Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4784/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, X19 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(011)-2672/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində hakim X11 oğlunun sədrliyi ilə keçirilən 2(009)-1440/2019 saylı qətnaməyə əsasən övladları 03 noyabr 2010 təvəllüdlü X9 və 27 iyul 2014 təvəllüdlü X10 üçün ayrılmış alimentin sabit pul məbləğinə keçirilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı T.İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, 03 noyabr 2010-cu il təvəllüdlü X4 və 27 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(011)-2672/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1440/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarının dəyişdirilərək, 03 noyabr 2010-cu il təvəllüdlü X4 və 27 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(011)-2672/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilir ki, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasını mübahisəyə tətbiq edib iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edərkən Cavabdeh yeganə gəlirinin 756 manat 18 qəpik məbləğində pensiya almasını, hər ay 563,9 manat məbləğində kredit ödəməsini və tutulmalı olan 386 manat məbləğində aliment məbləğinin Cavabdeh yeganə gəlirinin 50%-dən çox hissəsini təşkil etməsi faktını nəzərə almamış, bununla da Ailə Məcəlləsinin 78.2-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 03 noyabr 2010-cu il təvəllüdlü X4 və 27 iyul 2014-cü il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması, Cavabdeh 09 aprel 2019-cu il tarixdən başlayaraq 03 noyabr 2010-cu il təvəllüdlü X4 və 27 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı 326598 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasındakı nikah pozulmuşdur, bu barədə 11 avqust 2019-cu ildə 159 № ilə qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli **********1 saylı Arayışın surətindən görünür ki, Cavabdeh yaşa görə 756 manat 18 qəpik məbləğində pensiya ödənilir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli **********3 saylı Arayışdan görünür ki, Cavabdeh yaşa görə 756 manat 18 qəpik məbləğində pensiya təyin edilib, əlavə olaraq pensiya məbləğinin 10 faizi - 75,62 manat miqdarında xx.xx.2022-ci il tarixinədək hər ay maddi yardım ödənilir. AZ-İİ seriyalı 368445 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında xx.xx.2019-cu il tarixdə nikah qeydə alınmışdır, bu barədə akt qeydləri kitabında həmin gündə 2637 № ilə qeyd edilmişdir. Azərbaycan Beynəlxalq Bankı xx.xx.2018 tarixli Kredit müqaviləsinə 1 №-li Əlavədən görünür ki, Cavabdeh illik 23 %, aylıq ödəniş 563.9 manat olmaqla, 60 ay müddətinə 20000 manat kredit verilmişdir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment məbləği uşaqların saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin saxlanması zərurəti ilə sıx bağlıdır, iddia tələbi alimentin sabit pul məbləğində tutulması barədədir, cavabdeh hazırda işləmir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Kollegiya hesab edir ki, iddianı tam təmin etməklə, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment tutularkən, cavabdeh hərbi hissədə xidmət etməklə, aylıq əmək haqqı 1018,22 manat təşkil etmişdir. Həmin vaxtı bir uşağa görə tutulan almentmin məbləği 169,5 manat təşkil etmişdir. Hazırda cavabdeh işləmir, 756,18 manat məbləğində pensiya alır, əlavə olaraq pensiya məbləğinin 10 faizi - 75,62 manat miqdarında xx.xx.2022-ci il tarixinədək hər ay maddi yardım ödənilir. Göründüyü kimi, cavabdehin maddi vəziyyətində azalma üzrə dəyişiklik olmuşdur. Belə olan halda, uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 03 noyabr 2010-cu il təvəllüdlü X4 və 27 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin miqdarı hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Kollegiya qeyd edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Kollegiya, dövlət rüsumunun tutulması ilə bağlı qeyd edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı müəyyən olunmadığından, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(011)-2672/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1440/2019 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 03 noyabr 2010-cu il təvəllüdlü X4 və 27 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Cavabdeh hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4784/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4784/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver