2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən düzgün restrukturizasiya olunması, banka ödənilmiş məbləğ də nəzərə alınaraq qalan borcunun tam silinərək artıq ödənmiş 464.02 manat vəsaitin ona qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir Cavabdeh ASC-nin nümayəndəsi T.Heydərov birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmaması ilə əsaslandırılmışdır. Apelyator həmçinin göstərmişdir ki, Fərmanın tələblərinə uyğun olaraq V.Pirəliyevin borcuna restruktruzasiya şamil olunmadığından İddiaçı pensiya tutulmaları – 6310.11 manat və MBNP tərəfindən banka ödənilən 3188.78 manat nəzərə alınmaqla 1507.48 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu borcu təşkil edir. Qeyd olunanları məhkəmənin nəzərinə çatdırıb izahatlarına əsas olan cari hesabdan çıxarışı təqdim etsələr ki, məhkəmə lazımi araşdırma aparmadan, iddiaçının şifahi izahatına uyğun olaraq mülahizələr, diletant hesablamalar, zənn və ehtimallar əsasında iddiaçıya 464.02 manat məbləğində kompensasiya ödənilməli olduğunu müəyyən etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı isə məhkəmə kollegiyasının iclasında izahat verərkən cavabdehin apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4713Z2016 sayı məhkəmə əmrinə əsasən İddiaçı "Cavabdeh" ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli 00-xx-xx-009858 nömrəli kredit müqaviləsi üzrə 5314,63 ABŞ dolları əsas borc, 1761,33 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7075,96 ABŞ dolları məbləğində borcun ödəniş günü məzənnə üzrə manatla tutulması qərara alınmışdır. “Cavabdeh" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, "Cavabdeh" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 6.000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərmanın icrası məqsədi ilə yaradılmış "Problemli kredit məlumatlarının sorğulanması" sistemindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixinə 7988.62 manat məbləğində balans borcu olmuşdur. Daha sonra qeyd olunan Fərmana əsasən kredit müqaviləsi üzrə ona hesablanmış 1282.36 manat məbləğində vəsait borcundan silinmiş və xx.xx.2019-cu il tarixinə qalıq borcu kimi 3188.78 manat müəyyən edilmişdir. Əlavə məlumat üçün nəzərə çatdırılmışdır ki, xx.xx.2019-cu il tarixindən etibarən qeyd olunan kredit müqaviləsi üzrə etdiyi ödənişlər, həmçinin gələcəkdə edəcəyi ödənişlərin borcdan silinməsi zamanı 4799.84 manat qalıq borcu əsas götürələcəkdir. İddiaçı bundan narazı qalaraq xx.xx.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərmanına əsasən kredit borcunun düzgün restrukturizasiya olunması, banka ödənilmiş məbləğ də nəzərə alınaraq qalan borcunun tam silinərək artıq ödənmiş 464.02 manat vəsaitin ona qaytarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə olan borcu sözügedən Fərmanın təsiri altına düşdüyündən və bu əsasla faiz borcu silinməli olduğundan iddia təmin edilməli, 464,02 manat məbləğində kompensasiya məbləği “Cavabdeh" ASC-dən tutulub iddiaçıya verilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayətində hərtərəfli araşdırma aparılmadığını, Fərmanın tələblərinin düzgün tətbiq olunmadığını, pensiya tutulmaları – 6310.11 manat və MBNP tərəfindən banka ödənilən 3188.78 manat nəzərə alınmaqla iddiaçının 1507.48 ABŞ dolları məbləğində qalıq borcu olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən 1875,75 ABŞ dolları kompensasiya nəzərə alınmaqla İddiaçı xx.xx.2019-cu il tarixinə Cavabdeh ASC-yə olan borcu (7075,96 ABŞ dolları-5568,48 ABŞ dolları) 1507,48 ABŞ dolları məbləğində təşkil edir. Ekspert rəyindən göründüyü kimi, iddiaçının kredit borcundan 1875,75 ABŞ dolları kompensasiya məbləği çıxıldıqdan sonra, nəinki əlavə vəsait ödənilməmiş, hətta iddiaçının cavabdehə 1507,48 ABŞ dolları borcu qalmışdır. Məhkəmə kollegiyası MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, belə olan vəziyyətdə iddia əsaslı sayıla və təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh ASC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri olan 145 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; Müxbir hesab Az41NABZ013601**********03944; SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-477/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-477/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver