Məhkəmə qərarları › İş №2(103)-4788/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4788/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4788/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əzizxanım Əliyevanın iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(005)- 1646/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında xx.xx.2023-cü il tarixli 009A********** nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, iddiaçı cavabehə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,375 faiz olmaqla 40.000 manat kredit verib 2.Cavabdeh müqavilə öhdəliyini pozub. İddiaçının maliyyə arayışına görə, xx.xx.2025-ci il tarixə cavabdehin əsas borc kimi 33.153,8 manat, faiz borcu kimi 1.487,14 manat, cərimə kimi 334,2 manat, cəmi 34.975,14 manat məbləğində icra edilməmiş pul öhdəliyi var. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 33.153,8 manat, faiz borcu kimi 1.487,14 manat, cərimə borcu kimi 334,2 manat, cəmi 34.975,14 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 194,93 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 4.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, əsas borc kimi 33.153,8 manat, faiz borcu kimi 1.487,14 manat, cərimə borcu kimi 334,2 manat, cəmi 34.975,14 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 194,93 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehin iddiaçıya qətnamədə göstərilən qədər borcu yoxdur, birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etməmişdir. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Əzizəxanım Əliyeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 7.Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlara görə, cavabdehin kredit müqaviləsi üzrə yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi var. İş üzrə mühasibat ekspertizasının təyin edilməsinə əsas yoxdur. Cavabdeh borcun məbləği ilə nəyə görə razılaşmadığını əsaslandırmayıb, iddiaçıya etdiyi ödənişlər barədə sübut və ya iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyini təkzib edən sübut təqdim etməyib, məhkəmə iclasına isə gəlməyib. Bütün bunlar isə onu təsdiq edir ki, apellyasya şikayətinin verilməsində cavabdehin məqsədi iş üzrə icraatın yekunlaşmasını yubatmaqdır. 9.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun cavabdehdən tutulmasını qət etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1646/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar