Məhkəmə qərarları › İş №2(103)-4771/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4771/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4771/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə,Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e- 2(002)-234/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz ilə ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, özünün mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı ASC-ilə (Ləğv prosesindədir) Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsi “Azərbaycan Respublikasında Fiziki Şəxslərin Problemli Kreditlərinin X10 X5” xx.xx.2019-cu il tarixli Fərmanın təsiri çərçivəsinə düşmüş, onun faiz və cərimə borcu silinmiş, əsas borcunun restrukturizasiya olunması təklif olunmuşdur.. Hazırda iddiaçı borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 3124 saylı kredit müqaviləsinə əsasən, onun Banka ödənilməmiş 3530,59 (üç min beş yüz otuz manat, 59 qəpik) manat əsas, 2352.69 faiz, 1763,25 (min yeddi yüz altmış üç manat, 25 qəpik) cərimə, 1025.57 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8672.10 (səkkiz min altı yüz yetmiş iki manat, 10 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 107 (yüz yeddi) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan “Mercedes Benz C220 CDİ” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3124 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20% (iyirmi faiz) ödənilmək şərtilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3124 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Banka ödənilməmiş 3530,59 (üç min beş yüz otuz manat, 59 qəpik) manat əsas, 2352.69 faiz, 1763,25 (min yeddi yüz altmış üç manat, 25 qəpik) cərimə, 1025.57 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasənAzərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8672.10 (səkkiz min altı yüz yetmiş iki manat, 10 qəpik) manat borcu mövcuddur. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-946/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin X10 X5 fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin X10 X5” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(002)- 234/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı ASCnin (ləğv prosesindədir) xeyrinə xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530 (üç min beş yüz otuz) manat 59 (əlli doqquz) qəpik əsas borcun və 55,30 manat dövlət rüsumunun tutulması, xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi əsasən tələb üzrə tutmanın Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **- GO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, açıq hərrac üzrə avtomobilin ilkin satış qiymətinin 9000 (doqquz min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2014ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530 (üç min beş yüz otuz) manat 59 (əlli doqquz) qəpik borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə edilmiş vəsaitin xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530 (üç min beş yüz otuz) manat 59 (əlli doqquz) qəpik borc məbləğinin tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC -yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200(iki yüz) manatın Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə yalnız əsas borc hissəsində iddia tələbi təmin edilməli, iddia tələbi faiz, cərimə və illik 5%-lə tələb edilən məbləğ hissəsində isə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin X10 X5” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh iddiaçı banka müddəti keçmiş əsas kredit borcu 3530,59 manat müəyyən edilmişdir. İddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasındanda fiziki şəxslərin problemli kreditlərinin X10 X5" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki, bu halı sübut etmək yükü onun üzərinə düşür. Cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, restrukturizasiya olunması təklif olunan kreditlrə dair Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehin 3530,59 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda)tələblərinə ziddir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən əsas borcunun restruktrizasiya edilməsinə dair ərizə verilməsinə baxmayaraq, tərəflər arasında əsas borcun restruktrizasiya edilməsinə dair müqavilə bağlanmamışdır, bu halda məhkəmə hesab edir ki, cavabdehin vaxtında verilmiş (xx.xx.2019-cu il tarixədək) ərizəsi olduqdan sonrakı prosedurların (restruktrizasiya müqaviləsinin bağlanması və s) aparılması üzrə məsuliyyəti iddiaçı bank daşıdığından, hal-hazırki iş üzrə cavabdehin ancaq əsas borcuna dair hüquqi qiymət verilməlidir. Məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 9000 manat müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında Qanun”un 34-cü maddəsinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real qiymətini nəzərə almamışdır. Belə ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sifarişinə əsasən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, LP- 044/2023 saylı qiymətləndirəmə rəyinə əsasən ipoteka predmeti olan “Mercedes Benz C220 CDİ” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki orta bazar dəyəri təxminən 9.000 (doqquz min) manat müəyyən edilmişdir. Lakin ipoteka predmeti olan “Mercedes Benz C220 CDİ” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulan 9.000 (doqquz min) manat ilkin satış qiyməti çox yüksəkdir. Ümumiyyətlə məhkəmə tərəfindən qeyd olunan avtomobilin faktiki vəziyyətini bilmədən bu formada qiymət qoyulması məqsədəmüvafiq deyil. Çünki ipoteka predmeti olan avtomobil borclu tərəfindən istifadə edildikcə qiyməti dəyişir. Buna yürüşün artması, digər amortizasiya xərcləri və bir sıra müxtəlif faktorlar təsir edə bilər. Həmçinin həmin avtomobildən istifadə edilməsinə davam edildiyi halda qəzaya uğramaq və ya qeyri-rəsmi (etibarnamə yolu ilə) digər şəxsə avtomobilin satılmaq ehtimalı yaranır. Bu əsasları nəzərə alaraq əmlakın hazırki mərhələdə qiymətləndirilməsi əsassızdır və bu hissədə qətnamə ləğv olunmalıdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsindən icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq ipoteka predmetinin qiymətləndirilməsi həyata keçiriləcəkdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sifarişinə əsasən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, LP044/2023 saylı qiymətləndirəmə rəyinə də qeyd olunmuşdur ki, ipoteka predmeti olan avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin hazırda istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. İstismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsiilə ipoteka predmeti olan ““Mercedes Benz C220 CDİ” markalı, 99- GO-817 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9.000 (doqquz min) manat dəyərində müəyyən edilməsi avtomobilin real bazar (likvid) qiymətindən yüksəkdir. İddiaçı nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasları vaxtı ipoteka predmetinin qiymətinin 9.000 (doqquz min) manat civarında qiymətləndirilməsi barədə xahiş etməmiş və ya buna öz razılığını verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd hesab ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanun: 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. İş materiallarında olan AC N 211878 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyətindədir. İş materiallarında AA N 117591 nömrəli nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin qeydiyyata alınmasına dair çıxarışdan görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyətində olmaqla, avtomobil xx.xx.2014-ci il tarixli 3124 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-234/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli LP-044/2023 saylı ekspert rəyindən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobinin (1998-ci il buraxılışlı) hazırkı bazar qiyməti-11000 manat, hazırkı likvid qiyməti isə 9000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanuna əsasən ipoteka müqaviləsində qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. İlkin satış qiyməti dedikdə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti başa düşülür. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti olan “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobinin (1998-ci il buraxılışlı) avtomobilin ilkin satış qiyməti 9000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən ipoteka predmeti olan avtomobilin faktiki olaraq ipoteka qoyanın istifadəsində saxlanıldığını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsinin şərtlərindən də görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti hələ 2014-cü ildə 9000 manat məbləğində qiymətləndirilmiş, ipoteka predmeti ipoteka qoyanın istifadəsində qalmaqda davam etmişdir. İpoteka qoyan bu illər ərzində həmin predmetdən istifadəni davam etmişdir. Cavabdeh kollegiyanın iclasında verdiyi izahatlarında ipoteka predmetinin faktik olaraq mövcud olmadığını, həmin avtomobillə qəza törətdiyini və həmin avtomobilin yararsız hala düşdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-044/2023 saylı ekspert rəyi ilə əsaslandırsa da, həmin rəydən görünür ki, rəy verilərkən avtomobilin faktik olaraq ekspertə təqdim olunmamış, rəy nəzəri biliklər əsasında verilmişdir. İşin hazırki araşdırılan hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 9000 manat ilkin satış qiyməti barədə tərəflər razılığa gəlməmiş, təyin edilmiş müstəqil qiymətləndirici isə ipoteka predmetinə faktiki baxış keçirmədən rəy vermişdir. Rəy verilən zaman avtomobilin istifadəsi nəticəsində yürüşün artması, digər amortizasiya xərcləri, həmçinin həmin avtomobildən istifadə edilməsinə davam edildiyi halda qəzaya uğramaq və digər ehtimallar nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ünvan ünvandakı Avtomobillərə texniki xidmət göstərən sahibkar fiziki şəxs X3 verdiyi xx.xx.2020-ci il tarixli 000031 saylı «Avtomobilə dəymiş ziyan aktı»ndan görünür ki, Cavabdeh məxsus “Mercedes Benz C220 CDİ” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə qəza nəticəsində dəymiş ziyan 5230 manat təşkil edir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı işin halları baxımından bununla bağlı qərar qəbul edilməsi qanunun mənasına uyğun hesab oluna bilməz. Çünkü qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılaşmalarını məhkəməyə təqdim etməmişlər və avtomobilin harada olduğu qeyrimüəyyəndir; belə olan halda isə avtomobilin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “avtomobilin ilkin satış qiymətinin 9000 manat müəyyənləşdirilməsi” hissəsində ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(002)- 234/2023 nömrəli qətnaməsi mübahisələndirilən-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar