Məhkəmə qərarları › İş №2(103)-4789/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4789/2025

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4789/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X4 cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh “xxxx” MMC-yə qarşı işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx” MMC ilə X4 arasında ##.##.2023-cü il tarixdə 1 il 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilədə işçinin əmək haqqı 400 manat, məzuniyyət günlərinin sayı 21 gün, iş saatı gündə 8 saat, həftədə 40 saat göstərilmişdir.

2. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə X4 əmək müqaviləsinin müddəti bitdiyi halda müddətin artırılmayacağı barədə xəbərdar edilmişdir.

3. İşəgötürənin ***/k nömrəli əmri ilə X4 ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir.

4. Son haqq-hesaba dair arayışdan görünür ki, X4 952,79 manat məbləğində son haqq-hesab ödənilmişdir.

5. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət olunmuş, HYPERLINK "https://www.google.com/search?q=%C4%B0lkin+Mediasiya+Sessiyas%C4%B1&sca_esv= d690ffcb785891a9&ei=baDcab75J83n7_UP_4HxkQg&biw=1600&bih=739&ved=2ahUKEwj 29eGJrOqTAxXllP0HHWyWBZAQgK4QegQIARAB&uact=5&oq=mediasiyada+%C4%B0M S+n%C9%99dir&gs_lp=Egxnd3Mtd2l6LXNlcnAiF21lZGlhc2l5YWRhIMSwTVMgbsmZZGlyM ggQABiABBiiBDIIEAAYgAQYogQyCBAAGIAEGKIEMggQABiABBiiBDIIEAAYgAQYogRI8z FQ_QVYvyxwBngAkAEAmAHSAaAB_RaqAQYwLjE1LjK4AQPIAQD4AQGYAhCgAqgOwgI LEAAYgAQYsAMYogTCAggQABiwAxjvBcICBRAAGO8FwgIIECEYoAEYwwSYAwCIBgGQ BgOSBwU2LjkuMaAH9iqyBwUwLjkuMbgHhA7CBwcwLjYuOC4yyAdIgAgA&sclient=gwswizserp&mstk=AUtExfCUkBid5KB0fI1CYGHGmaXl4TW8e3JWIQjyd6fguCA4m5kWkVovHHQ5 67uML_epJOlmMPf25Z9w9xHxELUD4GEs2dUawqRa_lo4JxyQiypADvxLQyVGghZaXZEsv 3iYitc&csui=3" ilkin mediasiya sessiyasından sonra mediasiya təşkilatı tərəfindən ##.##.2025-ci il tarixində prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X4 cavabdeh “xxxx” MMC-yə qarşı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-də işə bərpa olunması, işləmədiyi ayların əmək haqqının ödənilməsi, 2023-cü ilin iyul ayı üzrə az hesablanmış 81 manatın, bulletenə görə az hesablanmış 61 manatın, məzuniyyətə görə az hesablanmış 14 manatın, kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manatın, normadan artıq işlədiyi hər saat üçün ikiqat əmək haqqının (iş günlərinin sayına uyğun olaraq), əmək haqqından artıq tutulmuş 1.483,76 manat pulun, mənəvi ziyana görə 2.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2023-cü il tarixində “xxxx” MMC ilə əmək müqaviləsi bağlayaraq MMC-yə quraşdırıcı çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi ##.##.2025-ci il tarixinədək, 1 il 6 ay müdətinə bağlanmış, o, həmin tarixədək “xxxx” MMC-də quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. Iş elanlarında əmək haqqı 1.000 manatdan hesablanacağı bildirilsə də, MMC onunla 400 manata müqavilə bağlamışdır. ##.##.2024-cü il tarixdə o, məzuniyyətə çıxmışdır. Məzuniyyətə çıxmamışdan əvvəl iyul ayında onun 27 iş günü olmuş, hər iş günü 40 manatdan hesablanmalı olduğu halda 37 manatdan hesablanmışdır. Belə olan halda ona 27*40=980 manat əmək haqqı hesablanmalı olduğu halda, ona 27*37=899 manat hesablanmışdır ki, bu da ona 81 manat ziyan vurulması ilə nəticələnib. 5 günlük iş həftəsində maksimum iş günü 22 gün olmalı olduğu halda MMC onu hər həftə 6 gün işlətmiş, ona görə hər ayda onun 27 iş günü olmuş, bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin o bundan əvvəl xəstə olduğuna görə 3 gün bülletendə olmuş və ##.##.2023-cü il tarixində həmin 3 günə görə ona 49,29 manat pul ödənilmişdir ki, bu da düzgün hesablanmamış, MMC tərəfindən onun hüquqları pozulmuşdur. Xəstəliyə görə hesablanmış pul sosial arayışda əks olunmamışdlr. Əmək müqaviləsinə əsasən o, hər gün 8 saat işləməli olduğu halda hər gün 9 saat işlədilib, həmçinin, hər həftə 5 gün işləməli olduğu halda hər həftə 6 gün işləyib. Qanunvericiliyə əsasən artıq işlədiyi saatlara görə ona iki qat əmək haqqı hesablanmalı olduğu halda ümumiyyətlə əmək haqqı hesablanmaylb. Həmçinin, əmək müqaviləsinin 6.1 bəndinə əsasən işçinin məcburi dövlət social sığortası üçün qanunvericilkilə müəyyən olunmuş qaydada hər ay əmək haqqının 3 %i miqdarında sığorta haqqı tutulmalı olduğu halda onun əmək haqqından tutulmalar düzgün hesablanmayıb və o, iddia ərizəsinə əlavədə cədvəl şəklində tutulmaları məhkəməyə təqdim edib. Cədvəldə artıq tutulmalar öz əksini tapmışdır. O, işdən azad olunduğu gün son hesabını, işdən azad olunması barədə əmrin surətini və əmək kitabçaslını almalı olduğu halda əmək kitabçasını ##.##.2025-ci il tarixdə ala bilib. O, “xxxx” MMC-də işldiyi müddətdə əmək haqqı düzgün hesablanmayıb, bununla bağlı daim rəhbərliklə aralarında mübahisələr olub, müxtəlif instansiyalara get-gəl edib, əsəb gərginliyi ilə yaşayıb, mənəvi sarsıntılar keçirib. O, düzgün olaraq hesab edir ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntılara, çəkdiyi iztirablara görə “xxxx” MMC ona vurduğu mənəvi zərərin əvəzini ödəmlidir. Həmçinin onun işdığən azad ediləcəyi barədə edilmiş xəbərdarlıq düzgün olmayıb, ona görə o, yenidən əvvəlki işinə bərpa olunmaq istəyir.

8. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq belə əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürməklə cavabdeh qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “ ddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilib. İddiaçı mediasiya təşkilatına müraciət edib. Müvafiq arayışı ##.##.2025-ci il tarixində əldə edib. Lakin məhkəməyə ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət edib. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.” “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.2.-ci maddəsinə “Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən “Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.” İddiaçının müddətli əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilib. İddiaçı cəmiyyətə mediasiya prosesinin tətbiqinə dair təklifi ##.##.2025-ci il tarixində göndərib. Deməli işçi əmək hüquqlarının pozulduğunu bildiyi tarix ##.##.2025-ci ildir. Belə olduğu təqdirdə işçinin iddia tələbindən işə bərpa ilə bağlı hissəsində iddia müddətinin ötürüldüyü açıq aydın görünür. Həmçinin iddia tələbinin digər hissəsi 2023-cü ilin iyul ayı üçün az hesablanmış 87 manat, bülletenə görə az hesablanmış 61 manat, məzuniyyətə görə az hesablanmış 14 manatın, kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manat pulun, həmçinin mənəvi zərərə görə 2.000 manat ödənilməsidir. Əmək haqqı ilə bağlı tələbi 2023-cü ilin iyul ayını, ##.##.2023-##.##.2023-cü il üzrə xəstəlik vərəqəsi üzrə pul tələbi, məzuniyyətlə bağlı tələbi də 2024-cü ili əhatə edir. Kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manat pulun, həmçinin mənəvi zərərə görə 2.000 manatın da əsas tələbi üzrə iddia müddəti keçdiyindən o hissədə tələbi rədd edilməlidir. İddia tələbi Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 aylıq və 1 illik müddət keçəndən sonra irəli sürməklə iddia müddətini ötürmüşdür.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Ş.Şövkətli-Mənsimli) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin vəkili-nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İş materialları ilə təsdiq olunmuşdur ki, iddiaçı həqiqətən də iddia tələbinin bəzi hissələrində iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixdə, yəni, işdən azad edildiyi gün bu barədə məlumatlı olmuş və həmin günün səhəri, ##.##.2025-ci il tarixdə işəgötürənə mediasiya təklifi göndərmişdir. ##.##.2025-ci il tarixdə ilkin mediasiya təklifinin göndərilməsi ilə iddia müddətinin axımının dayanması, ##.##.2025-ci ildə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışın verilməsi ilə iddia müddətinin axımının bərpa olunması və iddiaçının məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etdiyi nəzərə alındığında iddiaçının iddia tələbinin işə bərpa hissəsində 1 aylıq, 2023-cü ilin iyul ayı üzrə az hesablanmış 81 manatın, bülletenə (##.##.2023-cü il tarixli) görə az hesablanmış 61 manatın ödənilməsi hissələrində isə 1 illik iddia müddətini ötürdüyü təsdiq olunur.

11. İddia tələbinin əmək haqqından artıq tutulmuş 1483,76 manat pulun ödənilməsi hissəsində 1 illik iddia müddətinin ötürülmədiyi aylara münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı əmək haqqından tutulmalarını hesablayarkən əmək haqqından hər ay 3 faiz tutulmalı olduğunu qeyd edərək hesablamanı bu qaydada aparmışdır. Lakin istinad olunan qanunvericilik normalarının tələblərindən görünür ki, iddiaçının əmək haqqından əmək haqqının 200 manatadək hissəsindən tutulan 3 faiz sosial sığorta haqqından başqa, 200 manatdan çox hissənin 10 faizi sosial sığorta haqqı, əmək haqqının 0,5 faizi işsizlikdən sığorta haqqı və əmək haqqının 2 faizi icbari tibbi sığorta haqqı tutulmalıdır. İşəgötürən tərəfindən iddiaçının əmək haqqı məhz qeyd edilən tutulmalar aparılmaqla ödənildiyi üçün əmək haqqının ödənilməsində hər hansı artıq tutulmaya yol verilməmişdir, odur ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.

12. İddia tələbinin normadan artıq işlədiyi günlər və saatlar üçün ikiqat əmək haqqının (iş günlərinin sayına uyğun olaraq) ödənilməsi hissəsində 1 illik iddia müddətinin ötürülmədiyi aylara münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının bununla bağlı təqdim etdiyi yeganə sübut işçilərin gündəlik davamiyyətinin qeydiyyatı vərəqi adlanan sənəd olmuşdur. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, həmin sənəddə işəgötürənin möhürü və səlahiyyətli şəxsinin imzası yoxdur. Digər tərəfdən, həmin sənəddə işçilərin işə başlama vaxtı 08:00, işi bitirmə vaxtı qrafaların birində 18:00, digərində 17:15 qeyd edilmişdir ki, bununla da işin başlama və bitmə vaxtı dəqiq müəyyən oluna bilməz. Bundan başqa, cavabdeh tərəfindən təqdim olunmuş tabellərdən görünür ki, iddiaçının həftəlik iş günü 5 gündən, gündəlik iş saatları 8 saatdan artıq olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçının iş vaxtından artıq işlədiyi sübut edilmədiyi üçün bu hissədə də iddia əsassızdır.

13. İddia tələbinin məzuniyyətə görə az hesablanmış 14 manatın ödənilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, məzuniyyət pulunun hesablanmasına dair arayışdan görünür ki, 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək 1 iş ili üçün X4 889,80 manat məzuniyyət pulu hesablanmışdır. Arayışdan görünür ki, məzuniyyət pulu Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq düzgün hesablanmış və məcburi tutulmalar çıxıldıqdan sonra iddiaçıya ödənilmişdir. Məzuniyyət pulunun hesablanmasında və ödənilməsində hər hansı pozuntuya yol verilmədiyi üçün bu hissədə də iddia təmin edilməməlidir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, işə bərpa və digər hissələrdə iddia təmin edilmədiyindən, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi, kargüzarlıq xərclərinin və mənəvi ziyanın ödənilməsi hissəsində də iddia təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.1.1, 140.3, 157.1, 296.1, 296.2, 296.3, 296.4, 296.6-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarına, “Sosial sığorta haqqında” ##.##.1997-ci il tarixli Qanunun 14.4-cü, “İşsizlikdən sığorta haqqında” ##.##.2017-ci il tarixli Qanunun 9.0.2-ci, “Tibbi sığorta” haqqında ##.##.1999-cu il tarixli Qanunun 15-10.1, 15-10.1.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasında vəkili dəfələrlə vəsatətlər verərək hər səhər müəssisəyə daxil olan zaman imza etdiyi kitablara baxış keçirilməsini və təqdim etdiyi şahidlərin dindirilməsini xahiş etsə də, vəsatətləri hakim tərəfindən təmin olunmayıb. Nəticədə hər gün imzaları ilə işə başlama və işdən çıxma saatlarının əks olunduğu kitablara baxmaq əvəzinə cavabdehin vəkil nümayəndəsinin təqdim etdiyi table cədvəllərinə istinad etmişdir. Həmin cədvəlləri isə müəssisə rəhbərinin göstərişi ilə aidiyyəti əməkdaş müəssisə rəhbərinin istəyinə uyğun tərtib etmişdir. İkincisi, onun məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmədiyi halda, məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi vəsatətə uyğun olaraq onun iddia müddətini ötürməyi qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin vəkili-nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. Hakimin fikrincə iş materialları ilə təsdiq olunmuşdur ki, iddiaçı həqiqətən də iddia tələbinin bəzi hissələrində iddia müddətini ötürmüşdür. İşçi birbaşa məhkəməyə müraciət edirsə, o zaman hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfind müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işç hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərər ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Yuxarıda qeyd etdikləri nəzərə alınsa, o, iddia müddətini ötürməmişdir. Belə ki, Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, müəssisənin onunla bağladığı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, təklifin göndərildiyi tarix ##.##.2025-dir. İMS sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, arayış ##.##.2025-ci il tarixində verilmişdir. Lakin o, məhkəməyə ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə bunu iddia müddətinin buraxılması kimi qiymətləndirsə də, o, son hesabını və əmək kitabçasını ##.##.2025-ci il tarixdə almışdır. Ona görə onun üçün iddia müddəti həmin tarixdən hesablanmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Qanunun tələblərinə görə işəgötürəndən tutulma 22 faizdir, işçidən 3 faizdir. O, məzuniyyətə çıxanda mühasibə bildirmişdir ki, hesablamanı düz etməyib. Məhkəməyə təqdim etdiyi şəkildəki jurnalda girişdə də, çıxışda da imza çəkilir. Ondan qabaq 2 nəfər var idi, saat 6-da çıxırdı. O, fürsət tapıb şəkli çəkə bildi. İmzasının və çıxış vaxtının olmamağı ola bilməz. Orada girişə, ya da çıxışa imza çəkməyəndə pul vermirlər. 1 vərəqdir, orada onun adı da var. İşdə vəzifə quraşdırıcı çilingər olub.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq həkim müayinəsində olduğu üçün iclasda üzürlü səbəbdən iştirak edə bilmədiyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 140.1 1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Maddə 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli Qərarı. «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşdən görünür ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh MMC tərəfindən quraşdırıcı-çilingər kimi işə qəbul edilmiş, əmək müqaviləsi 1 il 6 ay müddətinə bağlanmışdır. Cavabdeh ##.##.2024-cü il tarixdə iddiaçını xəbərdarlıq etməklə ##.##.2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir.

29. Bundan sonra, iddiaçı ##.##.2025-ci il tarixində Bakı * saylı Mediasiya Təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixli arayışı aldıqdan sonra isə ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. İddiaçı əmək kitabçasının ona ##.##.2025-ci il tarixdə verildiyinə istinad etsə də, işdən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra növbəti gün mediasiya təşkilatına müraciət etməsi onu deməyə əsas verir ki, artıq iddiaçı həmin gün hüququnun pozulduğunu bilirdi.

31. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən işə bərpa tələbinə dair iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüş, müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdir.

32. Məhkəmə kollegiyası iddia tələbinin ##.##.2023-cü il tarixdə xəstəliklə bağlı az hesablanmış 61 manatın, 2023-cü ilin iyul ayı üçün az hesablanmış 87 manatın ödənilməsi tələbinə münasibətdə 1 illik iddia müddətinin ötürülməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

33. Apellyasiya araşdırması zamanı məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında (cild 1 səh 90-108) mövcud olan tabel uçot vərəqəsinə əsasən ##.##.2025-ci il tarixinədək olan 1 illik dövr üzrə cavabdeh tərəfindən iddiaçının əmək haqqından hər ay tutulmalı olan dövlət məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta haqqları qanunvericiliyin tələblərinə uyğun hesablanması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan mövcud sənədlərə (tabel uçot vərəqəsi, bank hesabından çıxarış, müavinətin hesablanmasına dair məlumat və s.) əsasən X6 orta günlük müavinəti 16,43 manat olmaqla, 3 gün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmalı müavinət 49,29 manat məbləğində müəyyən edilir. Bundan başqa, X6 889,11 manat məbləğində məzuniyyət haqqının hesablanıb ödənilməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında mövcud sənədlərə əsasən X6 haqq-hesab olaraq 359,90 manat və son əmək haqqı olaraq 697,00 manat olmaqla ümumilikdə 1056,90 manat hesablanması müəyyən edilir. Hesablanmış ümumi (1.056,90) məbləğdən tutulmalar (cəmi 104,11 manat) çıxıldıqdan sonra 952,79 manat məbləğində ödənilməsi müəyyən edilir.

34. Ekspert rəyinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2023cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək 1 iş ili üçün nəzərdə tutulmuş məzuniyyətə görə az hesablanmış 14 manatın tutulması barədə tələbi də əsassızdır. Həmçinin, sözügedən rəyə əsasən cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənilərkən qanunvericilikdə nəzərdə tutulmayan hər hansı tutulmaya yol verilməmişdir.

35. Kollegiya iddiaçının normadan artıq işlədiyi günlər və saatlar üçün ikiqat əmək haqqı tələbini də əsassız hesab edir. Belə ki, iddiaçı bu tələblə bağlı məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli sübutda (iş v.35) iddiaçının adı və vəzifəsi (quraşdırıcı-çilingər) qeyd olunan qrafada işin başlanma saatı 8:00 qeyd edilsə də, işin bitmə vaxtı olan qrafada hər hansı məlumat göstərilməmiş, bununla bağlı imza qrafası iddiaçı tərəfindən imzalanmamışdır.

36. Bundan başqa, iddiaçı işlədiyi dövrdə cavabdehin barəsində X5 Xidmətinə şikayət etsə də, şikayətində yalnız əmək haqqının 800-1.050 manat məbləğində olduğunu, lakin əmək müqaviləsində 345 manat qeyd edildiyini bildirmiş, əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işə cəlb edildiyindən şikayətlənməmişdir.

37. İddiaçı şikayətində hər səhər müəssisəyə daxil olan zaman imza etdiyi kitablara baxış keçirilməli olduğunu bildirsə də, bununla bağlı kollegiyanın sualına cavab olaraq cavabdehin nümayəndəsi tərəfindən hər ayın sonunda jurnalda kimin gəlib-gəlmədiyi müəyyən edildikdən sonra ləğv edildiyi bildirilmişdir. Bundan başqa, kollegiya iddiaçının təqdim etdiyi şahidin dindirilməli olması ilə bağlı vəsatətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, iddiaçının özünün bildirdiyinə görə həmin şahid cavabdeh tərəfindən işdən çıxarılmışdır. Belə olan halda, həmin şahidin cavabdehə münasibətdə qərəzli mövqe sərgiləməsi istisna edilmir.

38. Kollegiya hesab edir ki, yuxarıda göstərilən tələblər üzrə iddia təmin edilmədiyindən, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi, kargüzarlıq xərclərinin və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə törəmə tələbləri də təmin edilə bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat dövlət büdcəsi vəsaitinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar