Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4811/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 96000 manat məhkəmə üçün ödənilmiş 378 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 96378 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4132/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmayaraq, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə qətnamədən xx.xx.2024cü il tarixli apellyasiya şikayəti vermişdir. Məhkəmə tərəfindən göndərilmiş müvafiq sorğulara əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus ***-***-**-** mobil nömrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadəsi qeydə alınmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “Elektron Məhkəmə” İnformasiya Sistemində istifadəçi kimi qeydiyyatdan keçib, həmin iş üzrə xx.xx.2024-cü il tarixli qətnamə isə imzalandığı andan cavabdehin şəxsi kabinetində əlçatan olub, lakin sistemdə qətnamələrin oxunması barədə məlumat saxlanmır. xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə şəxsi kabinetinə daxil olaraq 2(011)-4132/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə Sistemə daxil edilmiş bildirişlə tanış olub. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “Elektron Məhkəmə” İnformasiya Sistemində istifadəçi kimi qeydiyyatdan keçmiş, istifadəçi olaraq elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş asan imzanın işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq elektron kabinetə nəzarət edilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin cavabdehin bu vəzifələrə etinasız yanaşması nəticəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin onun elektron kabinetinə xx.xx.2024- cü il tarixdə yerləşdirilməsinə baxmayaraq bununla bağlı bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Məhkəmənin mövqeyi tam olaraq əsassızdır. Belə ki, məhkəmə tərəfindən verilmiş olan sorğulardan da görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə şəxsi kabinetinə daxil olaraq 2(011)-4132/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə Sistemə daxil edilmiş bildirişlə tanış olmuşdur. Çünki cavabdeh məhkəmənin icraatında belə bir işin olmasından məlumatsız olmuşdur. Cavabdehin istifadəsində olan asan imza nömrəsi yəni ***-***-**-** mobil nömrə xx.xx.2023-cü il tarixində ləğv olunmuşdur. Qeyd edilən ***-***-**- ** mobil nömrə xx.xx.2024-cü il tarixində adından çıxmışdır yəni satışa təqdim edilmişdir. Bundan əlavə bu məhkəmədən cavabdehin məlumatı olmamışdır. Belə ki, ilkin olaraq tərəflər arasında Cavabdeh Nərimanov Rayon Məhkəməsinə müraciət etmışdır. Tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddia ərizəsini geri götürmüşdür. Bundan sonra İddiaçı Cavabdeh ünvanını bilərəkdən başqa ünvan qeyd etməklə məhkəmədən məlumatsız etmişdir. Göründüyü kimi cavabdehin məhkəmənin də qeyd etdiyi əsaslardan biri olan məhkəmənin qətnaməsini etinasız hərəkətləri nətiçəsində iddiaçının hüquqlarının pozulması halları mövcud olmamışdır. Çünki qətnamə icraya xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Cavabdeh qətnamədən icra vasitəsilə məlumat almışdır. Məlumat aldıqdan sonra dərhal Xətai Rayon Məhkəməsinə müraciət edərək 24 iyul 2024-cü il tarixli, 2(011)-4132/2024 saylı qətnaməni 22 noyabr 2024-cü il tarixində rəsmi olaraq əldə etmişdir. İstifadəsində olan asan imza nömrəsi yəni ***-***-**-** mobil nömrə xx.xx.2023-cü il tarixində ləğv olunmuşdur. Qeyd edilən ***-***-**-** mobil nömrə xx.xx.2024-cü il tarixində adından çıxmışdır. İcra məmuru vasitəsi ilə məlumat aldıqdan sonra xx.xx.2024-cü il tarixində 010- ***-**-** mobil nömrə ilə yeni asan imza açdırmışdır. Qeyd edilən məhkəmədən nə də məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən məlumatı olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə qətnamədən xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti vermişdir. Məhkəmə tərəfindən göndərilmiş müvafiq sorğulara əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus ***-***-**-** mobil nömrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadəsi qeydə alınmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “Elektron Məhkəmə” İnformasiya Sistemində istifadəçi kimi qeydiyyatdan keçib, həmin iş üzrə xx.xx.2024-cü il tarixli qətnamə isə imzalandığı andan cavabdehin şəxsi kabinetində əlçatan olub, lakin sistemdə qətnamələrin oxunması barədə məlumat saxlanmır. xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə şəxsi kabinetinə daxil olaraq 2(011)-4132/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə Sistemə daxil edilmiş bildirişlə tanış olub. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdən “Elektron Məhkəmə” İnformasiya Sistemində istifadəçi kimi qeydiyyatdan keçmiş, istifadəçi olaraq elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş asan imzanın işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq elektron kabinetə nəzarət edilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin cavabdehin bu vəzifələrə etinasız yanaşması nəticəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin onun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq bununla bağlı bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Beləliklə, Cavabdeh apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli və həmin müddəti həqiqətən də özündən asılı olmayan, obyektiv səbəbdən buraxmasını sübut etməli olduğu halda, bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4132/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4811/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4811/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver