Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4774/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:( “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2734/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Khutsishvili Patima tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik 35% faizlə 24 ay müddətinə 10000 manat kredit verilməsini nəzərdə tutan 27 oktyabr 2023-cü il tarixli BAKU1-78435-23741 saylı Kredit müqaviləsi imzalanmış və kreditin aylıq 585 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan "Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Patima Khutsishvili arasında 27 oktyabr 2023-cü il tarixli BAKU1-78435- 23741+BAKU1-78437 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2734/2024 saylı işi üzrə 21 may 2024cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 448.1, 470.1, 472, 739.1, 739.2 və Mülki Prosessual Məcəllənin 119.1, 218.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına istinad edilməklə, iddianın qısmən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimadan müştərək qaydada 10000 manat əsas borc, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu olmaqla, cəmi 10405,54 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 121,22 manat hissəsinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia ərizəsisinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 35% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir; xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741+BAKU1-78437 saylı Zaminlik müqaviləsinə əsasən, həmin müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Khutsishvili Patima (və Cavabdeh1) arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan Cavabdeh1 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir; - İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 Banka 10000 manat əsas borc, 1244,44 manat faiz borcu, 627,52 manat cərimə borcu olmaqla, cəmi 11871,96 manat məbləğində borcu mövcuddur; - xx.xx.2023-cü il tarixli bildiriş məktubuna əsasən, cavabdehlər Cavabdeh1 xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı Kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu olmaqla, cəmi 10405,54 manat borcunun yaranması barədə məlumatlandırılmış və onlardan 5 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdehlər apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 21 may 2024cü il tarixli, e-2(001)-2734/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 743.1, Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(001)-2734/2024 saylı qətnaməsi əsassız, qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsində icraat cavabdehlərin iştirakı olmadan, etiraz, mülahizə təqdim etmək imkanı təmin edilmədən həyata keçirilmiş, işin halları araşdırılmamış, yekun məhkəmə aktı ən azı bir mötəbər sübutla belə əsaslandırılmamışdır. Məhkəmə sadəcə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 Murad oğlu arasın 27 oktyabr 2023-cü il tarixli BAKU1-78435-23741 saylı kredit müqaviləsi bağlanmasına və iddiaçı tərəfindən cavabdehə göndərildiyi iddia olunan, lakin cavabdehlərə təqdim olunmamış pretenziyaya istinad etməklə iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Tərəflər arasında mövcud olan münasibətlərin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh1 Murad oğlu yaxın dostunun xahişi ilə onun mənzili üçün televizor, soyuducu, kondisioner, paltaryuyan kimi məişət avadanlıqlarının alınması üçün fərdi sahibkar (VÖEN **********) X9 adlı şəxs tərəfindən idarə olunan mağazaya yaxınlaşmış, Ağazadə malların kreditlə satışının mümkün olduğunu, bunun üçün mütəmadi işlədikləri «TBC X12 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlana biləcəyini, kreditin birbaşa mağazanın bank hesabına köçürüləcəyin bundan sonra məişət avadanlıqlarının onlara təhvil veriləcəyini izah etmişdir. Cavabdeh1 Murad oğlunun yaxın dostu başqa banklar qarşısında borclu olduğundan ona yeni kredit verilməyəcəyini bildirərək kredit rəsmiləşməsinin Xəlilovun adına həyata keçirilməsini xahiş etmişdir. X5 müraciəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Xəlilovun adına oktyabr 2023cü il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin kredit müqaviləsinin predmet hissəsinin 1.3-cü bəndində - “Kredit “borcalan”a X9, VÖEN ********** tərəfindən təqdim edilmiş qaimədə göstərilmiş Televizor Sony KD-65X80L 3100.00 AZN, Soyuducu LG GR- X29FTQEL 5000.00 AZN, X2 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8VVBC61SR 2000.00 AZN nağd qiymətə alınmasını maliyyələşdirmək məqsədi ilə verilir” göstərilmişdir. Müqavilənin 3.1.1-ci maddəsində göstərilmişdir ki, “... bu müqavilə ilə alınması maliyyələşdirilən əşya “borcalan”ın sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən sənədin “kredit verən”ə təqdim edilməsindən sonra krediti bu Müqavilənin 1.3-cü bəndində göstərilən şəxsin (yəni X5) AZ06PAHA41040AZNSC********** bank hesabına köçürməklə verir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin qeyd olunan müddəalarını nəzərə almamış və kreditin borcalan - Cavabdeh1 Murad oğlum nağd və ya bank hesabı vasitəsilə təqdim edilmədiyini ümumiyyətlə araşdırmamışdır. Yəni cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlansa da, kredit cavabdehə təqdim edilməmişdir. İddiaçı da belə hala istinad etməmiş, işin real vəziyyətini məhkəmədən gizlətmişdir. Nəticədə, kredit müqaviləsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan avadanlıqlar cavabdehlərə təqdim edilməmiş, çoxsaylı müraciətlərinə fərdi sahibkar Ağazadə tərəfindən cavab verilməmişdir. Ağazadə gah pulun bankdan ona köçürülmədiyini, gah hesabında blok olduğunu, gah da malların idxal olunmasının mümkün olmaması kimi müxtəlif bəhanələrlə avadanlıqları cavabdehlərə təqdim etməmişdir. Yəni cavabdeh nə kredit məbləğini, nə də kredit müqaviləsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan avadanlıqları ala bilməmişdir. Cavabdeh bununla bağlı iddiaçı bank olmayan kredit təşkilatına məlumat versə də, iddiaçı Xəlilovun müraciətlərini nəzərə almadan və cavabdehə heç bir məlumat vermədən məhkəməyə müraciət etmişdir. Habelə, iddiaçı tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq 27 oktyabr 2023-cü il tarixli Girov müqaviləsinin imzalanmasını da məhkəmədən gizlətmişdir. Belə ki, həmin müqaviləyə əsasən Televizor Sony KD-65X80L 3100.00 AZN, Soyuducu LG GR- X29FTQEL 5000.00 AZN, X4 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8VVBC61SR 2000.00 AZN məbləğində avadanlıqlar kredit müqaviləsinin təmin kimi iddiaçı təşkilar qarşısında girov qoyulmuşdur. Borcun ödənilməsinin təmin edilməməsi halında iddiaçı təşkilatın həmin mallara qarşı tələb irəli sürməməsi də iddiaçının fərdi sahibkar X9 ilə əlbir olmasına və vətəndaş Xəlilovu aldatmaq yolu ilə nə kredit məbləğini, nə də məişət avadanlıqlarını təhvil verməməsinə, daha sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tutulmasına nail olmaqla əsassız varlanmağa yönəlmiş hərəkətlərinə dəlalət edir. Cavabdeh Xəlilov onun barəsində aparılan məhkəmə icraatından xəbər tutduqda, yenidən X6 müraciət etmiş, sonuncı mübahisəni həll edəcəyini vəd etsə də, nəticə əvvəlkindən fərqli olmamışdır. Habelə, iddiaçı tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq 27 oktyabr 2023-cü il tarixli Girov müqaviləsinin imzalanmasını da məhkəmədən gizlətmişdir. Belə ki, həmin müqaviləyə əsasən Televizor Sony KD-65X80L 3100.00 AZN, Soyuducu LG GR-X29FTQEL 5000.00 AZN, X2 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8VVBC61SR 2000.00 AZN məbləğində avadanlıqlar kredit müqaviləsinin təminatı kimi iddiaçı təşkilar qarşısında girov qoyulmuşdur. Borcun ödənilməsinin təmin edilməməsi halında iddiaçı təşkilatın həmin mallara qarşı tələb irəli sürməməsi də iddiaçının fərdi sahibkar X9 ilə əlbir olmasına və vətəndaş Xəlilovu aldatmaq yolu ilə nə kredit məbləğini, nə də məişət avadanlıqlarını təhvil verməməsinə, daha sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tutulmasına nail olmaqla əsassız varlanmağa yönəlmiş hərəkətlərinə dəlalət edir. Məhkəmə yalnız təqdim etdiyi pretenziyaya istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş, kreditin həqiqətən cavabdehə verilib-verilməməsini araşdırmamaqla prosessual qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. İş üzrə mübahisənin mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən əsas məsələ kreditin Cavabdeh1 verilib-verilməməsini faktının sübuta yetirilməsi təşkil edir. Kredit müqaviləsinin imzalanması hələ pul vəsaitinin borclana verilməsi anlamına gəlmir. Məhkəmə ədalətli məhkəmə araşdırması vəzifəsini yerinə yetirmədiyindən bu halı təsdiqləyən hər hansı bir sübut olmadan borcun ödənilməsi vəzifəsini cavabdehlə onun zaminin üzərinə qoyulması barədə qətnamə çıxarmışdır. 27 oktyabr 2023-cü il tarixli girov müqaviləsi - tərəflər arasında girov müqaviləsi bağlanılması iddiaçı tərəfindən məhkəmədən gizlədildiyindən həmin müqavilənin apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi zərurəti yaranmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Apellyasiya icraatı zamanı X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
6. xx.xx.2023-cü il tarixli 02/2023 nömrəli əməkdaşlıq müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və fərdi sahibkar X8 arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə birinci intansiya məhkəməsinin qərarının əsaslı olduğundan apellyasiya şikayətinin təmin edilməməli olduğunu, kredit müqaviləsində X5 adının və hesab nömrəsini qeyd edildiyini və kredit alanın həmin müqavilə ilə razılaşdığını, kredit müqaviləsinin Cavabdeh1 tərəfindən imzalandığını, kredit müqaviləsində nəzərədə tutulan 10000 manatın Ağazadə Turalın hesabına köçürüldüyünü və orda qeyd edilən əmlakların alınıb və qarşı tərəfə təqdim edildiyini, Ağazadə Turalla əməkdaşlıq müqaviləsinin də, təhvil-təslim aktının da mövcud olduğunu bildirmiş, təhvil-təslim aktının da Cavabdeh1 tərəfindən imzalandığını qeyd etmişdir.
8. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, təhvil-təslim aktına imza etsə də, əşyaları təhvil almadığını, bu barədə banka məlumat da verdiyini, uzun müddət əşyaların təhvil verilməsini gözləsə də, əşyaların ona təhvil verilmədiyini və bu səbəbdən də hər hansı ödəniş etmədiyini qeyd etmişdir.
9. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil fərdi sahibkar X9 barəsində Nəsimi rayon Polis İdarəsinə də müraciət edildiyini, şəxsin izahatında əşyaların cavabdehlərə təhvil verilmədiyini bildirdiyini, təhviltəslim aktı imzalansa da, malların cavabdehə təhvil verilmədiyini qeyd etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 285.1. Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 746-3.1. İstehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.746-3.2. İstehlakçı bu Məcəllənin 746-3.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etdikdə, istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə və ya borcverənlə bağladığı müqavilə əsasında xidmət göstərən üçüncü şəxslə bağlanmış əlavə xidmət müqavilələrinə xitam verilir və istehlakçı həmin müqavilələr üzrə hər hansı öhdəlik daşımır.
14. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 35% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, 1.3. Kredit "Borcalan”-a X8, VÖEN: ********** tərəfindən təqdim edilmiş qaimədə göstərilmiş Televizor Sony KD-65X80L. 3100.00 AZN, Soyuducu LG GR- X29FTQEL 5000.00 AZN, X2 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8WBC61SR 2000.00 AZN nağd qiymətə alınmasını maliyyələşdirmək məqsədi ilə verilir. 3.1.1-ci bəndində qeyd edilir ki, "Kredit verən”in tələb etdiyi KHUTSİSHVİLİ PATİMA (X1 yaşama icazə vəsiqəsi: seriya 0******) şəxslər tərəfindən birgə məsuliyyət müəyyən edən Zaminlik müqavilələri bağlandıqdan və bu Müqavilə ilə alınması maliyyələşdirilən əşya "Borcalan”ın sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən sənədin "Kredit verən”ə təqdim edilməsindən sonra krediti bu Müqavilənin 1.3-cü bəndində göstərilən şəxsin AZ06PAHA41040AZNSC********** bank hesabına köçürməklə verir. Ağazadə Toğrul və Cavabdeh1 arasında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktında əsasən müəyyən edilir ki, Televizor Sony KD-65X80L. 3100.00 AZN, Soyuducu LG GR-X29FTQEL 5000.00 AZN, X2 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8WBC61SR 2000.00 AZN dəyərində olan əşyaların Cavabdeh1 təhvil verilməsini sonuncu öz imzası ilə təsdiq etmiş, müqavilələri mübahisələndirməmişdir.
15. Qeyd edilməlidir ki, kredit müqaviləsi, habelə onun təminatı olan zaminlik və girov müqavilələri üzrə mülki məsuliyyət cavabdehlərə aid, girov predmetinə borcun yönəldilməsi isə iddiaçının hüquqlarına aiddir. Girov əşyalarını istehlak edən borcluya çatdırılmaması sübut edilmədiyindən kredit müqaviləsinin qüvvəsini və etibarlılığını şübhə altına alan dəlillər əsassızdır. Belə ki, cavabdeh kreditin iqtisadi dəyərini təşkil edən təhvil-təslim sənədi imzalamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin dəlilləri sübut edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehlər Cavabdeh1 və Khutsishvili Patima tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2734/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.