Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-481/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 X1 cavabdehlər X6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)-3451/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 X4 cavabdehlər X6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında olan 27 avqust 2013-cü il tarixli 23-A-1-0-47-13 saylı kredit müqaviləsi ilə 03 fevral 2016-cı il tarixinədək hesablanmış 29348 ABŞ dolları əsas borc, 5861 ABŞ dolları faiz borcu, 8802 ABŞ dolları dəbbə borcu, cəmi 44011 ABŞ dollarpı məbləğinin, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 27 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus “Lexus GS350” markalı 10BB078 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin hərracda satılmasına və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsinə, satışdan əldə ediləcək məbləğ cavabdehin banka olan borcunu tam ödəmədiyi təqdirdə qalıq borcun cavabdehlərdən tutularaq baka ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında olan 27 avqust 2013-cü il tarixli 23-A-1-0-47-13 saylı kredit müqaviləsinə görə, iddiaçı cavabdehə istehlak məqsədilə illik 17%olmaqla 36 ay müddətinə 61300 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit ödənişinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 27 avqust 2013-cü il tarixli 23-A-1-0-47-13 saylı ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan 2013-cü il buraxılışlı 10BB078 dövlət qeydiyyat nişanlı, “Lexus GS350” markalı ağ rəngli avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə 27 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)-3451/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 29348 ABŞ dolları əsas, 5861 ABŞ dolları faiz, 4000 ABŞ dolları dəbbə borcu, cəmi 39209 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 26.73 manat tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus “Lexus GS350” markalı, 10BB078 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı ağ rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 39209 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 26.73 manat məbləğində pul vəsaitinin Bankın xeyrinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Habil Əhmədov). Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı2 ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etmədilər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı1 X1 cavabdehlər X6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)-3451/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı2 ASC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı1 X1 cavabdehlər X6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)-3451/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat İddiaçı2 ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X3, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Mütəxəssis rəyinin dəyəri olan 150 (üç yüz) manat İddiaçı2 ASC-dən “X5 Mərkəzi” MMC-nin (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) xeyrinə tutulsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-481/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-481/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver