Məhkəmə qərarları › İş №2(103)-4803/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4803/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4803/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-598/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi, öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 'Dəmir Bank” ASC-nin Əməliyyat İdarəsi filialı ilə onun arasında imzalanmış 10.03.2017-ci il tarixli, **********39 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərin yerinə vetirilmiş hesab edilməsi və həmin müqavilə üzrə ona hesablanmış bütün borc məbləğlərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.03.2017-ci il tarixdə mənimlə 'Dəmir Bank" ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 70399560-4 nömrəli “göy əmanət” adlı müddətli bank əmanəti müqaviləsinə əsasən illik 3% olmaqla 02.03.2017-ci il tarixdən 02.03.2018-ci il tarixədək 15.000 (on beş min) ABŞ dolları məbləğində pul onun tərəfindən "xxxx" ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuşdur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qeyd edilən əmanət "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır. 10.03.2017-ci il tarixdə mənimlə Cavabdeh ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın veriilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Bank tərəfindən mənə illik 8% olmaqla 10.03.2017-ci il tarixdən 10.02.2018-ci il tarixədək 11.000 (on bir min) ABŞ dolları məbləğində kredit xətti açılmış və 051T03170039 nömrəli 10.03.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin təminatı kimi onunla Cavabdeh ASC-nin Əməliyyat İdarəsi filialı arasında 10.03.2017-ci il tarixli, GM1_051 T03170039 nömrəli girov müqaviləsinə əsasən "xxxx" ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 (on beş min) ABŞ dolları məbləğində pul Banka girova qoyulmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edildikdən sonra o da digər əmanətçilər kimi Banka gedərək depozit hesabında olan əmanətini götürmək istəmiş və bu zaman Bank əməkdaşları tərəfindən ona 10.03.2017-ci il tarixdə onunla Cavabdeh ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən açılmış 11.000 (on bir min) ABŞ dolları məbləğində kredit xətti üzrə götürdüyüm məbləğin 02.03.2017-ci il tarixdə onunla Cavabdeh ASCnin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 70399560-4 nömrəli “göy əmanət” adlı müddətli bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 (on beş min) ABŞ dolları məbləğində puldan çıxılacağı bildirilmişdir. O da öz növbəsində deyilənlərlə razılaşaraq qısa müddət ərzində əvəzləşdirilmənin aparılmasını və qalıq məbləğin ödənilməsini xahiş etmişdir. 09.02.2018ci il tarixdə Bank əməkdaşları ona "xxxx" ASC-nin bank kartını verərək kredit xətti üzrə götürdüyü 11.000 (on bir min) ABŞ dolları əsas borc və onun faizləri çıxılmaqla kompensasiyanın həmin kart hesabına köçürüldüyünü bildirmişlər və O, Bank əməkdaşları tərəfindən təqdim edilmiş kart vasitəsi ilə "xxxx" ASC-nin bankomatından 7.498 (yeddi min dörd yüz doxsan səkkiz) manat, yəni dolların manata olan məzənnəsi üzrə (7,498:1,70) 4,410 (dörd min dörd yüz on) ABŞ dolları məbləğində pulu hesabdan çıxarmışdır. Götürdüyü məbləğdən başa düşmüşdür ki, Bankın əməkdaşlarının dediyi kimi kredit xətti üzrə götürdüyü 11.000 (on bir min) ABŞ dolları əsas borc və onun faizləri "xxxx" ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabında olan 15.000 (on beş min) ABŞ dolları məbləğində pulundan silinməklə tam şəkildə əvəzləşdirilmişdir. Bundan sonra nə onun Banka qarşı, nə də aşağıda qeyd edilən məktuba qədər Bankın ona qarşı heç bir şifahi və ya yazılı tələbi olmamışdır. Lakin bütün hadisələrin baş verməsindən xeyli müddət sonra 27.11.2018-ci il tarixdə ünvanına "xxxx" ASC-nin ləğveclicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin direktoru cənab Aslan Rəhimov tərəfindən imzalanmış **********349 nömrəli, 16.11.2018-ci il tarixli məktub daxil olmuşdur. Qeyd edilən məktubda LPO Cavabdeh ASC ilə onun arasında bağlanmış 10.03.2017-ci il tarixli kredit verilməsi haqqında müqaviləyə əsasən Bank tərəfindən ona illik 8 (səkkiz) faiz ödənilməsi şərli ilə 11 (on bir) ay müddətinə 11,000 (on bir min) ABŞ dolları məbləğində kredit verildiyi, lakin qeyd olunan kredit müqaviləsinin tələbləri onun tərəfindən pozularaq kredit ödənişləri qrafika uyğun həyata keçirilmədiyi, bununla da kredit öhdəliklərinin lazımınca icra edilmədiyi, bunca nəticəsində onun 15.11.2018-ci il tarixinə Banka 10970,60 (on min doqquz yüz vetnıiş dollar 60 sent) AB, dolları məbləğində əsas borc, 741,13 (veddi yüz qırx bir dollar 13 saent) ABŞ dolları məbləğində faiz borcu, 663,49 (altı yüz altmış beş dollar 49 sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 12377,22 (on iki min üç yüz yetmiş yeddi dollar 22 sent) ABŞ dolları borcunun qaldığı və borclarını ödəməkdən qəsdən yayınmağının son nəticədə cinayət məsuliyyətinə cəlb olunmağı ilə nəticələnə biləcəyi göstərilmişdir. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin direktoru cənab Aslan Rəhimov tərəfindən imzalanmış **********349 nömrəli, 16.11.2018-ci il tarixli məktubda göstərilənlər qətiyyən həqiqəti əks etdirməməklə yanaşı, həmçinin onun hüquqlarının pozıılmasına səbəb olur. Bu səbəbdən də onun tərəfindən 14.12.2018-ci il tarixli məktubla "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunaraq Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin direktoru cənab Aslan Rəhimov tərəfindən imzalanmış **********349 nömrəli, 16.1.2018-ci il tarixli məktubunda yazılanların araşdırılmasını, əgər onun həqiqətən də Banka ümumilikdə 12377,22 (on iki min üç yüz yetmiş yeddi dollar 22 sent) ABŞ dolları borcu olduğu təqdirdə nə səbəbdən ona "xxxx" ASC-də açılmış Z76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 (on beş min) ABŞ dolları məbləğində pulunun tam ödənilməməsi və ondan tutulmuş 131,46 (yüz otuz bir manat 46 qəpik və 10954,2 (on min doqquz yüz əlli dörd dollar 20 sent) ABŞ dolları məbləğində pulun hansı səbəbdən tutulması barədə məlumat verilməsini, borcu olmadığı təqdirdə isə bu barədə ona Bank tərəfindən müvafiq arayışın verilməsini xahiş edilmişdir. Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən cənab Vüqar Abdullayev tərəfindən imzalanmış, tələbimizə növbəlilik çərçivəsində baxılacağı, 14.01.2019-cı il tarixinə qeyd olunan kredit üzrə ləğv prosesində olan Cavabdeh ASC-və 12664,90 ABŞ dolları borc öhdəliyinin olması barədə ümumi cümlələrdən ibarət **********641 nömrəli, 15.01.2019-cu il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda onun 14.12.2018-ci il tarixli məktubda qoyduğu suallara və etdiyi müraciətə ümumiyyətlə cavab verilməmişdir. O, üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirdiyi halda, guya onun borc öhdəliyinin 12377,22 (on iki min üç yüz yetmiş yeddi dollar 22 sent) ABŞ dolları məbləğdən artaraq, 14.01.2019-cu il tarixinə 12664,90 ABŞ dolları məbləğinə yüksəldiyi göstərilmişdir. Cavabdeh "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşən vəzifəni yerinə yetirmək niyyətinin olmadığını müəyyən etdikdən sonra O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun tərəfindən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC-nin Əməliyyat İdarəsi filialı ilə onun arasında imzalanmış 10.03.2017-cii il tarixli 051T03170039 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmiş hesab edilməsi və həmin müqavilə üzrə ona hesablanmış bütün borc məbləğlərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-2923/2019 saylı, 04.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh olan '"xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər: Xəyal Sanyev (sədrlik edən). Emin Mehdiyev və Şərafət Məmmədova) 2(103)-3768/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3768/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsində maddi hüquq norması olaraq ""Banklar haqqında" Azərbaycan Respublikası Qanununun" 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin 2-ci bəndinin "Banklar haqqında." Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinad olunaraq iddia tələbinin rədd olunmasına əsas olaraq iddia tələbinin ona cavab verməli olan ləğv prosesində olan "xxxx" ASC-yə deyil, iddiaya cavab verməli olmayan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldiyinə görə iddianın təmin edilməməli olduğu qənaətinə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3768/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsində göstərilən hallar nəzərə alınaraq O, cavabdeh "xxxx" ASC-yə qarşı hazırkı iddia tələbi ilə müraciət etməli olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-598/2021 saylı 15 fevral 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-nin Əməliyyat İdarəsi filialı ilə İddiaçı arasında imzalanmış 10.03.2017-ci il tarixli, 051T03170039 saylı kredit kartının veriilməsi və istifadəsi üzrə müqaviləyə (fiziki şəxslər üçün) xitam verilməsi, həmin müqavilə üzrə İddiaçı öhdəlikləri yerinə yetirilmiş hesab edilməsi və ona hesablanmış bütün borc məbləğlərinin silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğuna ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-598/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2923/2019 saylı, 04.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Dəmirbank" ASC-nin Əməliyyat İdarəsi filialı ilə İddiaçı arasında imzalanmış 10.03.2017-ci il tarixli 051T03170039 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (fiziki şəxslər üçün) xitam verilmiş, həmin müqavilə üzrə İddiaçı öhdəlikləri yerinə yetirilmiş hesab edilmiş və həmin müqavilə üzrə İddiaçı hesablanmış bütün borc məbləğləri silinmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, 2(103)-3768/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(006)-2923/2019 saylı qətnaməsi ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi "Banklar haqqında." Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinad olunaraq iddia tələbinin rədd olunmasına əsas olaraq iddia tələbinin ona cavab verməli olan Ləğv prosesində olan "xxxx" ASC-yə deyil, iddiaya cavab verməli olmayan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldiyinə görə iddianın təmin edilməməli olduğu qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş 02.03.2017-ci il tarixli, 70399560-4 №-li müqavilədən görünür ki, İddiaçı ilə 'Dəmir Bank" ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 70399560-4 nömrəli “göy əmanət” adlı müddətli bank əmanətli müqaviləyə əsasən illik 3% olmaqla 02.03.2017-ci il tarixdən 02.03.2018-ci il tarixədək 15.000 (on beş min) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən "xxxx" ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuşdur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qeyd edilən əmanət "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 10.03.2017-ci il tarixli, 051T03170039 №-li müqaviləyə əsasən 10.03.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın veriilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Bank tərəfindən ona illik 8% olmaqla 10.03.2017-ci il tarixdən 10.02.2018-ci il tarixədək 11.000 (on bir min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 10.03.2017-ci il tarixli, GM1_051T03170039 №-li girov müqaviləsinə əsasən 051T03170039 nömrəli 10.03.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi "xxxx" ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 (on beş min) ABŞ dolları məbləğində pul Banka girova qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 16.11.2018-ci il tarixli, **********349 №-li bildirişdən görünür ki, LPO “DəmirBank" ASC ilə İddiaçı arasında 10.03.2017-ci il tarixində kredit verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bank tərəfindən ona illik 8 (səkkiz) faiz ödənilməsi şərti ilə 11 (on bir) ay müddətinə 11000 (on bir min) ABŞ dolları məbləğində verilmiş kreditlə bağlı tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə müqavilə üzrə Banka olan 12377,22 (on iki min üç yüz yetmiş yeddi dollar 22 sent) ABŞ dolları məbləğində gecikmiş borcun 3 (üç) gün müddətində Banka ödənilməsi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 15.01.2019-cu il tarixli, **********641 №-li cavab məktubunun surətindən guya onun borc öhdəliyinin 12377,22 (on iki min üç yüz yetmiş yeddi dollar 22 sent) ABŞ dolları məbləğindən artaraq, 14.01.2019-cu il tarixinə 12664,90 (on iki min altı yüz altmış dörd dollar 90 sent) ABŞ dolları məbləğinə yüksəldiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 02.03.2017-ci il tarixli 51-7039560-2 №-li hesabdan çıxarışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçıödənilmiş kompensasiyanın məbləği 4410,33 (dörd min dörd yüz on dollar 33 sent) ABŞ dollarıdır. Kredit borcuna görə 10957,17 (on min doqquz yüz əlli yeddi dollar 17 sent) ABŞ dolları məbləğində pul tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən tərəflərin təqdim etdiyi sübutlar əsasında və tərəflərin izahatı əsasında müəyyən edildi ki, "xxxx" ASC-nin Əməliyyat idarəsi filialı ilə əmanət qoyan İddiaçı arasında 02.03.2017-ci il tarixli 70399560-4 saylı bank əmanəti (göy əmanət) müqaviləsi imzalanmış, həmin müqaviləyə görə bank əmanətçidən 15.000 ABŞ dolları məbləğində əmanəti 12 ay müddətinə, illik 3 % hesablanmaqla qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda "xxxx" ASC-nin Əməliyyat İdarəsi filialı ilə İddiaçı arasında imzalanmış 10.03.2017-ci il tarixli 051T03170039 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (fiziki şəxslər üçün) əsasən bank iddiaçı üçün 10.02.2018-ci ilədək illik 8 % hesablanmaqla 11.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmçinin girov saxlayan "xxxx" ASC-nin Əməliyyat İdarəsi filialı ilə girov qoyan İddiaçı arasında imzalanmış 10.03.2017-ci il tarixli GM1_051T03170039 saylı girov (pul vəsaitinin girovu) müqaviləsinə əsasən girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan 11.000 ABŞ dolları məbləğində vəsaiti 10.03.2017- ci il tarixli 051T03170039 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi girov saxlayana girova vermişdir. 28.02.2018-ci il tarixdə qeyd olunan əmanət müqaviləsi üzrə 4410,33 ABŞ dolları (7498 manat) cavabdeh tərəfindən iddiaçıya kompensasiya olaraq ödənilmiş, 10957,17 ABŞ dolları isə hesabda saxlanılmışdır. Bu hal iş materiallarında olan hesabdan çıxarışda öz təsdiqini tapmışdır. "xxxx" ASC-nin 26.08.2019-cu il tarixli maliyyə arayışına əsasən qeyd olunan kredit müqaviləsi üzrə iddiaçının 10970,60 ABŞ dolları əsas, 75, 58 ABŞ dolları faiz, 2652,38 ABŞ dolları cərimə borcu, 835,38 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış borcu olduöu bildirilir. Bununla belə həmin məbləğ əvəzləşdirilən əmanət məbləğinə uyğun olaraq götürülmüş kredit məbləğinə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 527.1- ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində ve bu Məcəllədə ve ya müqavilədə nəzərdə tutulan diger əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 540.1- ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1 -ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli ve xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2- ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edilciyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3- cü maddəsinə əsasən sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qornnan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanə'çilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 16 sentyabr 2016-cı il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. İşin hallarından aydın olur ki, əmanət məbləğinin 10957,17 ABŞ dolları hissəsi kreditin təminatı olaraq bank tərəfindən saxlanılmış, 4410,33 ABŞ dolları isə kompensasiya edilərək iddiaçıya ödənilmişdir. Əmanət məbləğinin 10957,17 ABŞ dolları hissəsi kreditin təminatı olaraq əvəzləşdirilən əmanət məbləği kimi kompensasiya edilməyən məbləğ hesab edildiyindən kredit müqaviləsinə əsasən kredit məbləği iddiaçıdan tələb edilir. Bununla belə qeyd olunan əmanət məbləği də kompensasiya edilməyən məbləğ kimi iddiaçıya qaytarılmır. Sadalanan qanunvericilik əsasları baxımından məhkəmə kolegiyası hesab edir ki, cavabdeh tərəfindən ilkin olaraq əmanət məbləğinin qorunan əmanət kimi hesab edilməsi, bir hissəsinin qaytarılması və bir hissəsinin iddiaçının kredit borcu ilə əvəzləşdirilməsini qadağan edən hər hansı məhdudiyyət mövcud deyildir. Əmanət məbləğinin əvəzləşdirilməsinə baxmayaraq kredit müqaviləsi üzrə yenidən kredit borcunun iddiaçıdan tələb edilməsi əsassızdır. Məhkəmə haqlı olaraq hesba etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirdiyindən tərəflər arasında imzalanmış kredit müqaviləsinə xitam verilməlidir. Kredit müqaviləsi üzrə hesablanmış borc məbləği cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətində qətnamənin ləğv edilməsi üçün əsasların nədən ibarət olmasını ümumiyyətlə əsaslandırmamışdır. Ona gördə şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-598/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-598/2021 saylı 15 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar