Məhkəmə qərarları › İş №2(103)-4798/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4798/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4798/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(001)-8799/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurduğu maddi zərərə görə, təmir bərpa xərcləri üçün 2882,55 manat, hüquqi yardım xidmətlərinə görə 270 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun, “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün 100 manatın və mənəvi zərərə görə 3500 manat məbləğində pul olmaqla, ümumilikdə 7232,55 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(001)- 8799/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1132,55 (bir min bir yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun, habelə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pulun, “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianı təmin edilməməsini xahiş etmişdir. Hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 21 dekabr 2021-ci il tarixli, 2(001)-8799/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikahyətinin verildiyini qeyd edərək, şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 13 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar