Məhkəmə qərarları › İş №2(103)-481/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-481/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-481/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2348/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bak Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum olunmaqla, Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 il muddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il muddətə dövlət və yerli özünü idarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilərək həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə muddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh1 üzərində qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə, cəzasının əvvəli 05 aprel 2021-ci ildən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və ona təyin edilmiş əlavə cəza müstəqil icra edilmişdir. Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən onun ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli, 818 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2009-cu il tarixli, 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordendən, xx.xx.2006-ci il tarixli, 1370 saylı sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və xx.xx.2014-cü tarixli, 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmiş, eləcə də Azərbaycan Respublikası Milli Təhlukəsizlik Nazirinin xx.xx.2005-ci il tarixli, 0179 saylı əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008) yubiley medalından, Azərbaycan Respublikası Mill Təhlükəsizlik nazirinin xx.xx.2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2010-cu il tarixli, 2934/5 nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2012-ci iı tarixli, 060 saylı əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2019-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanların 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanların 95 iliyi (1919-2014) yubiley xatirə medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilmişdir.

2. Həmin hökmə əsasən Mövlam Şıxəliyev hərbi qulluqçu statusuna malik vəzifəli şəxs kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib xx.xx.2015-ci il tarixədək həmin vəzifədə işləyərkən, təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istıntaq idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun onun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə bağlı İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının əvvəllərində özünün göstərişi əsasında dəstənin üzvü Cavabdeh2 vasitəsilə 613 N-li cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Bakı şəhəri Səbail rayonu Parlament prospekti 14 ünvanındakı MTN-nin inzibati binasına dəvət edilən "xxxx" açıq səhmdar cəmiyyətinin Bakı filialında 677.000 avro məbləğində əmanəti olan İddiaçı heç bir əsas olmadan filialın rəhbərliyi ilə əlbir olduğu dəstədə bankdan pulları taladığını, buna görə barəsində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağını bildirib hədə-qorxu gəlməklə onun xeyrinə edəcəyi qanunsuz hərəkətin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı Cavabdeh2 vasitəsilə əvvəlcə həmin dövrün məzənnəsi ilə 243.810 manat təşkil edən 300.000 ABŞ dolları, onunla razılaşa bilmədikdə, mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 100.000 ABŞ dolları külli miqdarda pulu birbaşa yolla rüşvət kimi tələb etməklə İddiaçıla 100.000 ABŞ dolları müqabilində razılaşmış, bununla əlaqədar 2008-ci il oktyabr ayının sonlarında MTN-nin binasında Cavabdeh2 xidməti otağında onun vasitəsilə İddiaçı 100.000 ABŞ dolları pulu qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün 2008-ci ilin noyabr ayının əvvəlində Cavabdeh2 vasitəsilə yenidən İddiaçı işi üzrə bankı talayanlarla əlbirliyi barədə əleyhinə ifadə verildiyini, buna görə alınan pulun özünə qaytarılacağı və tutulacağı, övladlarının cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları rüşvəti tam həcmdə verməsini tələb edərək alınan 100.000 ABŞ dollarından əlavə olaraq 100.000 ABŞ dollarına, cəmi 200.000 ABŞ dollarına razılaşıb 100.000 ABŞ dollarını növbəti günlərdə Cavabdeh2 vasitəsilə sonuncunun xidməti otağında İddiaçı qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədinə tam nail olmaq üçün növbəti günlərdə Cavabdeh2 vasitəsilə İddiaçı rəhbərliyin 200.000 ABŞ dolları ilə razılaşmadığını deyib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları rüşvətin tam həcmdə verilməsini tələb edərək alınan 200.000 ABŞ dollarından əlavə 50.000 ABŞ dollarına, cəmi 250.000 ABŞ dollarına razılaşıb 2008-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 600-602 saylı evin qarşısında Cavabdeh2 vasitəsilə İddiaçı 50.000 ABŞ dolları vahid niyyətlə külli miqdar təşkil edən 202.245 manata bərabər 250.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun mütəşəkkil dəstə üzvləri Cavabdeh2 və qeyriləri ilə aralarında bölüb vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvlərinə birbaşa və dolayı yolla, vasitəçidən istifadə edib külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm mütəşəkkil dəstə tərkibində təkrar tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-stifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-nin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısın alınması və açılması sahəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar hüquq və qanuni mənafelərinə, həmçinin İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

3. Həmin hökmdən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyaisya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər və ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin, maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər – Cavabdeh1, X8, X13 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkəmənin qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 250.000 ABŞ dolları, hazırki məzənnə üzrə 425.000 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində digər cavabdeh ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət edən Cavabdeh2 və digərləri ilə cinayət əlaqəsinə girərək tamah məqsədi ilə hakimiyyət və qulluq mövqelərindən sui-istifadə etməklə 2008-ci ilin oktyabr ayının əvvəllərində onu Cavabdeh2 icraatında olan 613 saylı cinayət işi üzrə şahid qismində ifadə vermək üçün MTN-nin inzibati binasına çağıraraq barəsində cinayət işi başlayaraq həbs edəcəkləri, məhkəmə tərəfindən ən yuxarı həddə cəza təyin etdirəcəkləri ilə hədə qorxu gələrək 300.000 ABŞ dolları pul tələb etmişlər. O tələb olunan vəsaitlə razılaşmadığını bildirmiş və nəticədə 100.000 ABŞ dollarına razılığa gəlmişlər. Həmin pulu Cavabdeh2 xidməti otağında ona vermişdir. Lakin 2008-ci ilin noyabr ayında onu yenidən MTN-nin inzibati binasına dəvət edərək rəhbərliyin alınan məbləğlə razı olmadığını bildirərək pulun qaytarılacağını, tələb olunan 300.000 ABŞ dollarının tam həcmdə verilməyəcəyi təqdirdə övladlarının da cinayət məsuliyyətinə alınaraq həbs ediləcəyini bildirmişlər. Son nəticədə ondan 250.000 ABŞ dolları məbləğində hazırki kursla 425.000 manat pul alınmasına razılaşmışlar. Həmin pulu 200.000 ABŞ dolları və 50.000 ABŞ dolları olmaqla Cavabdeh2 vermişdir. Cavabdeh Mövlam Şıxəliyevin və Cavabdeh2 müntəzəm təzyiqləri nəticəsində onların tələb etdiyi 250.000 ABŞ dolları hazırki dövrün məzənnəsi ilə 425.000 manat cavabdehlərə verməyə məcbur olmuşdur. Bütün qeyd etdiyi bu hallar qüvvədə olan Bakı Hərbi Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə öz təsdiqini tapmışdır. Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra cavabdeh X5 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə hökmü çıxarılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 saylı hökmü ilə X5 istintaq orqanı tərəfindən üzərinə həbs qoyulmuş əmlakı müsadirə olunmaqla 12 il, Cavabdeh2 isə 07 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehlər X5 və Cavabdeh2 tərəfindən ona vurulmuş 250.000 ABŞ dolları ziyan müəyyən olunmuş, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Hərbi Məhkəməsinin hökmündən cavabdehlər X5 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 1-1(103)-1/2-2023 saylı qərarı ilə şikayətləri təmin edilməmiş, hökm qüvvədə saxlanılmışdır. İşə Bakı Hərbi Məhkəməsində baxılarkən dövlət rüsumunu tam həcmdə ödəyə bilmədiyi üçün iddianın mülki qaydada verilməsi tövsiyə olunmuşdur. Bakı Hərbi Məhkəməsində mülki iddia vermiş zərərçəkmiş şəxslərin iddiaları istintaq və məhkəmə tərəfindən müəyyən olunmuş məbləğdə tam həcmdə təmin olunmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssissində cəzaçəkən iş üzrə cavabdeh X5 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, Bakı Apellyasiya Məhkəməsinin barəsində olan xx.xx.2023-cü il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiasına kassasiya şikayəti vermişdir. Bakı Hərbi Məhkəməsində 2017-ci il tarixdə Ələkbərov Vusal Hicran oğlu barəsində cinayət işinə baxılarkən İddiaçı və əlavə beş nəfərin mülki iddiaları təmin edilməmiş, Bakı Apellyasiya, elecədə Ali Məhkəmə tərəfindən həmin hökm qüvvəsində saxlanılmışdır. Həmin şəxslər, yəni Nizami Kazımov, Hüseyin Səfərov, Mehrac Qurbanov, Namil Rzayev, İddiaçı və Bahəddin Sultanovun mülki tələbləri Konstitusiya Məhkəməsi tərəfindən də təmin edilməmişdir. İddiaçı o tanımamış və heç vaxt ona rüşvət verməsi barədə ifadə verməmişdir. İddia ərizəsində də ona rüşvət vermədiyini qeyd etmişdir. Odur ki, tərəfindən Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Ali Məhkəməyə kassasiya şikayəti verməsini nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2348/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2348/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 250.000 ABŞ dolları məbləğində pulun ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim X14).

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bak Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 hərbi qulluqçu statusuna malik vəzifəli şəxs kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi üzrə İstintaq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib xx.xx.2015-ci il tarixədək həmin vəzifədə işləyərkən, təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istıntaq idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun onun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə bağlı İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının əvvəllərində özünün göstərişi əsasında dəstənin üzvü Cavabdeh2 vasitəsilə 613 N-li cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanındakı MTN-nin inzibati binasına dəvət edilən "xxxx" ASC-nin Bakı filialında 677.000 avro məbləğində əmanəti olan İddiaçı heç bir əsas olmadan filialın rəhbərliyi ilə əlbir olduğu dəstədə bankdan pulları taladığını, buna görə barəsində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağını bildirib hədəqorxu gəlməklə onun xeyrinə edəcəyi qanunsuz hərəkətin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı Cavabdeh2 vasitəsilə əvvəlcə həmin dövrün məzənnəsi ilə 243.810 manat təşkil edən 300.000 ABŞ dolları, onunla razılaşa bilmədikdə, mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 100.000 ABŞ dolları külli miqdarda pulu birbaşa yolla rüşvət kimi tələb etməklə İddiaçıla 100.000 ABŞ dolları müqabilində razılaşmış, bununla əlaqədar 2008-ci il oktyabr ayının sonlarında MTN-nin binasında Cavabdeh2 xidməti otağında onun vasitəsilə İddiaçı 100.000 ABŞ dolları pulu qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün 2008-ci ilin noyabr ayının əvvəlində Cavabdeh2 vasitəsilə yenidən İddiaçı işi üzrə bankı talayanlarla əlbirliyi barədə əleyhinə ifadə verildiyini, buna görə alınan pulun özünə qaytarılacağı və tutulacağı, övladlarının cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları rüşvəti tam həcmdə verməsini tələb edərək alınan 100.000 ABŞ dollarından əlavə olaraq 100.000 ABŞ dollarına, cəmi 200.000 ABŞ dollarına razılaşıb 100.000 ABŞ dollarını növbəti günlərdə Cavabdeh2 vasitəsilə sonuncunun xidməti otağında İddiaçı qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədinə tam nail olmaq üçün növbəti günlərdə Cavabdeh2 vasitəsilə İddiaçı rəhbərliyin 200.000 ABŞ dolları ilə razılaşmadığını deyib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları rüşvətin tam həcmdə verilməsini tələb edərək alınan 200.000 ABŞ dollarından əlavə 50.000 ABŞ dollarına, cəmi 250.000 ABŞ dollarına razılaşıb 2008-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 600-602 saylı evin qarşısında Cavabdeh2 vasitəsilə İddiaçı 50.000 ABŞ dolları vahid niyyətlə külli miqdar təşkil edən 202.245 manata bərabər 250.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun mütəşəkkil dəstə üzvləri Cavabdeh2 və qeyriləri ilə aralarında bölüb vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvlərinə birbaşa və dolayı yolla, vasitəçidən istifadə edib külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm mütəşəkkil dəstə tərkibində təkrar tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-nin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısın alınması və açılması sahəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar hüquq və qanuni mənafelərinə, həmçinin İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Hazırki halda İddiaçı Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. İddia tələbi əsaslıdır və təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097.1-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü, 180-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh X5 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə bildirmişdir ki, qətnamədə qeyd edilir ki, Cavabdeh2 barəsində 2017-ci ildə Bakı Hərbi Məhkəməsində cinayət işinə baxılarkən iddiaçılar İddiaçı və digərlərinin mülki iddiaları təmin edilməmişdir. Həmin hökm həqiqətən də Bakı Apellyasiya məhkəməsi, Ali Məhkəmə və Konstitutsiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır. Bu səbəbdən də İddiaçı Cavabdeh2 qarşı Bakı Xəzər rayonu Məhkəməsinə vermiş olduğu mülki iddiası təmin edilməmişdir. Cinayət işinin materiallarından da görünür ki, İddiaçı onu tanımır və ona rüşvət verməmişdir. Bu barədə də dəfələrlə ifadələr vermişdir. Həmin epizod üzrə də Cavabdeh2 barəsində 2017-ci ildə Bakı Hərbi Məhkəməsində hökm çıxarılmışdır. Cavabdeh2 da həm 2017-ci il tarixli Bakı Hərbi Məhkəməsində, həm də 2021-ci il tarixdəki Bakı Hərbi Məhkəməsində İddiaçı və digər şəxslərdən rüşvət almadığını və ona vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hansı əsasla Cavabdeh2 münasibətdə mülki iddianı qanuni və əsaslı olaraq rədd etdiyi halda ona münasibətdə tam qanunsuz olaraq, heç bir əsas olmadan mülki iddianı təmin etmişdir?

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və cavabdeh X5 (cavabdeh X5 azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssissində cəzasını çəkir, onu nümayəndəsi və vəkili olaraq Vəkil3 təmsil edir) məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2348/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edib, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında nümayiş etdirilən hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, Bak Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh X5 hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi olmuş, həmin dövrdə 2008-ci ilin oktyabr ayının əvvəllərində özünün göstərişi əsasında dəstənin üzvü Cavabdeh2 (ondan və qeyrilərindən ibarət tərkibdə yaradılmış mütəşəkkil dəstə tərkibində) vasitəsilə 613 N-li cinayət işi üzrə şahid qismində ifadə vermək üçün MTN-nin inzibati binasına dəvət edilən "xxxx" açıq səhmdar cəmiyyətinin Bakı filialında 677.000 avro məbləğində əmanəti olması əsası ilə qanunsuz olaraq filialın rəhbərliyi ilə əlbir olduğu dəstədə bankdan pulları taladığını, buna görə barəsində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağını bildirib hədə-qorxu gəlməklə onun xeyrinə edəcəyi qanunsuz hərəkətin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində iddiaçıdan ümumilikdə 250.000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 vasitəsilə alaraq ona qanunsuz olaraq maddi zərər vurmuşdur. Bu hallar X1 Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış istintaq və məhkəmə araşdırılmaları zamanı öz təsdiqini tapmış, nəticədə cavabdeh Bak Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum olunmaqla, Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 il muddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il muddətə dövlət və yerli özünü idarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilərək həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə muddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, ona cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh1 üzərində qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və ona təyin edilmiş əlavə cəza müstəqil icra edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən hökm qanuni qüvvəyə minmişdir.

24. İddiaçı hazırki iş üzrə hər iki cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 250.000 ABŞ dolları, hazırki məzənnə üzrə 425.000 manat pulun cavabdehlərdən tutularaq ona verilməsini tələb etmişdir. Lakin iddiaçı Cavabdeh2 Hıcran oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi çərçivəsində mülki iddia qaldırmış və onun mülki iddiası Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(093)-22/17 saylı hökmü ilə təmin edilməmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Məhz bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2348/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir.

25. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

26. Bununla belə, məhkəmə kollegiyası iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, artıq qeyd edildiyi kimi, hazırki mülki iş üzrə predusial əhəmiyyətə malik olan və qanuni qüvvəsini almış Bak Hərbi Məhkəməsinin göstərilən hökmü ilə cavabdeh tərəfindən iddiaçıdan qanunsuz olaraq 250.000 ABŞ dolları pul vəsaitinin tələb edilərək, əldə olunması və bunun nəticəsində iddiaçıya maddi zərərin vurulması müəyyən edilmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıya 250.000 ABŞ dolları məbləğində zərərin vurulmasının hazırki məhkəmə mübahisəsi çərçivəsində əlavə araşdırılmasına hər hansı zərurət yoxdur. Hüquqi nəticə etibarı ilə məhz cavabdeh təqsirli, hüquqa zidd əməlləri ilə iddiaçıya 250.000 ABŞ dolları məbləğində maddi zərər vurmaqla mülki hüquq pozuntusu (delikt) törətmiş və bu səbəbdən mülki hüquq məsuliyyəti daşıyaraq iddiaçıya vurduğu həmin zərərin əvəzini tam həcmdə ona ödəməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə mülki iddiasının təmin edilməməsi, habelə Cavabdeh1 münasibətdə digər zərərçəkmişlərin mülki iddiasının onun barəsində açılmış cinayət işi üzrə çıxarılmış yekun qərarla təmin edilməməsi hazırki iddianın öz-özlüyündə əsassız olması və bu səbəblə də iddianın rədd edilməsi qənaətinə gəlinməsinə əsas vermir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2348/2023 nömrəli qətnaməsi cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar