Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4798/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Rövşən Musayevin və Yalçın Babayevin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” 2(005)- 741/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin 14 iyul 2020-ci il tarixli, MGT2464161A112 saylı müqaviləsinin və müqavilə üzrə ödəniş cədvəlinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3074/2016 saylı mülki iş üzrə 03 may 2016-cı il tarixli məhkəmə əmri ilə xx.xx.1945-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 102-də qeydiyyatda olan İddiaçı Cavabdeh ASC-nin xeyrinə 5372 manat əsas borcu, 1660,35 manat faiz borcu, cəmi 7032,35 manat və 20 manat dövlət rüsumu məbləğində pul tutulması əmr edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəmsinin 2(002)-3074/2016 saylı mülki iş üzrə 03 may 2016-cı il tarixli məhkəmə əmri qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən tutmanın pensiya haqqına yönəldilməsi və hər ay pensiya haqqından 199,58 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan 2020-ci ilin avqust ayınadək hər ay 199,58 manat məbləğində pul pensiyadan tutularaq cavabdehə ödənilmişdir. 2020-ci ilin avqust ayında Cavabdeh ASC-nin əməkdaşları iddiaçıya zəng edərək bildirmişlər ki, guya bir neçə aydır onların hesabına ödənişlər edilməmişdir və buna görə də iddiaçının banka əlavə borcu yaranmışdır. İddiaçı deyilənə etirazını bldirərək belə olmadığını, hər ay pensiyadan tutulmalar edildiyini bildirmişdir. Bank işçiləri təkid edərək, ödənişin vaxtını uzatmaqla yeni ödəniş cədvəli tərtib edib iddiaçıya təqdim etmiş və bununla da banka olan borcunun həcmi süni surətdə artırılmışdır. Onlar bunu onunla əsaslandırmışlar ki, guya aylıq ödənişlər tam olaraq yerinə yetirilməmiş, yəni bir neçə ay pensiyadan tutulmamışdır və guya bununla bağlı yeni kredit müqaviləsi bağlanmalıdır. Lakin onlara bildirmişdir ki, elə bir ay olmamışdır ki, iddiaçı pensiya haqqı məbləğindən tutma həyata keçirilməsin. Bunu sübut etmək üçün iddiaçı “Dost” mərkəzinə müraciət etmiş və aylar üzrə ödənişlərin tam şəkildə pensiyadan tutulduğu müəyyən edilmişdir. Onlar iddiaçıya heç bir müqavilə təqdim etməmiş, yalnız ödəniş cədvəlini vermiş və hər ay 64,06 manat olmaqla 2 il müddətinə bu ödənişləri həyata keçirməyinin vacib olduğunu söyləmişlər. Sonradan ödəniş cədvəlinə nəzər yetirərkən aydın olmuşdur ki, sən demə Cavabdeh ASC ilə 14 iyul 2020-ci il tarixdə MGT2464161A112 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədən iddiaçının xəbəri olmamış, sözügedən müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Bank işçilərinə müraciət edərək müqaviləni iddiaçıya təqdim etmələrini tələb etsə də, həmin müqavilə iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi yeni tərtib edilmiş ödəniş cədvəlinə əməl olunarsa iddiaçı əlavə olaraq xeyli miqdarda pul ödəməliydi. Bu isə qanunsuz bir tələb olmaqla bərabər, onsuz da ağır olan maddi duruma əlavə zərbədir. Yeni müqavilə və müqavilə üzrə ödəniş cədvəli qanusuz sənəddir və ona görə də etibarsız hesab edilməlidir. İddiaçı Cavabdeh ASC-nin əməkdaşlarına təkidlə müraciət edərək anlaşmanın ləğv edilməsini xahiş etsə də, buna əməl olunmamış, hər ay iddiaçıdan əlavə ödəniş tələb ediliməkdədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində də qeyd etdiyi kimi, Qaradağ Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(002)-3074/2016 saylı məhkəmə əmrinə əsasən cəmi 7032.35 və 20 manat dövlət rüsumunun İddiaçı tutulub Cavabdeh ASC'-nə ödənilməsi əmr edilmişdir. Əmr qanuni qüvvəsinə alaraq icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilmişdir. İcra tədbirləri nəticəsində İddiaçı yaşa görə pensiya aldığı müəyyən olunmuş, icra sənədi üzrə onun pensiyasından tutulmaların aparılması üçün icra tədbirləri görülmüşdür. Nəticədə 14.07.2020-ci il tarixədək ümumilikdə İddiaçı pensiyasından 5854.82 manat “Muğanbank" ASC-nin xeyrinə tutulmuşdur. Pensiya tutulmaların və ödəmələrin nəticəsində İddiaçı “Muğanbank" ASC-yə 1177.53 manat və 20 manat (dövlət rüsumunun əvəz.) qalıq borcu təşkil etmişdir. Sonradan qeyd edilən 1198 manat qalıq borc üzrə 14.07.2020-ci il tarixli, MGT2464161 Al 12 saylı yeni kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2 il ərzində hər ay 64.06 manat “Muğanbank" ASC-yə ödənilməsi öhdəliyi üzərinə qoyulmuşdur. Kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərin pozulması tamamilə əsassızdır. Hər bir halda, kredit müqaviləsinin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Hesab edirik ki, kredit müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və həmin müqavilənin ləğvi üçün heç bir əsas mövcüd deyildir. İddiaçının borcu qalmadığını iddia etməsi tamamilə absurd və əsassızdır. Bundan əlavə Qaradağ Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(002)-3074/2016 saylı icra sənədi üzrə borclunun qalıq borc məbləği həcmində yeni kredit müqaviləsi bağlanması səbəbindən tərəflərindən 21.08.2020-ci il tarixində işin icraatına xitam verilməsinə dair M/l 9-4833 saylı ərizə Qaradağ rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. Lakin 14.07.2020-ci il tarixindən sonra da Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən sonra İddiaçı pensiyasından tutulmalar davam etmiş və 1197.48 manat məbləğində vəsait Cavabdeh ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh ASC tərəfindən həmin pul vəsaiti kassadan məxaric olunub İddiaçı qaytarılmışdır. Göründüyü kimi iddiaçının Cavabdeh ASC ilə bağladığı 14.07.2020-ci il tarixli, MGT2464161A112 saylı kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilən kredit müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskarı olmuşdur. Həmçinin Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən İddiaçı pensiyasından tutulan və Cavabdeh ASC-nin hesabına daxil olmuş 1197.48 manat məbləğində vəsait 14.07.2020-ci il tarixində kassa məxaric order ilə iddiaçıya geri qaytarılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İddiaçı həmçinin yazılı ərizə təqdim edərək bildirdi ki, iş üzrə 14 iyul 2020-ci il tarixli kredit müqaviləsini və həmin müqavilə üzrə kassa məxarıc qəbzini özü imzalamış, lakin onu aldadaraq həmin sənədləri imzalatdırmışlar. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(002)-3074/2016 saylı məhkəmə əmri ilə xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 102-də qeydiyyatda olan İddiaçı Cavabdeh ASC-nin xeyrinə 5372 manat əsas borcu, 1660,35 manat faiz borcu, cəmi 7032,35 manat və 20 manat dövlət rüsumu məbləğində pul tutulmuşdur. Tərəflər arasında bağlanılmış 14.07.2020-ci il tarixli, MGTK2464161A112 nömrəli kredit müqaviləsinin surətinə əsasən, borcalana müqavilənin 1.1-ci bəndinə görə 1198 (bir min yüz doxsan səkkiz) manat məbləğində kredit verilir, borcalan isə əsas borcu, kreditdən istifadəyə görə hesablanacaq faizləri və digər borcları bu müqavilə ilə müəyyən olunan müddətdə və qaydada kreditora ödəyir. Cavabdeh ASC-nin 14.07.2020-ci il tarixli kassa məxaric qəbzinin surətinə əsasən İddiaçı bankdan 1198 (bir min yüz doxsan səkkiz) manat məbləğində vəsait aldğını təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müayyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvalıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pııl məbləği olduqda, o. kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı iş üzrə, tərəflər arasında balanılmış 14.07.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyinə uyğun olaraq borcalana kredit vermişdir. İddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməsini, krediti və ona hesablanmış faizləri tam ödəməsini, və (ya) həmin müqavilənin etibarsız hesab edilməsi hallarını sübuta yetirə bilməmişdir. Habelə, nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə təqdim etdiyi yazılı ərizə bildirmişdir ki, iş üzrə 14.06.2020-ci il tarixli müqaviləni və həmin müqavilə üzrə kassa məxarış qəbzini özü imzalamışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, qanunvericiliklə əqdin etibarsız hesab edilməsi əsasları müəyyən edilmişdir. Kollegiya tərəfindən işin tədqiq edilmiş hallarında qanunvericliyin həmin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Həmin Məcəllənin 347.5-ci maddəsinə görə predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 347.7-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh «Muğanbank” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)- 741/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh «Muğanbank” ASC-yə qarşı Cavabdeh ASC-nin 14 iyul 2020-ci il tarixli, MGT2464161A112 saylı müqaviləsinin və müqavilə üzrə ödəniş cədvəlinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4798/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4798/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver