Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4787/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1610/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. “Paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2016-cı il tarixli T/2661 nömrəli müqaviləyə əsasən, sonuncunun ünvan 1 ünvanı təbii qazla təchiz edilmiş və həmin ünvana **********10000 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-4T markalı qaz sayğacı ilə təmin edilmişdir.
2. İddiaçı İB-nin əməkdaşları tərəfindən qeyd edilən ünvan dair müxtəlif tarixlərdə X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktları aşkar edilmişdir. Cavabdeh adına açılmış **********10000 saylı abonent saldosundan abonentin iddia tələbində qeyd olunan məbləğdə sərfiyyat borcu mövcud olduğu görünür.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 8.466,18 (səkkiz min dörd yüz altmış altı manat 18 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2.775,70 (iki min yeddi yüz yetmiş beş manat 70 qəpik) manat və 123,73 (bir yüz iyirmi üç manat 73 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11.365,61 (on bir min üç yüz altmış beş manat 61 qəpik) manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə T/12661 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2013-cü il tarixli 076423 saylı akt əsasında 194,40 manat; xx.xx.2014-cü il tarixli 087667 saylı akt əsasında 144 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 181,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 245,70 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 73,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 272 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 647,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 239,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 597,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.177,28 manat; xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, cəmi 8.466,18 (səkkiz min dörd yüz altmış altı manat 18 qəpik) manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2012-ci ilin üzrə 386,20 manat sərfiyyat borcu, 2020-ci ilin martdekabr ayları üzrə 261,40 manat borcu və limitdən əlavə 41,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1.158,80 manat borcu və limitdən əlavə 47,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 809,15 manat sərfiyyat borcu və limitdən əlavə 80,85 manat sərfiyyat borcu, cəmi 2.785,70 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh 10 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2.775,70 (iki min yeddi yüz yetmiş beş manat 70 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gazrep üzrə ümumi 11.241,88 (on bir min iki yüz qırx bir manat 88 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1610/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2177.28 manat dəymiş zərər, 2775.70 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 4.952,98 manat məbləğində borc və 69,52 manat dövlət rüsumu, ümumilikdə 5.022,50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə tələb (3 illik tələbetmə müddəti ötüb) öz qüvvəsini itirmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz.
7. Tələbetmə müddəti ötürülməmiş 2020-ci il ərzində tərtib olunmuş aktlar üzrə dəymiş zərərə görə hazırkı cavabdeh - Cavabdeh məsuliyyət daşımır, çünki 2020-ci il ərzində tərtib olunmuş aktlar ünvan 3 ünvanında yaşayan istehlakçı Raziyə Abas qızının adına tərtib olunmuşdur.
8. xx.xx.2022-ci il tarixli ******* saylı aktla bağlı qeyd olunur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı aktdan öncəki və sonrakı aktlar əsasında hesablanmış məbləğlərin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2, 560.3.5.2-cimaddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1610/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması, eyni zamanda da sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Aktların bəzilərinin Raziyə Abas qızının adına tərtib olunması ilə bağlı qeyd edilməlidir ki, qeyd olunan ünvanda istehlakçı kimi Cavabdeh istehlakçı kimi qeydə alınmış və onunla xx.xx.2016-cı il tarixində qazın alqı-satqısına dair müqavilə imzalanaraq həmin ünvana **********10000 saylı istehlakçı hesabı verilmişdir. Lakin 2016-2020-ci illər ərzində **********10000 saylı istehlakçı hesabı üzrə təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edilən zaman həmin ünvanda yaşayan Raziyə Abas qızı özünü istehlakçının nümayəndəsi kimi təqdim etdiyi üçün aktlar da onun adına tərtib edilmişdir. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbuletmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbimizin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 20.375.2- ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 21.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 22.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 23.Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 24.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. 25.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “aktlar üzrə tutulmalı olan borc” hissəsində qismən ləğv edilməlidir. 27.Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, ünvan 1 ünvanına dair qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, müqaviləyə əsasən iddiaçı təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, cavabdeh isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi İddiaçı xeyrinə Cavabdeh 2020-ci ilin mart ayından 2022-ci ilin dekabr ayına qədər hesablanmış və ödənilməmiş sərfiyyat borcunu tutmuşdur.
28. Məhkəmə xx.xx.2020-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə 3 illik tələbetmə müddətinin ötürüldüyü üçün öz qüvvəsini itirdiyini, tələbetmə müddəti ötürülməmiş 2020-ci il ərzində tərtib olunmuş aktlar üzrə dəymiş zərərə görə Cavabdeh, aktlar Raziyə Abas qızının adına tərtib olunduğu üçün, məsuliyyət daşımadığını, xx.xx.2022-ci il tarixli ******* saylı aktdan öncəki və sonrakı aktlar əsasında hesablanmış məbləğlərin cavabdehdən tutulmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmə debitor borcundan başqa həmin akta əsasən cavabdehdən iddiaçının xeyrinə dəymiş zərər olaraq 2.177,28 manat məbləğində pul tutmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər üzrə hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qeyd edilən hissəsi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. 30.Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ünvan 1 üzrə xx.xx.2013-cü il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2022-ci il tarixədək qaz xəttinə qanunsuz qoşulmağa görə aktlar tərtib edilmişdir. 31.Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı xx.xx.2020-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə hissədə 3 illik tələbetmə müddətinin, yəni iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi qənaətinə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə və yaxud da məhkəməyə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə olmadığı, yəni cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmədiyi halda, məhkəmənin iddia müddətinin tətbiqinə əsasən borcu silməsi istisna edilir. 32.Beləliklə qaz xəttinə qanunsuz qoşulmağa görə xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş aktlar üzrə tələbetmə müddəti keçməmiş, lakin iş materiallarından göründüyü kimi qeyd olunan bu aktlar ünvan 3 ünvanına aid olsa da, Raziyə Abas qızı adında şəxsin təbii X2nı pozduğuna görə tərtib edilmişdir. 33.Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. 34.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün əməlin təqsirli olaraq törədilməsi halının müəyyən edilməsi vacibdir. Belə ki, təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan qeyri-qanuni istifadə hərəkətləri şəxsi xarakter daşıyır, bununla da Raziyə Abas qızının təqsirli qeyriqanuni hərəkətlərə yol verməsi nəticəsində dəymiş zərər üzrə yaranmış hüquqi məsuliyyət də ona aiddir. Belə olan halda adı qeyd olunan bu şəxsin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər üzrə cavabdehin məsuliyyət daşıması yolverilməzdir. 35.Kollegiya qətnamənin xx.xx.2020-ci il tarixdən sonra tərtib olunmuş aktlar ilə əlaqədar qeyd edir ki, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış zərərin tutulması hissəsində, Cavabdeh tərəfindən bu hissədən apelyasiya şikayəti verilmədiyindən və faktiki olaraq bununla da onun razılaşdığı ehtimal edildiyindən, birinci instansiya məhkəməsi ilə razılaşır. Kollegiya xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış pul məbləğinin tutulması hissəsində də iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli aktdan sonra bu istiqamətdə hər hansı hərəkət edilmədiyini, qanunsuz qaz xəttinə qoşulmasına səssiz qalmaqla cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq mühafizə orqanlarına müraciət edilmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin iddianın bu hissədə rədd edilməsi qənaəti ilə də razılaşır. 36.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1610/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərər üzrə 2.177,28 manat, məbləğində pul tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova