Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4789/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1775/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 20.06.2019-cu il tarixli, **********000013 saylı kredit müqaviləsi üzrə 17.04.2020- i il tarixə əsas kredit borcu üzrə AZN 12870,33 (on iki min səkkiz yüz yetmiş manat otuz üç qəpik), faiz borcu üzrə AZN 1702,25 (bir min yeddi yüz iki manat iyirmi heş qəpik), hesablanan dəbbə pulu (penya) isə AZN 706,14 (yeddi yüz altı manat on dörd qəpik), ümumilikdə AZN 15278,72 (on beş min iki yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş AZN 30 (otuz manat) məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.06.2019-cu il tarixli, **********000013 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə 20% hesablanmaqla AZN 14000 (on dörd min manat) məbləğində kredit verilmişdir. Verilən kreditin təminatı olaraq Cavabdeh2 ilə 20.06.2019-cu il tarixli, **********000013-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən Şirinova X2 İmran Əli oğluna zamin durmuşdur. 20.06.2019-cu il tarixli, **********000013 saylı kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən göründüyü kimi, Cavabdeh1 hər ay AZN 1295,45 (bir min iki yüz doxsan beş manat qırx beş qəpik) məbləğini annuitet ödəniş olaraq (əsas borc və faiz) iddiaçıya ödəməlidir. Lakin o, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdeh1 17.04.2020-ci il tarixirə əsas borcu AZN 12870,33 (on iki min səkkiz yüz yetmiş manat otuz üç qəpik), faiz borcu AZN 1702,25 (bir min yeddi yüz iki manat iyirmi beş qəpik), hesablanan dəbbə pulu (penya) isə AZN 706,14 (yeddi yüz altı manat on dörd qəpik) təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə görə borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı və istifadə etdiyi vəsaiti 12 (on iki) ay ərzində qaytarmağı qeydşərtsiz olaraq öhdəsinə götürür. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin 1.1. bəndinə görə, Zamin, bu müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə borcalan bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Borcalanla ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürür. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həd edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbimizi aşağıda sadalanan qanunvericilik aktı normalarına və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə əsaslı hesab edirlər. Tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü maddəsinə əsasən, borcalan əsas borc və ya faizlərin ödənilməsini ardıcıl 2 dəfə gecikdirdikdə, Bank bütıın borcu vaxtı keçmiş borc hesablarına ara və bütün borcun vaxtında əvvəl qaytarılmasını tələb edə bilər. Cavabdeh isə iyun ayından etibarən ödəniş etməmişdir. Ondan əvvəlki dövrlərdə də etdiyi ödənişlər tam olaraq həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış 20.06.2319-cu il tarixli, **********000013 saylı kredit müqaviləsinin 4.1. bəndinə əsasən, borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 72 (on iki) ay ərzində qaytarmağı qeyd şərtsiz olaraq öhdəsinə götürür. Həmin müqavilənin 5.3. maddəsinə əsasən, kredit üzrə faizlə kreditin verildiyi günə faizləri şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayma görə hər gün illik 20 %-lə günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi və qaytarıldığı günlər üçün də hesablanır. Həmin müqavilənin 6.2. maddəsinə əsasən, Borcun faktiki olaraq ödənildiyi tarixədək, gecikdirilən əsas məbləğə 5.3 bəndində göstərilmiş faiz dərəcəsinin 1 günə düşən hissəsinin (20%) iki qatı (40%) qədər gündəlik dəbbə pulu hesablanır və Borcalan tərəfindən ödənilir. Göründüyü kimi, cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etmimişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1775/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20.06.2019-cu il tarixli **********000013 saylı kredit müqaviləsi üzrə 12870,33 manat məbləğində əsas borc, 1702,25 manat məbləğində faiz borcu, 706,14 manat məbləğində cərimə, ümumilikdə 15278,72 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Babək Qasımov). Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Ayvazov iddiadan imtina barədə ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” 2(103)-4789/2021 saylı mülki iş üzrə iddia edilən borc məbləği restrukturizasiya edildiyindən iddiadan imtina edirik, işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edirik. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1775/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1775/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4789/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4789/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver